çərşənbə günü, 28 oktyabr 2026
     

Azərbaycan mülki aviasiyası: keçmişi, bugünü və gələcəyi

Image


"Hörmətli sərnişinlər, təyyarəmiz Heydər Əliyev adına Bakı Beynəlxalq Aeroportuna enmək üzrədir. Bakıda hava günəşli, temperatur..." Bakıya qədəm basmağa hazırlaşan hər kəsin eşitdiyi ilk kəlmələrdir bunlar. Bakı özünün il uzunu günəşli çöhrəsi ilə qarşılayır həm qonaqlarını, həm də ana qucağından ayrı düşmüş kimi doğma ocağına tələsən öz sakinlərini.
Bu doğmalığı yolboyu sərnişinlərə hər hərəkəti ilə hiss etdirən isə Azərbaycanın səmada bir parçası olan Azərbaycan Milli Aviasiyasının dəyərli personalıdır. Saatlarla davam edən uçuş zamanı hər bir sərnişinə həssaslıqla yanaşan, Şərq qonaqpərvərliyini ilk təmasdan hiss elətdirən bu gülərüz gənclər bununla paytaxtımıza gələn qonaqlarda Azərbaycan torpağına qədəm qoymazdan ölkə haqqında yüksək rəy formalaşdırır, ümumən sərnişinlərdə isə xoş ovqat yaradırlar. Azərbaycan Hava Yollarına məxsus, ən müasir tələblərə cavab verən təyyarələrimiz isə, təbii ki, bu mənzərəni tamamlayan ən önəmli faktordur. Və bir də dünyanın aparıcı dövlətlərinin hava limanları ilə rəqabət aparacaq qədər müasir, rahat, göz oxşayan Bakı Beynəlxalq Aeroportu...
Azərbaycanda ilk təyyarə uçuşları
Bir əsrlik yubileyini illər öncə arxada qoyan Azərbaycan milli aviasiyası bu müddət ərzində çox böyük inkişaf yolu keçərək bugünkü yüksək səviyyəsinə çatıb. Hələ ötən əsrin əvvəllərində aeroplan adlandırılan təyyarənin ilk uçuşu 20 oktyabr 1910-cu ildə Bakı şəhəri üzərində həyata keçirilib. "Farman 30" tipli bu yöndəmsiz fransız biplanının uçuş zolağı isə Balaxanı şossesi olub. Rus aviatoru Sergey Utoçkinin 4 günlük ardıcıl uçuşlarından sonra Azərbaycanın milli aviasiyasının yaradılmasına qərar verilib, bu məqsədlə Bakıda və Yevlaxda aeroport tikilib. Bundan sonra cəmi bir neçə il ərzində artıq öz milli aviatorlarımız da formalaşıb ki, Azərbaycan milli aviasiyasının əsasını məhz onlar qoyub. 1916-cı ildə aviasiya tariximizdə ilk dəfə olaraq aviator-pilotumuz Əli bəy Verdiyev Beynəlxalq Aviasiya Federasiyasının diplomuna layiq görülüb. Birinci Dünya Müharibəsində isə rus aviasiyasının tərkibində hərbi əməliyyatlarda iştirak edən Fərrux ağa Qayıbov "İlya Muromets" bombardmançı təyyarəsilə göstərdiyi şücaətlə adını aviasiya tariximizə həkk edib.
Hələ o zaman aviasiya sahəsinin inkişafının zamanın tələbi olduğunu dərk edən Azərbaycan Xalq Cumhuriyyəti də fəaliyyəti dövründə bu sektorun inkişafını özünün prioritet vəzifələrindən biri elan edib. Dövrünün böyük strateqi olan general Səməd bəy Mehmandarovun başçılıq etdiyi Hərbi Nazirlik məhz bu səbəbdən milli kadrların yetişməsini qarşısına məqsəd qoyur ki, bu da milli hərbi aviasiya məktəbimizin əsasının qoyulmasına zəmin yaradır. Bu məqsədlə 1919-cu ildə Gürcüstanla hərbi əməkdaşlıq müqaviləsi imzalanır və bu müqaviləyə əsasən bir qrup əsgər və zabitimiz təcrübə keçmək məqsədilə qonşu ölkəyə ezam olunur. Milli aviatorlarımızın o zaman üçün uzaq məsafə sayıla biləcə ilk uçuşu da həmin ildə baş tutur. Bakıdan səmaya qalxan "Farman 30" təyyarəsi Xəzər dənizi üzərindən uçaraq Türkmənistanın Krasnovodsk şəhərində uğurlu eniş edir. Ölkənin müdafiə və döyüş qabiliyyətinin artırılmasında müstəsna əhəmiyyət daşıyan bu yeniliyin tətbiqi o zaman üçün çox önəmli idi və bu zərurəti düzgün qiymətləndirən general Mehmandarov bu sahənin inkişafına və milli kadrların hazırlanmasına ciddi önəm verirdi. Lakin təəssüf ki, Cumhuriyyətin süqutu, bütün digər sahələr kimi, milli aviasiyamızın da inkişafını əngəlləyən ciddi faktor oldu və başlanan fəaliyyət yarımçıq qaldı. Bu tarixdən sonra milli kadrlarımızın bütün uğur və kəşfləri tarixə sovet aviasiyasının uğurları kimi düşdü...
