Cümə günü, 10 iyul 2026
     

Neft qiymətindəki itkiləri qaz gəlirləri kompensasiya edir

Image


Dünya bazarlarında neftin qiymətinin hələ də sabitləşməməsi və yaxın müddət ərzində hansı səpkidə dəyişəcəyinin dəqiq bəlli olmaması fonunda əsas diqqət təbii qaza yönəlməkdədir. Məsələ burasındadır ki, neftdən fərqli olaraq, qazın qiymətində tez-tez dəyişiklik qeydə alınmır. Eyni zamanda belə fikirlər də səslənir ki, birjalarda qazın qiyməti getdikcə artacaq.
Getdikcə daha böyük həcmdə təbii qaz hasil edən ölkə kimi, bu bazarlarda baş verənlər Azərbaycan üçün də olduqca mühüm əhəmiyyət kəsb edir. Özü də o baxımdan ki, Azərbaycan dünya bazarlarına böyük həcmdə mavi yanacaq çıxarmağa hazırlaşır. "Saxo Bank"ın əmtəə strategiyaları bölməsinin rəhbəri Ole Hansen təbii qazın qiymətinin dünya bazarlarında hansı istiqamətdə cərəyan edəcəyi ilə bağlı bildirib: "ABŞ-da neft-qazma qurğularının sayının azaldılması, bahalı kömür və atom enerjisindən istifadənin azalması nəticəsində dünya bazarında enerji məhsullarına olan tələbin artacağına dair inam yaranır. Bu da qlobal bazarda təbii qazla bağlı canlanma yarada bilər". Onun sözlərinə görə, təbii qazın qiymətindəki geriləmədən sonra 50%-dək korreksiya ola bilər ki, nəticədə, əvvəlki aylarla müqayisədə bahalaşma ehtimalı yaranır. Bank mütəxəssisinin fikrincə, dünya enerji bazarında tələbin artması gələcək perspektiv üçün yaxşı haldır, lakin hazırkı durumda neftin qiymətinin erkən yüksəlişi yanacaq bazarında "yanlış parıltı" ola bilər. Bununla bağlı o bildirib ki, ABŞ-da neft hasilatının 20 min barrel azalması xəbərinə reaksiya olaraq qiymətlər artıb. Lakin ABŞ-dakı azalma fonunda OPEK üzvlərinin mart ayı ərzində hasilatı 800-900 min barrel artırması və bu tendensiyanın apreldə də davam edəcəyi ehtimalını nəzərdən qaçırmaq olmaz. İstənilən halda isə qazın qiymətində artım qaçılmaz sayılır.
Qeyd olunduğu kimi, bu proseslər o zaman baş verir ki, Azərbaycan dünya bazarlarına yaxın tezlikdə böyük həcmdə qaz çıxarmağa hazırlaşır. Eyni zamanda ölkəmiz üzərindən də Qərbə böyük həcmdə qaz ötürülməsinə hazırlıq gedir. Söhbət ilk növbədə türkmən qazının Avropaya Azərbaycan üzərindən daşınmasından gedir. Bununla bağlı olaraq, hətta Avropa İttifaqı Azərbaycan və Türkmənistanı "Transxəzər" qaz kəməri layihəsinə dair anlaşma memorandumunu yeniləməyə çağırır. Avropa İttifaqının energetika məsələləri üzrə vitse-prezidenti Maroş Şevtsoviç "Kommersant" qəzetinə müsahibəsində bu xüsusda deyib: "2011-ci ildən Avropa İttifaqının "Transxəzər" qaz kəmərinin çəkilməsinə dair Türkmənistanla və Azərbaycanla imzalanmış memorandum çərçivəsində danışıqlar aparmaq mandatı var. Və biz indi Azərbaycana və Türkmənistana bu memorandumu yeniləməyi təklif etmişik, cavab gözləyirik və danışıqların necə gedəcəyinə baxacağıq. Biz bilirik ki, regionda çox böyük mineral ehtiyatlar var". Avropa İttifaqının energetika məsələləri üzrə yüksək rəsmisi onu da deyib ki, Cənub Qaz Dəhlizi çərçivəsində İraq və İran qazının da nəqli imkanları var: "Hazırda söhbət Azərbaycandan gedir, ancaq baxacağıq ki, hadisələr yaxın ölkələrdə necə cərəyan edəcək - İraqda, habelə son diplomatik nailiyyəti nəzərə alaraq İranda. Və biz bu sahədə Türkmənistan tərəfdən də münasibətlərin inkişafını görürük".
Avropa İttifaqının "Transxəzər "qaz kəməri layihəsini son zamanlar daha çox gündəmə gətirmək səyləri isə TANAP layihəsinin reallaşmağa başlaması ilə birbaşa bağlıdır. Bu layihədən sonra İran, İraq qazının, Türkmənistanın karbohidrogen ehtiyatlarının Avropa bazarlarına yol tapması daha asan görünür. Həmçinin, TANAP-a qoşulmaq istəyən Avropa dövlətlərinin say artımı da məsələdə əlavə təkanverici faktor rolu oynayır. Artıq Serbiya da TANAP vasitəsilə nəql olunacaq Azərbaycan qazına çıxış əldə etməyi planlaşdırır. Serbiyanın dağ sənayesi və energetika naziri Aleksandr Antiçin sözlərinə görə, Serbiya hökuməti ölkəyə yeni mənbə və marşrutlardan qaz tədarükünü təmin edəcək bütün layihələrdə iştirak etmək niyyətindədir: "Əsas prioritet - Serbiya və Bolqarıstan arasındakı ikitərəfli qaz kəməridir. Biz artıq bolqarıstanlı həmkarlarımızla kəmərin ötürücülük qabiliyyəti barədə danışıqlar aparmışıq. Serbiya ən yaxın zaman ərzində layihənin maliyyələşdirilməsini təmin edəcək mənbələrin axtarışına başlaya bilər". Xatırladaq ki, Türkiyə və Avropa İttifaqı ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsi və təchizatın diversifikasiyası baxımından böyük önəm daşıyan TANAP çərçivəsində qonşu ölkəyə ilk qaz nəqlinə 2018-ci ildə başlanması planlaşdırılır. Başlanğıcda illik 16 milyard kubmetr təşkil edəcək nəql həcminin mərhələli surətdə əvvəlcə 24 milyard kubmetrə, sonra 31 milyard kubmetrə yüksəldilməsi nəzərdə tutulur. Təbii qazın qiymətinin dünya bazarlarında yüksələcəyinə dair verilən proqnozlar fonunda isə mavi yanacağın Azərbaycana daha böyük həcmdə gəlir gətirməsi gözlənir. Bu sıraya Azərbaycanın tranzitdən əldə edəcəyi gəlirlər də əlavə olunmalıdır. Yəni İran, İraq qazının, Türkmənistanın karbohidrogen ehtiyatlarının Avropa bazarlarına Azərbaycan üzərindən yol tapması ölkəmizə tranzit haqqına görə əlavə vəsait qazandıracaq.




VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

İrandan Trampa “İrəvan mesajı” - sülh olmasa, TRIPP marşrutuna dözmərik...

Vətəndaşın məmurlarla birbaşa ünsiyyətində sıfır hədd - rəqəmsallaşma dövrünün hədəfi...

Çin və ABŞ-ın mübarizə apardığı Gürcüstan limanında Azərbaycan həlledici söz sahibinə çevrilir...

SON XƏBƏRLƏR

10.07.2026 / 07:22
İran ABŞ-ı ikinci mərhələ cavab zərbələri ilə hədələdi

10.07.2026 / 07:12
İranın enerji strukturu yenidən hədəfdə - gecə partlayışlar baş verib

10.07.2026 / 06:32
İran Trampa qarşı sui-qəsd planlaşdırır(?) - WSJ…

10.07.2026 / 06:11
Zaxarova Londonun Zelenskini həbs etməməsindən təəccüblənib…

10.07.2026 / 05:56
Tehrandakı Britaniya səfiri İran XİN-ə çağırıldı

10.07.2026 / 05:48
Tramp Netanyahu ilə bölgədəki vəziyyəti müzakirə etdi

10.07.2026 / 05:38
İİKK generalı raketlə vuruldu

09.07.2026 / 22:51
Separatçı qüvvələrin ortaya atdığı “Bakılılar günü”, “Bakılılar milləti” - “Azərbaycançılıq” ideologiyasına qarşı təxribat

09.07.2026 / 22:18
“Qərbi Azərbaycanın sakral coğrafiyası” silsiləsindən - Göyçə gölündən Araz çayınadək uzanan vadi: Türk-Müsəlman Ruhani və İrfan yurdları…

09.07.2026 / 21:52
İrandan Trampa “İrəvan mesajı” - sülh olmasa, TRIPP marşrutuna dözmərik...

09.07.2026 / 21:30
Ankara zirvəsində 2 əsas yekun - ABŞ-Avropa konsensusu, hamı Rusiyaya qarşı...

09.07.2026 / 21:06
Zirvədən sonra “daha güclü NATO” yarandımı? - Mübahisə var...

09.07.2026 / 20:40
Daxili İşlər Nazirliyi ilk 6 aya yekun vurdu... Cinayətlərin açılma faizi xeyli yüksəlib...

09.07.2026 / 20:27
Azərbaycanın "JF-17 Thunder" qırıcıları Ermənistanı qorxuya saldı...

