çərşənbə günü, 28 oktyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Azərbaycan mülki aviasiyası: keçmişi, bu günü və gələcəyi
Tarix: 08.07.2015 / 02:09
Bölmə: İqtisadiyyat
Aviasiya (fransızca aviation, latınca avis-quş) havadan ağır aparatlarla (təyyarə, helikopter, planer və s.) Yerətrafı hava fəzasında uçuş deməkdir. Aviasiya mülki (nəqliyyat, sanitariya, tədris-idman və xüsusi təyinatlı) və hərbi olmaqla iki qrupdan ibarətdir. Aviasiyanın sərəncamında müxtəlif parklar, idarəedici heyətlər və uçuşu təmin etmək üçün çoxlu texniki, meteroloji, işıq texnikası vasitələri, aerodrom və aeroportlar, həmçinin müxtəlif infrastrukturla təchiz edilmiş qruplar olur.
Tarixə qısa ekskurs
Məlumdur ki, insanlarda quş kimi uçmaq, sonsuz səmanı dərk etmək, ümumiyyətlə kainatın sirlərinə vaqif olmaq arzusu əsrlər boyu mövcud olub. Bunu mağara adamlarının qaya təsvirlərində qanadlı adam şəkillərinin olması da təsdiq edir. Dedal və onun oğlu İkarın mumla yapışdırılmış quş lələklərindən olan qanadlarla Günəşə uçması haqqında qədim yunan əfsanəsi də var. Qədim dövr və orta əsrlərdə hərbi məqsədlər üçün hava çərpələnglərindən istifadə olunması barədə tarixi materiallar isə təkzibolunmazdır. 1010-cu ildə Fərablı Cövhəri havaya qalxmaq üçün nəzəriyyə yaratdı və uçuşa cəhd göstərdi. Az sonra Əndəlidə Abbas ibn Firnəs icad etdiyi qanadların köməyi ilə qısa müddətdə uçmağa nail oldu. Müasir nəslə italiyalı rəssam, alim və mühəndis Leonardo da Vinçidən əzələ qüvvəsi ilə hərəkətə gətirilən uçuş aparatlarının, mexaniki intiqallı vertolyotun eskizləri qalıb. M.V.Lomonosov 1754-cü ildə burulmuş yayla hərəkətə gətirilən vertolyot modelini qurmaqla bu cür aparatın uçmaq imkanlarını sübut etdi.
XIX əsrdə buxar maşınının ixtira edilməsi isə alimləri buxar mühərrikli təyyarələr hazırlamağa sövq etdi. Lakin bu mühərriklərin ağır olması onların elmi nəzəriyyəsini reallaşdıra bilmədi. Həmin səbəbdən 1903-cü ildə amerikalı Rayt qardaşları - Uilbur və Orvil yaratdıqları təyyarədə kerosinlə işləyən daxiliyanma mühərriklərindən istifadə etdilər. Bu təyyarə yalnız 260 m uça bildi. Nəhayət, 1909-cu ildə fransız təyyarəçi və konstruktoru A.Blerio quraşdırdığı monoplan (təkqanadlı) sxemli təyyarədə Lan-Manş boğazı üzərindən uçdu.
Qeyd edək ki, aviasiya elminin inkişafında N.Жukovski, L.Prandtl, A.Eyfel, S.Lenqli və digər alimlərin müstəsna xidmətləri olub. Reaktiv mühərrikli aviasiyanın yaradılması isə texniki inqilaba səbəb oldu. Belə mühərriklər aviasiyada sürət probleminin həllinə təkan verdi. II Dünya Müharibəsindən sonra hərbi aviasiya ilə yanaşı, mülki aviasiya da sürətlə inkişaf etdi. İngiltərədə "Britaniya" və "Vaykaut", ABŞ-da "Elektra", Fransada "Karavella", SSRİ-də İl-118, TU-114, AN-10, A-24 təyyarələri istismara verildi...
