Cümə günü, 10 iyul 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Hökumətin Neft Şirkətini satışa çıxaracağını deyənlərə səviyyəli cavab...
Tarix: 29.07.2015 / 03:19
Bölmə: İqtisadiyyat
Büdcənin icra vəziyyəti: ajiotaj yaratmağa lüzum yoxdur
Dünya bazarlarında neftin qiymətinin bir ildən bir qədər artıq vaxt ərzində iki dəfəyə qədər aşağı düşməsi iqtisadiyyatı neftə bağlı olan ölkələrdə ciddi problemlər yarada bildi. Sözsüz ki, neftin qiymətində yaranmış dəyişiklik fonunda Azərbaycanın dövlət büdcəsi də müəyyən təsirlərə məruz qalmalı idi. Bu yazıda da elə büdcənin 6 aylıq icra vəziyyətini təhlil etməyə çalışacağıq. Lakin əvvəlcə büdcə ilə bağlı mətbuatda gözə dəyən bəzi hay-küylü "şərhlərin" üzərində dayanmağımız da yerinə düşər.
***
Müstəqilliyimizin ilk dövrlərində dövlət büdcəsinin icrasına rəhbərlik etmiş bir şəxs kimi deyə bilərəm ki, digər neft ölkələrilə müqayisədə Azərbaycan mövcud durumun yarada biləcəyi bütün çətinlikləri arxada qoyacaq dəqiq maliyyə siyasəti apara bildi. Hökumət büdcənin icrasını düzgün olaraq balanslaşdırma prinsiplərinə söykənərək təmin etdi. Vəziyyət heç də bəzi "ekspertlərin" büdcə gəlirlərinin 6 aylıq faktiki icra göstəricilərini 2015-ci ilin illik proqnoz göstəriciləri ilə müqayisə edib, "hökumət bu ilin 6 ayında büdcəyə gəlirlərin 40%-ni təmin edib" deməklə insanlarda çaşqınlıq yaratmaq istəyənlərin "düşündükləri" kimi deyil. Yaxşı olardı ki, bu "ağıllı təhlilçilər" cari ilin 6 aylıq büdcə gəlir və xərclərinin faktiki icrası üzrə göstəriciləri illik proqnoz göstəriciləri ilə deyil, 6 aylıq proqnoz göstəriciləri ilə müqayisə edəydilər. Əslində büdcənin icrasına qiymət vermək istəyən ağıllı adamlar bu məntiqdən çıxış etməlidir (Belədə cəmiyyətə "büdcə 40% icra olunub" kimi hay-küylü açıqlamalar ötürmək mümkün olmazdı). Belələrinə bəzi məqamları anlatmaq məcburiyyətindəyik. Bu "ekspertlər" bilməlidir ki, illik proqnozların rüblər üzrə bölgüsü heç də onların düşündüyü kimi rüblər üzrə bərabər formada aparılmır və bu heç vaxt belə olmayıb. İlin birinci rübünün proqnozları (həm gəlirlər, həm də xərclər üzrə), bir qayda olaraq, ilin sonuncu rübünün proqnozlarından aşağı nəzərdə tutulur. Rüblər üzrə proqnozlaşmaya bu cür yanaşmanın obyektiv səbəbləri var. Təəssüf ki, bu səbəblərin tam izahını qısa bir yazıda vermək mümkün deyil. Odur ki, kimə lazım olsa, təşkilatımızın qapıları onların üzünə açıqdır, buyurub müraciət etsinlər, biz onlara həmin məsələlərlə bağlı əsaslandırılmış izahatlar verməyə hazırıq.
