çərşənbə günü, 28 oktyabr 2026
     

Azərbaycan "avro siyasətini" dəyişir

Image


Yunanıstanda keçirilən referendumda seçicilərin 61%-nin Avropa Birliyi rəhbərliyinin tələb etdiyi "kəmərsıxma" siyasətinə yox deməsinin nəticələrinin necə olacağı indi bütün dünyada böyük maraqla izlənir. Baş verənlər ölkə hakimiyyətinin mövqelərinin daha da güclənməsi ilə müşayiət olunur. Yunanıstanın baş naziri Aleksis Tsipras qeyd edir: "Demokratiyaya şantaj edilməyəcəyini göstərdik. Danışıqlar masasına bankları xilas etmək üçün yenidən oturacağıq.
Kreditorların xoşniyyətli olması halında problem həll edilə bilər".
Lakin Yunanıstanda müxalifət partiyasının lideri Antonis Samaras referendumun nəticəsindən sonra istefa verdi. Yeni Demokratiya Partiyasının lideri Samaras 2012-2015-ci illər arasında baş nazir olmuşdu. İstefası ilə bağlı o bildirib: "Partiyamızın yeni bir başlanğıca ehtiyacı var. Bu səbəbdən Yeni Demokratiya Partiyasının sədrliyindən istefa verirəm". Avropa Birlyinin rəhbərliyi də nəticələrdən razı qalmayıb. Fransa prezidenti Fransua Olland və Almaniyanın baş naziri Angela Merkel Yunanıstandakı referendum nəticələrini qiymətləndirmək üçün avrozonaya üzv ölkələrin liderlərinin toplantısını çağırıb. Olland referendumun nəticələrini qiymətləndirmək üçün Avropa Komissiyasının prezidenti Yan Klod Yunker və Avropa Parlamentinin sədri Martin Şults ilə də telefon danışığı aparıb. Məlumatlara görə, Yunanıstanın avrozonadan çıxması artıq gündəmin əsas mövzusudur.
Baş verənlər isə, gözlənildiyi kimi, avronun dəyərdən düşməsinə gətirib çıxarır. Avro dollar qarşısında 1 faizdən çox geriləyərək 1.09-luq həddə düşüb. Avronun manat qarşısında da ucuzlaşacağı gözlənir. İqtisadçı-ekspert Vüqar Bayramov bildirib ki, Yunanıstan Azərbaycan üçün strateji baxımdan əhəmiyyətli tərəfdaşlardandır. Bu ölkə Azərbaycanın əsas strateji qaz tərəfdaşı olacaq, TAP-da istehlakçı və eyni zamanda tranzit ölkədir: "Ölkəmizin sözügedən dövlətdə sərmayələri ilə Dövlət Neft Fondunun aktivlərinin dörddə birinin avro və idarə olunan vəsaitlərinin 40 faizinin Avropa Birliyində saxlandığını nəzərə alsaq, Yunanıstanda böhranın başa çatmasında maraqlı olan ölkələrdən birinin də məhz Azərbaycan olduğunu deyə bilərik. Gözlənir ki, referendum nəticələri avronun dollara məzənnəsinə təsir göstərəcək. Elə Azərbaycan Mərkəzi Bankının da bu iş həftəsinə zəif avro ilə başlayacağı proqnozlaşdırılır. Doğrudur, bazardakı mövcud tarazlıq hələlik avropalıların pulunun kursunda çox kəskin azalmalara imkan verməyəcək. Eyni zamanda, Yunanıstan böhranının ölkəmizin strateji qaz kəmərlərinin reallaşmasına təsir edəcəyi gözlənilmir. Razılaşmaq lazımdır ki, bu təşəbbüslərin reallaşmasında Bakı və Brüssel qərarverici tərəflərdir. Afina sadəcə iştirakçıdır. Kəmərin əsas benefisarı olan İtaliya isə özünün enerji asılılığını yumşaltmaqda maraqlı görsənir".
Vüqar Bayramov qeyd edib ki, Yunanıstan defoltu Dövlət Neft Fondunun gəlirliliyinə mənfi təsir göstərməyəcək: "Bir tərəfdən, fond artıq xeyli vaxtdır "avrosuzlaşma" siyasəti aparır. Digər tərəfdən isə, bu defoltdan ABŞ və Almaniya səhmdarlarının qazanacağı gözlənir. Sözügedən dövlətlə də səhmlərin qiymətində artımlar gözlənir. Bu isə okeanın o tayında vəsaitinin təxminə yarısını saxlayan Neft Fondu üçün yaxşı xəbər sayıla bilər. Referendum nəticələri Azərbaycanla Avropa arasında iqtisadi əlaqələrə da təsir göstərməyəcək. Bu qitəyə daha çox strateji məhsullar ixrac edən Azərbaycanın avro idxalında həcm və qiymətdə hələlik hər hansı dəyişikliklərin olacağı gözlənilmir".
Beləliklə, "yunan krizisi"nin təsir dairəsinin böyük olacağı gözlənir. Almaniya "Deutsche Bank"ının analitiklərinin fikrincə, mütləq tərəflər arasında yeni anlaşma əldə olunmalıdır. Bu , "Deutsche Bank" mütəxəssislərinə görə, kreditorlar və avrozona üçün ən sərfəli çıxış yoludur. Belə ki, bu halda bank sisteminin çökməsi ilə artan siyasi və iqtisadi xərclər iqtidar partiyasını hakimiyyətdən çəkilməyə məcbur edəcək. Əks halda Yunanıstanın avrozonadan çıxışı qaçılmaz sayılır. "Deutsche Bank" analitikləri qeyd edir ki, bu ssenari çərçivəsində hadisələrin inkişafının iki variantı var: Yunanıstan avrozonanı tərk edir, yalnız Avropa Birliyi tərkibində qalır. İkinci halda Yunanıstan həm avrodan, həm də Avropa Birliyindən imtina edir. Hər iki variant olduğu təqdirdə bu, Avropa üçün güclü zərbə və bütün sahələri əhatə edən böhran deməkdir. Almaniya hökuməti bu vəziyyətdə mümkün neqativ nəticələrin qarşısını almaq üçün artıq 15 milyard avro ayırıb.
Yunanıstanın baş naziri Aleksis Tsipras isə referendumun Yunanıstanın Avropada qalmaq və ya qalmamaq üçün keçirilmədiyini bildirib: "Yunan xalqı Avropada qalmaq və ya çıxmaq üçün səs vermədi. Bu sualı tamamilə ortadan götürmək lazımdır. Problemin həlli o qədər də asan olmaya bilər. Amma tərəflər istəsə, ədalətli bir yol tapıla bilər. Müzakirələrə bir islahat planı ilə davam edəcəyik. Yunanıstanın borcu da artıq sövdələşmə masasında olacaq". Ekspertlər isə qeyd edir ki, istənilən halda, yunan tərəfinin atdığı addımlar avronun məzənnəsinə kəskin zərbə vurdu. Baş verənlərin hələ müəyyən müddət avronun kursunu aşağı salmağa davam edəcəyi gözlənir.
Tahir TAĞIYEV
 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

