çərşənbə günü, 28 oktyabr 2026
     

Köhnə ipoteka şərtləri yerini yenilərə vermək istəmir

Image


Mövcud ipoteka şərtlərinin insanların mənzil ehtiyacının ödənilməsində lazımi rol oynamadığna dair bu vaxta qədər kifayət qədər deyilib. Elə bu səbəbdəndir ki, ipoteka şərtlərinin dəyişdirilməsi uzun müddətdir gündəmdədir. Müvafiq dövlət qurumları da şərtlərin dəyişdirilməsini vacib hesab edir. Artıq şərtlərin dəyişdirilməsini özündə ehtiva edən layihə də hazırdır. Sadəcə, onun nə zaman icraya yönəldiləcəyi hələ dəqiq bəlli deyil.
İndiki ipoteka şərtləri isə, yuxarıda qeyd olunduğu kimi, ev tələbatının ödənilməsində az effektlidir. Həmçinin, ipotekaya ayrılan məbləğ də yüksək hesab oluna bilməz. Yeri gəlmişkən qeyd edək ki, cari il mayın 1-nə Azərbaycan İpoteka Fondunun (AİF) vəsaitləri hesabına ipoteka kreditləşməsinin həcmi 34,9 milyon manat təşkil edib və bu, ötən ilin analoji dövrünün göstəricisindən 16,9% və ya 7,1 milyon manat azdır. Mərkəzi Bankın məlumatına əsasən, aprel ayında dövlət büdcəsindən AİF-ə 2,8 milyon manatlıq vəsait ayrılıb. Bu ilin yanvar-aprel aylarında AİF 21,9 milyon manat məbləğində krediti təkrar maliyyələşdirib. İki aylıq fasilədən sonra apreldə fondun 8 milyon manat həcmində istiqrazları yerləşdirilib. Bu günlərdə isə daha 5 milyon manatlıq istiqraz yrləşdirilib. Lakin ipoteka kreditləşməsi üçün bu məbləğlər azdır. Hesab olunur ki, İpoteka Fondu digər mənbələrdən də maliyyə cəlb etməlidir. Hazırda İpoteka Fondunun maliyyələşməsi iki mənbə hesabına baş verir. Bunlar dövlət vəsaitləri və istiqrazlar vasitəsilə həyata keçirilən mənbələrdir. Xarici ölkələrdə, Avropa və ABŞ-da isə İpoteka Fondunun maliyyə mənbələri daha çoxdur. Bu ölkələrdə sığorta şirkətləri, fərdi şəxslər də bəzən ipoteka kreditləşməsinə vəsait ayırır. Bunun da nəticəsində həmin ölkələrdə İpoteka Fondunun sərəncamında daha çox vəsait toplanır.
Qeyd edək ki, ipoteka sistemi haqqında qanun İpoteka Fonduna gəlir mənbələrinin fərqləndirilməsi və Fondun müxtəlif maliyyə mənbələrindən istifadə etməsinə icazə verməsinə, o cümlədən institusional investorların cəlb edilməsilə bağlı tələblərinə baxmayaraq, hələ də sözügedən fond müxtəlif, çoxsaylı maliyyə mənbələrindən istifadə etmir. Halbuki, İpoteka Fondunun kifayət qədər maliyyə mənbələrini cəlb etmək imkanı var. Məsələn, Fond prosesə sığorta şirkətlərini cəlb edə bilər. Bununla bağlı xüsusi təlimat da mövcuddur. Lakin hələ də bu reallaşmayıb. Qonşu Rusiyada isə sığorta şirkətləri İpoteka Fondunun maliyyələşməsinə cəlb olunub. Ekspertlərə görə, İpoteka Fondu istiqrazların yerləşdirilməsi mexanizminə də yenidən baxmalıdır. Azərbaycanda təklif edilən istiqrazlar adi istiqrazlardır. Ona görə də investorları ciddi şəkildə cəlb etmir. Bu səbəbdən adi istiqrazlardan uduşlu istiqrazlara keçilməsinə ehtiyac var.
