çərşənbə günü, 28 oktyabr 2026
     

"Nezavisimaya Qazeta": “Azərbaycan sürətlə inkişaf etmiş iqtisadiyyata malik dövlətə çevrilir”

Image


Rusiyanın nüfuzlu "Nezavisimaya Qazeta” nəşrində Azərbaycanın iqtisadi göstəriciləri və inkişaf potensialı ilə bağlı geniş məqalə dərc olunub. Trend-in məlumatına görə, Aleksandr Malışev adlı müəllifə aid məqalədə bildirilir ki, iyunun 12-28-də birinci Avropa Oyunlarını qəbul edəcək Azərbaycan sürətlə inkişaf etmiş iqtisadiyyata malik dövlətə çevrilir və artıq dünyanın siyasi və iqtisadi xəritəsində özünə möhkəm yer edib.

Məqalədə deyilir: "Hazırda respublikanın çox etibarlı təhlükəsizlik yastığı - karbohidrogen ehtiyatları var. Burada nefti sənaye üsulu ilə hələ1847-ci ildən çıxarılmağa başlayıblar ki, bu da hətta ABŞ-ı qabaqlamaq deməkdir. Azərbaycan hakimiyyəti təbii ehtiyatlardan əldə olunan vəsaitləri infrastruktur layihələri və iqtisadiyyatın qeyri-neft sektoruna yönəltməyə üstünlük verir”.

Qəzetə açıqlama verən Azərbaycan Dövlət Neft Şirkəti vitse-prezidentinin müavini Vitali Bəylərbəyov son 10 il - 2005-2015-ci illəri Azərbaycanda neft-qaz sənayesinin çiçəklənmə dövrü kimi xarakterizə edib: "Bu gün dünyadakı neft hasilatında Azərbaycanın payı o qədər də böyük deyil, 1 faizdən bir qədər artıqdır. Ancaq bu gün bizim neftimiz Cənub-Şərqi Asiya, Avropa, Cənubi və Şimali Amerikada 30-dan artıq ölkəyə nəql olunur. Qaz hasilatının artması fonunda "Cənub Qaz Dəhlizi”nin yaranması bizim ciddi uğurumuzdur”.

Azərbaycanın energetika naziri Natiq Əliyevə istinad edən məqalə müəllifi yazır ki, Azərbaycan illik neft hasilatını 40-45 milyon ton səviyyəsində saxlamaq niyyətindədir. N.Əliyev eyni zamanda bildirib ki, ötən il 29 milyard kubmetr qaz hasil olunub: "Azərbaycanın qaz potensialı daha yüksək olduğundan bir neçə il ərzində biz bu göstəricini iki dəfə artırmağa çalışacağıq. 2035-ci ilə Avropaya enerji daşıyıcılarının ixrac həcminin kifayət qədər yüksələcəyi proqnozlaşdırılır. Alternativ enerji bu tələbatı ödəmək iqtidarında deyil. Buna görə də Azərbaycan Avropa üçün böyük önəm kəsb edir. Bu barədə beynəlxalq miqyaslı konfrans və tədbirlərdə tet-tez danışılır. Xüsusilə, son illər tez-tez qeyd olunur ki, Avropa və ABŞ Azərbaycanda həyata keçirilən bütün layihələri birmənalı olaraq dəstəkləyir. Çünki ölkəmiz enerji daşıyıcılarının dünya bazarlarına çatdırılmasında həm mənbə, həm də xüsusilə Avropa ölkələri üçün yeni marşrut kimi görülür”.

Məqalədə neft emalı zavodlarının modernləşdirilməsi məslələrinə də yer ayrılıb. V.Bəylərbəyova istinad edən məqalə müəllifi yazır ki, artıq Heydər Əliyev adına neft emalı zavodunun tam modernləşdirilməsinə start verilib. V.Bəylərbəyov eyni zamanda yeni neft-qaz və neft-kimya kompleksinin layihələndirilməsi işlərinə başladıqları haqda da məlumat verib: "Bu kompleks Bakının cənubunda inşa olunacaq və bu gün fəaliyyət göstərən iki neft və bir qaz emalı zavodunu əvəz edəcək”. Dövlət Neft Şirkətinin rəsmisi 10-15 milyard dollarlıq nəhəng layihənin mərhələlərlə 2020-2030-cu illərdə istifadəyə veriləcəyini söyləyib.

