çərşənbə günü, 28 oktyabr 2026
     

Məktəblilər üçün yay düşərgələri ilə bağlı yeni ideya var

Image


Yusif Bəkirov: "Azərbaycanda yay düşərgələrini təşkil edən qurum yoxdur"

"Oskar" təhsil mərkəzi - Asim Dünyamalıyev: "Təəssüflər olsun ki, ölkə daxilində yüksək səviyyəli istirahət düşərgələri təşkil etmək mümkün deyil"

Nazim Ağamirov: "Uşaqların istirahətinin dolğun və səmərəli keçməsi üçün düşərgələrdə lazımi şərait yaradılıb"

9 ay dayanmadan dərs oxuyan, imtahanlara hazırlaşan məktəblilər yay tətilini səmərəli keçirmək və yorğunluğu 2-3 ay haradasa dincəlməklə üstlərindən atmaq istəyirlər. Lakin ölkəmizdə məktəblilərin yay istirahətinin təşkili artıq uzun müddətdir bir problem olaraq qalır. Çünki SSRİ dağılandan sonra Azərbaycanda uşaqların yay istirahətinin təşkili sahəsində pərakəndəlik yarandı.
Nəticədə istirahət düşərgələrinin bir qismi dağıdıldı və qanunsuz olaraq özəlləşdirildi, bəzilərində isə qaçqın və məcburi köçkünlər yerləşdirildi. Ümumilikdə, 50-yə yaxın uşaq istirahət düşərgəsi bağlandı.
Valideynlər də yay düşərgələrinin yetərincə olmamasından şikayətlənir və uşaqların yay boyu istirahət edə bilmədiyini bildirir.
Apardığımız araşdırma nəticəsində məlum oldu ki, uşaqların yay fəslində istirahəti üçün bir sıra istirahət düşərgələri mövcuddur. Uşaqların istirahəti həm xaricdə, həm də ölkə daxilində təşkil olunur.
Respublikamızın dağətəyi ərazilərində yay düşərgəsi təklif edən az sayda özəl şirkət var. Belə şirkətlərdən birinin Qaxdakı düşərgəsinin meneceri Xəyyam Dəmirov mediaya açıqlamasında deyib ki, onlarda mövsüm iyulun 1-dən başlayır. Eyni vaxtda 45 uşağın qala bildiyi düşərgədə istirahət müddəti iki həftəlik və ya 1 aylıqdır: "Uşaqlar gündə 3 dəfə qidalanır, üzgüçülük dərslərinə gedir, gündə 3 saat ingilis dili məşğələsi olur. Ekskursiyaya aparılır. Hər otağın özünün hamam-tualeti var. Hər 5 uşaq tərbiyəçi ilə qalır. Bu istirahət düşərgədə qalan bir uşaq üçün 700 manatdan yuxarıdır, əgər uşaq bir aylıq qalacaqsa, ödəniş 1000 manatı keçir. Uşağın günü 40 manata başa gəlir. Burada da ingilis dili, üzgüçülük dərsləri, yemək və s. məsələləri nəzərə alsan, bu qiymət o qədər də baha sayılmamalıdır".
"Oskar" təhsil mərkəzinin xaricdə təhsil üzrə koordinatoru Asim Dünyamalıyev "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, yay proqramları əsasən təhsil və tətil məqsədilə yaradılıb: "Proqram hər yaşdan olan məktəblilər və gənclər üçün nəzərdə tutulub. Proqram şagirdlərə ingilis dilinin təkmilləşdirilməsi, müxtəlif ölkələrdən olan insanlar arasında aktivləşmə, yeni dostlar qazanma və dünyagörüşünü artırma, təcrübə qazandırır. Yay və qış düşərgələri uşaqlar və yeniyetmələr üçün öz boş vaxtını səmərəli keçirməsinə şərait yaradır. Düşərgələrin əsas məqsədi təhsilin və mədəni inkişafın yüksəldilməsinə kömək etməkdir".
A.Dünyamalıyevin sözlərinə görə, onlar uşaqlar üçün yay istirahət düşərgəsini ölkə daxilində deyil, xarici ölkələrdə təşkil edir: "Yay düşərgələri əsasən Böyük Britaniya, ABŞ, Kanada və Maltada təşkil olunur. Bu proqramda 10-17 yaşarası şagirdlər və eləcə də 18 yaşdan yuxarı gənclər də iştirak edə bilər. Eyni zamanda, şagirdlərlə bərabər onların valideynləri də güzəştli şərtlərlə bu proqramdan yararlana bilər. Proqramın müddətinə gəlincə deyə bilərəm ki, yay düşərgələri tələbdən asılı olaraq 2 həftədən 3 aya kimi davam edir. Qiymətlər isə 1000-3000 manat arasında dəyişir".