Azərbaycanda hava nəqliyyatının yeni növünün rəsmi status alması üçün ona xeyli zaman lazım oldu. Nəhayət 1923-cü ildə ZAKAVİA - Zaqafqaziya Mülki Aviasiya Səhmdar Cəmiyyəti yaradıldı. Onun yaradıcıları "Muğan Meliorasiya Tikintisi", "Xəzər Dəniz Gəmiçiliyi" və "Azneft" idi. ZAKAVİA təyyarələrindən ilkin dövrdə əsasən aerofotoçəkiliş işlərinin aparılmasında, təcili yüklərin daşınmasında və poçt daşımalarında istifadə olunurdu. Lakin sonradan işlərin genişləndirilməsi nəticəsində "Yunkers" təyyarələri ilə Bakı-Tiflis-Bakı, 1926-cı ildən isə Mineralnıe Vodı-Qroznı-Mahaçqala-Bakı-Yevlax-Tiflis marşrutları üzrə müntəzəm uçuşların həyata keçirilməsinə başlanır. 1929-cu il tarixi də Azərbaycan aviasiya tarixi üçün çox önəmlidir. Belə ki, bu ildə Xarkov-Bakı-Pəhləvi beynəlxalq xətti açılır, 1933-cü ildə isə ilk dəfə olaraq Qafqaz dağları üzərindən Moskvaya hava yolunun məsafəsini 1100 kilometr qısaltmış yeni uçuş xətti istifadəyə verilir. Növbəti illərdə artıq Bakı-Xarkov, Bakı-Qroznı, Bakı-Həştərxan, Bakı-Tiflis marşrutları üzrə reyslər işə salınır. 2 iyun 1938-ci ildə Azərbaycanda ilk aviasiya qrupu yaradılır ki, bu tarixin şərəfinə 2006-cı ildən Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə həmin gün Azərbaycan Mülki Aviasiya Günü elan olunub.
Azərbaycanda ilk sərnişin təyyarəsinin uçuşu 1923-cü ildə reallaşdırılıb. Həmin ildə "Yunkers" təyyarəsi ilə Bakı-Tiflis-Bakı reysi həyata keçirilib. Bundan bir neçə il sonra Sovet məkanında ikinci beynəlxalq reys olan Xarkov-Bakı-Pəhləvi hava xətti açılıb. 1933-cü il iyunun 25-də ilk dəfə Bakıdan Moskvaya uçuş həyata keçirilib, 1937-ci ildə isə Bakı-Moskva-Bakı reysi açılaraq müntəzəm uçuşlar həyata keçirilib. Bundan sonra - 1938-ci il iyunun 2-də SSRİ Mülki Hava Donanması Baş İdarəsinin əmrilə Mülki Hava Donanmasının Azərbaycan aviasiya dəstəsi yaradılıb və Bakı hava limanı müstəqil təsərrüfat vahidinə çevrilib. Lakin çox keçmədən İkinci Dünya Müharibəsinin başlaması bu sahə üzrə mütəxəssisləri diqqəti hərbi aviasiyanın inkişafına yönəltməyə vadar edib. Həmin illərdə Bakının Keşlə qəsəbəsində iki aviazavod fəaliyyətə başlayır və fasiləsiz olaraq bu müəssisələrdə "UTİ-4" və "YAK-3" tipli təyyarələr, eyni zamanda, hidrotəyyarələr üçün xizəklər istehsal olunur. Bəlkə çoxları bilmir ki, müharibənin gedişində əsaslı dönüş yaradan, Almaniyanı məğlub duruma düşürən məşhur "Katyuşa"ların raket-mərmiləri də məhz Bakıda hazırlanırdı. Bu səbəbdən Bakının havadan müdafiəsinə xüsusi önəm verilirdi və bu məqsədlə onun qırıcılarla havadan müdafiəsi təşkil olunmuşdu ki, bu işdə xüsusi təlim görmüş həmvətənlərimizin, hətta qızlarımızın rolu danılmazdır. Azərbaycanı bu səbəbdən özünün cəbbəxanası hesab edən sovet rəhbərliyi Bakının havadan müdafiəsini təşkil etmişdi ki, bu missiyanı daşıyanlar da Azərbaycanın xüsusi təlim keçmiş oğul və qızları idi. Onlar tərəfindən Bakı üzərində ilk faşist təyyarəsi 1942-ci il 14 avqust tarixində vurulmuşdu.

