çərşənbə günü, 28 oktyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi
Tarix: 07.07.2015 / 02:27
Bölmə: İqtisadiyyat
Azərbaycan uğurlu neft strategiyasının əsasını qoyan "Əsrin müqaviləsi"nin icrasına başlanması ilə ölkəyə xarici investisiyaların cəlb olunmasına nail oldu. Artan enerji gəlirlərini qeyri-neft sektoruna yönəltməklə iqtisadiyyatın hərtərəfli inkişafına nail olmaq sonraki dövrdə Azərbaycan dövlətinin qarşısında duran ən mühüm vəzifələrdən birinə çevrildi.
Ölkəmizdə bazar iqtisadiyyatı prinsiplərinin tam bərqərar olması, xarici investisiyaların qeyri-neft sektoruna, xüsusən də regionların inkişafına yönəldilməsi, əlverişli sahibkarlıq və biznes mühitinin formalaşdırılması, işsizlik probleminin həlli, əhalinin həyat şəraitinin yaxşılaşdırılması məsələləri Prezident İlham Əliyevin son on ildə yeritdiyi iqtisadi siyasətin prioritet istiqamətləri oldu.
Regionlarda mövcud olan əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə etmək, iqtisadiyyatın qeyri-neft sektorunun inkişafını sürətləndirmək və əhalinin məşğulluğunu artırmaq, yoxsulluğun səviyyəsini azaltmaq, infrastrukturu yeniləşdirmək, əlverişli investisiya şəraiti, yeni iş yerləri yaratmaq istiqamətində sistemli tədbirlərin həyata keçirilməsi məqsədilə bir neçə dövlət proqramı qəbul edildi ki, bu proqramların icra olunduğu 10 il ərzində ümumdaxili məhsul 3,2 dəfə, o cümlədən qeyri-neft sektoru 2,6 dəfə, sənaye 2,7 dəfə, kənd təsərrüfatı 1,5 dəfə, investisiyalar 6,5 dəfə, əhalinin gəlirləri 6,5 dəfə, orta aylıq əməkhaqqı 5,5 dəfə artdı.
Bu müddətdə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə, 900 min daimi olmaqla, 1,2 milyondan çox yeni iş yeri, 55,6 min müəssisə yaradıldı, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,3 faizə endi.
Bununla da Azərbaycanın maliyyə imkanları artdı, ölkəmiz transmilli layihələrin təşəbbüskarı və əsas iştirakçısı kimi çıxış etməyə başladı, paytaxtda və regionlarda müasir infrastrukturun yaradılması, ən yeni texnologiyalara əsaslanan müəssisələrin fəaliyyətə başlaması, sahibkarlığın dəstəklənməsi, biznes mühitinin yaxşılaşdırılması Azərbaycanın dünyada nüfuzunun daha da artmasına, iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəlməsinə, əhalinin həyat səviyyəsinin davamlı olaraq yaxşılaşdırılmasına səbəb oldu.
Regionların inkişafına dair icra olunmuş ilkin Dövlət Proqramı (2004-2008-ci illər) ölkəmizin müxtəlif bölgələrində inkişafın yeni əsaslarını yaratmaqla tərəqqi prosesini sürətləndirdi və yeni bir mərhələyə keçirdi. 14 aprel 2009-cu il tarixli Fərmanı ilə ölkə başçısı İlham Əliyev "Azərbaycan Resublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nı təsdiq etdi.
Bu proqramın hazırlanmasında əsas məqsəd ölkə iqtisadiyyatının dinamik inkişafına və onun təsərrüfat sisteminə səmərəli inteqrasiyasına, kommunal xidmətlərin səviyyəsinin yaxşılaşdırılmasına, əhalinin rifahının davamlı olaraq yüksəldilməsinə nail olmaq idi ki, bu da öz uğurlu nəticəsini verdi. Sonuncu qəbul olunmuş Dövlət Proqramı isə 2014-2018-ci illəri əhatə edir. Bu proqramın təsdiq edilməsi ilə ölkənin sosial-iqtisadi inkişafında yeni mərhələdə olan dövət iqtisadiyyatının dinamik inkişafı, həyat səviyyəsinin yaxşılaşdırılması, bütün regionlarda mövcud potensialdan səmərəli istifadə eməklə qeyri-neft sektorunun inkişafı, yeni istehsalat müəssisələrinin yaradılması, mövcud sahələrdə istehsalat fəaliyyətinin genişləndirilməsi, rabitə və informasiya texnologiyalarının tətbiqinin sürətləndirilməsi, sosial infrastrukturun yaxşılaşdırılması, eləcə də elm, təhsil, səhiyyə, mədəniyyət və idman obyektlərinin inşası, yenidən qurulması, əlillər və şəhid ailələri üçün yaşayış binalarının tikintisi üzrə kompleks tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.
