çərşənbə günü, 28 oktyabr 2026
     

Dünya ticarətində dolların hökmranlığına son qoyulur?

Image


Dollar və avronun məzənnəsilə bağlı tez-tez yaşanan dəyişikliklər indi bu valyutalara əvvəlki inamın qalmadığını göstərir. Həmçinin, müəyyən maraqlı dairələrin bu valyutaların kursundan iqtisadi təzyiq metodları kimi istifadə etməsi də avro və dollara ehtiyatlı yanaşanların sayını artırıb. Bu xüsusda yenidən gündəmə gələn məsələlərdən biri də çoxvalyutalı sistemin yaradılmasıdır.
Hazırda bu məsələyə şimal qonşumuzun daha çox maraq göstərməsi müşahidə olunur. Rusiya baş nazirinin müavini Arkadi Dvorkoviç qeyd edir ki, Moskva çoxvalyutalı dünyanın yaranacağına ümid edir. Onun sözlərinə görə, bu məsələdə Beynəlxalq Valyuta Fondunda islahatlara maneə yaradan yeganə şey ABŞ-ın mövqeyidir: "Biz əsas liderlərin real güclərinin dəyişdiyi qəribə dünyada yaşayırıq. 50 il bundan öncə bir ölkənin rəqabətliliyini müdafiə etmək üçün yaradılmış institutlar dünya iqtisadiyyatına ağır zərbə vurur. Amerika qanunları Avropa və Asiyanın bankları üçün ziyanlıdır". Maliyyə məsələləri üzrə analitik Sergey Suverov isə bildirir ki, dollarla yanaşı bir neçə yeni valyuta dünya bazarlarına daxil olarsa, bunun digər ölkələrin pulları, o cümlədən rubl üçün müsbət təsirləri ola bilər: "Yeni valyuta yaranarsa, Rusiya Mərkəzi Bankı öz valyuta ehtiyatlarını daha yaxşı diversifikasiya etməyi bacaracaq. Bununla yanaşı, rublun məzənnəsini müəyyən etmək asanlaşacaq. Beynəlxalq hesablamalarda müxtəlif valyutalardan istifadə əmtəə dövriyyəsinin dinamikasını yaxşılaşdıracaq. Çünki əməliyyatlar daha şəffaf olacaq və başqa valyutaları dollarla əvəzləməyə ehtiyac qalmayacaq. Bu gün dolların kursu başqa valyutalara nisbətdə güclənib. Bu proses də multivalyuta üçün üstünlük təşkil edir".
Qeyd edək ki, son maliyyə böhranından sonra dünya valyutası qismində dollardan imtina edilməsi və bir neçə valyutadan ibarət valyuta səbəti yaradılması fəal müzakirə olunur. Bir sıra dövlətlər alqı-satqı əməliyyatlarında ödəniş vasitəsi olan dolları bir sıra valyutalardan ibarət səbətlə əvəz etmək niyyətlərini gizlətmirlər. Bu gün üçün dünya valyutası qismində dollara alternativ olaraq avro, Yaponiya iyenası və Çin yuanının adı hallanır. Avro artıq sınaqdan çıxmış regional valyutadır. İyena və yuan isə dünyada ən böyük valyuta ehtiyatına malik Yaponiya və Çinin milli valyutasıdır. Hazırda dünya maliyyə dövriyyəsində avronun payı ancaq dollardan geri qalır. Hətta Avropa Birliyinə daxil olmayan bir çox ölkələrdə ixracın əsasını avro təşkil edir. Bu və digər valyutalardan ibarət yeni çoxvalyutalı sistemin yaradılmasını isə ekspertlər tamamilə mümkün sayır. O da qeyd olunur ki, yeni sistemdə avro ilə yanaşı daha bir neçə valyutanın olması vacibdir. Çünki dünyanın mərkəzi bankları vahid Avropa valyutasının dəyərdən düşməsindən ehtiyat edərək özlərinin valyuta ehtiyatlarında avronun payını azaldırlar. Beynəlxalq Valyuta Fondunun məlumatına görə, dünyanın mərkəzi banklarının valyuta ehtiyatlarında avronun payı keçən ilin bütün kvartallarında azalaraq ilin sonunda 22,2 faiz təşkil edib. Halbuki, 2009-cu ildə bu göstərici 28 faiz idi. Bu mənada digər valyutaların da beynəlxalq ticarətdə dövriyyəyə daxil edilməsi zəruri sayılır. Beləliklə, indiki şəraitdə bir sıra ölkələr dünya iqtisadiyyatını avro və dolların dominantlıq etdiyi modeldən, bir çox regional valyutaların və regional texniki zonaların formalaşdırılması modelinə keçidini sürətləndirən layihələri dəstəkləyirlər. Artıq bu gün dünyada mərkəzi banklar arasında öz milli valyutalarının mübadilə təcrübəsi geniş inkişaf edir. Düzdür, hazırda ABŞ Beynəlxalq Valyuta Fondu və Dünya Bankı ilə prosesə əngəl yaradır. Lakin Çinin rəhbərliyi ilə qurulan Asiya İnfrastruktur İnvestisiya Bankı bu məsələdə ABŞ-ın mövqelərini sarsıda bilər. Xatırladaq ki, hələ 2013-cü ildə Çin bu bankın təsis edilməsi niyyəti haqqında məlumat verən zaman ABŞ öz müttəfiqlərini həmin bankı boykot etməyə çağırmışdı. Amerika tərəfi bildirirdi ki, Çin tərəfindən dəstəklənəcək yeni bank Dünya Bankına nisbətən kreditləşmə standartlarının həyata keçirilməsində, hakimiyyətlərin şəffaflığına diqqət göstərilməsində və həmçinin ətraf mühitin qorunması məsələsində daha az tələbkarlıq nümayiş etdirəcək. Ancaq bəllidir ki, ABŞ-ın istəyinin əksinə olaraq Yaponiya, Cənubi Koreya və Avstraliya, Almaniya, İtaliya və Fransa Asiya İnfrastruktur İnvestisiya Bankına daxil olmağı planlaşdırır. ABŞ-ın Asiya-Sakit Okean hövzəsində əsas müttəfiqi olan Avstraliya da bu məsələ ilə bağlı mövqeyinə yenidən baxacağını bəyan edib. Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan Maliyyə Nazirliyi Çin hökumətinin Asiya İnfrastruktur İnvestisiya Bankının yaradılması səylərini dəstəklədiyini bildirib və bu mövqeyini Çin Maliyyə Nazirliyinə çatdırıb.
Artıq Azərbaycan Çinin təşəbbüsü ilə yaradılan Asiya İnfrastruktur İnkişaf Bankının gələcək təsisçi üzvü kimi təsdiqlənib.
Asiya regionunun infrastruktur inkişafının artmaqda olan maliyyə ehtiyaclarının təmin edilməsi məqsədilə yaradılan bankın 27 aprel 2015-ci il tarixində Çinin paytaxtı Pekində keçiriləcək təsis müzakirələrində Azərbaycan Maliyyə Nazirliyinin nümayəndələri də iştirak edəcək.
 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