***
Dövlət büdcəsinin 6 aylıq icrası onu göstərdi ki, neft qiymətlərinin 2 dəfə aşağı düşməsinə, büdcədə neftin qiymətinin 90 ABŞ dolları nəzərdə tutulmasına və bu gün həmin qiymətin 55 dollar ətrafında olmasına baxmayaraq, büdcənin icrasında insanlarımızı rahatsız edə biləcək heç nə baş verməyib. Əksinə, büdcə gəlirlərinin 6 aylıq icrası bir daha sübut etdi ki, Azərbaycan hökumətinin ölkədə qeyri-neft sektorunu əsaslı şəkildə inkişaf etdirməyə dair müəyyən etdiyi kurs heç nədən asılı olmayaraq uğurla həyata keçirilir. Baxın büdcəyə, 6 ay ərzində Vergilər Nazirliyinin xəttilə yığılan - qeyri-neft sektoruna aid daxilolmalar keçən ilin eyni dövrü ilə müqayisədə 11,4% artıb. Bu rəqəm Nazirlər Kabinetinin iyul ayının 13-də cari ilin altı ayının yekunlarına həsr olunmuş müşavirəsində Prezidentin səsləndirdiyi fikirlərin faktiki sübutudur: "Beləliklə, 6 ayda iqtisadiyyat 5,7 faiz artıb. Bu çox gözəl göstəricidir, ölkəmizin dinamik inkişafını sübut edir. Bundan da gözəl göstərici qeyri-neft sektorunun inkişafıdır. Burada da biz 9,2 faiz artımı görürük. Yəni bundan yuxarı nəticə ola bilməz. Sənaye istehsalı təxminən 4 faiz artıb. Qeyri-neft sənayesi 14 faizdən çox artıb. Bu da son illərdə sənayeləşmə, yeni sənaye zonalarının yaradılması ilə bağlı görülmüş işlərin, tədbirlərin nəticəsidir". Doğrudan da dünya bazarlarında neftin qiymətinin kəskin aşağı düşdüyü bir şəraitdə bir neft ölkəsi olaraq əldə etdiyimiz bu nəticələr, Prezidentin dediyi kimi, tarixi nailiyyətlərdir.
***
2015-ci ilin ilk 6 ayında dövlət büdcəsinə 7 milyard 714,4 milyon manat proqnoza qarşı 7 milyard 807 milyon manat vəsait daxil olub ki, bu da proqnoz göstəricilərinin 101,2 faiz yerinə yetirilməsi deməkdir. Hesabat dövründə büdcənin xərc hissəsi 85% icra edilib (10 milyard 92 milyon manat proqnoza qarşı 8 milyard 578 milyon manat). Dövlət büdcəsinin gəlir və xərcləri arasında fərq 2014-cü ildə dövlət büdcəsinin icrası zamanı əldə edilmiş 771 milyon manat profisit hesabına maliyyələşdirilib. Proqnozla nəzərdə tutulduğundan 1 milyard 514 milyon manat az vəsait xərclənməsi, təbii ki, neftin qiymətlərinin dünya bazarlarında kəskin şəkildə aşağı düşməsi səbəbindən hökumətin daha ehtiyatlı davranaraq büdcədə nəzərdə tutulmuş bəzi müdafiə olunmayan xərclərə qənaət rejimini tətbiq etməsi ilə bağlıdır. Yaranmış vəziyyətdə bu çox düzgün addımdır. Yazılmış təsnifatla büdcə xərcləri müdafiə olunan və müdafiə olunmayan xərclərə bölünsə də, əslində büdcədə həmişə 2-ci və 3-cü dərəcəli xərclər kateqoriyasına aid edilə biləcək xərclər mövcuddur və lazım gəldikdə onlara qənaət edilməsi praktikasına hər bir ölkədə rast gəlmək olar. Bir sözlə, nəzərə aldıqda ki, neftin qiymətləri bir il bundan əvvəlkinə nisbətən 2 dəfə, büdcədə nəzərdə tutulan bir barrel üçün 90 dollar səviyyəsindən isə 35-40% aşağı düşüb, deməli, hökumətin büdcə xərclərinə cəmi 15% qənaət etməklə onun icrasını təmin edə bilməsi ancaq təqdir olunmalıdır. Burada bir məsələni də xüsusi vurğulamaq lazımdır ki, ötən hesabat dövrü ərzində büdcədə nəzərdə tutulan sosial proqramların reallaşdırılması və müdafiə olunan xərclərin maliyyələşdirilməsi sahəsində heç bir çətinlik olmamışdı. Əksinə, Nazirlər Kabinetinin son toplantısında əhalinin mənzil şəraitini daha da yaxşılaşdırmaq məqsədilə Prezident ipoteka kreditləşməsinə büdcədən əlavə olaraq 200 milyon manat ayrılmasını tövsiyə etdi. Altı ay ərzində 3000-ə qədər sahibkar bu sahənin inkişafına dəstək olaraq Sahibkarlığa Kömək Milli Fondunun xəttilə 100 milyon manata qədər güzəştli kreditlər alıblar.
