Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev "Qazprom"un İdarə Heyətinin sədri Aleksey Miller ilə görüşüb. "APA-Economics” in "Qazprom"un saytına istinadən verdiyi məlumata görə, görüş Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində baş tutub.
Tərəflər energetika sahəsində gələcək əməkdaşlığın inkişaf etdirilməsini müzakirə ediblər.