27.10.2026 / 22:37
Qazaxıstan rusiyalı avtomobil alıcılarına sanksiya tətbiq etdi – ruslara maşın satışından imtina edilir...

27.10.2026 / 22:15
Konqres Rusiyadan dizel yanacağı alan Amerika şirkətlərini həbslə hədələdi...

27.10.2026 / 21:51
Paşinyan “dövlətyönümlü yeni müxalifətin yaradılması” kursuna başlayır...

27.10.2026 / 21:33
Rusiya bir neçə ayda Ukraynada 240 kv.kilometr ərazi itirdi...

27.10.2026 / 21:16
Vuçiç getdi - Serbiyanın yeni dönəm Azərbaycan siyasəti suallar doğurmağa başladı...

27.10.2026 / 21:04
Ramiz Mehdiyevə hökm oxundu - 14 il iş, bütün əmlakı da müsadirə olundu...

27.10.2026 / 20:59
“Azərbaycan xalqından, 30 il yurdundan məhrum edilmiş insanlardan üzr istənilməlidir” - YENİ TƏLƏB...

27.10.2026 / 20:45
90 faizlik seçici dəstəyi Paşinyanı qorxutdu - mövcud müxalifəti məhv edib yenisini yaradacaq...

27.10.2026 / 20:31
AK Parti iqtidarı Kipr məsələsində güzəştə gedə bilərmi?..

27.10.2026 / 20:17
ABŞ və İsrail İrana qonşu ölkədən (?) hücum edəcəklər...

27.10.2026 / 20:04
Zəfərdən sonra Azərbaycanın qəsdinə qalxmış 3 ölkənin biri Əliyevin qəbuluna gəldi...

27.10.2026 / 19:45
Bakı Təşəbbüs Qrupu Fransanın Korsika qərarını sərt tənqid etdi - Makron rejimi qorxur...