28.10.2026 / 14:10
Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqlədi...

28.10.2026 / 13:58
"Borcun olması avtomobillərin satışına qadağa qoyulması demək deyil" – Məhkəmə bankın iddiasını rədd etdi...

28.10.2026 / 13:46
“Sapı özümüzdən olan” qüvvələrin təxribatlarına ayıq-sayıqıq" - Allahşükür Paşazadə

28.10.2026 / 13:44
"Xaos, korrupsiya, qəddarlıq, səriştəsizlik" - Obama Trampın 2 ilini yıxıb-sürüdü...

28.10.2026 / 13:30
Media və Yayım Şurasında Somalinin informasiya, mədəniyyət və turizm naziri ilə görüş keçirildi - FOTO

28.10.2026 / 13:21
Tramp Rubionu paraşütlə Kubaya atmağı təklif etdi – “problemi iki dəqiqəyə həll edər"...

28.10.2026 / 13:08
Belqradda İsrail səfirliyinə bıçaqla hücum edən naməlum şəxs öldürüldü...

28.10.2026 / 12:54
Tramp İranla münaqişənin o istədiyi vaxt bitəcəyini deyir...

28.10.2026 / 12:51
ROZA TÖREKULOVNA AYTMATOVANIN ƏZİZ XATİRƏSİNƏ

28.10.2026 / 12:40
Bakıda dizellə işləyən avtobuslar istismardan çıxarılır - tarix AÇIQLANDI

28.10.2026 / 12:23
Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu 20 dəfə üstələdi...

28.10.2026 / 12:10
Azərbaycanın dövlət borcu açıqlandı

28.10.2026 / 11:48
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

28.10.2026 / 11:35
Sükan arxasında telefonla danışan sürücülərin nəzərinə - 50 manat cərimə gəlir...

