çərşənbə günü, 28 oktyabr 2026
     

Xarici banklar Azərbaycana gələrsə...

Image


"Müasir dövrdə bankların fəaliyyətinin düzgün qurulması ölkə iqtisadiyyatının sürətli inkişafında az rol oynamır. 70-ci illərin ortalarına qədər maliyyə sistemlərinin beynəlmiləşdirilməsinə demək olar ki, yol verilmirdi. Bu sahədə atılan ilk addımların uğurlu nəticələri ölkələr arasında kapitalın hərəkətinin yeni və daha geniş mərhəlləsinin başlanğıcını qoydu. Xarici bankların ayrı-ayrı ölkələrdə, xüsusən inkişaf etmək yoluna qədəm qoymuş ölkələrdə fəaliyyətə başlaması cox böyük maraq kəsb etdi”.

Bunu "Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin (BİAB) sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov Dünya Bankının (DB) Cənubi Qafqazda Maliyyə və Özəl Sektor üzrə ölkə əlaqələndiricisi Anjela Priqojinanın "Qərb bankları Azərbaycana gəlsin” çağırışını şərh edərkən deyib.

Qeyd edək ki, Mərkəzi Bankın sədri Elman Rüstəmov da A.Priqojinanın bu təklifinə müsbət qiymət verib.

"Azərbaycanın bank bazarına strateji qərb investorlarının daxil olmasını hər vasitə ilə dəstəklədiklərini eşitmək bizə xoşdu. Çünki onlar özləri ilə yeni texnologiya, təcrübə gətirə və resurslar cəlb edə bilərlər. Başqa sözlə, Azərbaycan bazarına bir neçə nüfuzlu beynəlxalq maliyyə qrupu daxil olsa, bu, ölkənin maliyyə bazarının cəlbediciliyi və sabitliyinin artmasına imkan yaradacaq” – deyə, E.Rüstəmov bildirib.

BİAB sədri F.Yusifov məsələyə münasibət bildirərkən DB rəsmisi tərəfindən səsləndirilmiş təklifin reallaşacağı təqdirdə Azərbaycanın bank sistemində müsbət dəyişikliklərin yarana biləcəyini deyib: "Bankların fəaliyyətinin əsasında bütün iqtisadi agentlərin - əhalinin, müəssisələrin, eləcə də dövlətin sərbəst pul vəsaitlərini cəlb edərək mənfəət qazanmaq məqsədilə onları kapitala çevirmək marağı dayanır. Sözsüz ki, fəaliyyətə başlayarkən hər bir bankın öz vəsaitləri olmalıdır. Lakin bankların uğurlu fəaliyyət göstərməsi qeyd etdiyimiz sərbəst vəsaitləri nə qədər sərfəli qaydada cəlb edə bilmələrindən və onları uğurlu şəkildə yerləşdirmələrindən asılıdır. Ölkədə xarici bankların fəaliyyət göstərməsi isə iqtisadiyyata yeni resursların cəlb olunmasına şərait yaradan faktorlardan biridir. Bu, eyni zamanda, ölkənin bank sistemində sağlam rəqabət mühitinin yaradılması, kreditlər üzrə faiz dərəcələrinin endirilməsi, bank sistemində müştərilərə göstərilən xidmətlərin yeni texnologiyalar əsasında aparılması hesabına xidmət haqlarının aşağı salınması və bu xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması deməkdir. Burada mühüm əhəmiyyət kəsb edən məsələlərdən biri də ondan ibarətdir ki, xarici bank öz ölkəsindən investorların real sektora gəlməsinə də stimul yarada bilir. Bir sözlə, xarici banklar fəaliyyətə başladıqları ölkələrə beynəlxalq investitsiyaların axıdılmasında mühüm rol oynayırlar. Belə banklar ölkə ərazisində fəaliyyət göstərməklə eyni zamanda xarici investorlar üçün bir növ elan edilməmiş təminatçı rolunu da oynamış olurlar. Beynəlxalq aləmdə xüsusi reputasiyaya malik bir bankın ölkəyə gəlməsi xarici invostorlar üçün "risklərin azalmasına” xidmət edir. İnvestorlar yaxşı başa düşürlər ki, ölkə iqtisadiyyatı və onun maliyyə sistemi tam dayanıqlı olmasa, nüfuzlu banklar həmin ölkənin ərazisində fəaliyyət göstərməyə qərarlı olmazlar”.