Sovet aviasiya tarixini zənginləşdirən həmvətənlərimiz...

24 il əvvəl Azərbaycan müstəqilliyinə qovuşduğunda, bütün sahələr kimi, milli aviasiyamız da özünəqayıdış mərhələsinə qədəm qoydu. Bəlkə ona qədər çoxları bilmirdi ki, sovet aviasiya sistemində Azərbaycanın hansı oğulları təmsil olunub, onlar nə kimi uğurlara imza atıb. İstər Böyük Vətən Müharibəsi, istərsə də ondan sonrakı dinc quruculuq illəri adlanan dönəmdə qəhrəmanlıqlar göstərmiş, kəşflər etmiş bir çox azərbaycanlı mütəxəssis sovet rəhbərliyi tərəfindən bilərəkdən kölgədə saxlanır, bəlli səbəblərdən adları geniş ictimaiyyətə açıqlanmırdı. Elə təkcə SSRİ-nin kosmonavtika sahəsində dünyaya səs salan uğurlarının arxasında həmyerlimiz, general-leytenant Kərim Kərimovun durduğunu söyləmək kifayətdir ki, dedielərimizlə bağlı aydın mənzərə yaransın. Kərim Kərimov sovet kosmonavtikasının banilərindən sayılsa da, həmyerliləri onun adını yalnız Qorbaçovun "perestroykası" dönəmində eşitdi. "Baykonurdakı gözəgörünməz adam" adlandırılan bu dəyərli həmyerlimiz sovet hökumətinin bir çox mükafatlarına, fəxri adlarına layiq görülsə də, adı ictimaiyyətdən ciddi şəkildə gizlədilirdi. Heç kəs bilmirdi ki, sovet kosmonavtikasının mərkəzi fiqurlarından olan, uçuşa start götürən kosmonavtların raport verdiyi dövlət komissiyasının sədri məhz azərbaycanlı Kərim Kərimovdur. İstər-istəməz düşünürsən - müstəqil Azərbaycanda yaşasaydı, ölkəsinin adını hansı tarixlərə yazdırardı?! Nə yaxşı ki, Azərbaycan gec də olsa müstəqilliyinə qovuşdu və müstəqilliyini əldə etdiyi 24 illik bir müddətdə sürətli inkişafın formulunu dünyaya verməyi bacardı. Bu illər ərzində Azərbaycan istər hərbi, istərsə də mülki aviasiya sahəsində çox böyük uğurlara imza ataraq dünyanın inkişaf etmiş ölkələri ilə bir sırada durmağı bacardı. Bunun bir səbəbi də ölkədə bu vaxta qədər olmamış bir təhsil ocağının - Milli Aviasiya Akademiyasının yaradılması oldu.
Buna qədər isə Azərbaycan aviatorları əldə etdikləri uğurlarla sovet aviasiya tarixini zənginləşdirməkdə idilər. Böyük Vətən Müharibəsində Azərbaycanın ilk qadın pilotları Züleyxa Seyidməmmədova, Leyla Məmmədbəyova, Sona Nuriyeva, faşizm Almaniyasına qarşı döyüşlərdə əfsanəvi pilot adını almış Məzahir Abbasov kimi aviatorlarımız barəsində bu gün də fəxrlə danışılması dediklərimizə sübutdur. Onların hər biri Sovet İttifaqı Qəhrəmanı olub. Məzahir Abbasov haqqında görkəmli şairimiz Səməd Vurğun məşhur "İgid şahin" şeirini yazıb.

