çərşənbə günü, 28 oktyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
"Azərsu" hesabat verdi
Tarix: 25.07.2015 / 02:44
Bölmə: İqtisadiyyat
"Azərsu" Açıq Səhmdar Cəmiyyəti "Azərbaycan Respublikası regionlarının 2014-2018-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq 2015-ci ilin birinci yarısında Astara, Tərtər, Daşkəsən və Qobustan şəhərlərinin içməli su və kanalizasiya infrastrukturlarının yenidən qurulması layihələrinin icrasına başlayıb.
ASC-dən "Trend"ə verilən məlumata görə, bununla da "Azərsu" ASC-nin sifarişi ilə su və kanalizasiya sistemləri yenidən qurulan şəhərlərin sayı 29-a çatıb. Bu şəhərlərin 11-də işlər dövlət büdcəsi vəsaiti, 18-də isə beynəlxalq maliyyə qurumlarından cəlb olunmuş kreditlər hesabına həyata keçirilir.
Dövlət büdcəsindən maliyyələşən layihə çərçivəsində Mingəçevir şəhərində yeni texnologiyaya əsaslanan və məhsuldarlığı sutkada 50 min kubmetr olan sutəmizləyici qurğunun birinci mərhələsinin inşası başa çatıb və şəhərə yeni mənbədən içməli suyun verilməsi təmin edilib. Təmizləyici qurğunun ikinci mərhələsi istismara veriləndən sonra, Mingəçevirlə yanaşı, Yevlax şəhəri və ətraf kəndlər də bu mənbədən su alacaq. Eyni zamanda, Mingəçevir şəhərində tikintisi nəzərdə tutulan 270 km su şəbəkəsinin 197 km-lik hissəsində işlər başa çatdırılıb.
Hazırda Mingəçevir şəhərində tutumu 10 min kubmetr olan su anbarının, su və kanalizasiya şəbəkələrinin tikintisi və sayğaclaşma işləri davam etdirilir. Çirkab sularının idarə olunması məqsədi ilə 3 ədəd kanalizasiya nasos stansiyası tikilərək istifadəyə verilib. Bunun nəticəsində Kür çayına 21 nöqtədən axıdılan çirkab suların qarşısı alınıb.
Şəmkir şəhərində istehlakçıları keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək məqsədilə Şəmkirçay su mənbəyindən istifadə olunmasına başlanıb. Bu məqsədlə uzunluğu 16,5 km olan Şəmkirçay-Şəmkir magistral su xətti qısa müddətdə tikilərək istismara verilmiş və yeni mənbədən şəhərə suyun verilməsi təmin edilib. Ucar şəhərində içməli su şəbəkəsinin yenidən qurulması üzrə işlər yekunlaşıb, şəhərdə 120 km şəhərdaxili şəbəkə yaradılıb, bütün abunəçilər smart sayğacla təmin olunub və bütün istehlakçılar 24 saat fasiləsiz içməli su ilə təmin olunub. Hazırda tutumu 3000 kubmetr olan su anbarının və kanalizasiya şəbəkəsinin tikintisi davam etdirilir.
Lənkəran şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində ümumi əhalisi 15 min nəfər olan Şilavar, Digah, Velədi, Sütəmurdov və Göyşaban kəndlərinin içməli su problemi həll edilir. Hazırda həmin kəndlərdə 98 km uzunluğunda layihələndirilmiş su xətlərinin tikintisi, 3300-dən çox ev birləşmələrinin verilməsi və smart sayğacların quraşdırılması işləri yekunlaşmaq üzrədir. Artıq Göyşaban kəndinə içməli suyun verilməsi təmin edilib və hazırda kəndin 3500 sakini yeni şəbəkədən su alır.
