Xatırladaq ki, sığorta şirkətləri manatın məzənnəsində baş verən dəyişiklikdən sonra xərclərin artması ilə əlaqədar belə bir təkliflə müraciət etmişdilər.
N.Xəlilov bildirib ki, ölkədə icbari sığorta növlərinin zərəri ilə bağlı problem yoxdur.
Dövlət Xidmətinin rəisi bu bazarda mövcud olan problemlər sırasında sığorta şirkətlərinin fəaliyyətinin optimallaşdırılması məsələsini qeyd edib: "Sığorta şirkətləri informasiya texnologiyalarını tətbiq etməklə iş prinsiplərini təkmilləşdirmək, habelə sığorta vasitəçilərinə verilən komissiyaları azaltmaqla fəaliyyətləri zamanı xərclərini azalda bilərlər”.