İpoteka ilə bağlı daha bir problem bankların öz təklif etdikləri belə kreditlərdir. Dövlətin ayırdığı ipotekadan fərqli olaraq, banklar daha yüksək faiz və ilkin ödənişlə ipoteka təklif edir. Özü də son günlərdə ipoteka krediti təklif edən bankların əksəriyyəti bu aydan ilkin ödəniş məbləğini artırmağa başlayıb. Əvvəllər adi və sosial ipoteka krediti təklif edilən zaman mənzil qiymətinin 20 faiz həcmində ilkin ödəniş tələb edilirdisə, indi bu göstərici əksər banklarda ən azı 2 dəfə artırılıb. İpoteka krediti götürmək istəyənlərdən alınan evin qiymətinin ən azı 40 faizi həcmində ilkin ödəniş tələb edilir. Banklar ilkin ödəniş məbləğini artırmaqla, xüsusən də bu ilin fevralında baş verən devalvasiyadan sonra risqlərini minimumlaşdırmağa çalışırlar. Ekspert Vüqar Bayramov bildirib ki, risq menecment baxımından bankların mövqeyini anlayışlı qarşılamaq olar: "Amma məsələ ondadır ki, ipoteka proqramı sosial təşəbbüs olduğu üçün burada, risqlərin idarə edilməsi ilə yanaşı, aztəminatlı ailələrin mənzil probleminin həllinə yardımçı olmaq da əhəmiyyətlidir. Xüsusən də dövlət büdcəsindən ayrılan vəsaitlə təklif olunan sosial ipoteka kreditləri təqdim edilən zaman bankların yüksək məbləğdə ilkin ödəniş tələb etməsini anlayışla qarşılamaq mümkün deyil. Eyni zamanda, adi ipoteka istiqrazları yerləşdirilən Dövlət İpoteka Fondunun öhdəlikləri milli valyuta ilə olduğundan, bankların manatla verilən kreditlərin gələcək dəyərindən ehtiyatlanması qəbuledilən deyil. Praktik olaraq, ilkin ödəniş məbləğinin artırılması aztəminatlı ailələrin ipoteka proqramından faydalanmasında çətinliklər yaradır. Bu o deməkdir ki, 60 min manatlıq mənzil almaq istəyən şəxs ən azı 24 min manat ilkin ödəniş etməlidir".
Ekspert qeyd edib ki, bu məbləğdə ödəniş etmək bir çox ailələr üçün heç də asan deyil: "Bəs, problemi necə həll etməli? Aydındır ki, özəl bankların risq menecement siyasətinə inzibati müdaxilə arzuolunan deyil. Çünki risqi paylaşan və öhdəliklərə nəzarət edən bütün hallarda banklar olduğu üçün maliyyə məsuliyyətini də özləri daşıyırlar. Amma həm adi, həm sosial ipoteka kreditləri bankların daxili yox, qismən deyil, hətta bütövlükdə kənar mənbələr hesabına təklif edildiyi üçün Mərkəzin Bankın prosesə müdaxiləsi nəinki mümkündür, hətta vacibdir. Bu baxımdan, ipoteka qanunvericiliyinə dəyişiklik edilməsi və ilkin ödənişlər üçün minimum deyil, maksimum limitlərin müəyyənləşdirilməsinə ehtiyac var. Yəni Mərkəzi Bank "qiymət tavanından" istifadə etməklə prosesi tənzimləyə bilər. Bu zaman qanunvericiliyə edilən dəyişikliklə sosial ipoteka kreditləri üçün maksimum 20, adi ipoteka kreditləri üçün isə ən çox 25 faiz ilkin ödənişin tələb edilməsi kimi müəyyənləşdirilə bilər. Bu halda alınan evin qiyməti 60 min manatdırsa, o zaman banklar ilkin ödəniş məbləği üçün ən çoxu 12 min manat tələb edə bilər. Bu zaman isə banklar artıq qanunla müəyyənləşdirilən faiz limitindən artıq ilkin ödəniş tələb edə bilməyəcək. Adi ipoteka kreditləri üzrə faiz dərəcələrinin ölkə üzrə inflyasiya səviyyəsindən çox olduğunu nəzərə aldıqda banklar sözügedən ipoteka kreditlərini təklif etməklə bu proqram üzrə gəlirlilik səviyyəsini saxlaya biləcək. Eyni zamanda, qanunvericiliyə uyğun olaraq, Dövlət İpoteka Fondunun yanında İpoteka Zəmanət Fondunun formalaşdırılması və aztəminatlı gənc ailələr üçün ilkin ödəniş məbləğinin sözügedən fond tərəfindən qarşılanmasına da ehtiyac var". Lakin əksər ekspertlər bu qənaətdədir ki, əslində ipoteka şərtlərinin dəyişdirilməsi prosesi tezləşməlidir. Əks halda insanların kütləvi şəkildə ipoteka kreditləşməsindən istifadə etməsi mümkün olmayacaq.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