27.10.2026 / 19:28
Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası olub

27.10.2026 / 19:12
Avropadan Putinə bir ildən sonra ilk dəfə zəng gəldi – biz öz adımızdan danışırıq...

27.10.2026 / 18:56
Azərbaycan Rusiya ilə təbii qaz alışı sazişi imzalayacaq...

27.10.2026 / 18:43
Serbiyada "ağıllı həkimlər" Vuçiçin 14 illik hakimiyyətini yıxdılar...

27.10.2026 / 18:29
İran indi də Özbəkistana ərazi iddiası edir, Səmərqəndə dil uzadır

27.10.2026 / 18:14
Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi

27.10.2026 / 18:02
Azərbaycana mal əti idxalı kəskin artdı - yerli istehsal "ölür", bazar bahalaşır...

27.10.2026 / 17:52
Əli Əsədov İƏT-in baş katibi ilə Azərbaycanın təşkilata sədrliyini müzakirə edib - FOTO

27.10.2026 / 17:44
Milli Azərbaycan ideyası beynəlxalq forumda yenidən gündəmə gətirildi...

27.10.2026 / 17:35
Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdülsalam ilə görüşüb - FOTO

27.10.2026 / 17:27
Azərbaycanda yeni Komissiya yaradılır

27.10.2026 / 17:20
Azad edilmiş ərazilərdə ən böyük memorial kompleks Ağdamda yaradılacaq...

27.10.2026 / 17:06
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb - FOTO

27.10.2026 / 16:49
İvanişvili Gürcüstanda bütün antirus partiyaları qadağan edir...

27.10.2026 / 16:45
Tramp İrana qarşı yeni əməliyyatlar qərarını heç cür verə bilmir...

27.10.2026 / 16:37
AMEA alimləri Pezeşkiana çağırış etdi - İranda azərbaycanlılar üçün ana dilində məktəblər açılsın...

27.10.2026 / 16:30
Hakimlər qarşısında tələb qoyuldu - süründürməçiliyə və təhqirə yol verilməsin!

27.10.2026 / 16:17
Zəngəzur dəhlizində erməni sərhədçilər yalnız müşahidəçi olacaq – ABŞ səfirliyi açıqladı...

27.10.2026 / 16:01
Oktay Saral Azərbaycana qarşı hicab iddialarından hələ imtina etməyibmiş...

27.10.2026 / 15:46
Prezident, birinci xanım və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” sərgisi ilə tanış olublar - FOTO

27.10.2026 / 15:41
Tramp bütün hərbi bazalarını "90 günlük müharibəyə" hazırlayır - hədəf kimdir?

27.10.2026 / 14:36
Prezidentin sosial şəbəkə hesablarında VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakına dair paylaşım edilib - VİDEO

27.10.2026 / 14:05
800 kq Hizbullah partlayıcısı - ələ keçirilən arsenalın taleyinə Livan qərar verir

27.10.2026 / 14:01
Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib - FOTO

27.10.2026 / 14:00
"Ermənistan Konstitusiyasına dəyişiklik davamlı sülhün əsas şərtlərindən biridir" - Fərid Şəfiyev

27.10.2026 / 13:54
"Bakı bu cür beynəlxalq forumlar vasitəsilə mədəniyyətlərarası dialoqa mühüm töhfə verə bilər" - Ozodbek Nazarbekov

27.10.2026 / 13:49
"Mədəniyyətlərarası dialoq sülh və ümumi gələcək naminə davamlı birgə fəaliyyətdir" - Türkmənistanın mədəniyyət naziri

27.10.2026 / 13:36
Çin brendləri Mao Tzedun zarafatı üzündən ünlü futbolçu ilə müqavilələrini ləğv etdi

27.10.2026 / 13:30
Penitensiar Xidmətə yeni rəis təyin edildi

27.10.2026 / 13:23
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb

27.10.2026 / 12:50
Türkiyədə daha bir bələdiyyədə şübhəli əməliyyat – üzvlərin YENİ Partiyaya qoşulmasından saatlar əvvəl həbslər aparıldı...

27.10.2026 / 12:21
Rusiya və Ukrayna Xersonda atəşkəs elan etdi...

27.10.2026 / 12:08
“Bakı Prosesi” mədəniyyətlərarası dialoq üçün beynəlxalq platforma yaradıb" -ICESCO-nun Baş direktoru

27.10.2026 / 11:57
"Forum sülhün, təhlükəsizliyin, həmrəyliyin müzakirə olunduğu əsas platformaya çevrilib" - İƏT-in Baş katibi

27.10.2026 / 11:49
Ermənistan 30 il sonra?