09.07.2026 / 20:12
Diasporumuza Rusiyada problemlər yaradılandan sonra Avropa, Amerika istiqamətində fəallıq başladı...

09.07.2026 / 19:55
Tramp İranı birbaşa NATO zirvəsindən vurdu - mesajlar nədir?...

09.07.2026 / 19:38
Vətəndaşın məmurlarla birbaşa ünsiyyətində sıfır hədd - rəqəmsallaşma dövrünün hədəfi...

09.07.2026 / 19:21
Çexlər separatçı cani Vardanyana görə əfsanəvi Vatslav Haveli hörmətdən saldılar...

09.07.2026 / 19:08
Vüsal Tahirov haqqında deyilənlərdən...

09.07.2026 / 19:05
Azərbaycana diri heyvan idxal edən iri şirkətlər əsas məlumatları "gizli" saxlayır...

09.07.2026 / 18:51
Çin və ABŞ-ın mübarizə apardığı Gürcüstan limanında Azərbaycan həlledici söz sahibinə çevrilir...

09.07.2026 / 18:37
TRIPP-ə İran təhdidi böyüyür, Qafqaz savaşa cəlb edilə bilər...

09.07.2026 / 18:22
Azərbaycanlı miqrantların Rusiyada işi çətinləşir, pul köçürmələri kəskin azalır...

09.07.2026 / 18:10
İran İordaniyadakı ABŞ bazasını vurdu...

09.07.2026 / 17:56
Britaniya “Zəngəzur” tankerini sanksiya siyahısından çıxardı

09.07.2026 / 17:53
“İki sahil” qəzeti 35 yaşını qeyd edir

09.07.2026 / 17:51
Vatikanla humanitar və mədəni əməkdaşlığın perspektivləri müzakirə olunub

09.07.2026 / 17:39
Nəsimidə ər arvadını güllələdi

09.07.2026 / 17:28
ABŞ İranın Çin və Rusiya ilə əsas ticarət yolunu bombaladı...

09.07.2026 / 17:17
"Sözün hekayəsi": növbəti Vaqif Poeziya Günləri keçiriləcək

09.07.2026 / 17:04
Süni intellekt üçün internet Bakcelldən

09.07.2026 / 16:52
NATO zirvəsində Türkiyədən Rusiyanın xoşuna gəlməyəcək bəyanat...

09.07.2026 / 16:42
İranın Buşehr əyalətində partlayış səsləri eşidildi...

09.07.2026 / 16:34
"Süni intellekt sahəsindəki Fəaliyyət Planı "suveren süni intellekt" konsepsiyası üzərində qurulub" - Ramid Namazov

09.07.2026 / 16:23
Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunub

09.07.2026 / 16:15
Prezident Azərbaycandan Gürcüstana elektrik enerjisinin təchizatı və tranziti barədə sazişi təsdiqlədi

09.07.2026 / 16:12
Tankçı Valehin igidlik və şəhidlik hekayəsi - Atası Saleh kişi arzusunu yerinə yetirdi...

09.07.2026 / 15:56
"2028-ci ilin sonunadək Azərbaycan dili üzrə Böyük Dil Modelləri yaradılacaq" - Komissiya sədri

09.07.2026 / 15:41
Ölümə meydan oxuyan igid - Şəhriyar Mirişli

09.07.2026 / 15:22
Satışda olan bu meyvə şirələrində rəngləyici aşkarlandı...

09.07.2026 / 14:39
NATO Ankarada Trampa “buynuz göstərdi”...

09.07.2026 / 14:26
Zəlimxan Yaqubun ata yurdunda ev-muzeyi yaradılır

09.07.2026 / 14:17
Əməkdar jurnalist Faiq Qismətoğlunun yubiliyi Aşıqlar Birliyində qeyd olunub

09.07.2026 / 14:10
Rusiya Ukrayna dronlarına qarşı əməliyyat zamanı öz helikopterini vurdu...

09.07.2026 / 13:53
Paşinyan Rusiya ilə anlaşdı – “təfərrüatları paylaşmayacağam”...

09.07.2026 / 13:44
Elm, Dövlətçilik, Humanizm və Sadəliyin Vəhdəti - Cavanşir Feyziyev

09.07.2026 / 13:32
Rusiya ərzaq böhranı ərəfəsində - dizel böhranı kənd təsərrüfatı sektorunu da vurdu...

09.07.2026 / 13:04
Paşinyan yeni konstitusiya layihəsinin ilin sonunadək dərc olunacağını vəd etdi

09.07.2026 / 12:51
Rusiyanın Omsk neft zavodu Qazaxıstan ərazisindən vurulub? – Astanadan açıqlama...

09.07.2026 / 12:24
Polis Sabunçuda əməliyyatlar keçirdi - 4 nəfər saxlandı...