28.10.2026 / 06:26
Türkiyədə səs-küylü “Starlink əməliyyatı” - 85 nəfər saxlandı

27.10.2026 / 22:37
Qazaxıstan rusiyalı avtomobil alıcılarına sanksiya tətbiq etdi – ruslara maşın satışından imtina edilir...

27.10.2026 / 22:15
Konqres Rusiyadan dizel yanacağı alan Amerika şirkətlərini həbslə hədələdi...

27.10.2026 / 21:51
Paşinyan “dövlətyönümlü yeni müxalifətin yaradılması” kursuna başlayır...

27.10.2026 / 21:33
Rusiya bir neçə ayda Ukraynada 240 kv.kilometr ərazi itirdi...

27.10.2026 / 21:16
Vuçiç getdi - Serbiyanın yeni dönəm Azərbaycan siyasəti suallar doğurmağa başladı...

27.10.2026 / 21:04
Ramiz Mehdiyevə hökm oxundu - 14 il iş, bütün əmlakı da müsadirə olundu...

27.10.2026 / 20:59
“Azərbaycan xalqından, 30 il yurdundan məhrum edilmiş insanlardan üzr istənilməlidir” - YENİ TƏLƏB...

27.10.2026 / 20:45
90 faizlik seçici dəstəyi Paşinyanı qorxutdu - mövcud müxalifəti məhv edib yenisini yaradacaq...

27.10.2026 / 20:31
AK Parti iqtidarı Kipr məsələsində güzəştə gedə bilərmi?..

27.10.2026 / 20:17
ABŞ və İsrail İrana qonşu ölkədən (?) hücum edəcəklər...

27.10.2026 / 20:04
Zəfərdən sonra Azərbaycanın qəsdinə qalxmış 3 ölkənin biri Əliyevin qəbuluna gəldi...

27.10.2026 / 19:45
Bakı Təşəbbüs Qrupu Fransanın Korsika qərarını sərt tənqid etdi - Makron rejimi qorxur...

27.10.2026 / 19:28
Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası olub

27.10.2026 / 19:12
Avropadan Putinə bir ildən sonra ilk dəfə zəng gəldi – biz öz adımızdan danışırıq...

27.10.2026 / 18:56
Azərbaycan Rusiya ilə təbii qaz alışı sazişi imzalayacaq...

27.10.2026 / 18:43
Serbiyada "ağıllı həkimlər" Vuçiçin 14 illik hakimiyyətini yıxdılar...

27.10.2026 / 18:29
İran indi də Özbəkistana ərazi iddiası edir, Səmərqəndə dil uzadır

27.10.2026 / 18:14
Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi

27.10.2026 / 18:02
Azərbaycana mal əti idxalı kəskin artdı - yerli istehsal "ölür", bazar bahalaşır...