Müəllifə görə respublikda hamı başa düşür ki, yalnız neft-qaz ehtiyatlarına bel bağlamaq böyük ambisiyalı inkişaf etmiş dövlət üçün elə də uzaqgörən siyasət deyil. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti Rüfət Məmmədov qəzetə açıqlamasında bildirib ki, bu gün respublikanın əsas vəzifələrindən biri iqtisadiyyatı diversifikasiya etməkdir: "İqtisadiyyatın diversifikasiyası ilə biz artıq 10 ildir ki, məşğul oluruq. Hiss etdik ki, iqtisadiyyatın diğər sahələrinə də diqqət ayırmaq lazımdır. Çünki neft-qaz sektorunun dominantlığı iqtisadi təhlükəsizliyimizi təhdid edirdi. Bu baxımdan digər sahələrdə də sərfəli biznes mühit yaratmağa çalışırıq və bu sahələrə böyük investisiyalar ayırırıq. 2015-ci ilin əvvəlində artıq Azərbaycan iqtisadiyyatının 60 faizi qeyri-neft sektorunun hesabına formalaşır”.

Məqalə müəllifi yazır ki, Azərbaycan bu tendensiyanı davam etdirmək niyyətindədir. Onun sözlərinə görə, "Azərbaycan - 2020: Gələcəyə baxış” Dövlət Proqramı 5 il sonra qeyri-neft sektorundan gəlirləri 80 faizə çatdırmağı nəzərdə tutur: "Hazırda Azərbaycanda yüksək gəlirli sahələr, məsələn informasiya texnologiyaları, kosmik sənaye sahələri prioritet hesab olunur. 2012-ci ildən orbitə artıq iki Azərbaycan peyki buraxılıb. İqtisadi inkişafın hərəkətverici qüvvələri sənaye və yüksək texnologiyalar parklarıdır. O parklarda fəaliyyət göstərən şirkətlər 7 illiyə bütün vergilərdən azad olunurlar. Parklar biznes layihələrə start verilməsi üçün bütün zəruri kommunikasiyalarla təchiz olunur ki, bu da investorların infrastrukturun yaradılması ilə bağlı xərclərini azaldır”.

Müəllif A.Malışev onu da qeyd edir ki, əgər 2003-cü ildə qeyri-neft sektoruna 300 milyon dollar investisiya qoyulmuşdusa, 2014-cü ildə bu göstərici 5 milyard dollara çatıb: "Ümumiyyətlə, 1995-ci ildən Azərbaycan iqtisadiyyatına 200 milyard dollar həcmində investisiya qoyulub ki, onun da 52 faizi yerli, 48 faizi isə xarici investisiyaların payına düşür. Azərbaycana sərmayə qoyan əsas investorlar - Böyük Britaniya, Türkiyə, ABŞ, Yaponiya, Hollandiya və Rusiyadır. Bu gün ölkədə 599 şirkət Rusiya kapitalı ilə çalışır. İnvestisiyanın ümumi həcmi 1,8 milyard dollardır. Bu vəsaitlərin 64 faizi qeyri-neft sektorunun - kənd təsərrüfatı, qida və emal sənayesi, turizm, informasiya texnologiyaları, kimya və neft-kimya sahələrinin payına düşür. Ümumdünya İqtisadi Forumunun hesablamalarına görə Azərbaycan iqtisadiyyatı rəqabətədavamlılığına görə dünyada 38-ci yeri tutur”.

Müəllifə görə Azərbaycanda Birinci Avropa Oyunlarının keçirilməsi ölkənin mədəniyyəti, zəngin multikulturalizm ənənləri və turizm imkanlarının təbliği ilə yanaşı Azərbaycanın imicinə də müsbət təsir göstərəcək ki, bu da yeni biznes imkanları deməkdir.

AZPROMO-nun rəhbəri R.Məmmədov da Bakının Avropa Oyunlarının paytaxtı olacağı haqqında məlumatlar yayıldıqdan sonra xarici tərəfdaşların ölkəmizdəki layihələrə maraqlarının artdığını bildirb.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

28.10.2026 / 06:26
Türkiyədə səs-küylü “Starlink əməliyyatı” - 85 nəfər saxlandı

27.10.2026 / 22:37
Qazaxıstan rusiyalı avtomobil alıcılarına sanksiya tətbiq etdi – ruslara maşın satışından imtina edilir...

27.10.2026 / 22:15
Konqres Rusiyadan dizel yanacağı alan Amerika şirkətlərini həbslə hədələdi...

27.10.2026 / 21:51
Paşinyan “dövlətyönümlü yeni müxalifətin yaradılması” kursuna başlayır...

27.10.2026 / 21:33
Rusiya bir neçə ayda Ukraynada 240 kv.kilometr ərazi itirdi...

27.10.2026 / 21:16
Vuçiç getdi - Serbiyanın yeni dönəm Azərbaycan siyasəti suallar doğurmağa başladı...

27.10.2026 / 21:04
Ramiz Mehdiyevə hökm oxundu - 14 il iş, bütün əmlakı da müsadirə olundu...

27.10.2026 / 20:59
“Azərbaycan xalqından, 30 il yurdundan məhrum edilmiş insanlardan üzr istənilməlidir” - YENİ TƏLƏB...

