Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində sənədləri SOCAR-ın prezidenti Rövnəq Abdullayev və ASC-nin İdarə heyətinin sədri Andrey Akimov imzalayıblar.
"Qazprombank"ın investisiya komitəsi "SOCAR Polymer" üçün 489 milyon dollar həcmində kreditin ayrılmasını bəyənib. Kreditin ödəniş müddəti 10 ildir.
A.Akimov deyib: "Biz SOCAR ilə uzunmüddətli strateji tərəfdaşlığa istiqamətlənmişik və "SOCAR Polymer" layihəsinin maliyyələşdirilməsini əməkdaşlığın yeni mərhələsi kimi nəzərdən keçiririk".
O, ümid etdiyini bildirib ki, maliyyə sövdələşməsi banka SOCAR-ın reallaşdırdığı digər iri investisiya layihələrinin maliyyələşdirilməsində iştirak etməyə imkan verəcək.
Əməkdaşlığa "Qazprombank" qrupuna daxil olan "Birləşmiş Maşınqayırma Zavodları" holdinqini cəlb etmək də planlaşdırılır.