Aviasiyamızın bu günü

Azərbaycanda bütün sahələrdə olduğu kimi, milli aviasiya sahəsində də dirçəliş müstəqilliyimizin ilk illərində başladı. Bu illərdə bir sıra xarici aviaşirkətlərlə bağlanan müqavilələr Azərbaycanın dünyaya çıxışını asanlaşdırmaqla yanaşı, ölkənin bir sıra taleyüklü problemlərinin də həllinə yardımçı oldu. Xüsusilə də Ermənistanın blokadasında qalaraq yalnız hava əlaqəsinə bel bağlayan Naxçıvan Muxtar Respublikası bununla böyük bir təhlükədən qurtardı. Daha sonra o zamankı prezident Heydər Əliyevin rəhbərliyi ilə "1998-2003-cü illər üçün Respublika Mülki Aviasiyasının İnkişaf Proqramı" hazırlanaraq icrasına start verildi. Həmin proqram çərçivəsində həyata keçirilən işlər sırasında ən önəmli nümunələrdən biri isə yeni aerovağzal kompleksinin tikintisi oldu və 1999-cu il oktyabrın 2-də Heydər Əliyevin iştirakı ilə yeni aerovağzal kompleksinin təntənəli açılışı oldu. Cəmi bir il sonra isə Bakı hava limanına ilk "Boeing" təyyarəsi endi.
Maraqlıdır ki. dənizdə neftin olması müjdəsini də ilk dəfə təyyarəçimiz verib. Belə ki, pilot Teymur Mustafayev Xəzərin üzərindən uçarkən suyun üzərində neft ləkələri görür və geoloqlara bu barədə məlumat verir. Bununla da dənizdə neftçıxarma işlərinə start verilir...
Artıq bu gün Azərbaycan, digər sahələr kimi, milli aviasiya sektorunun da inkişafı ilə öyünə bilər. Xüsusilə gənc kadrların hazırlanması istiqamətində əldə olunan uğurlar, bu məqsədlə müstəqilliyin ilk illərində tədris mərkəzinin yaradılması dediklərimizin sübutu sayıla bilər. Hazırda hər il milli aviasiya fonduna yüzlərlə ixtisaslı kadr bəxş edən Yavər Əliyev adına Milli Aviasiya Akademiyası 1994-cü ildə Milli Aviasiya Mərkəzi kimi fəaliyyətə başlasa da, Dövlətlərarası Aviasiya Komitəsinin qərarı ilə 1999-cu ildə Mülki Aviasiya Ali Təhsil Müəssisəsi sertifikatına layiq görülüb. Təbii bu, ölkə rəhbərliyinin məqsədyönlü siyasətinin nəticəsi olaraq həyata keçirilən bir tədbir idi və milli aviatorların hazırlanmasına, ölkənin aviapotensialının artırılmasına hesablanmışdı. Sevindirici haldır ki, bu gün Azərbaycanda belə bir təhsil müəssisəsi fəaliyyət göstərir və Azərbaycanın milli aviasiya sektoruna öz töhfəsini verir.
Hazırda ölkəmizin bir sıra iri şəhərlərində beynəlxalq aeroportların fəaliyyət göstərməsi, "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin İCAO, İATA, ECAC, Dövlətlərarasi Aviasiya Komitəsi kimi mülki aviasiya birliklərinin üzvü olması, "SW Airlines"in yük aviaşirkətinin hava yollarının bütün qitələrin üzərindən keçərək yüzə qədər ölkəyə uzanması milli aviasiyamızın cəmi dörddə bir əsrdə əldə etdiyi uğurlardır və bu uğurlara nəzər saldıqda əminliklə demək olar ki, milli aviasiyamız bundan sonra daha uca zirvələri fəth edəcək. Bu yolda onlara aydın səma, rahat uçuş və yumşaq eniş arzulayırıq!
Samirə SƏFƏROVA
Yazı "Azərbaycan Hava Yolları" (AzAL) QSC və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