27.10.2026 / 11:26
Azərbaycan Lana Zəki Nusseibehin BMT Baş katibi vəzifəsinə namizədlik təşəbbüsünü alqışlayır

27.10.2026 / 11:14
Prezident İlham Əliyev: "Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq"

27.10.2026 / 11:08
Paşinyan katolikosa qarşı onun işlərini araşdıran komissiyanı yaratdı

27.10.2026 / 11:06
Prezident: "Müstəqil siyasətimiz bizə çox böyük hörmət qazandırıb"

27.10.2026 / 11:03
"Bu gün Azərbaycan qeyri-sabit regionda sabitlik adası kimi görünür" - Prezident

27.10.2026 / 11:01
Prezident: "Ölkəmizdə 35 ildə qazanılmış nailiyyətlər Azərbaycan xalqı tərəfindən əldə edilmişdir"

27.10.2026 / 10:57
Polis Masallıda əməliyyat keçirdi - saxlanan var...

27.10.2026 / 10:53
"Müstəqil ölkəyə necə yaşamaq, nəyi etmək, nəyi etməmək barədə dərslər verilməli deyil" - Prezident

27.10.2026 / 10:49
Azərbaycan Prezidenti: "İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır"

27.10.2026 / 10:45
"Azərbaycan təcrübəsi bəzi münaqişələrin aradan qaldırılmasına xidmət edə bilər" - Prezident

27.10.2026 / 10:39
Seçkiyə 1 həftə qalmış Trampa qarşı impiçment hazırlıqları başladı

27.10.2026 / 10:34
Prezident Dialoq Forumunda Azərbaycanın öz torpaqlarını azad etməsindən danışdı

27.10.2026 / 10:30
"Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlər üzrə birlik nümayiş etdirir" - Prezident İlham Əliyev

27.10.2026 / 10:28
Dubay məhkəməsi Rusiya neftinin satışından 700 milyon dollardan çox vəsaiti dondurub - işin içində azərbaycanlılar da var…

27.10.2026 / 10:25
Prezident: "İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər"

27.10.2026 / 10:19
Bakıda jurnalistlər üçün rəqəmsal bacarıqlar sessiyası keçirilir

27.10.2026 / 10:17
"Azərbaycanın sabit inkişafının əsas səbəblərindən biri cəmiyyətimizdə olan ahəngdarlıqdır" - Prezident

27.10.2026 / 10:14
Prezident: "Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub"

27.10.2026 / 10:08
"Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətlərin inkişafına öz töhfəsini vermişdir" - Prezident

27.10.2026 / 10:05
Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - FOTO/VİDEO/YENİLƏNDİ

27.10.2026 / 09:52
Dünyanın gözü İsraildəki parlament seçkilərində - Netanyahu, ya Eisenkot...

27.10.2026 / 09:34
ABŞ İran ətrafında hərbi gəmilərin sayını artırır…

27.10.2026 / 09:20
Türkiyədə qasırğa fəlakəti... Fəhlələrin qaldığı iki kabinə devrildi, ölənlər var…

27.10.2026 / 09:07
“Ab-Hava” restoranında kütləvi dava pul üstündə olub - YENİ DETALLAR ortaya çıxdı...

27.10.2026 / 06:37
İsrail BMT-ni cihadçı terrorizmi əsaslandırmaqda ittiham etdi

26.10.2026 / 22:05
Misir də husilərə qarşı müharibəyə qoşulur - qərar verildi…

26.10.2026 / 21:56
Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - FOTO

26.10.2026 / 21:50
Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verildi - FOTO

26.10.2026 / 21:46
Naxçıvanın büdcəsi 13 milyon kəsildi - maraqlı səbəblərdən danışılır...

26.10.2026 / 21:30
Ermənistanla bağlı qeyri-müəyyənlik KTMT rəhbərliyini çaşdırıb...

26.10.2026 / 21:15
Putin-Si-Tramp dünyada hamı üçün ziyanlı ssenari hazırlayır...

26.10.2026 / 20:57
Dövlət Agentliyində inanılmaz nöqsanlar aşkarlanıb...

26.10.2026 / 20:38
Rusiya Ermənistanla bağlı növbəti qərarı verdi...

26.10.2026 / 20:21
Bakıdan Tehrana sərt cavab: İranda bircə Azərbaycan məktəbi də yoxdur

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