28.10.2026 / 11:20
Azərbaycan Məkkə Konvensiyasına qoşulur...

28.10.2026 / 11:12
"Çexiya ilə əlaqələrin dinamik inkişaf etməsi bizi sevindirir" - Prezident

28.10.2026 / 11:10
Bordyuja Ermənistanın KTMT-dən qovulmasını təklif etdi – “özləri çıxsalar yaxşı olar”...

28.10.2026 / 11:06
Prezident İlham Əliyev Petr Paveli təbrik edib

28.10.2026 / 10:47
Prezident: "Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir"

28.10.2026 / 10:43
"Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir" - Prezident

28.10.2026 / 10:41
Prezident İlham Əliyev İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin iclasının iştirakçılarına müraciət etdi

28.10.2026 / 10:39
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - SİYAHI AÇIQLANDI...

28.10.2026 / 10:28
İsraildə seçki düyünü – heç kim təkbaşına hökumət qurmaq üçün lazım olan səsi toplaya bilmədi...

28.10.2026 / 10:11
Azərbaycan nefti ucuzlaşdı - 122 dollar...

28.10.2026 / 09:56
ABŞ “Patriot”larını Yaxın Şərqə yığır…

28.10.2026 / 09:30
Tramp tezliklə Putin və Zelenski ilə görüşəcəyini açıqladı.

28.10.2026 / 08:35
Türkiyədəki “sərmayə olayı” Pasifik Holding-i də vurdu - aktivləri donduruldu

28.10.2026 / 08:21
İsraildə parlament seçkilərində pat vəziyyəti yaranıb - exit-pollar nəticə açıqlaya bilmir

28.10.2026 / 06:26
Türkiyədə səs-küylü “Starlink əməliyyatı” - 85 nəfər saxlandı

27.10.2026 / 22:37
Qazaxıstan rusiyalı avtomobil alıcılarına sanksiya tətbiq etdi – ruslara maşın satışından imtina edilir...

27.10.2026 / 22:15
Konqres Rusiyadan dizel yanacağı alan Amerika şirkətlərini həbslə hədələdi...

27.10.2026 / 21:51
Paşinyan “dövlətyönümlü yeni müxalifətin yaradılması” kursuna başlayır...

27.10.2026 / 21:33
Rusiya bir neçə ayda Ukraynada 240 kv.kilometr ərazi itirdi...

27.10.2026 / 21:16
Vuçiç getdi - Serbiyanın yeni dönəm Azərbaycan siyasəti suallar doğurmağa başladı...

27.10.2026 / 21:04
Ramiz Mehdiyevə hökm oxundu - 14 il iş, bütün əmlakı da müsadirə olundu...

27.10.2026 / 20:59
“Azərbaycan xalqından, 30 il yurdundan məhrum edilmiş insanlardan üzr istənilməlidir” - YENİ TƏLƏB...

27.10.2026 / 20:45
90 faizlik seçici dəstəyi Paşinyanı qorxutdu - mövcud müxalifəti məhv edib yenisini yaradacaq...

27.10.2026 / 20:31
AK Parti iqtidarı Kipr məsələsində güzəştə gedə bilərmi?..

27.10.2026 / 20:17
ABŞ və İsrail İrana qonşu ölkədən (?) hücum edəcəklər...

27.10.2026 / 20:04
Zəfərdən sonra Azərbaycanın qəsdinə qalxmış 3 ölkənin biri Əliyevin qəbuluna gəldi...

27.10.2026 / 19:45
Bakı Təşəbbüs Qrupu Fransanın Korsika qərarını sərt tənqid etdi - Makron rejimi qorxur...

27.10.2026 / 19:28
Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası olub

27.10.2026 / 19:12
Avropadan Putinə bir ildən sonra ilk dəfə zəng gəldi – biz öz adımızdan danışırıq...

27.10.2026 / 18:56
Azərbaycan Rusiya ilə təbii qaz alışı sazişi imzalayacaq...

27.10.2026 / 18:43
Serbiyada "ağıllı həkimlər" Vuçiçin 14 illik hakimiyyətini yıxdılar...

27.10.2026 / 18:29
İran indi də Özbəkistana ərazi iddiası edir, Səmərqəndə dil uzadır

27.10.2026 / 18:14
Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi

27.10.2026 / 18:02
Azərbaycana mal əti idxalı kəskin artdı - yerli istehsal "ölür", bazar bahalaşır...

