çərşənbə günü, 28 oktyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Azərbaycan mülki aviasiyası: keçmişi, bu günü və gələcəyi
Tarix: 02.07.2015 / 02:04
Bölmə: İqtisadiyyat
Qanadlarını göylərin köksünə gərib şahin kimi asimanda süzən gümüş qanadlı təyyarələr insanların xəyallarını, ümidlərini haralara aparmır ki... Qədim nağıllardan boylanan sehirli uçan xalça insanın göyləri fəth etmək arzusundan doğurdu. Uçan xalçaların zamanından milyon illər sonra gümüş şahin-təyyarə yarandı. Bu da insanın uçmaq, uzaq mənzillərə tez bir zamanda çatmaq istəyini doğrultdu.
Bu, sehrlə baş vermədi, insan əməyinin, insan zəhmətinin, texniki tərəqqinin ən öncül nailiyyəti kimi meydana gəldi. Müasir insan təyyarə-aviasiya xidmətindən geniş şəkildə istifadə edir. Gündə milyonlarla insan təyyarə vasitəsilə dünyanın bu başından o başına gedir. Bu gün dünyanın inkişaf etmiş ölkələrinin hər birinin mülki aviasiyası mövcuddur. Azərbaycan da bu ölkələrdən biri kimi böyük inkişafa nail olub. Azərbaycan göylərində ilk dəfə 105 il əvvəl təyyarə görünüb. Bu mühüm hadisə keçən əsrin birinci onilliyində - 20 oktyabr 1910-cu il tarixində baş verib. Milli mülki aviasiya tədqiqatçıları yazır ki, Bakı şəhərinin üzərindən ilk təyyarə bu tarixdə uçub. Belə ki, Sergey Utoçkinin idarə etdiyi uşaqsayağı yöndəmsiz və möhkəm olmayan "Farman-4" sistemli fransız biplanı heyrətdən yerində donmuş tamaşaçıların başı üzərində bir neçə dairə vurur və sonra isə gurultulu alqışlar altında yerə enir. Bəlkə də o dövrün insanları ilk dəfə görüb seyr etdikləri bu uçuşu bir maraqlı filmin kadrı kimi izləyib. Bu hadisədən 15 il sonra - 1923-cü ildə ZAKAVİA - Zaqafqaziya Mülki Aviasiya Səhmdar Cəmiyyəti yaradıldı. Milli aviasiya tariximizin başlanğıcı olan 1923-cü il bu tarixi yazanların da, ilk sərnişinlərin də bir vaxt xatirələrini bəzəyib. Cəmiyyətin təsisçiləri "Muğan Meliorasiya Tikintisi", "Xəzər Dəniz Gəmiçiliyi" və "Azneft" olub. ZAKAVİA-nın təyyarələrindən aerofotoçəkiliş işləri aparılmasında, təcili yüklərin çatdırılmasında və poçtun daşınmasında istifadə etmək nəzərdə tutulurdu. Milli mülki aviasiya tarixini öyrənən tədqiqatçıların qeyd etdiyinə görə, ZAKAVİA yaxşı təsərrüfatçı olub. Onu da bildirək ki, 1923-cü ilin aprel ayında "Yunkers" təyyarəsində Bakı-Tiflis-Bakı marşrutu ilə uçuş həyata keçirilib. 1925-ci ildə isə Keşlədə aerodrom tikilib və mülki "Hava stansiyası" yaradılıb. 1926-cı ildə Mineralnıye Vodı-Qroznı-Mahaçqala-Bakı-Yevlax-Tiflis marşrutları üzrə müntəzəm uçuşlar həyata keçirilməyə başlanıb. Məlumatlara görə, Bakıda, Yevlaxda və Şəkidə "Dornye-Kometa-3" və "Dornye-Merkur" tipli təyyarələrin yerləşdirildiyi hava limanları işə düşüb. Bu təyyarələrin ekipajı iki nəfərdən ibarət olub. Tədqiqatçılar yazır ki, hər bir uçuşun müvəffəqiyyətli sonluğu onların ustalığından asılı idi, çünki həmin dövrdə maşınlarda heç bir naviqasiya cihazları mövcud deyildi. Təyyarəçilər yollara, dəmir yolu xətlərinə, olduqları yerin relyefinə və yalnız onlara tanış olan başqa əlamətlərə istinad edərək istiqamət alırdılar. Bununla belə, təyyarəçilərin ixtiyarında olan maşınların mükəmməl olmamağına baxmayaraq, 1929-cu ildə Xarkov-Bakı-Pəhləvi beynəlxalq xətti açılır, 1933-cü ildə isə ilk dəfə olaraq Qafqaz dağlarının üzərindən Moskva şəhərinə hava yolunun uzunluğunu 1100 kilometr qısaltmış olan uçuş yerinə yetirilib.