Mülki aviasiyamız Çar Rusiyası, AXC və SSRİ dövründə
Aviasiya tarixi 105 il olan Azərbaycanda ilk təyyarə uçuşları 1910-cu ildə Bakıda reallaşıb. Həmin illərdə rus aviatoru Utoçkin "Farman" tipli aeroplanla Balaxanı şossesində uçuşu həyata keçirib. Həmin əlamətdar hadisədən sonra ölkəmizdə təyyarə uçuşlarının sayı artmağa başladı. Adları aviasiya tarixinə həkk olunmuş ilk azərbaycanlı təyyarəçilərin fəaliyyəti isə 1915-1920-ci illərə təsadüf edir. Bunlardan Fransada aviamühəndis təhsili alan və Beynəlxalq Aviasiya Federasiyası tərəfindən pilot-aviator diplomuna layiq görülən Əli bəy Verdiyevin və ilk hərbi təyyarəçimiz-Birinci Dünya Müharibəsində Çar Rusiyası aviasiyasının tərkibində hərbi əməliyyatlarda iştirak edən "İlya Muromets 16" tipli bombardmançı təyyarənin atıcı-nişançısı Fərrux ağa Qayıbovun adlarını çəkə bilərik.
Azərbaycan Xalq Cumhuriyyəti (AXC) dövründə milli aviasiyanın inkişafı istiqamətində bir sıra önəmli işlər görülüb. 1919-cu ildə Gürcüstanla bağlanan hərbi əməkdaşlıq müqaviləsinə əsasən, bir qrup əsgər və zabitimiz təcrübə keçmək üçün həmin ölkəyə ezam edildi. Onlar hərbi və mülki təyyarəçi peşəsi üzrə ixtisaslaşdı. Cumhuriyyət dövründə aviasiya tariximizdə yaddaqalan hadisələrdən biri də uzaq məsafə uçuşunun reallaşdırılması oldu. Belə ki, 1919-cu ildə Bakı aeredromundan səmaya qalxan "Farman-30" markalı təyyarə Xəzər dənizi üzərindən uçaraq Türkmənistanın Krasnovodsk şəhərində uğurla yerə endi. Hegemon dövlətlərin daimi təzyiqi ilə üzləşən AXC dövləti həmin ildə ölkənin müdafiə qabiliyyətini artırmaq məqsədilə hərbi aviadəstələrin yaradılması barədə qərar qəbul etdi.
1920-ci ilin 28 aprel işğalından sonra mülki aviasiyamız SSRİ aviasiyasının tərkib hissəsi kimi fəaliyyət göstərib. Bu dövrdə Azərbaycan aviasiyası bir sıra qadağalarla üzləşsə də, fəqət, müəyyən nailiyyətlərə də sahib olub. Belə ki, 1921-ci ildə ölkəmizdə ilk poçt-yük təyyarəsinin uçuşu təmin edilmiş, 1923-cü ildə "Yunkers" tipli təyyarə ilə Bakı-Tiflis-Bakı marşrutu üzrə ilk sərnişin daşınması həyata keçirilib. Bunun ardınca SSRİ məkanında ikinci beynəlxalq reys olan Xarkov-Bakı-Pəhləvi (İran) hava xətti açıldı. Bakıdan Moskvaya ilk uçuş isə 1933-cü ildə olub. Bu reys 1937-ci ildən müntəzəm fəaliyyət göstərib. O dövr üçün böyük nailiyyət olan həmin reyslə hər gün 15 sərnişin daşınırdı. 1938-ci ildə Mülki Hava Donanması Baş İdarəsinin əmri ilə Azərbaycan aviasiya dəstəsi yaradıldı və Bakı hava limanı müstəqil quruma çevrildi.