27.10.2026 / 22:37
Qazaxıstan rusiyalı avtomobil alıcılarına sanksiya tətbiq etdi – ruslara maşın satışından imtina edilir...

27.10.2026 / 22:15
Konqres Rusiyadan dizel yanacağı alan Amerika şirkətlərini həbslə hədələdi...

27.10.2026 / 21:51
Paşinyan “dövlətyönümlü yeni müxalifətin yaradılması” kursuna başlayır...

27.10.2026 / 21:33
Rusiya bir neçə ayda Ukraynada 240 kv.kilometr ərazi itirdi...

27.10.2026 / 21:16
Vuçiç getdi - Serbiyanın yeni dönəm Azərbaycan siyasəti suallar doğurmağa başladı...

27.10.2026 / 21:04
Ramiz Mehdiyevə hökm oxundu - 14 il iş, bütün əmlakı da müsadirə olundu...

27.10.2026 / 20:59
“Azərbaycan xalqından, 30 il yurdundan məhrum edilmiş insanlardan üzr istənilməlidir” - YENİ TƏLƏB...

27.10.2026 / 20:45
90 faizlik seçici dəstəyi Paşinyanı qorxutdu - mövcud müxalifəti məhv edib yenisini yaradacaq...

27.10.2026 / 20:31
AK Parti iqtidarı Kipr məsələsində güzəştə gedə bilərmi?..

27.10.2026 / 20:17
ABŞ və İsrail İrana qonşu ölkədən (?) hücum edəcəklər...

27.10.2026 / 20:04
Zəfərdən sonra Azərbaycanın qəsdinə qalxmış 3 ölkənin biri Əliyevin qəbuluna gəldi...

27.10.2026 / 19:45
Bakı Təşəbbüs Qrupu Fransanın Korsika qərarını sərt tənqid etdi - Makron rejimi qorxur...

27.10.2026 / 19:28
Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası olub

27.10.2026 / 19:12
Avropadan Putinə bir ildən sonra ilk dəfə zəng gəldi – biz öz adımızdan danışırıq...

27.10.2026 / 18:56
Azərbaycan Rusiya ilə təbii qaz alışı sazişi imzalayacaq...

27.10.2026 / 18:43
Serbiyada "ağıllı həkimlər" Vuçiçin 14 illik hakimiyyətini yıxdılar...

27.10.2026 / 18:29
İran indi də Özbəkistana ərazi iddiası edir, Səmərqəndə dil uzadır

27.10.2026 / 18:14
Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi

27.10.2026 / 18:02
Azərbaycana mal əti idxalı kəskin artdı - yerli istehsal "ölür", bazar bahalaşır...

27.10.2026 / 17:52
Əli Əsədov İƏT-in baş katibi ilə Azərbaycanın təşkilata sədrliyini müzakirə edib - FOTO

27.10.2026 / 17:44
Milli Azərbaycan ideyası beynəlxalq forumda yenidən gündəmə gətirildi...