Azərbaycan mülki aviasiyasının tarixi olduqca maraqlıdır. İlbəil daha da inkişaf edən, respublikaların, şəhərlərin sayını artıran, reysləri intensivləşən, sərnişinləri çoxaldan mülki aviasiya-təyyarə xidməti 1937-ci ildən yeni sistemə daxil olub. Məlumatlara görə, bu tarixdən gündəlik 15 sərnişin daşıyan yerli "XAİ-1" və "Stal-3" (Stal-3) təyyarələrinin xidmət göstərdiyi Bakı-Moskva istiqamətində müntəzəm marşrut açılır. Tədqiqatçılar qeyd edir ki, bu həmin dövr üçün kifayət qədər böyük rəqəm idi.
Mülki aviasiyanın inkişaf tarixinə nəzər salarkən görürük ki, növbəti ildə Bakı-Xarkov, Bakı-Qroznı, Bakı-Rostov, Bakı-Həştərxan, Bakı-Tiflis reysləri işə salınıb, Bakı hava limanı isə Xalq Komissarları Sovetinin sərəncamı ilə müstəqil təsərrüfat vahidinə daxil edilib.
Onu da bildirək ki, 2 iyun 1938-ci il tarixində Azərbaycanda ilk aviasiya qrupu yaradılıb. Bu tarix 2006-cı ildə Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ilə Azərbaycan Mülki Aviasiya Günü kimi elan edilib. Artıq 9 ildir 2 iyun təyyarəçilərin peşə bayramı kimi qeyd edilir. Bu ildən etibarən respublikada mülki aviasiya sahəsində yeni səhifələr açılıb.
Tədqiqatçılar yazır ki, bu illərdə entuziastların aviasiyadan geniş istifadə etmək ümidlərini doğruldan daha bir mühüm hadisə baş verib. Azərbaycan mülki aviasiya tarixində birinci dəfə təyyarəçi Teymur Mustafayev Xəzər dənizinin üzərində həyata keçirdiyi uçuşlardan birində suyun üzərində neft ləkələri görür. O, hava limanına qayıtdıqdan sonra bu yerin koordinatları haqda geoloqlara məlumat verir. Bunun nəticəsində geoloqlar sonradan orada böyük karbohidrat yataqları kəşf etdilər. Məlum olduğu kimi, aviasiya yeni sahənin-dənizdə neftçıxarmanın yaradılmasının iştirakçısı oldu. Aviasiyanın bir sıra sahələrə təsir etdiyi bəllidir. Onu da qeyd edək ki, həmin dövrdə Sovet İttifaqının əsas neft mərkəzi olan Azərbaycanın iqtisadiyyatının inkişafı çox sürətli templərlə irəliləyirdi və eyni zamanda Azərbaycan aviasiyası səmada özünü daha inamlı hiss edirdi. Xalq təsərrüfatının planlarının həyata keçirilməsində aviasiyanın rolu çox böyük idi, amma Böyük Vətən Müharibəsinin başlanması ilə aviasiyanın marşrutları daha çox hərbi məsələlərə tabe olur. Onu da fəxrlə qeyd edək ki, Azərbaycanın aviasiyası 1941-ci ildən 1945-ci ilədək "Hər şey cəbhə üçün" devizi altında çalışır, üzü cəbhəyə istiqamət alırdı. Cəsur təyyarəçilərimiz İkinci Dünya Müharibəsində misilsiz qəhrəmanlıqlar göstərib, həm ön, həm də arxa cəbhədə insanların dadına çatıb. Bəli, Azərbaycan təyyarəçilərinin əmək və döyüş qəhrəmanlıqları Qələbə uğrunda canını qurban verənlərin adları ilə yanaşı olaraq heç vaxt unudulmur. Onlar hər zaman yaddaşlarda, tarix kitablarında yaşayır. İkinci Dünya