İkinci Dünya Müharibəsi aviasiyamız üçün də ağır sınaq idi. İstər müharibədə döyüşən, istərsə də arxa cəbhədə çalışan azərbaycanlı təyyarəçilər, aviatorlar, mülki və hərbi aviasiya sənayesi mütəxəssisləri faşizm üzərində qələbəyə öz töhfələrini verdilər. Bu döyüşlərdə Hüseynbala Əliyev iki alman təyyarəsini vurandan sonra təyyarəsini zədəsiz yerə endirdi, özü isə aldığı yaradan şəhid oldu. M.C.Bağırovun oğlu Cahangir Bağırov isə tarana gedəndən sonra qəhrəmancasına həlak olub. Yeri gəlmişkən, mülki uçuşlar edən ilk azərbaycanlı qadın Leyla Məmmədbəyova olub.
Mülki aviasiyamızın dirçəliş dövrü müharibədən sonrakı illərə təsadüf edir. XX əsrin 70-80-ci illərində aviasiyamızın qazandığı uğurlar isə bilavasitə ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Həmin illərdə respublikamızın 11 rayonunda yeni hava limanları tikildi, yenidən quruldu. Naxçıvan, Beyləqan və Zaqatalada "Yak-40" reaktiv təyyarələr üçün süni örtüklü uçuş-eniş zolaqları salındı, Bakı və Gəncə hava limanları müasir naviqasiya vasitələri ilə təchiz edildi. "TU-134" və digər reaktiv laynerlərin, "Mİ-2", "Mİ-8" helikopterlərin istismarı məhz həmin illərə təsadüf edir.
Mülki aviasiyamız müstəqillik dövründə
Məlumdur ki, 1991-ci ildə müstəqilliyini əldə edən Azərbaycan hələ sovet dönəmində-1988-ci ildə erməni işğalına məruz qaldı. Ağrı-acılı olan o illərdə erməni quldurları torpaqlarımızı zəbt edib Dağlıq Qarabağda yaşayan azərbaycanlıları vəhşicəsinə öldürürdü. Vətən uğrunda döyüşənlərin içərisində qəhrəman təyyarəçilərimiz də kifayət qədər idi. Onlardan Vaqif Qurbanov, Yavər Əliyev, Fazil Bayramov, Sergey Senuşkin, Bayram Muxtarov, Əsəd Əsədov, Zakir Məcidov və başqaları qeyri-bərabər döyüşdə düşmənlə vuruşaraq təkcə aviatorların deyil, bütün xalqımızın yaddaşına həkk olunublar.
1993-cü ildə Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışı, bütün sahələrdə olduğu kimi, milli aviasiyada da əsaslı tərəqqiyə yol açdı. Aparılan islahatlar aviasiyamızın sonrakı inkişafına təkan verdi. Aviasiya xətlərinin miqyasının sürətlə artması ölkəmizin dünyaya çıxışını asanlaşdırdı. Həmin dövrdə düşmən blokadasına məruz qalan Naxçıvan Muxtar Respublikası məhz hava əlaqəsi vasitəsilə böyük təhlükədən xilas oldu. Az sonra mərhum Prezident Heydər Əliyevin rəhbərliyi ilə "1998-2003-cü illər üçün Respublika Mülki Aviasiyasının İnkişaf Proqramı" hazırlanıb uğurla həyata keçirildi. Aparılan islahatlar nəticəsində Bakı hava limanında müasir standartlara cavab verən yeni aerovağzal kompleksi tikildi. Qeyd edək ki, bu kompleksə "Boeinq" təyyarəsinin ilk enişi 2000-ci ildə olub.
Mülki aviasiyamızın sürətli inkişafı təbii ki, yüksək ixtisaslı milli kadrların hazırlanmasını da zəruri etdi. Həmin səbəbdən Milli Aviasiya Akademiyasının rolunu xüsusi qeyd etmək lazımdır. Akademiyanın fəaliyyətindən bəhs edən mərhum Prezident deyib":Mən xoşbəxtəm ki, artıq indi Azərbaycan mülki aviasiyasının milli kadrları-azərbaycanlı təyyarəçilər, mühəndislər, mütəxəssislər vardır və onlar Azərbaycanın mülki aviasiyasını bu gün də, gələcəkdə də inkişaf etdirəcəklər".