27.10.2026 / 17:35
Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdülsalam ilə görüşüb - FOTO

27.10.2026 / 17:27
Azərbaycanda yeni Komissiya yaradılır

27.10.2026 / 17:20
Azad edilmiş ərazilərdə ən böyük memorial kompleks Ağdamda yaradılacaq...

27.10.2026 / 17:06
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb - FOTO

27.10.2026 / 16:49
İvanişvili Gürcüstanda bütün antirus partiyaları qadağan edir...

27.10.2026 / 16:45
Tramp İrana qarşı yeni əməliyyatlar qərarını heç cür verə bilmir...

27.10.2026 / 16:37
AMEA alimləri Pezeşkiana çağırış etdi - İranda azərbaycanlılar üçün ana dilində məktəblər açılsın...

27.10.2026 / 16:30
Hakimlər qarşısında tələb qoyuldu - süründürməçiliyə və təhqirə yol verilməsin!

27.10.2026 / 16:17
Zəngəzur dəhlizində erməni sərhədçilər yalnız müşahidəçi olacaq – ABŞ səfirliyi açıqladı...

27.10.2026 / 16:01
Oktay Saral Azərbaycana qarşı hicab iddialarından hələ imtina etməyibmiş...

27.10.2026 / 15:46
Prezident, birinci xanım və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” sərgisi ilə tanış olublar - FOTO

27.10.2026 / 15:41
Tramp bütün hərbi bazalarını "90 günlük müharibəyə" hazırlayır - hədəf kimdir?

27.10.2026 / 14:36
Prezidentin sosial şəbəkə hesablarında VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakına dair paylaşım edilib - VİDEO

27.10.2026 / 14:05
800 kq Hizbullah partlayıcısı - ələ keçirilən arsenalın taleyinə Livan qərar verir

27.10.2026 / 14:01
Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib - FOTO

27.10.2026 / 14:00
"Ermənistan Konstitusiyasına dəyişiklik davamlı sülhün əsas şərtlərindən biridir" - Fərid Şəfiyev

27.10.2026 / 13:54
"Bakı bu cür beynəlxalq forumlar vasitəsilə mədəniyyətlərarası dialoqa mühüm töhfə verə bilər" - Ozodbek Nazarbekov

27.10.2026 / 13:49
"Mədəniyyətlərarası dialoq sülh və ümumi gələcək naminə davamlı birgə fəaliyyətdir" - Türkmənistanın mədəniyyət naziri

27.10.2026 / 13:36
Çin brendləri Mao Tzedun zarafatı üzündən ünlü futbolçu ilə müqavilələrini ləğv etdi

27.10.2026 / 13:30
Penitensiar Xidmətə yeni rəis təyin edildi

27.10.2026 / 13:23
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb

27.10.2026 / 12:50
Türkiyədə daha bir bələdiyyədə şübhəli əməliyyat – üzvlərin YENİ Partiyaya qoşulmasından saatlar əvvəl həbslər aparıldı...

27.10.2026 / 12:21
Rusiya və Ukrayna Xersonda atəşkəs elan etdi...

27.10.2026 / 12:08
“Bakı Prosesi” mədəniyyətlərarası dialoq üçün beynəlxalq platforma yaradıb" -ICESCO-nun Baş direktoru

27.10.2026 / 11:57
"Forum sülhün, təhlükəsizliyin, həmrəyliyin müzakirə olunduğu əsas platformaya çevrilib" - İƏT-in Baş katibi

27.10.2026 / 11:49
Ermənistan 30 il sonra?