Qoy "büdcə 40% icra olunub", "hökumət yeni maliyyə mənbələri axtarır" deyib hökumətin guya bu səbəbdən öz mülküyyətində olan Neft Şirkətinin və başqa təşkilatların səhmlərini satışa çıxara biləcəyini düşünənlər bu təhlili oxuyub özləri üçün nəticə çıxarsınlar və anlasınlar ki, siyasi motivlərə söykənən bu cür ucuz çağırışlarla heç bir nəticə əldə edə bilməyəcəklər.
Fikrət Yusifov
"Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar
Birliyinin sədri, iqtisad elmləri doktoru, professor
DİGƏR XƏBƏRLƏR
Tarix: 09.07.2026 / 19:05
Azərbaycana diri heyvan idxal edən iri şirkətlər əsas məlumatları "gizli" saxlayır...
Tarix: 09.07.2026 / 17:56
Britaniya “Zəngəzur” tankerini sanksiya siyahısından çıxardı
Tarix: 08.07.2026 / 15:30
"Avropa Yaşıl Enerji Dəhlizi" layihəsi icra mərhələsinə keçdi
Tarix: 08.07.2026 / 10:53
Beyləqanda şəkər çuğunduru fiaskosu...
Tarix: 07.07.2026 / 20:28
Sahibkarlara böyük şans açılır
- üstəlik “qapı-qapı gəzməyə” son veriləcək...
Tarix: 07.07.2026 / 20:11
İran müharibəsi qlobal enerji təminatında yeni böhran yaradıb...
Tarix: 07.07.2026 / 16:35
Beyləqanın Əlinəzərli kəndində fermerlər üçün aqrar sığorta təlimi keçirilib
Tarix: 07.07.2026 / 12:56
Azərbaycanda vençur kapitalı fondları yaradılacaq...
Tarix: 06.07.2026 / 21:45
Ermənistan Azərbaycanla Türkiyənin elektrik şəbəkəsinə qoşulmaq istəyir...
Tarix: 06.07.2026 / 21:05
Avropanın daha bir dövləti Azərbaycanın Orta Dəhliz layihəsinə qoşulur...
Tarix: 06.07.2026 / 19:25
Ermənistan məhsullarının Avropaya çatdlrılmasında ağır problemlər yarandı...
Tarix: 06.07.2026 / 17:09
Rusiya Azərbaycan vasitəsilə Ermənistana 30 vaqon propan göndərdi
VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 21.06.2025 / 08:15
Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO
Tarix: 09.07.2026 / 21:52
İrandan Trampa “İrəvan mesajı” - sülh olmasa, TRIPP marşrutuna dözmərik...
Tarix: 09.07.2026 / 19:38
Vətəndaşın məmurlarla birbaşa ünsiyyətində sıfır hədd - rəqəmsallaşma dövrünün hədəfi...
Tarix: 09.07.2026 / 18:51
Çin və ABŞ-ın mübarizə apardığı Gürcüstan limanında Azərbaycan həlledici söz sahibinə çevrilir...