Ümummilli liderin siyasi xəttinə sadiq qalan və bu kursu daha da inkişaf etdirən Prezident İlham Əliyev, hər sahədə olduğu kimi, mülki aviasiyamıza, aviasiya işçilərinə də xüsusi diqqət və qayğı göstərir. Belə ki, 2004-cü ildə müasir standartlara cavab verən Naxçıvan Beynəlxalq Hava Limanı, 2006-2011-ci illərdə Gəncə, Zaqatala, Lənkəran və Qəbələdə müasir aereportlar istifadəyə verildi. Sərnişin və yükdaşımalarının günün tələbləri səviyyəsinə çatdırılması üçün təyyarə və helikopter parkı yeniləşdirildi. Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksi isə uçuşların təhlükəsizliyinə daha etibarlı təminat yaratdı və nəticədə ölkənin əsas hava limanının strateji əhəmiyyəti daha da artdı. Fəxrlə qeyd etmək lazımdır ki, bu hava limanı çağdaş dünyanın ən etibarlı və təhlükəsiz aeroportlarından biridir.
Mülki aviasiyamızın bu günü haqqında danışarkən Milli Aviasiya Akademiyasında trenajor mərkəzinin istifadəyə verilməsini xüsusilə qeyd etmək lazımdır. Bu mərkəz öz texniki təchizat və funksionallığına görə MDB məkanında yeganə, Şərqi Avropada isə ən müasir və qabaqcıl mərkəzlərdən biridir.
"Azərbaycan Hava Yolları" təyyarələri hazırda dünyanın 32 şəhərinə uçur. Artıq nəhəng aviaşirkətə çevrilən AZAL yeni avialaynerlərin sayına görə MDB məkanında liderlər sırasındadır. Milli aviadaşıyıcımız olan "Azərbaycan Hava Yolları-AZAL"ın təyyarə parkında bu gün kifayət qədər "Airbus A-320", "Boeinq-757-200", "Airbus A-319", "Airbus A-340-500", "Boeinq-767-300 ER" və "Embraer" kimi ən müasir avialaynerlər var. Yaxın vaxtlarda AZAL aviaparkına "Boeinq-787 Dreamliner" tipli ən müasir təyyarə də əlavə edəcək. Aparılan islahatlar nəticəsində bu gün təkcə paytaxtdan deyil, eyni zamanda Gəncə, Lənkəran, Qəbələ və Naxçıvan hava limanlarından da müxtəlif istiqamətlərə beynəlxalq uçuşlar həyata keçirilir. Bir sözlə, əgər 100 il bundan qabaq ölkəmiz "əcnəbi seyrə balonlarla çıxır, biz hələ avtomobil minməyiriz" kimi tanınırdısa, bu gün müstəqil Azərbaycan nəinki hava məkanında qabaqcıl ölkələrdən birinə, hətta dünyanın kosmik klubunun azsaylı üzvünə çevrilib.
Hazırda öz inkişafının keyfiyyətcə yeni mərhələsini yaşayan AZAL-a rəqabətə davamlı fəaliyyət, aydın səma, qəzasız uçuşlar, kollektivə isə hər uçuşdan sonra gözləyənlərinin yanında sağ-salamat olmalarını arzulayırıq.
Vaqif CƏLİLOĞLU, tex.e. üzrə fəlsəfə doktoru
Yazı "Azərbaycan Hava Yolları" (AZAL) QSC və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.
DİGƏR XƏBƏRLƏR
Tarix: 27.10.2026 / 18:56
Azərbaycan Rusiya ilə təbii qaz alışı sazişi imzalayacaq...
Tarix: 27.10.2026 / 18:02
Azərbaycana mal əti idxalı kəskin artdı - yerli istehsal "ölür", bazar bahalaşır...
Tarix: 26.10.2026 / 21:46
Naxçıvanın büdcəsi 13 milyon kəsildi
- maraqlı səbəblərdən danışılır...