Son bir neçə il ərzində dünyada müxtəlif proseslər gedib, fərqli hadisələr baş verib. Hazırda isə dünyada gərginlik artmaqdadır və dünya maliyyə, iqtisadi böhranın yeni mərhələsinə qədəm qoyub. Yaxın Şərq və Avropa ilə müqayisədə ötən il ərzində ölkəmizdə bütün işlər müsbət istiqamətə yönəlib. Bu isə Azərbaycanın dayanıqlı inkişafının göstəricisidir. Ölkəmizdə ictimai-siyasi sabitlik, iqtisadiyyatımızın şaxələndirilməsi və iqtisadiyyata iri investisiya qoyulması atılan çox önəmli addımlardandır. Respublikamız bu gün nəinki regionda, dünya miqyasında seçilən ölkələrdən birinə çevrilib və ölkəmizə maraq günü-gündən artmaqdadır. Bizim bugünkü reallığımız respublikamızın və onun regionlarının çox sürətli inkişafıdır. 2003-cü ildə prezident seçkiləri ərəfəsində ölkə başçısı İlham Əliyev bildirib ki, xalq ona etimad göstərərsə, ilk növbədə regionların inkişafı ilə məşğul olacaq və dövlət proqramları qəbul edəcək. İcra olunmuş ilkin proqramın nəticəsi olaraq 600 mindən çox yeni iş yeri yaradıldı. Təbii ki, ölkə başçısı ikinci proqramı qəbul edərkən artıq ölkəmiz çox dəyişib, möhkəmlənib və gəlirlər artmağa başlayıb. Nəhayət, ikinci proqram da uğurla icra edildi. Hazırda isə üçüncü proqram uğurla icra olunmaqdadır.
2004-cü ildən bu günə qədər Azərbaycan dünya miqyasında iqtisadi və sosial baxımdan çox sürətlə inkişaf edən ölkə olub. Sosial sahəyə gəldikdə isə, aparılan uğurlu islahatların nəticəsi olaraq qeyd etməliyik ki, son 11 ildə regionlarda 2900 məktəb binası, 560 tibb ocağı tikilib və ya təmir edilib, 41 olimpiya idman mərkəzi və 30 gənclər mərkəzi yaradılıb. Sosial infrastruktur layihələrinin icrası regional inkişafın özəyidir, çünki bölgələrdə bu cür dəyişikliklər olmasa, heç bir proqram icra edilə bilməz.
Bölgələrin inkişafında duran əsas təməl amillər: əhalinin elektrik, qaz və içməli su ilə tam təmin olunması, yolların yaxşı vəziyyətdə olması, aqrar sektor, meliorasiya və turizmin inkişafıdır. Hazırda bütün şəhərlərdə qazlaşdırma yüz faiz səviyyəsindədir və bu proses kənd yerlərində də uğurla davam edirilir. Əgər işlər bu dinamika ilə davam etdirilərsə, icra olunan proqramın sonunda, yəni 2018-ci ildə qazlaşdırma ölkə ərazisində minimum 90-95 faiz təşkil edəcək.
Sözsüz ki, regionlarımızın su təchizatının yaxşılaşdırılması prioritet xarakter daşıyan məsələlərdəndir və son illər bu sahəyə daha da böyük diqqət yetirilir. 2004-2008 və 2009-2013-cü illəri əhatə edən Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarına uyğun olaraq su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə iri layihələr həyata keçirilib və hazırda icra olunan proqram çərçivəsində işlər davam etdirilir. Ötən dövrdə 40 şəhərdə içməlu su və kanalizasiya layihələri icra olunub, artıq 12 şəhərdə işlər yekunlaşıb, digər 28 şəhərdə isə davam etdirilir. Belə ki, görülmüş işlər nəticəsində bu şəhərlərdə 480 min nəfər içməli su ilə təmin olunub ki, onların da 175 mini ilk dəfə mərkəzləşdirilmiş qaydada su alanlardır. Dövlət Proqramında içməli sudan əziyyət çəkən kəndlərdə də layihələrin icrası uğurla davam etdirilir. Ümumiyyətlə, regionların su təchizatının yaxşılaşdırılması üçün çox mühüm işlərə imza atılıb: Oğuz-Qəbələ-Bakı su kəməri tikilib, Bakı-Tiflis-Ceyhan neft kəmərinin gəlirlərindən əldə olunmuş vəsait yeni su kəmərlərinin tikintisinə sərf olunub. Görülən işlərin nəticəsi olaraq su təchizatı ölkə üzrə 60 faizdən çoxdur, lakin 2003-cü ildə bu rəqəm 10-15 faizə bərabər idi.