F.Yusifovun sözlərinə görə, xarici kapitalın bank sistemində iştirakı ölkənin və eyni zamanda yerli bankların beynəlxalq reytinqinin yüksəlməsinə ciddi təsir edir, yerli bankların beynəlxalq maliyyə bazarlarında daha ucuz resurslar cəlb etməsinə şərait yaradır və bu da son nəticədə ölkə daxilində kreditlərin faizlərinin aşağı salınmasına imkan verir: "Ümumilikdə isə xarici bankların gəlişı ilə ölkə iqtisadiyyatına kapital qoyuluşu təklifi artır, bank sistemi özünün rəqabət əsaslı inkişafına nail olur, müştərilərə göstərilən xidmətlərin keyfiyyəti yüksəlir, xidmət haqları aşağı düşür və bank kreditlərinin faizləri tam optimallaşdırılır”.

F.Yusifov hesab edir ki, xarici bankların ölkəyə gəlməsinin yalnız bir mənfi tərəfi var: "Bunun yeganə mənfi tərəfi ondan ibarət ola bilər ki, bu bahkların səhmdarlarının korporativ maraqları Azərbaycan hökumətinin iqtisadi maraqları ilə bir o qədər uzlaşmasın. Bu məsələnin həlli isə Mərkəzi Bankın xarici banklarla apardığı işin düzgün təşkilindən bilavasitə asılıdır”.

Azərbaycanın dünyada özəl sektorun inkişafına dövlət səviyyəsində yüksək diqqət ayıran az ölkələrdən biri olduğunu qeyd edən BİAB sədrinin fikrincə, son 10 ildən bir qədər artıq dövr ərzində ölkədə qeyri-neft sektorunun sürətli inkişafını təmin edən əsas şərtlərdən biri də sahibkarlığın inkişafına dövlət səviyyəsində verilən dəstəkdir: "Hazırkı durumda özəl sektora daha geniş şəkildə vəsait cəlb edilməsi və bu səbəbdən də həmin vəsaitlərin cəlbedilmə mənbələrinin şaxələndirilməsi, eləcə də yeni resurs bazalarının formalaşdırılması mühüm əhəmiyyət kəsb edən məsələlərdən biridir”.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

27.10.2026 / 22:37
Qazaxıstan rusiyalı avtomobil alıcılarına sanksiya tətbiq etdi – ruslara maşın satışından imtina edilir...

27.10.2026 / 22:15
Konqres Rusiyadan dizel yanacağı alan Amerika şirkətlərini həbslə hədələdi...

27.10.2026 / 21:51
Paşinyan “dövlətyönümlü yeni müxalifətin yaradılması” kursuna başlayır...

27.10.2026 / 21:33
Rusiya bir neçə ayda Ukraynada 240 kv.kilometr ərazi itirdi...

27.10.2026 / 21:16
Vuçiç getdi - Serbiyanın yeni dönəm Azərbaycan siyasəti suallar doğurmağa başladı...

27.10.2026 / 21:04
Ramiz Mehdiyevə hökm oxundu - 14 il iş, bütün əmlakı da müsadirə olundu...

27.10.2026 / 20:59
“Azərbaycan xalqından, 30 il yurdundan məhrum edilmiş insanlardan üzr istənilməlidir” - YENİ TƏLƏB...

27.10.2026 / 20:45
90 faizlik seçici dəstəyi Paşinyanı qorxutdu - mövcud müxalifəti məhv edib yenisini yaradacaq...

27.10.2026 / 20:31
AK Parti iqtidarı Kipr məsələsində güzəştə gedə bilərmi?..

27.10.2026 / 20:17
ABŞ və İsrail İrana qonşu ölkədən (?) hücum edəcəklər...

27.10.2026 / 20:04
Zəfərdən sonra Azərbaycanın qəsdinə qalxmış 3 ölkənin biri Əliyevin qəbuluna gəldi...

27.10.2026 / 19:45
Bakı Təşəbbüs Qrupu Fransanın Korsika qərarını sərt tənqid etdi - Makron rejimi qorxur...

27.10.2026 / 19:28
Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası olub

27.10.2026 / 19:12
Avropadan Putinə bir ildən sonra ilk dəfə zəng gəldi – biz öz adımızdan danışırıq...