Həmsöhbətimiz qeyd etdi ki, qiymətin yüksək olmasına baxmayaraq, valideynlər maraqlıdır ki, onların övladı bu proqramda iştirak etsin: "Uşaqlar həm istirahət edir, həm xarici ölkə görüb dünyagörüşü artır, həm də əcnəbi dil öyrənərək sertifikat əldə edir. Təəssüflər olsun ki, ölkə daxilində bu cür proqramları təşkil etmək mümkün deyil".
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının
mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
Nazim Ağamirov "Bakı-Xəbər"ə açıqlamasında bildirdi ki,
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və onun üzv təşkilatları olan sahə həmkarlar ittifaqları, hər il olduğu kimi, bu il də yay aylarında uşaqların istirahətinin təşkilinə ciddi önəm verir: "2014-cü ilin yay mövsümündə 20 min nəfərə yaxın uşağın sağlamlaşdırılması və istirahəti təşkil edilib. Bunlardan 2750 nəfəri həmkarlar ittifaqlarının yay sağlamlıq düşərgələrində dincəlib, qalanları isə həmkarlar ittifaqının xətti ilə öz valideynləri ilə birgə respublikanın səfalı guşələrindəki istirahət mərkəzlərində istirahət ediblər. Ailəvi istirahətin təşkili ilə əlaqədar həmin istirahət mərkəzləri ilə müqavilələr bağlanıb və yollayışlar verilib. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının tabeliyində olan sanatoriya-kurort müəssisələrində də uşaqların sağlamlaşdırılması və istirahəti təmin edilib, bu zaman ilk növbədə uşaqların müalicəyə olan ehtiyacı nəzərə alınıb. Onu da qeyd edək ki, istirahətə göndəriş zamanı aztəminatlı ailələrin, məcburi köçkünlərin, qaçqınların uşaqlarına güzəştlər olunub".
N.Ağamirovun sözlərinə görə, 2015-ci ildə yay sağlamlıq düşərgələrində dincələcək uşaqların sayının 2000 nəfər olacağı gözlənir. Bundan əlavə, sahə həmkarlar ittifaqı təşkilatları tərəfindən də uşaqların yay istirahətinin təşkil olunması nəzərdə tutulur: "Yay sağlamlıq düşərgələrinə yollayışlar ilk növbədə həmin düşərgələrin məxsus olduğu sahənin müəssisə və təşkilatlarında çalışan işçilərin uşaqlarına veriləcək. Bu il istirahəti təşkil olunması nəzərdə tutulan 2000 nəfər uşaqdan 800 nəfəri yollayışdan tam güzəştlə, pulsuz istifadə edəcək. Həmin yollayışlar əsasən aztəminatlı, şəhid, qaçqın, məcburi köçkün və əlil ailələrinin uşaqları üçün nəzərdə tutulur. Qalan 1200 uşaq isə dəyərinin yalnız 15 faizini ödəməklə yollayış əldə edəcək. Bir ədəd yollayışın dəyərinin 235 manat olduğunu nəzərə alsaq, işçilər öz uşaqları üçün alacaqları yollayışın dəyərinin yalnız 15 faizini, yəni 35 manat ödəyəcək.
Uşaq sağlamlıq düşərgələri mövsüm ərzində bir növbənin müddəti 21 gün olmaqla fəaliyyət göstərəcək. Uşaqların istirahətinin dolğun və səmərəli keçməsi üçün düşərgələrdə lazımi şərait yaradılıb. Düşərgələrdə dincələcək uşaqların yaş həddi 7 yaşdan 14 yaşa qədərdir".
Uşaq Hüquqları üzrə Müdafiə Liqasının sədri Yusif Bəkirovun sözlərinə görə, sovet dövründə məktəblər tədris müddəti bitdikdən sonra düşərgə kimi fəaliyyət göstərirdi. Yəni məktəb düşərgələri təşkil edilirdi və bu, bütün məktəblilər üçün nəzərdə tutulurdu. Bunu isə Təhsil Nazirliyi həyata keçirməlidir: "Dünya təcrübəsində yay düşərgələri didaktik xarakter daşıyır və pedaqoqların nəzarəti ilə təşkil edilir. Hazırda isə yay düşərgələri 1 milyon 500 min, 7-14 yaşlı məktəblidən yalnız 4-5 min məktəblini əhatə edir. Azərbaycanda yay düşərgələrini təşkil edən qurum yoxdur. Bu işin təşkili üçün ilk növbədə yay məktəbli düşərgələrinin pərakəndə şəkildə təşkilinə son qoymaq lazımdır. Uşaqların həm istirahəti, həm də dünyagörüşünün artırılması məqsədilə istirahət düşərgələri açılmalıdır".
Günel CƏLİLOVA






VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

27.10.2026 / 22:37
Qazaxıstan rusiyalı avtomobil alıcılarına sanksiya tətbiq etdi – ruslara maşın satışından imtina edilir...

27.10.2026 / 22:15
Konqres Rusiyadan dizel yanacağı alan Amerika şirkətlərini həbslə hədələdi...

27.10.2026 / 21:51
Paşinyan “dövlətyönümlü yeni müxalifətin yaradılması” kursuna başlayır...

27.10.2026 / 21:33
Rusiya bir neçə ayda Ukraynada 240 kv.kilometr ərazi itirdi...

27.10.2026 / 21:16
Vuçiç getdi - Serbiyanın yeni dönəm Azərbaycan siyasəti suallar doğurmağa başladı...

27.10.2026 / 21:04
Ramiz Mehdiyevə hökm oxundu - 14 il iş, bütün əmlakı da müsadirə olundu...

27.10.2026 / 20:59
“Azərbaycan xalqından, 30 il yurdundan məhrum edilmiş insanlardan üzr istənilməlidir” - YENİ TƏLƏB...

27.10.2026 / 20:45
90 faizlik seçici dəstəyi Paşinyanı qorxutdu - mövcud müxalifəti məhv edib yenisini yaradacaq...

27.10.2026 / 20:31
AK Parti iqtidarı Kipr məsələsində güzəştə gedə bilərmi?..

27.10.2026 / 20:17
ABŞ və İsrail İrana qonşu ölkədən (?) hücum edəcəklər...

27.10.2026 / 20:04
Zəfərdən sonra Azərbaycanın qəsdinə qalxmış 3 ölkənin biri Əliyevin qəbuluna gəldi...

27.10.2026 / 19:45
Bakı Təşəbbüs Qrupu Fransanın Korsika qərarını sərt tənqid etdi - Makron rejimi qorxur...

27.10.2026 / 19:28
Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası olub

27.10.2026 / 19:12
Avropadan Putinə bir ildən sonra ilk dəfə zəng gəldi – biz öz adımızdan danışırıq...

27.10.2026 / 18:56
Azərbaycan Rusiya ilə təbii qaz alışı sazişi imzalayacaq...

27.10.2026 / 18:43
Serbiyada "ağıllı həkimlər" Vuçiçin 14 illik hakimiyyətini yıxdılar...

27.10.2026 / 18:29
İran indi də Özbəkistana ərazi iddiası edir, Səmərqəndə dil uzadır

27.10.2026 / 18:14
Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi

27.10.2026 / 18:02
Azərbaycana mal əti idxalı kəskin artdı - yerli istehsal "ölür", bazar bahalaşır...