Müharibəsinin döyüşləri sona yetdikdən sonra Azərbaycan təyyarəçiləri yenidən sülh şəraitində sərnişin və yük daşımağa başladılar. Bakıdan başlanğıcını götürən hava yollarında yeni "Li-2", "İl-14", "İL-18", "An-24", xüsusi təyinatlı "An-2", "Mi-1" və "Mi-4" helikopterləri görünməyə başladı. Müharibədən sonrakı dövr Azərbaycanın mülki hava donanmasının tarixində yeni bir mərhələ oldu. Tədqiqatçılar yazır ki, mülki hava donanmasının tarixində keyfiyyətli dövr yetmişinci-səksəninci illərə təsadüf edir. Bu dövr ərzində Gəncədə, Yevlaxda, Naftalanda, Naxçıvanda, Zaqatalada, Lənkəranda, Ağdamda, Ağstafada və Şəkidə süni örtüklü uçuş-enmə zolaqları ilə təchiz olunan hava limanları tikildi. Onlar "Yak-40" reaktiv təyyarələrini qəbul etmək imkanına malik idilər. İndi respublikanın on bir rayonu Bakı ilə hava yolu vasitəsilə əlaqələndirilib.
Sirr deyil ki, Azərbaycanın mərhum Prezidenti Heydər Əliyevin bu sahəyə də diqqət və qayğısı böyük olub. Məhz Heydər Əliyevin səyləri nəticəsində avialayner parkı Sovet İttifaqının ərazisində ilk "Tu-134" və "Tu-154" reaktiv təyyarələrini, "Mi-2" və "Mi-8" helikopterləri alanlardan biri olub. Həmin illərdə təyyarə nəqliyyatın ən tanınan-sürətli, komfortlu və əlverişli növünə çevrilir.
Bilirik ki, Sovet İttifaqı dağıldıqdan sonra Azərbaycan aviasiyası ağır vəziyyətə düşüb. Məlumatlara görə, bu dövrdə kooperasiya əlaqələri pozulur, texniki təchizat kəsilir, təyyarələr köhnə və dağılmış vəziyyətdə olub. Bu hal peşəkar aviasiyaçılardan da yan ötmədi. Bu sahədə illərlə təcrübə toplayan, həyatını bu işə həsr edən bəzi aviasiyaçılar öz iş yerlərin tərk edirdi. Yeni mütəxəssislərin hazırlanması sahəsində isə yer problemi mövcud idi. Lakin bu problemin ömrü elə də uzun olmadı. Bu sahədə yaranan narahatlıq Azərbaycanın mərhum Prezidenti Heydər Əliyevin diqqətini cəlb etdi və o, aviasiyanı öz nəzarəti altına aldı. Heydər Əliyevin səyi ilə mülki aviasiyaya 200 milyon dollardan yuxarı sərmayə qoyuldu. Bu, aviaparkı müasir "Boeing-757" təyyarələri ilə təkmilləşdirməyə, uçuşları idarəetmə vasitələrini yeniləməyə, iyirmiyədək ixtisas üzrə kadrların hazırlanması sistemini yaratmağa və bu gün altmışdan yuxarı aviaşirkətin təyyarələrini qəbul edən beynəlxalq təyyarə vağzalının 1999-cu ildə Bakı şəhərində açılmasına imkan verdi. Tikintisi 2005-ci ilin mart ayında başa çatdırılan Bakı Yük Terminalı (BYT) Bakı şəhərini qərbdən şərqə və şimaldan cənuba hərəkət edən yüklər üçün yük boşaltma məntəqəsinə çevirməyə imkan verdi. Elə həmin ildə Bakı Yük Terminalı (BYT) Yerüstü Xidmət üzrə İATA Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının üzvü və Beynəlxalq Hava Limanları Şurasının Ümumdünya İşgüzar Partnyorlar Proqramının iştirakçısı oldu.