27.10.2026 / 18:56
Azərbaycan Rusiya ilə təbii qaz alışı sazişi imzalayacaq...

27.10.2026 / 18:43
Serbiyada "ağıllı həkimlər" Vuçiçin 14 illik hakimiyyətini yıxdılar...

27.10.2026 / 18:29
İran indi də Özbəkistana ərazi iddiası edir, Səmərqəndə dil uzadır

27.10.2026 / 18:14
Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi

27.10.2026 / 18:02
Azərbaycana mal əti idxalı kəskin artdı - yerli istehsal "ölür", bazar bahalaşır...

27.10.2026 / 17:52
Əli Əsədov İƏT-in baş katibi ilə Azərbaycanın təşkilata sədrliyini müzakirə edib - FOTO

27.10.2026 / 17:44
Milli Azərbaycan ideyası beynəlxalq forumda yenidən gündəmə gətirildi...

27.10.2026 / 17:35
Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdülsalam ilə görüşüb - FOTO

27.10.2026 / 17:27
Azərbaycanda yeni Komissiya yaradılır

27.10.2026 / 17:20
Azad edilmiş ərazilərdə ən böyük memorial kompleks Ağdamda yaradılacaq...

27.10.2026 / 17:06
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb - FOTO

27.10.2026 / 16:49
İvanişvili Gürcüstanda bütün antirus partiyaları qadağan edir...

27.10.2026 / 16:45
Tramp İrana qarşı yeni əməliyyatlar qərarını heç cür verə bilmir...

27.10.2026 / 16:37
AMEA alimləri Pezeşkiana çağırış etdi - İranda azərbaycanlılar üçün ana dilində məktəblər açılsın...

27.10.2026 / 16:30
Hakimlər qarşısında tələb qoyuldu - süründürməçiliyə və təhqirə yol verilməsin!

27.10.2026 / 16:17
Zəngəzur dəhlizində erməni sərhədçilər yalnız müşahidəçi olacaq – ABŞ səfirliyi açıqladı...

27.10.2026 / 16:01
Oktay Saral Azərbaycana qarşı hicab iddialarından hələ imtina etməyibmiş...

27.10.2026 / 15:46
Prezident, birinci xanım və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” sərgisi ilə tanış olublar - FOTO

27.10.2026 / 15:41
Tramp bütün hərbi bazalarını "90 günlük müharibəyə" hazırlayır - hədəf kimdir?

27.10.2026 / 14:36
Prezidentin sosial şəbəkə hesablarında VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakına dair paylaşım edilib - VİDEO

27.10.2026 / 14:05
800 kq Hizbullah partlayıcısı - ələ keçirilən arsenalın taleyinə Livan qərar verir

27.10.2026 / 14:01
Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib - FOTO

27.10.2026 / 14:00
"Ermənistan Konstitusiyasına dəyişiklik davamlı sülhün əsas şərtlərindən biridir" - Fərid Şəfiyev

27.10.2026 / 13:54
"Bakı bu cür beynəlxalq forumlar vasitəsilə mədəniyyətlərarası dialoqa mühüm töhfə verə bilər" - Ozodbek Nazarbekov

27.10.2026 / 13:49
"Mədəniyyətlərarası dialoq sülh və ümumi gələcək naminə davamlı birgə fəaliyyətdir" - Türkmənistanın mədəniyyət naziri

27.10.2026 / 13:36
Çin brendləri Mao Tzedun zarafatı üzündən ünlü futbolçu ilə müqavilələrini ləğv etdi

27.10.2026 / 13:30
Penitensiar Xidmətə yeni rəis təyin edildi

27.10.2026 / 13:23
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb

27.10.2026 / 12:50
Türkiyədə daha bir bələdiyyədə şübhəli əməliyyat – üzvlərin YENİ Partiyaya qoşulmasından saatlar əvvəl həbslər aparıldı...

27.10.2026 / 12:21
Rusiya və Ukrayna Xersonda atəşkəs elan etdi...

27.10.2026 / 12:08
“Bakı Prosesi” mədəniyyətlərarası dialoq üçün beynəlxalq platforma yaradıb" -ICESCO-nun Baş direktoru

27.10.2026 / 11:57
"Forum sülhün, təhlükəsizliyin, həmrəyliyin müzakirə olunduğu əsas platformaya çevrilib" - İƏT-in Baş katibi

27.10.2026 / 11:49
Ermənistan 30 il sonra?