Tarix: 26.10.2026 / 11:50
Kimlərin pensiyalarına əlavələr ediləcək?
- AÇIQLANDI...
Tarix: 23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..
Tarix: 23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...
Tarix: 23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq
- xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...
Tarix: 23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə
- gəlirlər və xərclər açıqlandı...
Tarix: 22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...
Tarix: 22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir -
ümid Xəzərə qalıb…
Tarix: 22.10.2026 / 10:36
Sabahdan vint, bolt və qaykaların ixrac tarifi
20 DƏFƏ ARTIRILIR...
Tarix: 21.10.2026 / 17:06
Azərbaycan daha bir rekord vurdu -
"tranzitlərin rekordu"...
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...
Tarix: 22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…
Tarix: 22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...
SON XƏBƏRLƏR
27.10.2026 / 22:37
Qazaxıstan rusiyalı avtomobil alıcılarına sanksiya tətbiq etdi
– ruslara maşın satışından imtina edilir...
27.10.2026 / 22:15
Konqres Rusiyadan dizel yanacağı alan Amerika şirkətlərini həbslə hədələdi...
27.10.2026 / 21:51
Paşinyan “dövlətyönümlü yeni müxalifətin yaradılması” kursuna başlayır...
27.10.2026 / 21:33
Rusiya bir neçə ayda Ukraynada 240 kv.kilometr ərazi itirdi...
27.10.2026 / 21:16
Vuçiç getdi - Serbiyanın yeni dönəm Azərbaycan siyasəti suallar doğurmağa başladı...
27.10.2026 / 21:04
Ramiz Mehdiyevə hökm oxundu
- 14 il iş, bütün əmlakı da müsadirə olundu...
27.10.2026 / 20:59
“Azərbaycan xalqından, 30 il yurdundan məhrum edilmiş insanlardan üzr istənilməlidir”
- YENİ TƏLƏB...
27.10.2026 / 20:45
90 faizlik seçici dəstəyi Paşinyanı qorxutdu -
mövcud müxalifəti məhv edib yenisini yaradacaq...
27.10.2026 / 20:31
AK Parti iqtidarı Kipr məsələsində güzəştə gedə bilərmi?..
27.10.2026 / 20:17
ABŞ və İsrail İrana qonşu ölkədən (?) hücum edəcəklər...
27.10.2026 / 20:04
Zəfərdən sonra Azərbaycanın qəsdinə qalxmış 3 ölkənin biri Əliyevin qəbuluna gəldi...
27.10.2026 / 19:45
Bakı Təşəbbüs Qrupu Fransanın Korsika qərarını sərt tənqid etdi
- Makron rejimi qorxur...
27.10.2026 / 19:28
Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası olub
27.10.2026 / 19:12
Avropadan Putinə bir ildən sonra ilk dəfə zəng gəldi
– biz öz adımızdan danışırıq...
27.10.2026 / 18:56
Azərbaycan Rusiya ilə təbii qaz alışı sazişi imzalayacaq...
27.10.2026 / 18:43
Serbiyada "ağıllı həkimlər" Vuçiçin 14 illik hakimiyyətini yıxdılar...
27.10.2026 / 18:29
İran indi də Özbəkistana ərazi iddiası edir, Səmərqəndə dil uzadır
27.10.2026 / 18:14
Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi
27.10.2026 / 18:02
Azərbaycana mal əti idxalı kəskin artdı - yerli istehsal "ölür", bazar bahalaşır...
27.10.2026 / 17:52
Əli Əsədov İƏT-in baş katibi ilə Azərbaycanın təşkilata sədrliyini müzakirə edib
- FOTO
27.10.2026 / 17:44
Milli Azərbaycan ideyası beynəlxalq forumda yenidən gündəmə gətirildi...
27.10.2026 / 17:35
Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdülsalam ilə görüşüb
- FOTO
27.10.2026 / 17:27
Azərbaycanda yeni Komissiya yaradılır
27.10.2026 / 17:20
Azad edilmiş ərazilərdə ən böyük memorial kompleks Ağdamda yaradılacaq...