Dövlət büdcəsi hesabına maliyyələşdirilən digər layihələr çərçivəsində 2015-ci ilin yanvar-iyun aylarında Hacıqabul, Biləsuvar, İmişli, Zərdab, Kürdəmir və Qax şəhərlərində içməli su və kanalizasiya infrastrukturlarının yenidən qurulması işləri davam etdirilir. Qeyd edək ki, Quba şəhərində layihənin icrası başa çatdırılıb, şəhərin içməli su və kanalizasiya sistemləri yenidən qurulub. Azərbaycan Hökuməti və Asiya İnkişaf Bankının birgə maliyyələşdirdiyi "Su təchizatı və kanalizasiya investisiya proqramı" çərçivəsində Ağdaş şəhərində sugötürücü qurğuların tikintisi ilə yanaşı, su təchizatı və kanalizasiya şəbəkələri yenidən qurulması və sayğaclaşma işlərinə start verilib. Ağdaş şəhərini keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək üçün 2 yeni artezian quyusunun qazılmasına başlanıb. Buna qədər isə 134 km su şəbəkəsinin 126 km-lik hissəsi, 137 km-lik kanalizasiya şəbəkəsinin 121 km hissəsində işlər başa çatdırılıb. Layihənin növbəti mərhələsində Ağdaş şəhərində su və kanlizasiya şəbəkəsinin qalan hissəsinin inşası tamamlanacaq, çirkab sutəmizləyici qurğu tikiləcək və sayğaclaşma başa çatdırılacaq.
"Su təchizatı və kanalizasiya investisiya proqramı" çərçivəsində Ağcabədi şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi üzrə tender elan edilmiş və yaxın vaxtlarda tikinti-quraşdırma işlərinə başlanılacaq.
İslam İnkişaf Bankının krediti hesabına maliyyələşdirilən "Azərbaycanın 6 rayonunda Milli Su Təchizatı və Kanalizasiya Proqramı layihəsi" çərçivəsində Gədəbəy, Astara, Daşkəsən və Tərtər şəhərlərində layihələrin icrası intensiv şəkildə həyata keçirilir.
Gədəbəy şəhərində istehlakçıların keyfiyyətli və dayanıqlı su təchizatının təmin edilməsi məqsədilə Südlübulaq su mənbəyindən 14,8 km uzunluğunda magistral su kəmərinin, su anbarının, 79,4 km uzunluğunda paylayıcı su şəbəkəsinin tikintisi davam etdirilir. Xanbulançay dəryaçasının yaxınlığında tikilmiş sutəmizləyici qurğudan Astara şəhərinə 24,8 km uzunluğunda magistral su kəmərinin tikintisinə başlanılıb.
Almaniya İnkişaf Bankının (KFW bankı) maliyyələşdirdiyi "II Açıq Kommunal İnfrastruktur Proqramı" çərçivəsində "Gəncə şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması" layihəsi çərçivəsində şəhərin bir hissəsinin içməli su və kanalizasiya şəbəkələrinin yenidən qurulması, anbarların tikintisi davam etdirilir.
Azərbaycan hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi tərəfindən birgə maliyyələşdirilən "Kiçik şəhərlərdə Su Təchizatı və Kanalizasiya Layihəsi" çərçivəsində Xaçmaz və Qusar şəhərlərində layihələrin növbəti mərhələsinin icrasına başlanıb. Bu mərhələ çərçivəsində həmin şəhərlərdə su təchizatı və kanalizasiya şəbəkələri yaradılacaq.
Dünya Bankının krediti hesabına icra edilən "Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi" çərçivəsində Şamaxı şəhərində içməli su və kanalizasiya şəbəkələrinin inşası yekunlaşmaq üzrədir, eyni zamanda çirkab sutəmizləyici qurğunun tikintisinə başlanıb. 2015-ci ilin yanvar-iyun aylarında şəhər mərkəzləri ilə yanaşı, kənd və qəsəbələrin də içməli su təchizatının yaxşılaşdırılmasına diqqət artırılıb. Ötən dövrdə içməli su çatışmazlığı müşahidə edilən Yardımlı, Zaqatala, Füzuli, Tovuz, Beyləqan rayonlarının kənd və qəsəbələrində icra olunmuş su layihələri çərçivəsində ümumilikdə 20 mindən artıq insanın içməli su təchizatı yaxşılaşdırılıb.
Hesabat dövründə "Azərsu" ASC tərəfindən regionlarda 246 km su, 75 km kanalizasiya xətləri, 1 sutəmizləyici qurğu, 2 su anbarı tikilmiş, 2 subartezian quyusu qazılıb, 6 mindən çox smart sayğac quraşdırılıb. Görülmüş işlər nəticəsində bölgələrdə 80 min nəfərin içməli su təchizatı yaxşılaşdırılıb.