27.10.2026 / 11:26
Azərbaycan Lana Zəki Nusseibehin BMT Baş katibi vəzifəsinə namizədlik təşəbbüsünü alqışlayır

27.10.2026 / 11:14
Prezident İlham Əliyev: "Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq"

27.10.2026 / 11:08
Paşinyan katolikosa qarşı onun işlərini araşdıran komissiyanı yaratdı

27.10.2026 / 11:06
Prezident: "Müstəqil siyasətimiz bizə çox böyük hörmət qazandırıb"

27.10.2026 / 11:03
"Bu gün Azərbaycan qeyri-sabit regionda sabitlik adası kimi görünür" - Prezident

27.10.2026 / 11:01
Prezident: "Ölkəmizdə 35 ildə qazanılmış nailiyyətlər Azərbaycan xalqı tərəfindən əldə edilmişdir"

27.10.2026 / 10:57
Polis Masallıda əməliyyat keçirdi - saxlanan var...

27.10.2026 / 10:53
"Müstəqil ölkəyə necə yaşamaq, nəyi etmək, nəyi etməmək barədə dərslər verilməli deyil" - Prezident

27.10.2026 / 10:49
Azərbaycan Prezidenti: "İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır"

27.10.2026 / 10:45
"Azərbaycan təcrübəsi bəzi münaqişələrin aradan qaldırılmasına xidmət edə bilər" - Prezident

27.10.2026 / 10:39
Seçkiyə 1 həftə qalmış Trampa qarşı impiçment hazırlıqları başladı

27.10.2026 / 10:34
Prezident Dialoq Forumunda Azərbaycanın öz torpaqlarını azad etməsindən danışdı

27.10.2026 / 10:30
"Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlər üzrə birlik nümayiş etdirir" - Prezident İlham Əliyev

27.10.2026 / 10:28
Dubay məhkəməsi Rusiya neftinin satışından 700 milyon dollardan çox vəsaiti dondurub - işin içində azərbaycanlılar da var…

27.10.2026 / 10:25
Prezident: "İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər"

27.10.2026 / 10:19
Bakıda jurnalistlər üçün rəqəmsal bacarıqlar sessiyası keçirilir

27.10.2026 / 10:17
"Azərbaycanın sabit inkişafının əsas səbəblərindən biri cəmiyyətimizdə olan ahəngdarlıqdır" - Prezident

27.10.2026 / 10:14
Prezident: "Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub"

27.10.2026 / 10:08
"Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətlərin inkişafına öz töhfəsini vermişdir" - Prezident

27.10.2026 / 10:05
Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - FOTO/VİDEO/YENİLƏNDİ

27.10.2026 / 09:52
Dünyanın gözü İsraildəki parlament seçkilərində - Netanyahu, ya Eisenkot...

27.10.2026 / 09:34
ABŞ İran ətrafında hərbi gəmilərin sayını artırır…

27.10.2026 / 09:20
Türkiyədə qasırğa fəlakəti... Fəhlələrin qaldığı iki kabinə devrildi, ölənlər var…

27.10.2026 / 09:07
“Ab-Hava” restoranında kütləvi dava pul üstündə olub - YENİ DETALLAR ortaya çıxdı...

27.10.2026 / 06:37
İsrail BMT-ni cihadçı terrorizmi əsaslandırmaqda ittiham etdi

26.10.2026 / 22:05
Misir də husilərə qarşı müharibəyə qoşulur - qərar verildi…

26.10.2026 / 21:56
Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - FOTO

26.10.2026 / 21:50
Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verildi - FOTO

26.10.2026 / 21:46
Naxçıvanın büdcəsi 13 milyon kəsildi - maraqlı səbəblərdən danışılır...

26.10.2026 / 21:30
Ermənistanla bağlı qeyri-müəyyənlik KTMT rəhbərliyini çaşdırıb...

26.10.2026 / 21:15
Putin-Si-Tramp dünyada hamı üçün ziyanlı ssenari hazırlayır...

26.10.2026 / 20:57
Dövlət Agentliyində inanılmaz nöqsanlar aşkarlanıb...

26.10.2026 / 20:38
Rusiya Ermənistanla bağlı növbəti qərarı verdi...

26.10.2026 / 20:21
Bakıdan Tehrana sərt cavab: İranda bircə Azərbaycan məktəbi də yoxdur

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