Bu gün regionlarımızın kənd təsərrüfatı sahəsində aparılan genişmiqyaslı islahatlar ölkə Prezidentinin xüsusi diqqət mərkəzindədir. Həyata keçirilməkdə olan infrastruktur layihələri arasında meliorasiya layihələri xüsusi önəm daşıyır. Belə ki, bir sıra nəhəng layihələr artıq icra olunub - Şəmkirçay və Taxtakörpü su anbarları, Vəlvələçay-Taxtakörpü və Taxtakörpü-Ceyranbatan kanalları, Baş Mil-Muğan kollektoru. Dövlət Neft Fondundan "Samur-Abşeron suvarma sisteminin yenidən qurulması" layihəsinə ayrılmış vəsait hesabına Xızı, Siyəzən rayonlarında meliorativ tədbirlər başa çatdırılmaq üzrədir ki, bu da minlərlə hektar ərazini əhatə edən iri kənd təsərrüfatı müəssisələrinin yaradılmasına imkan verəcək. Belə ki, bu il kənd təsərrüfatı ili elan olunduğunu nəzərə alsaq, yuxarıda qeyd etdiklərimizi, yeni su anbarlarını, çəkilən kanalları bu istiqamətdə atılan çox uğurlu addımlar kimi səciyyələndirə bilərik. Dünya Bankının məlumat bazasına əsasən, dövlət proqramlarının həyata keçirildiyi son 10 il ərzində dünya miqyasında kənd təsərrüfatı sahəsi üzrə 31,8 faiz, Azərbaycanda isə 48,9 faiz artım müşahidə olunub, ərzaq məhsullarının artımı 18 faiz olduğu halda, respublikada bu göstərici 39 faiz təşkil edib. Kənd təsərrüfatı sahəsində aparılan islahatlar nəticəsində milli ərzaq təhlükəsizliyinin təminatı möhkəmlənib, daxili isehsalat hesabına əhalinin əsas ərzaq məhsulları ilə təminatı səviyyəsi iki dəfəyə qədər artıb, meyvə-tərəvəz və bir sıra digər məhsulların tələbatdan artıq istehsal edilməsi bu məhsullar üzrə ixrac potensialını artırıb. Üzümçülük, şərabçılıq, pambıqçılıq, çayçılıq, taxılçılıq, heyvandarlıq, bitkiçilik, quşçuluq, arıçılıq sahələrinin inkişafı xüsusilə diqqət çəkir. Aqrar səhədə köhnə texnikanın yenisi ilə əvəz olunması kənd təsərrüfatının bir çox sahələrində əhəmiyyətli dərəcədə canlanmaya səbəb olub. Sevindirici haldır ki, bu yenilənmə bu gün də uğurla davam etdirilir.
Regionların sosial-iqtisadi inkişafı üzrə proqramlarda yol-nəqiyyat kompleksinin təkmilləşdirilməsinə daima xüsusi önəm verilib. Belə ki, 2003-cü ildən 2014-cü ilə qədər xeyli sayda magistral yol, kənd yolu, 350-yə yaxın körpü və tunel, 4 beynəlxalq aeroport olmaqla 6 aeroport tikilib. Nəhayət, vətəndaşlarımız arzuladığı ünvana vaxtında və daha tez çatmaq imkanına malikdir.