Növbəti illərdə "Naxçıvan" beynəlxalq hava limanı, "Gəncə" beynəlxalq hava limanı və "Zabrat" hava limanında yeni təyyarə vağzalının binası istismara verildi. Heydər Əliyev Beynəlxalq Aeroportunda beşulduzlu mehmanxana tikilib. 2008-ci ildə "Lənkəran" və "Zaqatala" beynəlxalq hava limanları açıldı. Mülki hava donanmasının tərkibinə "Aerobus-319", "Aerobus-320", "ATR-72" və "ATR-42" avialaynerləri əlavə olundu. Yük təyyarələri üçün nəzərdə tutulan parkın üçdə iki hissəsi daha müasir maşınların əldə olunması hesabına yenilənib. Artıq Bakıdan "Boeing-787" tipli avialayner müntəzəm uçuşlara başlayıb, Heydər Əliyev Beynəlxalq Aeroportu isə "Aerobus-380" avialaynerini qəbul edir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanı ilə 16 aprel 2008-ci il tarixində "Azərbaycan Hava Yolları" Dövlət Konserninin adı dəyişdirilərək "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti kimi adlandırıldı.
Bu gün Azərbaycanın mülki aviasiyası Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) standartlarına uyğundur, "Azərbaycan Hava Yolları" aviaşirkəti isə İCAO, İATA, ECAC, Dövlətlərarası Aviasiya Komitəsi kimi tanınmış mülki aviasiya birliklərinin üzvüdür. "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin təyyarələri dünyanın onlarla şəhərlərinə müntəzəm uçuşlar yerinə yetirir, "SW Airlines"-in yük aviaşirkətinin hava yolları isə bütün qitələrin üzərindən keçməklə yüzə qədər ölkəyə uzanır.
Azərbaycan mülki aviasiya sahəsində çalışan insanlar sərnişinlərin rahatlığı üçün əllərindən gələni edir. Bu gün Azərbaycandan dünyanın bir sıra ölkələrinə birbaşa uçuşlar həyata keçirilir. Biz mülki aviasiyaçıların sərnişinləri tam təhlükəsiz qaydada mənzil başına çatdırmasının dəfələrlə şahidi olmuşuq.
Heydər Əliyev Beynəlxalq Aeroportu Azərbaycanda xidmət göstərən beş beynəlxalq hava limanından biridir. Əvvəllər o, Bakının şəhərətrafı qəsəbəsinin adına uyğun olaraq "Binə Beynəlxalq Hava Limanı" adını daşıyırdı. Hava limanı Bakı şəhərindən 20 kilometr şimal-şərqdə yerləşir və şəhərlə əlaqəsi 2008-ci və 2009-cu illərdə istismara verilmiş iki ən müasir avtostrada ilə təmin edilir. "Azərbaycan Hava Yolları" milli bayraq daşıyıcısının qeydiyyat limanıdır. Beynəlxalq hava limanında gömrüksüz ticarət mağazaları (duty free) fəaliyyət göstərir. Üstəlik, bir çox beynəlxalq hava limanlarından fərqli olaraq, uçuş hissəsində olduğu kimi, enmə hissəsində da mağazalar var. Plastik kartlarla ödənişlər qəbul olunur və həmçinin nağd şəkildə Azərbaycan manatı, ABŞ dolları, avro və rus rublu ilə həyata keçirilir.
Heydər Əliyev Beynəlxalq Hava Limanı beynəlxalq standartların tələblərinə cavab verir. Bakı şəhərindəki hava limanı coğrafi mövqeyinə görə şərqlə qərb arasında və şimalla cənub arasında transfer marşrutlar üçün regionda bir nömrəli hava limanına çevrilib.
Onu da bildirək ki, iyunun 12-dən 28-nə qədər ölkəmizdə keçirilən "Bakı-2015" Birinci Avropa Oyunları zamanı da Azərbaycan aviasiyaçıları olduqca gərgin iş rejimində çalışdı. Oyunları izləmək üçün ölkəmizə gələn turistləri, eləcə də idmançıları mehribanlıqla, gülər üzlə qarşıladı aviasiya işçiləri. Qonağın necə qarşılanıb necə yola salınması ev sahibi üçün əsas məsələdir. Heydər Əliyev Beynəlxalq Aereportunda qonaqlar yüksək səviyyədə qarşılandı və onlara lazımi xidmətlər göstərildi.
