Azərbaycanda tətbiq edilməsi planlaşdırılan avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) üzrə elektron polislər adi polislərdən ucuz olacaq. Trend-in məlumatına əsasən, bunu Bakıda keçirilən VI Azərbaycan Beynəlxalq Sığorta Forumunda çıxışı zamanı Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi Namiq Xəlilov deyib.