Dünya Bankı (DB) 2015-ci il üzrə Azərbaycanda ÜDM artımını 1,5 faiz səviyyəsində proqnozlaşdırır. Trend xəbər verir ki, bu barədə "Global Economic Prospects" bankının saytında yerləşdirilən iyun ayının hesabatında qeyd olunur.
Əvvəlki hesabatdakı məlumata görə, cari ildə Azərbaycanda ÜDM artımı 4,4 faiz səviyyəsində gözlənilirdi.
Yenilənmiş hesabatda isə deyilir ki, DB 2016-cı ildə Azərbaycanda ÜDM artımını 2,6 faiz, 2017-ci ildə isə 2,7 faiz səviyyəsində olacağını gözləyir.