SON XƏBƏRLƏR
10.07.2026 / 05:48
Tramp Netanyahu ilə bölgədəki vəziyyəti müzakirə etdi
10.07.2026 / 05:38
İİKK generalı raketlə vuruldu
09.07.2026 / 22:51
“Azərbaycançılıq” ideologiyasına qarşı təxribat
09.07.2026 / 22:18
“Qərbi Azərbaycanın sakral coğrafiyası” silsiləsindən - Göyçə gölündən Araz çayınadək uzanan vadi: Türk-Müsəlman Ruhani və İrfan yurdları…
09.07.2026 / 21:52
İrandan Trampa “İrəvan mesajı”
- sülh olmasa, TRIPP marşrutuna dözmərik...
09.07.2026 / 21:30
Ankara zirvəsində 2 əsas yekun
- ABŞ-Avropa konsensusu, hamı Rusiyaya qarşı...
09.07.2026 / 21:06
Zirvədən sonra “daha güclü NATO” yarandımı?
- Mübahisə var...
09.07.2026 / 20:40
Daxili İşlər Nazirliyi ilk 6 aya yekun vurdu...
Cinayətlərin açılma faizi xeyli yüksəlib...
09.07.2026 / 20:27
Azərbaycanın "JF-17 Thunder" qırıcıları Ermənistanı qorxuya saldı...
09.07.2026 / 20:12
Diasporumuza Rusiyada problemlər yaradılandan sonra Avropa, Amerika istiqamətində fəallıq başladı...
09.07.2026 / 19:55
Tramp İranı birbaşa NATO zirvəsindən vurdu
- mesajlar nədir?...
09.07.2026 / 19:38
Vətəndaşın məmurlarla birbaşa ünsiyyətində sıfır hədd
- rəqəmsallaşma dövrünün hədəfi...
09.07.2026 / 19:21
Çexlər separatçı cani Vardanyana görə əfsanəvi Vatslav Haveli hörmətdən saldılar...
09.07.2026 / 19:08
Vüsal Tahirov haqqında deyilənlərdən...
09.07.2026 / 19:05
Azərbaycana diri heyvan idxal edən iri şirkətlər əsas məlumatları "gizli" saxlayır...
09.07.2026 / 18:51
Çin və ABŞ-ın mübarizə apardığı Gürcüstan limanında Azərbaycan həlledici söz sahibinə çevrilir...
09.07.2026 / 18:37
TRIPP-ə İran təhdidi böyüyür, Qafqaz savaşa cəlb edilə bilər...
09.07.2026 / 18:22
Azərbaycanlı miqrantların Rusiyada işi çətinləşir, pul köçürmələri kəskin azalır...
09.07.2026 / 18:10
İran İordaniyadakı ABŞ bazasını vurdu...
09.07.2026 / 17:56
Britaniya “Zəngəzur” tankerini sanksiya siyahısından çıxardı
09.07.2026 / 17:53
“İki sahil” qəzeti 35 yaşını qeyd edir
09.07.2026 / 17:51
Vatikanla humanitar və mədəni əməkdaşlığın perspektivləri müzakirə olunub
09.07.2026 / 17:39
Nəsimidə ər arvadını güllələdi
09.07.2026 / 17:28
ABŞ İranın Çin və Rusiya ilə əsas ticarət yolunu bombaladı...
09.07.2026 / 17:17
"Sözün hekayəsi": növbəti Vaqif Poeziya Günləri keçiriləcək
09.07.2026 / 17:04
Süni intellekt üçün internet Bakcelldən
09.07.2026 / 16:52
NATO zirvəsində Türkiyədən Rusiyanın xoşuna gəlməyəcək bəyanat...
09.07.2026 / 16:42
İranın Buşehr əyalətində partlayış səsləri eşidildi...
09.07.2026 / 16:34
"Süni intellekt sahəsindəki Fəaliyyət Planı "suveren süni intellekt" konsepsiyası üzərində qurulub"
- Ramid Namazov
09.07.2026 / 16:23
Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunub
09.07.2026 / 16:15
Prezident Azərbaycandan Gürcüstana elektrik enerjisinin təchizatı və tranziti barədə sazişi təsdiqlədi
09.07.2026 / 16:12
Tankçı Valehin igidlik və şəhidlik hekayəsi
- Atası Saleh kişi arzusunu yerinə yetirdi...