27.10.2026 / 17:52
Əli Əsədov İƏT-in baş katibi ilə Azərbaycanın təşkilata sədrliyini müzakirə edib - FOTO

27.10.2026 / 17:44
Milli Azərbaycan ideyası beynəlxalq forumda yenidən gündəmə gətirildi...

27.10.2026 / 17:35
Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdülsalam ilə görüşüb - FOTO

27.10.2026 / 17:27
Azərbaycanda yeni Komissiya yaradılır

27.10.2026 / 17:20
Azad edilmiş ərazilərdə ən böyük memorial kompleks Ağdamda yaradılacaq...

27.10.2026 / 17:06
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb - FOTO

27.10.2026 / 16:49
İvanişvili Gürcüstanda bütün antirus partiyaları qadağan edir...

27.10.2026 / 16:45
Tramp İrana qarşı yeni əməliyyatlar qərarını heç cür verə bilmir...

27.10.2026 / 16:37
AMEA alimləri Pezeşkiana çağırış etdi - İranda azərbaycanlılar üçün ana dilində məktəblər açılsın...

27.10.2026 / 16:30
Hakimlər qarşısında tələb qoyuldu - süründürməçiliyə və təhqirə yol verilməsin!

27.10.2026 / 16:17
Zəngəzur dəhlizində erməni sərhədçilər yalnız müşahidəçi olacaq – ABŞ səfirliyi açıqladı...

27.10.2026 / 16:01
Oktay Saral Azərbaycana qarşı hicab iddialarından hələ imtina etməyibmiş...

27.10.2026 / 15:46
Prezident, birinci xanım və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” sərgisi ilə tanış olublar - FOTO

27.10.2026 / 15:41
Tramp bütün hərbi bazalarını "90 günlük müharibəyə" hazırlayır - hədəf kimdir?

27.10.2026 / 14:36
Prezidentin sosial şəbəkə hesablarında VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakına dair paylaşım edilib - VİDEO

27.10.2026 / 14:05
800 kq Hizbullah partlayıcısı - ələ keçirilən arsenalın taleyinə Livan qərar verir

27.10.2026 / 14:01
Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib - FOTO

27.10.2026 / 14:00
"Ermənistan Konstitusiyasına dəyişiklik davamlı sülhün əsas şərtlərindən biridir" - Fərid Şəfiyev

27.10.2026 / 13:54
"Bakı bu cür beynəlxalq forumlar vasitəsilə mədəniyyətlərarası dialoqa mühüm töhfə verə bilər" - Ozodbek Nazarbekov

27.10.2026 / 13:49
"Mədəniyyətlərarası dialoq sülh və ümumi gələcək naminə davamlı birgə fəaliyyətdir" - Türkmənistanın mədəniyyət naziri

27.10.2026 / 13:36
Çin brendləri Mao Tzedun zarafatı üzündən ünlü futbolçu ilə müqavilələrini ləğv etdi

27.10.2026 / 13:30
Penitensiar Xidmətə yeni rəis təyin edildi

27.10.2026 / 13:23
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb

27.10.2026 / 12:50
Türkiyədə daha bir bələdiyyədə şübhəli əməliyyat – üzvlərin YENİ Partiyaya qoşulmasından saatlar əvvəl həbslər aparıldı...

27.10.2026 / 12:21
Rusiya və Ukrayna Xersonda atəşkəs elan etdi...

27.10.2026 / 12:08
“Bakı Prosesi” mədəniyyətlərarası dialoq üçün beynəlxalq platforma yaradıb" -ICESCO-nun Baş direktoru

27.10.2026 / 11:57
"Forum sülhün, təhlükəsizliyin, həmrəyliyin müzakirə olunduğu əsas platformaya çevrilib" - İƏT-in Baş katibi

27.10.2026 / 11:49
Ermənistan 30 il sonra?