09.07.2026 / 12:10
Pezeşkian və Əraqçı İraqda hücuma məruz qaldı - VİDEO

09.07.2026 / 11:47
Ukrayna Tver və Stavropolda neft anbarlarını, Azovda iki tankeri vurdu...

09.07.2026 / 11:31
İran ABŞ-ın hücumları nəticəsində 14 nəfərin öldüyünü açıqladı...

09.07.2026 / 11:19
Tramp İrandan yeni mesaj aldıqlarını iddia etdi - razılaşma istəyirlər...

09.07.2026 / 11:07
İran Qətərdə ilk xəbərdarlıq mərkəzini, Bəhreyndə yanacaq anbarını vurdu

09.07.2026 / 10:53
DÇ-2026: Bu gecə 1/4 final mərhələsinə start verilir...

09.07.2026 / 10:41
Sabirabadda çətənə kolları yetişdirən şəxs saxlandı

09.07.2026 / 10:27
"Ermənistan Konstitusiyasındakı ərazi iddiaları aradan çıxarıldıqdan sonra sülh sazişi imzalana bilər" - Nazir

09.07.2026 / 10:21
Ceyhun Bayramov: "Delimitasiya prosesi çərçivəsində eksklav kəndlər məsələsi də həllini tapacaq"

09.07.2026 / 10:08
Natiz TRIPP-lə bağlı yaxın vaxtlarda yeni xəbərlərin olacağını açıqladı...

09.07.2026 / 09:46
Lənkəran və Yevlaxda əməliyyat - 76 kq narkotik dövriyyədən çıxarıldı - VİDEO

09.07.2026 / 09:18
ABŞ İranda 90 hədəfi vurduğunu açıqladı...

09.07.2026 / 08:47
İran ABŞ-ın Küveyt və Bəhreyndəki bazalarını vurdu

08.07.2026 / 22:51
Azərbaycan Ukraynaya təhlükəsizlik sektorunda da dəstək verir - Zelenskidən ilginc açıqlama...

08.07.2026 / 22:24
Özbəkistan Türk dünyasına birləşmək üçün əlifbasına "əl gəzdirir"

08.07.2026 / 22:18
QDF “Qarabağın Rəngləri” (2026) layihəsində iştirak edən gənc rəssamları mükafatlandırdı

08.07.2026 / 22:07
Kapadokiyada atçılıq irsi “II Kapadokiya At və Atçılıq Mədəniyyəti Festivalı” ilə qeyd olundu

08.07.2026 / 21:50
Tramp Kiyevə Patriot istehsalı üçün lisenziya vəd etdi

08.07.2026 / 21:45
ABŞ-la imzalanmış sənəd rəqəmsal inkişafımızda xüsusi təsirli rol oynayacaq...

08.07.2026 / 21:21
Ərdoğan raketlərdən imtina etməsə, Tramp F-35-i verməyəcək...

08.07.2026 / 21:04
20 dünya nəhənginin Zirvəsinə dəvət edilmiş bir neçə ölkədən biri olduq...

08.07.2026 / 20:45
Beyləqanda 17 ana qoyun zəhərlənərək tələf olub - Dövlət qurumlarının operativ reaksiyası necə olmalıdır?

08.07.2026 / 20:31
Tramp Ankarada elə bir bəyanat verdi ki, 907- ni ləğv etməsə...

08.07.2026 / 20:16
NATO-nun Ankara Zirvəsinin yekun Bəyannaməsi açıqlandı - Rusiya "uzunmüddətli təhdid" elan edildi...

08.07.2026 / 20:03
Tramp Zelenskiyə "Patriot" verəcəyini və Putinlə danışacağını açıqladı

08.07.2026 / 19:41
Müdrik və uzaqgörən siyasət, milli maraqların müdafiəsi – ŞƏRH

08.07.2026 / 19:03
Natenyahu Türkiyə məsələsində də Trampı yoldan çıxarmağa çalışır - F35 olmasa...

08.07.2026 / 18:44
Tramp İrana yeni hücum dalğasının anonsunu verdi - Xark adasını ələ keçirəcəyik...

08.07.2026 / 18:31
“Any Unboxing” dələduzluq piramidası ifşa edildi - 300-dən çox zərərçəkmiş... - VİDEO

08.07.2026 / 18:20
Zərbələrdən sonra Tramp İranı tənqid etdi: "Xəstə insanlardan nifrət edirəm"

08.07.2026 / 18:08
Balakəndə sel səbəbindən çayda köməksiz qalan şəxs xilas edildi - VİDEO

Diasporumuza Rusiyada problemlər yaradılandan sonra Avropa, Amerika istiqamətində fəallıq başladı...

XƏBƏR ARXİVİ