27.10.2026 / 17:06
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
- FOTO
27.10.2026 / 16:49
İvanişvili Gürcüstanda bütün antirus partiyaları qadağan edir...
27.10.2026 / 16:45
Tramp İrana qarşı yeni əməliyyatlar qərarını heç cür verə bilmir...
27.10.2026 / 16:37
AMEA alimləri Pezeşkiana çağırış etdi
- İranda azərbaycanlılar üçün ana dilində məktəblər açılsın...
27.10.2026 / 16:30
Hakimlər qarşısında tələb qoyuldu
- süründürməçiliyə və təhqirə yol verilməsin!
27.10.2026 / 16:17
Zəngəzur dəhlizində erməni sərhədçilər yalnız müşahidəçi olacaq
– ABŞ səfirliyi açıqladı...
27.10.2026 / 16:01
Oktay Saral Azərbaycana qarşı hicab iddialarından hələ imtina etməyibmiş...
27.10.2026 / 15:46
Prezident, birinci xanım və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” sərgisi ilə tanış olublar
- FOTO
27.10.2026 / 15:41
Tramp bütün hərbi bazalarını "90 günlük müharibəyə" hazırlayır -
hədəf kimdir?
27.10.2026 / 14:36
Prezidentin sosial şəbəkə hesablarında VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakına dair paylaşım edilib
- VİDEO
27.10.2026 / 14:05
800 kq Hizbullah partlayıcısı -
ələ keçirilən arsenalın taleyinə Livan qərar verir
27.10.2026 / 14:01
Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib
- FOTO
27.10.2026 / 14:00
"Ermənistan Konstitusiyasına dəyişiklik davamlı sülhün əsas şərtlərindən biridir" -
Fərid Şəfiyev
27.10.2026 / 13:54
"Bakı bu cür beynəlxalq forumlar vasitəsilə mədəniyyətlərarası dialoqa mühüm töhfə verə bilər" -
Ozodbek Nazarbekov
27.10.2026 / 13:49
"Mədəniyyətlərarası dialoq sülh və ümumi gələcək naminə davamlı birgə fəaliyyətdir" -
Türkmənistanın mədəniyyət naziri
27.10.2026 / 13:36
Çin brendləri Mao Tzedun zarafatı üzündən ünlü futbolçu ilə müqavilələrini ləğv etdi
27.10.2026 / 13:30
Penitensiar Xidmətə yeni rəis təyin edildi
27.10.2026 / 13:23
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb
27.10.2026 / 12:50
Türkiyədə daha bir bələdiyyədə şübhəli əməliyyat
– üzvlərin YENİ Partiyaya qoşulmasından saatlar əvvəl həbslər aparıldı...
27.10.2026 / 12:21
Rusiya və Ukrayna Xersonda atəşkəs elan etdi...
27.10.2026 / 12:08
“Bakı Prosesi” mədəniyyətlərarası dialoq üçün beynəlxalq platforma yaradıb"
-ICESCO-nun Baş direktoru
27.10.2026 / 11:57
"Forum sülhün, təhlükəsizliyin, həmrəyliyin müzakirə olunduğu əsas platformaya çevrilib"
- İƏT-in Baş katibi
27.10.2026 / 11:49
Ermənistan 30 il sonra?
27.10.2026 / 11:26
Azərbaycan Lana Zəki Nusseibehin BMT Baş katibi vəzifəsinə namizədlik təşəbbüsünü alqışlayır
27.10.2026 / 11:14
Prezident İlham Əliyev: "Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq"
27.10.2026 / 11:08
Paşinyan katolikosa qarşı onun işlərini araşdıran komissiyanı yaratdı
27.10.2026 / 11:06
Prezident: "Müstəqil siyasətimiz bizə çox böyük hörmət qazandırıb"
27.10.2026 / 11:03
"Bu gün Azərbaycan qeyri-sabit regionda sabitlik adası kimi görünür"
- Prezident
27.10.2026 / 11:01
Prezident: "Ölkəmizdə 35 ildə qazanılmış nailiyyətlər Azərbaycan xalqı tərəfindən əldə edilmişdir"
27.10.2026 / 10:57
Polis Masallıda əməliyyat keçirdi
- saxlanan var...