09.07.2026 / 15:56
"2028-ci ilin sonunadək Azərbaycan dili üzrə Böyük Dil Modelləri yaradılacaq"
- Komissiya sədri
09.07.2026 / 15:41
Ölümə meydan oxuyan igid - Şəhriyar Mirişli
09.07.2026 / 15:22
Satışda olan bu meyvə şirələrində rəngləyici aşkarlandı...
09.07.2026 / 14:39
NATO Ankarada Trampa “buynuz göstərdi”...
09.07.2026 / 14:26
Zəlimxan Yaqubun ata yurdunda ev-muzeyi yaradılır
09.07.2026 / 14:17
Əməkdar jurnalist Faiq Qismətoğlunun yubiliyi Aşıqlar Birliyində qeyd olunub
09.07.2026 / 14:10
Rusiya Ukrayna dronlarına qarşı əməliyyat zamanı öz helikopterini vurdu...
09.07.2026 / 13:53
Paşinyan Rusiya ilə anlaşdı
– “təfərrüatları paylaşmayacağam”...
09.07.2026 / 13:44
Elm, Dövlətçilik, Humanizm və Sadəliyin Vəhdəti
- Cavanşir Feyziyev
09.07.2026 / 13:32
Rusiya ərzaq böhranı ərəfəsində
- dizel böhranı kənd təsərrüfatı sektorunu da vurdu...
09.07.2026 / 13:04
Paşinyan yeni konstitusiya layihəsinin ilin sonunadək dərc olunacağını vəd etdi
09.07.2026 / 12:51
Rusiyanın Omsk neft zavodu Qazaxıstan ərazisindən vurulub?
– Astanadan açıqlama...
09.07.2026 / 12:24
Polis Sabunçuda əməliyyatlar keçirdi - 4 nəfər saxlandı...
09.07.2026 / 12:10
Pezeşkian və Əraqçı İraqda hücuma məruz qaldı
- VİDEO
09.07.2026 / 11:47
Ukrayna Tver və Stavropolda neft anbarlarını, Azovda iki tankeri vurdu...
09.07.2026 / 11:31
İran ABŞ-ın hücumları nəticəsində 14 nəfərin öldüyünü açıqladı...
09.07.2026 / 11:19
Tramp İrandan yeni mesaj aldıqlarını iddia etdi
- razılaşma istəyirlər...
09.07.2026 / 11:07
İran Qətərdə ilk xəbərdarlıq mərkəzini, Bəhreyndə yanacaq anbarını vurdu
09.07.2026 / 10:53
DÇ-2026: Bu gecə 1/4 final mərhələsinə start verilir...
09.07.2026 / 10:41
Sabirabadda çətənə kolları yetişdirən şəxs saxlandı
09.07.2026 / 10:27
"Ermənistan Konstitusiyasındakı ərazi iddiaları aradan çıxarıldıqdan sonra sülh sazişi imzalana bilər"
- Nazir
09.07.2026 / 10:21
Ceyhun Bayramov: "Delimitasiya prosesi çərçivəsində eksklav kəndlər məsələsi də həllini tapacaq"
09.07.2026 / 10:08
Natiz TRIPP-lə bağlı yaxın vaxtlarda yeni xəbərlərin olacağını açıqladı...
09.07.2026 / 09:46
Lənkəran və Yevlaxda əməliyyat - 76 kq narkotik dövriyyədən çıxarıldı
- VİDEO
09.07.2026 / 09:18
ABŞ İranda 90 hədəfi vurduğunu açıqladı...
09.07.2026 / 08:47
İran ABŞ-ın Küveyt və Bəhreyndəki bazalarını vurdu
08.07.2026 / 22:51
Azərbaycan Ukraynaya təhlükəsizlik sektorunda da dəstək verir
- Zelenskidən ilginc açıqlama...