Yanvar-iyun aylarında 36 min nəfər ilk dəfə mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin olunub. Hesabat dövründə 14 min nəfərin su təchizatı fasiləsiz rejimə keçirilib, 30 min nəfərə isə içməli suyun verilmə rejimi nəzərəçarpacaq dərəcədə yaxşılaşdırılıb.
DİGƏR XƏBƏRLƏR
Tarix: 27.10.2026 / 18:56
Azərbaycan Rusiya ilə təbii qaz alışı sazişi imzalayacaq...
Tarix: 27.10.2026 / 18:02
Azərbaycana mal əti idxalı kəskin artdı - yerli istehsal "ölür", bazar bahalaşır...
Tarix: 26.10.2026 / 21:46
Naxçıvanın büdcəsi 13 milyon kəsildi
- maraqlı səbəblərdən danışılır...
Tarix: 26.10.2026 / 11:50
Kimlərin pensiyalarına əlavələr ediləcək?
- AÇIQLANDI...
Tarix: 23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..
Tarix: 23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...
Tarix: 23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq
- xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...
Tarix: 23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə
- gəlirlər və xərclər açıqlandı...
Tarix: 22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...
Tarix: 22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir -
ümid Xəzərə qalıb…
Tarix: 22.10.2026 / 10:36
Sabahdan vint, bolt və qaykaların ixrac tarifi
20 DƏFƏ ARTIRILIR...
Tarix: 21.10.2026 / 17:06
Azərbaycan daha bir rekord vurdu -
"tranzitlərin rekordu"...
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...
Tarix: 22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…
Tarix: 22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...
SON XƏBƏRLƏR
27.10.2026 / 22:37
Qazaxıstan rusiyalı avtomobil alıcılarına sanksiya tətbiq etdi
– ruslara maşın satışından imtina edilir...
27.10.2026 / 22:15
Konqres Rusiyadan dizel yanacağı alan Amerika şirkətlərini həbslə hədələdi...
27.10.2026 / 21:51
Paşinyan “dövlətyönümlü yeni müxalifətin yaradılması” kursuna başlayır...
27.10.2026 / 21:33
Rusiya bir neçə ayda Ukraynada 240 kv.kilometr ərazi itirdi...
27.10.2026 / 21:16
Vuçiç getdi - Serbiyanın yeni dönəm Azərbaycan siyasəti suallar doğurmağa başladı...
27.10.2026 / 21:04
Ramiz Mehdiyevə hökm oxundu
- 14 il iş, bütün əmlakı da müsadirə olundu...
27.10.2026 / 20:59
“Azərbaycan xalqından, 30 il yurdundan məhrum edilmiş insanlardan üzr istənilməlidir”
- YENİ TƏLƏB...
27.10.2026 / 20:45
90 faizlik seçici dəstəyi Paşinyanı qorxutdu -
mövcud müxalifəti məhv edib yenisini yaradacaq...
27.10.2026 / 20:31
AK Parti iqtidarı Kipr məsələsində güzəştə gedə bilərmi?..
27.10.2026 / 20:17
ABŞ və İsrail İrana qonşu ölkədən (?) hücum edəcəklər...
27.10.2026 / 20:04
Zəfərdən sonra Azərbaycanın qəsdinə qalxmış 3 ölkənin biri Əliyevin qəbuluna gəldi...
27.10.2026 / 19:45
Bakı Təşəbbüs Qrupu Fransanın Korsika qərarını sərt tənqid etdi
- Makron rejimi qorxur...
27.10.2026 / 19:28
Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası olub
27.10.2026 / 19:12
Avropadan Putinə bir ildən sonra ilk dəfə zəng gəldi
– biz öz adımızdan danışırıq...
27.10.2026 / 18:56
Azərbaycan Rusiya ilə təbii qaz alışı sazişi imzalayacaq...
27.10.2026 / 18:43
Serbiyada "ağıllı həkimlər" Vuçiçin 14 illik hakimiyyətini yıxdılar...
27.10.2026 / 18:29
İran indi də Özbəkistana ərazi iddiası edir, Səmərqəndə dil uzadır
27.10.2026 / 18:14
Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi
27.10.2026 / 18:02
Azərbaycana mal əti idxalı kəskin artdı - yerli istehsal "ölür", bazar bahalaşır...