27.10.2026 / 20:45
90 faizlik seçici dəstəyi Paşinyanı qorxutdu - mövcud müxalifəti məhv edib yenisini yaradacaq...

27.10.2026 / 20:31
AK Parti iqtidarı Kipr məsələsində güzəştə gedə bilərmi?..

27.10.2026 / 20:17
ABŞ və İsrail İrana qonşu ölkədən (?) hücum edəcəklər...

27.10.2026 / 20:04
Zəfərdən sonra Azərbaycanın qəsdinə qalxmış 3 ölkənin biri Əliyevin qəbuluna gəldi...

27.10.2026 / 19:45
Bakı Təşəbbüs Qrupu Fransanın Korsika qərarını sərt tənqid etdi - Makron rejimi qorxur...

27.10.2026 / 19:28
Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası olub

27.10.2026 / 19:12
Avropadan Putinə bir ildən sonra ilk dəfə zəng gəldi – biz öz adımızdan danışırıq...

27.10.2026 / 18:56
Azərbaycan Rusiya ilə təbii qaz alışı sazişi imzalayacaq...

27.10.2026 / 18:43
Serbiyada "ağıllı həkimlər" Vuçiçin 14 illik hakimiyyətini yıxdılar...

27.10.2026 / 18:29
İran indi də Özbəkistana ərazi iddiası edir, Səmərqəndə dil uzadır

27.10.2026 / 18:14
Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi

27.10.2026 / 18:02
Azərbaycana mal əti idxalı kəskin artdı - yerli istehsal "ölür", bazar bahalaşır...

27.10.2026 / 17:52
Əli Əsədov İƏT-in baş katibi ilə Azərbaycanın təşkilata sədrliyini müzakirə edib - FOTO

27.10.2026 / 17:44
Milli Azərbaycan ideyası beynəlxalq forumda yenidən gündəmə gətirildi...

27.10.2026 / 17:35
Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdülsalam ilə görüşüb - FOTO

27.10.2026 / 17:27
Azərbaycanda yeni Komissiya yaradılır

27.10.2026 / 17:20
Azad edilmiş ərazilərdə ən böyük memorial kompleks Ağdamda yaradılacaq...

27.10.2026 / 17:06
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb - FOTO

27.10.2026 / 16:49
İvanişvili Gürcüstanda bütün antirus partiyaları qadağan edir...

27.10.2026 / 16:45
Tramp İrana qarşı yeni əməliyyatlar qərarını heç cür verə bilmir...

27.10.2026 / 16:37
AMEA alimləri Pezeşkiana çağırış etdi - İranda azərbaycanlılar üçün ana dilində məktəblər açılsın...

27.10.2026 / 16:30
Hakimlər qarşısında tələb qoyuldu - süründürməçiliyə və təhqirə yol verilməsin!

27.10.2026 / 16:17
Zəngəzur dəhlizində erməni sərhədçilər yalnız müşahidəçi olacaq – ABŞ səfirliyi açıqladı...

27.10.2026 / 16:01
Oktay Saral Azərbaycana qarşı hicab iddialarından hələ imtina etməyibmiş...

27.10.2026 / 15:46
Prezident, birinci xanım və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” sərgisi ilə tanış olublar - FOTO

27.10.2026 / 15:41
Tramp bütün hərbi bazalarını "90 günlük müharibəyə" hazırlayır - hədəf kimdir?

27.10.2026 / 14:36
Prezidentin sosial şəbəkə hesablarında VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakına dair paylaşım edilib - VİDEO

27.10.2026 / 14:05
800 kq Hizbullah partlayıcısı - ələ keçirilən arsenalın taleyinə Livan qərar verir

27.10.2026 / 14:01
Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib - FOTO

27.10.2026 / 14:00
"Ermənistan Konstitusiyasına dəyişiklik davamlı sülhün əsas şərtlərindən biridir" - Fərid Şəfiyev

27.10.2026 / 13:54
"Bakı bu cür beynəlxalq forumlar vasitəsilə mədəniyyətlərarası dialoqa mühüm töhfə verə bilər" - Ozodbek Nazarbekov

27.10.2026 / 13:49
"Mədəniyyətlərarası dialoq sülh və ümumi gələcək naminə davamlı birgə fəaliyyətdir" - Türkmənistanın mədəniyyət naziri

27.10.2026 / 13:36
Çin brendləri Mao Tzedun zarafatı üzündən ünlü futbolçu ilə müqavilələrini ləğv etdi

27.10.2026 / 13:30
Penitensiar Xidmətə yeni rəis təyin edildi

27.10.2026 / 13:23
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb

27.10.2026 / 12:50
Türkiyədə daha bir bələdiyyədə şübhəli əməliyyat – üzvlərin YENİ Partiyaya qoşulmasından saatlar əvvəl həbslər aparıldı...

