O bildirib ki, elektron polislərin tətbiq edilməsi kağız polislərin istifadəsinin azalmasına imkan yaradacaq.
Bundan başqa, E.Quliyev tətbiq ediləcək başqa dəyişikliklərdən də danışıb:
"Yaxın iki il ərzində "Audatex” proqram təminatından istifadə etməyə, yol qəzaları zamanı ziyanın qiymətləndirilməsi ilə bağlı vahid sistemin, telematik texnologiyaların, ISB-nin informasiya sisteminin Dövlət Avtomobil Reyestrinə inteqrasiyasının, elektron imza və ya Büronun sistemində "ASAN İmza” mobil rəqəmsal imzasının, sığorta hallarının birbaşa nizamlanma prinsipinin tətbiq edilməsinə, AVSMMİS-in tənzimlənməsi ilə bağlı qanunverici layihədə dəyişikliklərin daxil edilməsinə, sığorta məbləğinin artırılmasına başlamağı planlaşdırırıq”.
Büro direktorunun sözlərinə görə, həmçinin bir aydan sonra smartfonlar üçün proqram təminatının işə salınması planlaşdırılır.