08.07.2026 / 22:24
Özbəkistan Türk dünyasına birləşmək üçün əlifbasına "əl gəzdirir"
08.07.2026 / 22:18
QDF “Qarabağın Rəngləri” (2026) layihəsində iştirak edən gənc rəssamları mükafatlandırdı
08.07.2026 / 22:07
Kapadokiyada atçılıq irsi “II Kapadokiya At və Atçılıq Mədəniyyəti Festivalı” ilə qeyd olundu
08.07.2026 / 21:50
Tramp Kiyevə Patriot istehsalı üçün lisenziya vəd etdi
08.07.2026 / 21:45
ABŞ-la imzalanmış sənəd rəqəmsal inkişafımızda xüsusi təsirli rol oynayacaq...
08.07.2026 / 21:21
Ərdoğan raketlərdən imtina etməsə, Tramp F-35-i verməyəcək...
08.07.2026 / 21:04
20 dünya nəhənginin Zirvəsinə dəvət edilmiş bir neçə ölkədən biri olduq...
08.07.2026 / 20:45
Beyləqanda 17 ana qoyun zəhərlənərək tələf olub
- Dövlət qurumlarının operativ reaksiyası necə olmalıdır?
08.07.2026 / 20:31
Tramp Ankarada elə bir bəyanat verdi ki, 907- ni ləğv etməsə...
08.07.2026 / 20:16
NATO-nun Ankara Zirvəsinin yekun Bəyannaməsi açıqlandı
- Rusiya "uzunmüddətli təhdid" elan edildi...
08.07.2026 / 20:03
Tramp Zelenskiyə "Patriot" verəcəyini və Putinlə danışacağını açıqladı
08.07.2026 / 19:41
Müdrik və uzaqgörən siyasət, milli maraqların müdafiəsi
– ŞƏRH
08.07.2026 / 19:03
Natenyahu Türkiyə məsələsində də Trampı yoldan çıxarmağa çalışır
- F35 olmasa...
08.07.2026 / 18:44
Tramp İrana yeni hücum dalğasının anonsunu verdi
- Xark adasını ələ keçirəcəyik...
08.07.2026 / 18:31
“Any Unboxing” dələduzluq piramidası ifşa edildi
- 300-dən çox zərərçəkmiş... - VİDEO
08.07.2026 / 18:20
Zərbələrdən sonra Tramp İranı tənqid etdi: "Xəstə insanlardan nifrət edirəm"
08.07.2026 / 18:08
Balakəndə sel səbəbindən çayda köməksiz qalan şəxs xilas edildi
- VİDEO
08.07.2026 / 17:51
Balakəndə bir nəfəri sel apardı...
08.07.2026 / 17:39
Moskva Paşinyanın qarşısında yeni şərtlər qoyur...
08.07.2026 / 16:45
"Nə Türkiyə əvvəlkidir, nə də NATO"
08.07.2026 / 16:35
Ermənistanda küçə döyüşləri başlayır -
ölkədə siyasi gərginlik pik həddə...
08.07.2026 / 16:29
NATO böyük sınaq ərəfəsində -
qurum ya dağılacaq, ya da...
Diasporumuza Rusiyada problemlər yaradılandan sonra Avropa, Amerika istiqamətində fəallıq başladı...
Populyar xəbərlər
Tarix: 16.06.2026 / 18:39
Cənubi Koreya millisi medianı boykot qərarı verdi -
Dünya Kuboku bitənə kimi…
Tarix: 13.06.2026 / 19:08
Mingəçevir Dövlət Universiteti Beynəlxalq RUR reytinqində: İlk iştirakdan uğurlu nəticə
Tarix: 14.06.2026 / 14:02
DİN: “Son zəng” tədbirləri yüksək təhlükəsizlik şəraitində başa çatıb
Tarix: 14.06.2026 / 13:47
Britaniya La-Manş boğazında Rusiyanın “kölgə donanmasına” məxsus neft tankerini saxlayıb
Tarix: 27.06.2026 / 15:15
"Soyqırım və deportasiya qurbanlarına dəstək" adlı layihənin icrası davam edir
XƏBƏR ARXİVİ