27.10.2026 / 17:52
Əli Əsədov İƏT-in baş katibi ilə Azərbaycanın təşkilata sədrliyini müzakirə edib
- FOTO
27.10.2026 / 17:44
Milli Azərbaycan ideyası beynəlxalq forumda yenidən gündəmə gətirildi...
27.10.2026 / 17:35
Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdülsalam ilə görüşüb
- FOTO
27.10.2026 / 17:27
Azərbaycanda yeni Komissiya yaradılır
27.10.2026 / 17:20
Azad edilmiş ərazilərdə ən böyük memorial kompleks Ağdamda yaradılacaq...
27.10.2026 / 17:06
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
- FOTO
27.10.2026 / 16:49
İvanişvili Gürcüstanda bütün antirus partiyaları qadağan edir...
27.10.2026 / 16:45
Tramp İrana qarşı yeni əməliyyatlar qərarını heç cür verə bilmir...
27.10.2026 / 16:37
AMEA alimləri Pezeşkiana çağırış etdi
- İranda azərbaycanlılar üçün ana dilində məktəblər açılsın...
27.10.2026 / 16:30
Hakimlər qarşısında tələb qoyuldu
- süründürməçiliyə və təhqirə yol verilməsin!
27.10.2026 / 16:17
Zəngəzur dəhlizində erməni sərhədçilər yalnız müşahidəçi olacaq
– ABŞ səfirliyi açıqladı...
27.10.2026 / 16:01
Oktay Saral Azərbaycana qarşı hicab iddialarından hələ imtina etməyibmiş...
27.10.2026 / 15:46
Prezident, birinci xanım və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” sərgisi ilə tanış olublar
- FOTO
27.10.2026 / 15:41
Tramp bütün hərbi bazalarını "90 günlük müharibəyə" hazırlayır -
hədəf kimdir?
27.10.2026 / 14:36
Prezidentin sosial şəbəkə hesablarında VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakına dair paylaşım edilib
- VİDEO
27.10.2026 / 14:05
800 kq Hizbullah partlayıcısı -
ələ keçirilən arsenalın taleyinə Livan qərar verir
27.10.2026 / 14:01
Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib
- FOTO
27.10.2026 / 14:00
"Ermənistan Konstitusiyasına dəyişiklik davamlı sülhün əsas şərtlərindən biridir" -
Fərid Şəfiyev
27.10.2026 / 13:54
"Bakı bu cür beynəlxalq forumlar vasitəsilə mədəniyyətlərarası dialoqa mühüm töhfə verə bilər" -
Ozodbek Nazarbekov
27.10.2026 / 13:49
"Mədəniyyətlərarası dialoq sülh və ümumi gələcək naminə davamlı birgə fəaliyyətdir" -
Türkmənistanın mədəniyyət naziri
27.10.2026 / 13:36
Çin brendləri Mao Tzedun zarafatı üzündən ünlü futbolçu ilə müqavilələrini ləğv etdi
27.10.2026 / 13:30
Penitensiar Xidmətə yeni rəis təyin edildi
27.10.2026 / 13:23
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb
27.10.2026 / 12:50
Türkiyədə daha bir bələdiyyədə şübhəli əməliyyat
– üzvlərin YENİ Partiyaya qoşulmasından saatlar əvvəl həbslər aparıldı...
27.10.2026 / 12:21
Rusiya və Ukrayna Xersonda atəşkəs elan etdi...
27.10.2026 / 12:08
“Bakı Prosesi” mədəniyyətlərarası dialoq üçün beynəlxalq platforma yaradıb"
-ICESCO-nun Baş direktoru
27.10.2026 / 11:57
"Forum sülhün, təhlükəsizliyin, həmrəyliyin müzakirə olunduğu əsas platformaya çevrilib"
- İƏT-in Baş katibi
27.10.2026 / 11:49
Ermənistan 30 il sonra?