27.10.2026 / 12:21
Rusiya və Ukrayna Xersonda atəşkəs elan etdi...

27.10.2026 / 12:08
“Bakı Prosesi” mədəniyyətlərarası dialoq üçün beynəlxalq platforma yaradıb" -ICESCO-nun Baş direktoru

27.10.2026 / 11:57
"Forum sülhün, təhlükəsizliyin, həmrəyliyin müzakirə olunduğu əsas platformaya çevrilib" - İƏT-in Baş katibi

27.10.2026 / 11:49
Ermənistan 30 il sonra?

27.10.2026 / 11:26
Azərbaycan Lana Zəki Nusseibehin BMT Baş katibi vəzifəsinə namizədlik təşəbbüsünü alqışlayır

27.10.2026 / 11:14
Prezident İlham Əliyev: "Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq"

27.10.2026 / 11:08
Paşinyan katolikosa qarşı onun işlərini araşdıran komissiyanı yaratdı

27.10.2026 / 11:06
Prezident: "Müstəqil siyasətimiz bizə çox böyük hörmət qazandırıb"

27.10.2026 / 11:03
"Bu gün Azərbaycan qeyri-sabit regionda sabitlik adası kimi görünür" - Prezident

27.10.2026 / 11:01
Prezident: "Ölkəmizdə 35 ildə qazanılmış nailiyyətlər Azərbaycan xalqı tərəfindən əldə edilmişdir"

27.10.2026 / 10:57
Polis Masallıda əməliyyat keçirdi - saxlanan var...

27.10.2026 / 10:53
"Müstəqil ölkəyə necə yaşamaq, nəyi etmək, nəyi etməmək barədə dərslər verilməli deyil" - Prezident

27.10.2026 / 10:49
Azərbaycan Prezidenti: "İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır"

27.10.2026 / 10:45
"Azərbaycan təcrübəsi bəzi münaqişələrin aradan qaldırılmasına xidmət edə bilər" - Prezident

27.10.2026 / 10:39
Seçkiyə 1 həftə qalmış Trampa qarşı impiçment hazırlıqları başladı

27.10.2026 / 10:34
Prezident Dialoq Forumunda Azərbaycanın öz torpaqlarını azad etməsindən danışdı

27.10.2026 / 10:30
"Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlər üzrə birlik nümayiş etdirir" - Prezident İlham Əliyev

27.10.2026 / 10:28
Dubay məhkəməsi Rusiya neftinin satışından 700 milyon dollardan çox vəsaiti dondurub - işin içində azərbaycanlılar da var…

27.10.2026 / 10:25
Prezident: "İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər"

27.10.2026 / 10:19
Bakıda jurnalistlər üçün rəqəmsal bacarıqlar sessiyası keçirilir

27.10.2026 / 10:17
"Azərbaycanın sabit inkişafının əsas səbəblərindən biri cəmiyyətimizdə olan ahəngdarlıqdır" - Prezident

27.10.2026 / 10:14
Prezident: "Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub"

27.10.2026 / 10:08
"Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətlərin inkişafına öz töhfəsini vermişdir" - Prezident

27.10.2026 / 10:05
Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - FOTO/VİDEO/YENİLƏNDİ

27.10.2026 / 09:52
Dünyanın gözü İsraildəki parlament seçkilərində - Netanyahu, ya Eisenkot...

27.10.2026 / 09:34
ABŞ İran ətrafında hərbi gəmilərin sayını artırır…

27.10.2026 / 09:20
Türkiyədə qasırğa fəlakəti... Fəhlələrin qaldığı iki kabinə devrildi, ölənlər var…

27.10.2026 / 09:07
“Ab-Hava” restoranında kütləvi dava pul üstündə olub - YENİ DETALLAR ortaya çıxdı...

27.10.2026 / 06:37
İsrail BMT-ni cihadçı terrorizmi əsaslandırmaqda ittiham etdi

26.10.2026 / 22:05
Misir də husilərə qarşı müharibəyə qoşulur - qərar verildi…

26.10.2026 / 21:56
Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - FOTO

26.10.2026 / 21:50
Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verildi - FOTO

26.10.2026 / 21:46
Naxçıvanın büdcəsi 13 milyon kəsildi - maraqlı səbəblərdən danışılır...

26.10.2026 / 21:30
Ermənistanla bağlı qeyri-müəyyənlik KTMT rəhbərliyini çaşdırıb...

26.10.2026 / 21:15
Putin-Si-Tramp dünyada hamı üçün ziyanlı ssenari hazırlayır...

26.10.2026 / 20:57
Dövlət Agentliyində inanılmaz nöqsanlar aşkarlanıb...

26.10.2026 / 20:38
Rusiya Ermənistanla bağlı növbəti qərarı verdi...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