27.10.2026 / 11:26
Azərbaycan Lana Zəki Nusseibehin BMT Baş katibi vəzifəsinə namizədlik təşəbbüsünü alqışlayır

27.10.2026 / 11:14
Prezident İlham Əliyev: "Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq"

27.10.2026 / 11:08
Paşinyan katolikosa qarşı onun işlərini araşdıran komissiyanı yaratdı

27.10.2026 / 11:06
Prezident: "Müstəqil siyasətimiz bizə çox böyük hörmət qazandırıb"

27.10.2026 / 11:03
"Bu gün Azərbaycan qeyri-sabit regionda sabitlik adası kimi görünür" - Prezident

27.10.2026 / 11:01
Prezident: "Ölkəmizdə 35 ildə qazanılmış nailiyyətlər Azərbaycan xalqı tərəfindən əldə edilmişdir"

27.10.2026 / 10:57
Polis Masallıda əməliyyat keçirdi - saxlanan var...

27.10.2026 / 10:53
"Müstəqil ölkəyə necə yaşamaq, nəyi etmək, nəyi etməmək barədə dərslər verilməli deyil" - Prezident

27.10.2026 / 10:49
Azərbaycan Prezidenti: "İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır"

27.10.2026 / 10:45
"Azərbaycan təcrübəsi bəzi münaqişələrin aradan qaldırılmasına xidmət edə bilər" - Prezident

27.10.2026 / 10:39
Seçkiyə 1 həftə qalmış Trampa qarşı impiçment hazırlıqları başladı

27.10.2026 / 10:34
Prezident Dialoq Forumunda Azərbaycanın öz torpaqlarını azad etməsindən danışdı

27.10.2026 / 10:30
"Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlər üzrə birlik nümayiş etdirir" - Prezident İlham Əliyev

27.10.2026 / 10:28
Dubay məhkəməsi Rusiya neftinin satışından 700 milyon dollardan çox vəsaiti dondurub - işin içində azərbaycanlılar da var…

27.10.2026 / 10:25
Prezident: "İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər"

27.10.2026 / 10:19
Bakıda jurnalistlər üçün rəqəmsal bacarıqlar sessiyası keçirilir

27.10.2026 / 10:17
"Azərbaycanın sabit inkişafının əsas səbəblərindən biri cəmiyyətimizdə olan ahəngdarlıqdır" - Prezident

27.10.2026 / 10:14
Prezident: "Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub"

27.10.2026 / 10:08
"Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətlərin inkişafına öz töhfəsini vermişdir" - Prezident

27.10.2026 / 10:05
Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - FOTO/VİDEO/YENİLƏNDİ

27.10.2026 / 09:52
Dünyanın gözü İsraildəki parlament seçkilərində - Netanyahu, ya Eisenkot...

27.10.2026 / 09:34
ABŞ İran ətrafında hərbi gəmilərin sayını artırır…

27.10.2026 / 09:20
Türkiyədə qasırğa fəlakəti... Fəhlələrin qaldığı iki kabinə devrildi, ölənlər var…

27.10.2026 / 09:07
“Ab-Hava” restoranında kütləvi dava pul üstündə olub - YENİ DETALLAR ortaya çıxdı...

27.10.2026 / 06:37
İsrail BMT-ni cihadçı terrorizmi əsaslandırmaqda ittiham etdi

26.10.2026 / 22:05
Misir də husilərə qarşı müharibəyə qoşulur - qərar verildi…

26.10.2026 / 21:56
Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - FOTO

26.10.2026 / 21:50
Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verildi - FOTO

26.10.2026 / 21:46
Naxçıvanın büdcəsi 13 milyon kəsildi - maraqlı səbəblərdən danışılır...

26.10.2026 / 21:30
Ermənistanla bağlı qeyri-müəyyənlik KTMT rəhbərliyini çaşdırıb...

26.10.2026 / 21:15
Putin-Si-Tramp dünyada hamı üçün ziyanlı ssenari hazırlayır...

26.10.2026 / 20:57
Dövlət Agentliyində inanılmaz nöqsanlar aşkarlanıb...

26.10.2026 / 20:38
Rusiya Ermənistanla bağlı növbəti qərarı verdi...

26.10.2026 / 20:21
Bakıdan Tehrana sərt cavab: İranda bircə Azərbaycan məktəbi də yoxdur

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