27.10.2026 / 11:26
Azərbaycan Lana Zəki Nusseibehin BMT Baş katibi vəzifəsinə namizədlik təşəbbüsünü alqışlayır
27.10.2026 / 11:14
Prezident İlham Əliyev: "Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq"
27.10.2026 / 11:08
Paşinyan katolikosa qarşı onun işlərini araşdıran komissiyanı yaratdı
27.10.2026 / 11:06
Prezident: "Müstəqil siyasətimiz bizə çox böyük hörmət qazandırıb"
27.10.2026 / 11:03
"Bu gün Azərbaycan qeyri-sabit regionda sabitlik adası kimi görünür"
- Prezident
27.10.2026 / 11:01
Prezident: "Ölkəmizdə 35 ildə qazanılmış nailiyyətlər Azərbaycan xalqı tərəfindən əldə edilmişdir"
27.10.2026 / 10:57
Polis Masallıda əməliyyat keçirdi
- saxlanan var...
27.10.2026 / 10:53
"Müstəqil ölkəyə necə yaşamaq, nəyi etmək, nəyi etməmək barədə dərslər verilməli deyil"
- Prezident
27.10.2026 / 10:49
Azərbaycan Prezidenti: "İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır"
27.10.2026 / 10:45
"Azərbaycan təcrübəsi bəzi münaqişələrin aradan qaldırılmasına xidmət edə bilər"
- Prezident
27.10.2026 / 10:39
Seçkiyə 1 həftə qalmış Trampa qarşı impiçment hazırlıqları başladı
27.10.2026 / 10:34
Prezident Dialoq Forumunda Azərbaycanın öz torpaqlarını azad etməsindən danışdı
27.10.2026 / 10:30
"Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlər üzrə birlik nümayiş etdirir"
- Prezident İlham Əliyev
27.10.2026 / 10:28
Dubay məhkəməsi Rusiya neftinin satışından 700 milyon dollardan çox vəsaiti dondurub -
işin içində azərbaycanlılar da var…
27.10.2026 / 10:25
Prezident: "İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər"
27.10.2026 / 10:19
Bakıda jurnalistlər üçün rəqəmsal bacarıqlar sessiyası keçirilir
27.10.2026 / 10:17
"Azərbaycanın sabit inkişafının əsas səbəblərindən biri cəmiyyətimizdə olan ahəngdarlıqdır"
- Prezident
27.10.2026 / 10:14
Prezident: "Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub"
27.10.2026 / 10:08
"Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətlərin inkişafına öz töhfəsini vermişdir"
- Prezident
27.10.2026 / 10:05
Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib
- FOTO/VİDEO/YENİLƏNDİ
27.10.2026 / 09:52
Dünyanın gözü İsraildəki parlament seçkilərində
- Netanyahu, ya Eisenkot...
27.10.2026 / 09:34
ABŞ İran ətrafında hərbi gəmilərin sayını artırır…
27.10.2026 / 09:20
Türkiyədə qasırğa fəlakəti...
Fəhlələrin qaldığı iki kabinə devrildi, ölənlər var…
27.10.2026 / 09:07
“Ab-Hava” restoranında kütləvi dava pul üstündə olub
- YENİ DETALLAR ortaya çıxdı...
27.10.2026 / 06:37
İsrail BMT-ni cihadçı terrorizmi əsaslandırmaqda ittiham etdi
26.10.2026 / 22:05
Misir də husilərə qarşı müharibəyə qoşulur
- qərar verildi…
26.10.2026 / 21:56
Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub
- FOTO
26.10.2026 / 21:50
Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verildi
- FOTO
26.10.2026 / 21:46
Naxçıvanın büdcəsi 13 milyon kəsildi
- maraqlı səbəblərdən danışılır...
26.10.2026 / 21:30
Ermənistanla bağlı qeyri-müəyyənlik KTMT rəhbərliyini çaşdırıb...
26.10.2026 / 21:15
Putin-Si-Tramp dünyada hamı üçün ziyanlı ssenari hazırlayır...
26.10.2026 / 20:57
Dövlət Agentliyində inanılmaz nöqsanlar aşkarlanıb...
26.10.2026 / 20:38
Rusiya Ermənistanla bağlı növbəti qərarı verdi...
26.10.2026 / 20:21
Bakıdan Tehrana sərt cavab: İranda bircə Azərbaycan məktəbi də yoxdur
Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...
Populyar xəbərlər
Tarix: 08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..
Tarix: 28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...
Tarix: 28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya...
- VIDEO
Tarix: 10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi
Tarix: 07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...
XƏBƏR ARXİVİ