27.10.2026 / 10:53
"Müstəqil ölkəyə necə yaşamaq, nəyi etmək, nəyi etməmək barədə dərslər verilməli deyil"
- Prezident
27.10.2026 / 10:49
Azərbaycan Prezidenti: "İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır"
27.10.2026 / 10:45
"Azərbaycan təcrübəsi bəzi münaqişələrin aradan qaldırılmasına xidmət edə bilər"
- Prezident
27.10.2026 / 10:39
Seçkiyə 1 həftə qalmış Trampa qarşı impiçment hazırlıqları başladı
27.10.2026 / 10:34
Prezident Dialoq Forumunda Azərbaycanın öz torpaqlarını azad etməsindən danışdı
27.10.2026 / 10:30
"Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlər üzrə birlik nümayiş etdirir"
- Prezident İlham Əliyev
27.10.2026 / 10:28
Dubay məhkəməsi Rusiya neftinin satışından 700 milyon dollardan çox vəsaiti dondurub -
işin içində azərbaycanlılar da var…
27.10.2026 / 10:25
Prezident: "İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər"
27.10.2026 / 10:19
Bakıda jurnalistlər üçün rəqəmsal bacarıqlar sessiyası keçirilir
27.10.2026 / 10:17
"Azərbaycanın sabit inkişafının əsas səbəblərindən biri cəmiyyətimizdə olan ahəngdarlıqdır"
- Prezident
27.10.2026 / 10:14
Prezident: "Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub"
27.10.2026 / 10:08
"Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətlərin inkişafına öz töhfəsini vermişdir"
- Prezident
27.10.2026 / 10:05
Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib
- FOTO/VİDEO/YENİLƏNDİ
27.10.2026 / 09:52
Dünyanın gözü İsraildəki parlament seçkilərində
- Netanyahu, ya Eisenkot...
27.10.2026 / 09:34
ABŞ İran ətrafında hərbi gəmilərin sayını artırır…
27.10.2026 / 09:20
Türkiyədə qasırğa fəlakəti...
Fəhlələrin qaldığı iki kabinə devrildi, ölənlər var…
27.10.2026 / 09:07
“Ab-Hava” restoranında kütləvi dava pul üstündə olub
- YENİ DETALLAR ortaya çıxdı...
27.10.2026 / 06:37
İsrail BMT-ni cihadçı terrorizmi əsaslandırmaqda ittiham etdi
26.10.2026 / 22:05
Misir də husilərə qarşı müharibəyə qoşulur
- qərar verildi…
26.10.2026 / 21:56
Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub
- FOTO
26.10.2026 / 21:50
Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verildi
- FOTO
26.10.2026 / 21:46
Naxçıvanın büdcəsi 13 milyon kəsildi
- maraqlı səbəblərdən danışılır...
26.10.2026 / 21:30
Ermənistanla bağlı qeyri-müəyyənlik KTMT rəhbərliyini çaşdırıb...
26.10.2026 / 21:15
Putin-Si-Tramp dünyada hamı üçün ziyanlı ssenari hazırlayır...
26.10.2026 / 20:57
Dövlət Agentliyində inanılmaz nöqsanlar aşkarlanıb...
26.10.2026 / 20:38
Rusiya Ermənistanla bağlı növbəti qərarı verdi...
26.10.2026 / 20:21
Bakıdan Tehrana sərt cavab: İranda bircə Azərbaycan məktəbi də yoxdur
Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...
Populyar xəbərlər
Tarix: 08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..
Tarix: 28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...
Tarix: 28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya...
- VIDEO
Tarix: 10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi
Tarix: 07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...
XƏBƏR ARXİVİ