27.10.2026 / 17:52
Əli Əsədov İƏT-in baş katibi ilə Azərbaycanın təşkilata sədrliyini müzakirə edib - FOTO

27.10.2026 / 17:44
Milli Azərbaycan ideyası beynəlxalq forumda yenidən gündəmə gətirildi...

27.10.2026 / 17:35
Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdülsalam ilə görüşüb - FOTO

27.10.2026 / 17:27
Azərbaycanda yeni Komissiya yaradılır

27.10.2026 / 17:20
Azad edilmiş ərazilərdə ən böyük memorial kompleks Ağdamda yaradılacaq...

27.10.2026 / 17:06
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb - FOTO

27.10.2026 / 16:49
İvanişvili Gürcüstanda bütün antirus partiyaları qadağan edir...

27.10.2026 / 16:45
Tramp İrana qarşı yeni əməliyyatlar qərarını heç cür verə bilmir...

27.10.2026 / 16:37
AMEA alimləri Pezeşkiana çağırış etdi - İranda azərbaycanlılar üçün ana dilində məktəblər açılsın...

27.10.2026 / 16:30
Hakimlər qarşısında tələb qoyuldu - süründürməçiliyə və təhqirə yol verilməsin!

27.10.2026 / 16:17
Zəngəzur dəhlizində erməni sərhədçilər yalnız müşahidəçi olacaq – ABŞ səfirliyi açıqladı...

27.10.2026 / 16:01
Oktay Saral Azərbaycana qarşı hicab iddialarından hələ imtina etməyibmiş...

27.10.2026 / 15:46
Prezident, birinci xanım və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” sərgisi ilə tanış olublar - FOTO

27.10.2026 / 15:41
Tramp bütün hərbi bazalarını "90 günlük müharibəyə" hazırlayır - hədəf kimdir?

27.10.2026 / 14:36
Prezidentin sosial şəbəkə hesablarında VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakına dair paylaşım edilib - VİDEO

27.10.2026 / 14:05
800 kq Hizbullah partlayıcısı - ələ keçirilən arsenalın taleyinə Livan qərar verir

27.10.2026 / 14:01
Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib - FOTO

27.10.2026 / 14:00
"Ermənistan Konstitusiyasına dəyişiklik davamlı sülhün əsas şərtlərindən biridir" - Fərid Şəfiyev

27.10.2026 / 13:54
"Bakı bu cür beynəlxalq forumlar vasitəsilə mədəniyyətlərarası dialoqa mühüm töhfə verə bilər" - Ozodbek Nazarbekov

27.10.2026 / 13:49
"Mədəniyyətlərarası dialoq sülh və ümumi gələcək naminə davamlı birgə fəaliyyətdir" - Türkmənistanın mədəniyyət naziri

27.10.2026 / 13:36
Çin brendləri Mao Tzedun zarafatı üzündən ünlü futbolçu ilə müqavilələrini ləğv etdi

27.10.2026 / 13:30
Penitensiar Xidmətə yeni rəis təyin edildi

27.10.2026 / 13:23
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb

27.10.2026 / 12:50
Türkiyədə daha bir bələdiyyədə şübhəli əməliyyat – üzvlərin YENİ Partiyaya qoşulmasından saatlar əvvəl həbslər aparıldı...

27.10.2026 / 12:21
Rusiya və Ukrayna Xersonda atəşkəs elan etdi...

27.10.2026 / 12:08
“Bakı Prosesi” mədəniyyətlərarası dialoq üçün beynəlxalq platforma yaradıb" -ICESCO-nun Baş direktoru

27.10.2026 / 11:57
"Forum sülhün, təhlükəsizliyin, həmrəyliyin müzakirə olunduğu əsas platformaya çevrilib" - İƏT-in Baş katibi

27.10.2026 / 11:49
Ermənistan 30 il sonra?