Mülki aviasiya sahəsində Azərbaycan artıq özünü təsdiqləyən bir ölkədir və inanırıq ki, uğurlu keçmişi, inkişaf etmiş bu günü olan milli aviasiyanın gələcəyi daha da parlaq olacaq. Çünki bunun üçün bütün şərait yaradılıb. Başlıcası isə dövlətin mülki aviasiyaya diqqəti və qayğısı böyükdür.
İradə SARIYEVA
Yazı "Azərbaycan Hava Yolları" (AZAL) QSC və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.
DİGƏR XƏBƏRLƏR
Tarix: 27.10.2026 / 18:56
Azərbaycan Rusiya ilə təbii qaz alışı sazişi imzalayacaq...
Tarix: 27.10.2026 / 18:02
Azərbaycana mal əti idxalı kəskin artdı - yerli istehsal "ölür", bazar bahalaşır...
Tarix: 26.10.2026 / 21:46
Naxçıvanın büdcəsi 13 milyon kəsildi
- maraqlı səbəblərdən danışılır...
Tarix: 26.10.2026 / 11:50
Kimlərin pensiyalarına əlavələr ediləcək?
- AÇIQLANDI...
Tarix: 23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..
Tarix: 23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...
Tarix: 23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq
- xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...
Tarix: 23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə
- gəlirlər və xərclər açıqlandı...
Tarix: 22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...
Tarix: 22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir -
ümid Xəzərə qalıb…
Tarix: 22.10.2026 / 10:36
Sabahdan vint, bolt və qaykaların ixrac tarifi
20 DƏFƏ ARTIRILIR...
Tarix: 21.10.2026 / 17:06
Azərbaycan daha bir rekord vurdu -
"tranzitlərin rekordu"...
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...
Tarix: 22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…
Tarix: 22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...
SON XƏBƏRLƏR
27.10.2026 / 22:37
Qazaxıstan rusiyalı avtomobil alıcılarına sanksiya tətbiq etdi
– ruslara maşın satışından imtina edilir...
27.10.2026 / 22:15
Konqres Rusiyadan dizel yanacağı alan Amerika şirkətlərini həbslə hədələdi...
27.10.2026 / 21:51
Paşinyan “dövlətyönümlü yeni müxalifətin yaradılması” kursuna başlayır...
27.10.2026 / 21:33
Rusiya bir neçə ayda Ukraynada 240 kv.kilometr ərazi itirdi...
27.10.2026 / 21:16
Vuçiç getdi - Serbiyanın yeni dönəm Azərbaycan siyasəti suallar doğurmağa başladı...
27.10.2026 / 21:04
Ramiz Mehdiyevə hökm oxundu
- 14 il iş, bütün əmlakı da müsadirə olundu...
27.10.2026 / 20:59
“Azərbaycan xalqından, 30 il yurdundan məhrum edilmiş insanlardan üzr istənilməlidir”
- YENİ TƏLƏB...
27.10.2026 / 20:45
90 faizlik seçici dəstəyi Paşinyanı qorxutdu -
mövcud müxalifəti məhv edib yenisini yaradacaq...
27.10.2026 / 20:31
AK Parti iqtidarı Kipr məsələsində güzəştə gedə bilərmi?..
27.10.2026 / 20:17
ABŞ və İsrail İrana qonşu ölkədən (?) hücum edəcəklər...
27.10.2026 / 20:04
Zəfərdən sonra Azərbaycanın qəsdinə qalxmış 3 ölkənin biri Əliyevin qəbuluna gəldi...
27.10.2026 / 19:45
Bakı Təşəbbüs Qrupu Fransanın Korsika qərarını sərt tənqid etdi
- Makron rejimi qorxur...
27.10.2026 / 19:28
Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası olub
27.10.2026 / 19:12
Avropadan Putinə bir ildən sonra ilk dəfə zəng gəldi
– biz öz adımızdan danışırıq...
27.10.2026 / 18:56
Azərbaycan Rusiya ilə təbii qaz alışı sazişi imzalayacaq...
27.10.2026 / 18:43
Serbiyada "ağıllı həkimlər" Vuçiçin 14 illik hakimiyyətini yıxdılar...
27.10.2026 / 18:29
İran indi də Özbəkistana ərazi iddiası edir, Səmərqəndə dil uzadır
27.10.2026 / 18:14
Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi
27.10.2026 / 18:02
Azərbaycana mal əti idxalı kəskin artdı - yerli istehsal "ölür", bazar bahalaşır...