Ölkə iqtisadiyyatının inkişafına təkan verən çox önəmli sahələrdən biri də turizmdir. Bu istiqamətdə də bölgələrdə sürətli inkişaf gedir. Belə ki, yeni otellər, beynəlxalq səviyyəli istirahət zonalarının açılması bu inkişafın əsas göstəricisidir. Respublikamızda turizm potensialı şimal, şimal-qərb, cənub və qərb bölgələrində, əlbəttə, Bakı şəhərində də inkişaf edir. Köhnə turizm mərkəzləri bərpa edilir, yeni turizm obyektləri yaradılıb, misal üçün, Naftalan artıq beynəlxalq turizm mərkəzinə çevrilib, Qusar rayonunda yerləşən yay-qış kurortu olan "Şahdağ", Qəbələdə "Tufan" yay-qış istirahət kompleksi artıq dünya səviyyəli turizm obyektləridir. Hazırda bir çox regionlarımızda bu istiqamətdə işlər davam etdirilir ki, bu da turizm imkanlarımızın daha da genişləndirilməsinə səbəb olacaq.
Əminliklə demək olar ki, ötən ildə "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində görülən və görüləcək işlər nəticəsində əldə edilən uğurların sayı artacaq, bütün bunlar zəngin bəhrəsini verəcək.
Məhəmmədəli QƏRİBLİ
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür.
DİGƏR XƏBƏRLƏR
Tarix: 27.10.2026 / 18:56
Azərbaycan Rusiya ilə təbii qaz alışı sazişi imzalayacaq...
Tarix: 27.10.2026 / 18:02
Azərbaycana mal əti idxalı kəskin artdı - yerli istehsal "ölür", bazar bahalaşır...
Tarix: 26.10.2026 / 21:46
Naxçıvanın büdcəsi 13 milyon kəsildi
- maraqlı səbəblərdən danışılır...
Tarix: 26.10.2026 / 11:50
Kimlərin pensiyalarına əlavələr ediləcək?
- AÇIQLANDI...
Tarix: 23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..
Tarix: 23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...
Tarix: 23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq
- xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...
Tarix: 23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə
- gəlirlər və xərclər açıqlandı...
Tarix: 22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...
Tarix: 22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir -
ümid Xəzərə qalıb…
Tarix: 22.10.2026 / 10:36
Sabahdan vint, bolt və qaykaların ixrac tarifi
20 DƏFƏ ARTIRILIR...
Tarix: 21.10.2026 / 17:06
Azərbaycan daha bir rekord vurdu -
"tranzitlərin rekordu"...
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...
Tarix: 22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…
Tarix: 22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...
SON XƏBƏRLƏR
27.10.2026 / 22:37
Qazaxıstan rusiyalı avtomobil alıcılarına sanksiya tətbiq etdi
– ruslara maşın satışından imtina edilir...
27.10.2026 / 22:15
Konqres Rusiyadan dizel yanacağı alan Amerika şirkətlərini həbslə hədələdi...
27.10.2026 / 21:51
Paşinyan “dövlətyönümlü yeni müxalifətin yaradılması” kursuna başlayır...
27.10.2026 / 21:33
Rusiya bir neçə ayda Ukraynada 240 kv.kilometr ərazi itirdi...
27.10.2026 / 21:16
Vuçiç getdi - Serbiyanın yeni dönəm Azərbaycan siyasəti suallar doğurmağa başladı...
27.10.2026 / 21:04
Ramiz Mehdiyevə hökm oxundu
- 14 il iş, bütün əmlakı da müsadirə olundu...
27.10.2026 / 20:59
“Azərbaycan xalqından, 30 il yurdundan məhrum edilmiş insanlardan üzr istənilməlidir”
- YENİ TƏLƏB...
27.10.2026 / 20:45
90 faizlik seçici dəstəyi Paşinyanı qorxutdu -
mövcud müxalifəti məhv edib yenisini yaradacaq...
27.10.2026 / 20:31
AK Parti iqtidarı Kipr məsələsində güzəştə gedə bilərmi?..
27.10.2026 / 20:17
ABŞ və İsrail İrana qonşu ölkədən (?) hücum edəcəklər...
27.10.2026 / 20:04
Zəfərdən sonra Azərbaycanın qəsdinə qalxmış 3 ölkənin biri Əliyevin qəbuluna gəldi...
27.10.2026 / 19:45
Bakı Təşəbbüs Qrupu Fransanın Korsika qərarını sərt tənqid etdi
- Makron rejimi qorxur...
27.10.2026 / 19:28
Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası olub
27.10.2026 / 19:12
Avropadan Putinə bir ildən sonra ilk dəfə zəng gəldi
– biz öz adımızdan danışırıq...
27.10.2026 / 18:56
Azərbaycan Rusiya ilə təbii qaz alışı sazişi imzalayacaq...
27.10.2026 / 18:43
Serbiyada "ağıllı həkimlər" Vuçiçin 14 illik hakimiyyətini yıxdılar...