27.10.2026 / 11:26
Azərbaycan Lana Zəki Nusseibehin BMT Baş katibi vəzifəsinə namizədlik təşəbbüsünü alqışlayır

27.10.2026 / 11:14
Prezident İlham Əliyev: "Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq"

27.10.2026 / 11:08
Paşinyan katolikosa qarşı onun işlərini araşdıran komissiyanı yaratdı

27.10.2026 / 11:06
Prezident: "Müstəqil siyasətimiz bizə çox böyük hörmət qazandırıb"

27.10.2026 / 11:03
"Bu gün Azərbaycan qeyri-sabit regionda sabitlik adası kimi görünür" - Prezident

27.10.2026 / 11:01
Prezident: "Ölkəmizdə 35 ildə qazanılmış nailiyyətlər Azərbaycan xalqı tərəfindən əldə edilmişdir"

27.10.2026 / 10:57
Polis Masallıda əməliyyat keçirdi - saxlanan var...

27.10.2026 / 10:53
"Müstəqil ölkəyə necə yaşamaq, nəyi etmək, nəyi etməmək barədə dərslər verilməli deyil" - Prezident

27.10.2026 / 10:49
Azərbaycan Prezidenti: "İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır"

27.10.2026 / 10:45
"Azərbaycan təcrübəsi bəzi münaqişələrin aradan qaldırılmasına xidmət edə bilər" - Prezident

27.10.2026 / 10:39
Seçkiyə 1 həftə qalmış Trampa qarşı impiçment hazırlıqları başladı

27.10.2026 / 10:34
Prezident Dialoq Forumunda Azərbaycanın öz torpaqlarını azad etməsindən danışdı

27.10.2026 / 10:30
"Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlər üzrə birlik nümayiş etdirir" - Prezident İlham Əliyev

27.10.2026 / 10:28
Dubay məhkəməsi Rusiya neftinin satışından 700 milyon dollardan çox vəsaiti dondurub - işin içində azərbaycanlılar da var…

27.10.2026 / 10:25
Prezident: "İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər"

27.10.2026 / 10:19
Bakıda jurnalistlər üçün rəqəmsal bacarıqlar sessiyası keçirilir

27.10.2026 / 10:17
"Azərbaycanın sabit inkişafının əsas səbəblərindən biri cəmiyyətimizdə olan ahəngdarlıqdır" - Prezident

27.10.2026 / 10:14
Prezident: "Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub"

27.10.2026 / 10:08
"Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətlərin inkişafına öz töhfəsini vermişdir" - Prezident

27.10.2026 / 10:05
Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - FOTO/VİDEO/YENİLƏNDİ

27.10.2026 / 09:52
Dünyanın gözü İsraildəki parlament seçkilərində - Netanyahu, ya Eisenkot...

27.10.2026 / 09:34
ABŞ İran ətrafında hərbi gəmilərin sayını artırır…

27.10.2026 / 09:20
Türkiyədə qasırğa fəlakəti... Fəhlələrin qaldığı iki kabinə devrildi, ölənlər var…

27.10.2026 / 09:07
“Ab-Hava” restoranında kütləvi dava pul üstündə olub - YENİ DETALLAR ortaya çıxdı...

27.10.2026 / 06:37
İsrail BMT-ni cihadçı terrorizmi əsaslandırmaqda ittiham etdi

26.10.2026 / 22:05
Misir də husilərə qarşı müharibəyə qoşulur - qərar verildi…

26.10.2026 / 21:56
Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - FOTO

26.10.2026 / 21:50
Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verildi - FOTO

26.10.2026 / 21:46
Naxçıvanın büdcəsi 13 milyon kəsildi - maraqlı səbəblərdən danışılır...

26.10.2026 / 21:30
Ermənistanla bağlı qeyri-müəyyənlik KTMT rəhbərliyini çaşdırıb...

26.10.2026 / 21:15
Putin-Si-Tramp dünyada hamı üçün ziyanlı ssenari hazırlayır...

26.10.2026 / 20:57
Dövlət Agentliyində inanılmaz nöqsanlar aşkarlanıb...

26.10.2026 / 20:38
Rusiya Ermənistanla bağlı növbəti qərarı verdi...

26.10.2026 / 20:21
Bakıdan Tehrana sərt cavab: İranda bircə Azərbaycan məktəbi də yoxdur

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