27.10.2026 / 17:52
Əli Əsədov İƏT-in baş katibi ilə Azərbaycanın təşkilata sədrliyini müzakirə edib
- FOTO
27.10.2026 / 17:44
Milli Azərbaycan ideyası beynəlxalq forumda yenidən gündəmə gətirildi...
27.10.2026 / 17:35
Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdülsalam ilə görüşüb
- FOTO
27.10.2026 / 17:27
Azərbaycanda yeni Komissiya yaradılır
27.10.2026 / 17:20
Azad edilmiş ərazilərdə ən böyük memorial kompleks Ağdamda yaradılacaq...
27.10.2026 / 17:06
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
- FOTO
27.10.2026 / 16:49
İvanişvili Gürcüstanda bütün antirus partiyaları qadağan edir...
27.10.2026 / 16:45
Tramp İrana qarşı yeni əməliyyatlar qərarını heç cür verə bilmir...
27.10.2026 / 16:37
AMEA alimləri Pezeşkiana çağırış etdi
- İranda azərbaycanlılar üçün ana dilində məktəblər açılsın...
27.10.2026 / 16:30
Hakimlər qarşısında tələb qoyuldu
- süründürməçiliyə və təhqirə yol verilməsin!
27.10.2026 / 16:17
Zəngəzur dəhlizində erməni sərhədçilər yalnız müşahidəçi olacaq
– ABŞ səfirliyi açıqladı...
27.10.2026 / 16:01
Oktay Saral Azərbaycana qarşı hicab iddialarından hələ imtina etməyibmiş...
27.10.2026 / 15:46
Prezident, birinci xanım və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” sərgisi ilə tanış olublar
- FOTO
27.10.2026 / 15:41
Tramp bütün hərbi bazalarını "90 günlük müharibəyə" hazırlayır -
hədəf kimdir?
27.10.2026 / 14:36
Prezidentin sosial şəbəkə hesablarında VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakına dair paylaşım edilib
- VİDEO
27.10.2026 / 14:05
800 kq Hizbullah partlayıcısı -
ələ keçirilən arsenalın taleyinə Livan qərar verir
27.10.2026 / 14:01
Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib
- FOTO
27.10.2026 / 14:00
"Ermənistan Konstitusiyasına dəyişiklik davamlı sülhün əsas şərtlərindən biridir" -
Fərid Şəfiyev
27.10.2026 / 13:54
"Bakı bu cür beynəlxalq forumlar vasitəsilə mədəniyyətlərarası dialoqa mühüm töhfə verə bilər" -
Ozodbek Nazarbekov
27.10.2026 / 13:49
"Mədəniyyətlərarası dialoq sülh və ümumi gələcək naminə davamlı birgə fəaliyyətdir" -
Türkmənistanın mədəniyyət naziri
27.10.2026 / 13:36
Çin brendləri Mao Tzedun zarafatı üzündən ünlü futbolçu ilə müqavilələrini ləğv etdi
27.10.2026 / 13:30
Penitensiar Xidmətə yeni rəis təyin edildi
27.10.2026 / 13:23
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb
27.10.2026 / 12:50
Türkiyədə daha bir bələdiyyədə şübhəli əməliyyat
– üzvlərin YENİ Partiyaya qoşulmasından saatlar əvvəl həbslər aparıldı...
27.10.2026 / 12:21
Rusiya və Ukrayna Xersonda atəşkəs elan etdi...
27.10.2026 / 12:08
“Bakı Prosesi” mədəniyyətlərarası dialoq üçün beynəlxalq platforma yaradıb"
-ICESCO-nun Baş direktoru
27.10.2026 / 11:57
"Forum sülhün, təhlükəsizliyin, həmrəyliyin müzakirə olunduğu əsas platformaya çevrilib"
- İƏT-in Baş katibi
27.10.2026 / 11:49
Ermənistan 30 il sonra?