27.10.2026 / 18:29
İran indi də Özbəkistana ərazi iddiası edir, Səmərqəndə dil uzadır
27.10.2026 / 18:14
Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi
27.10.2026 / 18:02
Azərbaycana mal əti idxalı kəskin artdı - yerli istehsal "ölür", bazar bahalaşır...
27.10.2026 / 17:52
Əli Əsədov İƏT-in baş katibi ilə Azərbaycanın təşkilata sədrliyini müzakirə edib
- FOTO
27.10.2026 / 17:44
Milli Azərbaycan ideyası beynəlxalq forumda yenidən gündəmə gətirildi...
27.10.2026 / 17:35
Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdülsalam ilə görüşüb
- FOTO
27.10.2026 / 17:27
Azərbaycanda yeni Komissiya yaradılır
27.10.2026 / 17:20
Azad edilmiş ərazilərdə ən böyük memorial kompleks Ağdamda yaradılacaq...
27.10.2026 / 17:06
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
- FOTO
27.10.2026 / 16:49
İvanişvili Gürcüstanda bütün antirus partiyaları qadağan edir...
27.10.2026 / 16:45
Tramp İrana qarşı yeni əməliyyatlar qərarını heç cür verə bilmir...
27.10.2026 / 16:37
AMEA alimləri Pezeşkiana çağırış etdi
- İranda azərbaycanlılar üçün ana dilində məktəblər açılsın...
27.10.2026 / 16:30
Hakimlər qarşısında tələb qoyuldu
- süründürməçiliyə və təhqirə yol verilməsin!
27.10.2026 / 16:17
Zəngəzur dəhlizində erməni sərhədçilər yalnız müşahidəçi olacaq
– ABŞ səfirliyi açıqladı...
27.10.2026 / 16:01
Oktay Saral Azərbaycana qarşı hicab iddialarından hələ imtina etməyibmiş...
27.10.2026 / 15:46
Prezident, birinci xanım və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” sərgisi ilə tanış olublar
- FOTO
27.10.2026 / 15:41
Tramp bütün hərbi bazalarını "90 günlük müharibəyə" hazırlayır -
hədəf kimdir?
27.10.2026 / 14:36
Prezidentin sosial şəbəkə hesablarında VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakına dair paylaşım edilib
- VİDEO
27.10.2026 / 14:05
800 kq Hizbullah partlayıcısı -
ələ keçirilən arsenalın taleyinə Livan qərar verir
27.10.2026 / 14:01
Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib
- FOTO
27.10.2026 / 14:00
"Ermənistan Konstitusiyasına dəyişiklik davamlı sülhün əsas şərtlərindən biridir" -
Fərid Şəfiyev
27.10.2026 / 13:54
"Bakı bu cür beynəlxalq forumlar vasitəsilə mədəniyyətlərarası dialoqa mühüm töhfə verə bilər" -
Ozodbek Nazarbekov
27.10.2026 / 13:49
"Mədəniyyətlərarası dialoq sülh və ümumi gələcək naminə davamlı birgə fəaliyyətdir" -
Türkmənistanın mədəniyyət naziri
27.10.2026 / 13:36
Çin brendləri Mao Tzedun zarafatı üzündən ünlü futbolçu ilə müqavilələrini ləğv etdi
27.10.2026 / 13:30
Penitensiar Xidmətə yeni rəis təyin edildi
27.10.2026 / 13:23
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb
27.10.2026 / 12:50
Türkiyədə daha bir bələdiyyədə şübhəli əməliyyat
– üzvlərin YENİ Partiyaya qoşulmasından saatlar əvvəl həbslər aparıldı...
27.10.2026 / 12:21
Rusiya və Ukrayna Xersonda atəşkəs elan etdi...
27.10.2026 / 12:08
“Bakı Prosesi” mədəniyyətlərarası dialoq üçün beynəlxalq platforma yaradıb"
-ICESCO-nun Baş direktoru
27.10.2026 / 11:57
"Forum sülhün, təhlükəsizliyin, həmrəyliyin müzakirə olunduğu əsas platformaya çevrilib"
- İƏT-in Baş katibi
27.10.2026 / 11:49
Ermənistan 30 il sonra?