27.10.2026 / 11:26
Azərbaycan Lana Zəki Nusseibehin BMT Baş katibi vəzifəsinə namizədlik təşəbbüsünü alqışlayır

27.10.2026 / 11:14
Prezident İlham Əliyev: "Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq"

27.10.2026 / 11:08
Paşinyan katolikosa qarşı onun işlərini araşdıran komissiyanı yaratdı

27.10.2026 / 11:06
Prezident: "Müstəqil siyasətimiz bizə çox böyük hörmət qazandırıb"

27.10.2026 / 11:03
"Bu gün Azərbaycan qeyri-sabit regionda sabitlik adası kimi görünür" - Prezident

27.10.2026 / 11:01
Prezident: "Ölkəmizdə 35 ildə qazanılmış nailiyyətlər Azərbaycan xalqı tərəfindən əldə edilmişdir"

27.10.2026 / 10:57
Polis Masallıda əməliyyat keçirdi - saxlanan var...

27.10.2026 / 10:53
"Müstəqil ölkəyə necə yaşamaq, nəyi etmək, nəyi etməmək barədə dərslər verilməli deyil" - Prezident

27.10.2026 / 10:49
Azərbaycan Prezidenti: "İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır"

27.10.2026 / 10:45
"Azərbaycan təcrübəsi bəzi münaqişələrin aradan qaldırılmasına xidmət edə bilər" - Prezident

27.10.2026 / 10:39
Seçkiyə 1 həftə qalmış Trampa qarşı impiçment hazırlıqları başladı

27.10.2026 / 10:34
Prezident Dialoq Forumunda Azərbaycanın öz torpaqlarını azad etməsindən danışdı

27.10.2026 / 10:30
"Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlər üzrə birlik nümayiş etdirir" - Prezident İlham Əliyev

27.10.2026 / 10:28
Dubay məhkəməsi Rusiya neftinin satışından 700 milyon dollardan çox vəsaiti dondurub - işin içində azərbaycanlılar da var…

27.10.2026 / 10:25
Prezident: "İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər"

27.10.2026 / 10:19
Bakıda jurnalistlər üçün rəqəmsal bacarıqlar sessiyası keçirilir

27.10.2026 / 10:17
"Azərbaycanın sabit inkişafının əsas səbəblərindən biri cəmiyyətimizdə olan ahəngdarlıqdır" - Prezident

27.10.2026 / 10:14
Prezident: "Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub"

27.10.2026 / 10:08
"Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətlərin inkişafına öz töhfəsini vermişdir" - Prezident

27.10.2026 / 10:05
Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - FOTO/VİDEO/YENİLƏNDİ

27.10.2026 / 09:52
Dünyanın gözü İsraildəki parlament seçkilərində - Netanyahu, ya Eisenkot...

27.10.2026 / 09:34
ABŞ İran ətrafında hərbi gəmilərin sayını artırır…

27.10.2026 / 09:20
Türkiyədə qasırğa fəlakəti... Fəhlələrin qaldığı iki kabinə devrildi, ölənlər var…

27.10.2026 / 09:07
“Ab-Hava” restoranında kütləvi dava pul üstündə olub - YENİ DETALLAR ortaya çıxdı...

27.10.2026 / 06:37
İsrail BMT-ni cihadçı terrorizmi əsaslandırmaqda ittiham etdi

26.10.2026 / 22:05
Misir də husilərə qarşı müharibəyə qoşulur - qərar verildi…

26.10.2026 / 21:56
Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - FOTO

26.10.2026 / 21:50
Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verildi - FOTO

26.10.2026 / 21:46
Naxçıvanın büdcəsi 13 milyon kəsildi - maraqlı səbəblərdən danışılır...

26.10.2026 / 21:30
Ermənistanla bağlı qeyri-müəyyənlik KTMT rəhbərliyini çaşdırıb...

26.10.2026 / 21:15
Putin-Si-Tramp dünyada hamı üçün ziyanlı ssenari hazırlayır...

26.10.2026 / 20:57
Dövlət Agentliyində inanılmaz nöqsanlar aşkarlanıb...

26.10.2026 / 20:38
Rusiya Ermənistanla bağlı növbəti qərarı verdi...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