27.10.2026 / 11:26
Azərbaycan Lana Zəki Nusseibehin BMT Baş katibi vəzifəsinə namizədlik təşəbbüsünü alqışlayır
27.10.2026 / 11:14
Prezident İlham Əliyev: "Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq"
27.10.2026 / 11:08
Paşinyan katolikosa qarşı onun işlərini araşdıran komissiyanı yaratdı
27.10.2026 / 11:06
Prezident: "Müstəqil siyasətimiz bizə çox böyük hörmət qazandırıb"
27.10.2026 / 11:03
"Bu gün Azərbaycan qeyri-sabit regionda sabitlik adası kimi görünür"
- Prezident
27.10.2026 / 11:01
Prezident: "Ölkəmizdə 35 ildə qazanılmış nailiyyətlər Azərbaycan xalqı tərəfindən əldə edilmişdir"
27.10.2026 / 10:57
Polis Masallıda əməliyyat keçirdi
- saxlanan var...
27.10.2026 / 10:53
"Müstəqil ölkəyə necə yaşamaq, nəyi etmək, nəyi etməmək barədə dərslər verilməli deyil"
- Prezident
27.10.2026 / 10:49
Azərbaycan Prezidenti: "İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır"
27.10.2026 / 10:45
"Azərbaycan təcrübəsi bəzi münaqişələrin aradan qaldırılmasına xidmət edə bilər"
- Prezident
27.10.2026 / 10:39
Seçkiyə 1 həftə qalmış Trampa qarşı impiçment hazırlıqları başladı
27.10.2026 / 10:34
Prezident Dialoq Forumunda Azərbaycanın öz torpaqlarını azad etməsindən danışdı
27.10.2026 / 10:30
"Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlər üzrə birlik nümayiş etdirir"
- Prezident İlham Əliyev
27.10.2026 / 10:28
Dubay məhkəməsi Rusiya neftinin satışından 700 milyon dollardan çox vəsaiti dondurub -
işin içində azərbaycanlılar da var…
27.10.2026 / 10:25
Prezident: "İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər"
27.10.2026 / 10:19
Bakıda jurnalistlər üçün rəqəmsal bacarıqlar sessiyası keçirilir
27.10.2026 / 10:17
"Azərbaycanın sabit inkişafının əsas səbəblərindən biri cəmiyyətimizdə olan ahəngdarlıqdır"
- Prezident
27.10.2026 / 10:14
Prezident: "Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub"
27.10.2026 / 10:08
"Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətlərin inkişafına öz töhfəsini vermişdir"
- Prezident
27.10.2026 / 10:05
Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib
- FOTO/VİDEO/YENİLƏNDİ
27.10.2026 / 09:52
Dünyanın gözü İsraildəki parlament seçkilərində
- Netanyahu, ya Eisenkot...
27.10.2026 / 09:34
ABŞ İran ətrafında hərbi gəmilərin sayını artırır…
27.10.2026 / 09:20
Türkiyədə qasırğa fəlakəti...
Fəhlələrin qaldığı iki kabinə devrildi, ölənlər var…
27.10.2026 / 09:07
“Ab-Hava” restoranında kütləvi dava pul üstündə olub
- YENİ DETALLAR ortaya çıxdı...
27.10.2026 / 06:37
İsrail BMT-ni cihadçı terrorizmi əsaslandırmaqda ittiham etdi
26.10.2026 / 22:05
Misir də husilərə qarşı müharibəyə qoşulur
- qərar verildi…
26.10.2026 / 21:56
Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub
- FOTO
26.10.2026 / 21:50
Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verildi
- FOTO
26.10.2026 / 21:46
Naxçıvanın büdcəsi 13 milyon kəsildi
- maraqlı səbəblərdən danışılır...
26.10.2026 / 21:30
Ermənistanla bağlı qeyri-müəyyənlik KTMT rəhbərliyini çaşdırıb...
26.10.2026 / 21:15
Putin-Si-Tramp dünyada hamı üçün ziyanlı ssenari hazırlayır...
26.10.2026 / 20:57
Dövlət Agentliyində inanılmaz nöqsanlar aşkarlanıb...
26.10.2026 / 20:38
Rusiya Ermənistanla bağlı növbəti qərarı verdi...
26.10.2026 / 20:21
Bakıdan Tehrana sərt cavab: İranda bircə Azərbaycan məktəbi də yoxdur
Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...
Populyar xəbərlər
Tarix: 08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..
Tarix: 28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...
Tarix: 28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya...
- VIDEO
Tarix: 10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi
Tarix: 07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...
XƏBƏR ARXİVİ