27.10.2026 / 11:26
Azərbaycan Lana Zəki Nusseibehin BMT Baş katibi vəzifəsinə namizədlik təşəbbüsünü alqışlayır
27.10.2026 / 11:14
Prezident İlham Əliyev: "Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq"
27.10.2026 / 11:08
Paşinyan katolikosa qarşı onun işlərini araşdıran komissiyanı yaratdı
27.10.2026 / 11:06
Prezident: "Müstəqil siyasətimiz bizə çox böyük hörmət qazandırıb"
27.10.2026 / 11:03
"Bu gün Azərbaycan qeyri-sabit regionda sabitlik adası kimi görünür"
- Prezident
27.10.2026 / 11:01
Prezident: "Ölkəmizdə 35 ildə qazanılmış nailiyyətlər Azərbaycan xalqı tərəfindən əldə edilmişdir"
27.10.2026 / 10:57
Polis Masallıda əməliyyat keçirdi
- saxlanan var...
27.10.2026 / 10:53
"Müstəqil ölkəyə necə yaşamaq, nəyi etmək, nəyi etməmək barədə dərslər verilməli deyil"
- Prezident
27.10.2026 / 10:49
Azərbaycan Prezidenti: "İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır"
27.10.2026 / 10:45
"Azərbaycan təcrübəsi bəzi münaqişələrin aradan qaldırılmasına xidmət edə bilər"
- Prezident
27.10.2026 / 10:39
Seçkiyə 1 həftə qalmış Trampa qarşı impiçment hazırlıqları başladı
27.10.2026 / 10:34
Prezident Dialoq Forumunda Azərbaycanın öz torpaqlarını azad etməsindən danışdı
27.10.2026 / 10:30
"Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlər üzrə birlik nümayiş etdirir"
- Prezident İlham Əliyev
27.10.2026 / 10:28
Dubay məhkəməsi Rusiya neftinin satışından 700 milyon dollardan çox vəsaiti dondurub -
işin içində azərbaycanlılar da var…
27.10.2026 / 10:25
Prezident: "İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər"
27.10.2026 / 10:19
Bakıda jurnalistlər üçün rəqəmsal bacarıqlar sessiyası keçirilir
27.10.2026 / 10:17
"Azərbaycanın sabit inkişafının əsas səbəblərindən biri cəmiyyətimizdə olan ahəngdarlıqdır"
- Prezident
27.10.2026 / 10:14
Prezident: "Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub"
27.10.2026 / 10:08
"Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətlərin inkişafına öz töhfəsini vermişdir"
- Prezident
27.10.2026 / 10:05
Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib
- FOTO/VİDEO/YENİLƏNDİ
27.10.2026 / 09:52
Dünyanın gözü İsraildəki parlament seçkilərində
- Netanyahu, ya Eisenkot...
27.10.2026 / 09:34
ABŞ İran ətrafında hərbi gəmilərin sayını artırır…
27.10.2026 / 09:20
Türkiyədə qasırğa fəlakəti...
Fəhlələrin qaldığı iki kabinə devrildi, ölənlər var…
27.10.2026 / 09:07
“Ab-Hava” restoranında kütləvi dava pul üstündə olub
- YENİ DETALLAR ortaya çıxdı...
27.10.2026 / 06:37
İsrail BMT-ni cihadçı terrorizmi əsaslandırmaqda ittiham etdi
26.10.2026 / 22:05
Misir də husilərə qarşı müharibəyə qoşulur
- qərar verildi…
26.10.2026 / 21:56
Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub
- FOTO
26.10.2026 / 21:50
Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verildi
- FOTO
26.10.2026 / 21:46
Naxçıvanın büdcəsi 13 milyon kəsildi
- maraqlı səbəblərdən danışılır...
26.10.2026 / 21:30
Ermənistanla bağlı qeyri-müəyyənlik KTMT rəhbərliyini çaşdırıb...
26.10.2026 / 21:15
Putin-Si-Tramp dünyada hamı üçün ziyanlı ssenari hazırlayır...
26.10.2026 / 20:57
Dövlət Agentliyində inanılmaz nöqsanlar aşkarlanıb...
26.10.2026 / 20:38
Rusiya Ermənistanla bağlı növbəti qərarı verdi...
26.10.2026 / 20:21
Bakıdan Tehrana sərt cavab: İranda bircə Azərbaycan məktəbi də yoxdur
Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...
Populyar xəbərlər
Tarix: 08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..
Tarix: 28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...
Tarix: 28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya...
- VIDEO
Tarix: 10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi
Tarix: 07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...
XƏBƏR ARXİVİ