27.10.2026 / 17:52
Əli Əsədov İƏT-in baş katibi ilə Azərbaycanın təşkilata sədrliyini müzakirə edib - FOTO

27.10.2026 / 17:44
Milli Azərbaycan ideyası beynəlxalq forumda yenidən gündəmə gətirildi...

27.10.2026 / 17:35
Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdülsalam ilə görüşüb - FOTO

27.10.2026 / 17:27
Azərbaycanda yeni Komissiya yaradılır

27.10.2026 / 17:20
Azad edilmiş ərazilərdə ən böyük memorial kompleks Ağdamda yaradılacaq...

27.10.2026 / 17:06
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb - FOTO

27.10.2026 / 16:49
İvanişvili Gürcüstanda bütün antirus partiyaları qadağan edir...

27.10.2026 / 16:45
Tramp İrana qarşı yeni əməliyyatlar qərarını heç cür verə bilmir...

27.10.2026 / 16:37
AMEA alimləri Pezeşkiana çağırış etdi - İranda azərbaycanlılar üçün ana dilində məktəblər açılsın...

27.10.2026 / 16:30
Hakimlər qarşısında tələb qoyuldu - süründürməçiliyə və təhqirə yol verilməsin!

27.10.2026 / 16:17
Zəngəzur dəhlizində erməni sərhədçilər yalnız müşahidəçi olacaq – ABŞ səfirliyi açıqladı...

27.10.2026 / 16:01
Oktay Saral Azərbaycana qarşı hicab iddialarından hələ imtina etməyibmiş...

27.10.2026 / 15:46
Prezident, birinci xanım və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” sərgisi ilə tanış olublar - FOTO

27.10.2026 / 15:41
Tramp bütün hərbi bazalarını "90 günlük müharibəyə" hazırlayır - hədəf kimdir?

27.10.2026 / 14:36
Prezidentin sosial şəbəkə hesablarında VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakına dair paylaşım edilib - VİDEO

27.10.2026 / 14:05
800 kq Hizbullah partlayıcısı - ələ keçirilən arsenalın taleyinə Livan qərar verir

27.10.2026 / 14:01
Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib - FOTO

27.10.2026 / 14:00
"Ermənistan Konstitusiyasına dəyişiklik davamlı sülhün əsas şərtlərindən biridir" - Fərid Şəfiyev

27.10.2026 / 13:54
"Bakı bu cür beynəlxalq forumlar vasitəsilə mədəniyyətlərarası dialoqa mühüm töhfə verə bilər" - Ozodbek Nazarbekov

27.10.2026 / 13:49
"Mədəniyyətlərarası dialoq sülh və ümumi gələcək naminə davamlı birgə fəaliyyətdir" - Türkmənistanın mədəniyyət naziri

27.10.2026 / 13:36
Çin brendləri Mao Tzedun zarafatı üzündən ünlü futbolçu ilə müqavilələrini ləğv etdi

27.10.2026 / 13:30
Penitensiar Xidmətə yeni rəis təyin edildi

27.10.2026 / 13:23
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb

27.10.2026 / 12:50
Türkiyədə daha bir bələdiyyədə şübhəli əməliyyat – üzvlərin YENİ Partiyaya qoşulmasından saatlar əvvəl həbslər aparıldı...

27.10.2026 / 12:21
Rusiya və Ukrayna Xersonda atəşkəs elan etdi...

27.10.2026 / 12:08
“Bakı Prosesi” mədəniyyətlərarası dialoq üçün beynəlxalq platforma yaradıb" -ICESCO-nun Baş direktoru

27.10.2026 / 11:57
"Forum sülhün, təhlükəsizliyin, həmrəyliyin müzakirə olunduğu əsas platformaya çevrilib" - İƏT-in Baş katibi

27.10.2026 / 11:49
Ermənistan 30 il sonra?

27.10.2026 / 11:26
Azərbaycan Lana Zəki Nusseibehin BMT Baş katibi vəzifəsinə namizədlik təşəbbüsünü alqışlayır

27.10.2026 / 11:14
Prezident İlham Əliyev: "Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq"

27.10.2026 / 11:08
Paşinyan katolikosa qarşı onun işlərini araşdıran komissiyanı yaratdı

27.10.2026 / 11:06
Prezident: "Müstəqil siyasətimiz bizə çox böyük hörmət qazandırıb"

27.10.2026 / 11:03
"Bu gün Azərbaycan qeyri-sabit regionda sabitlik adası kimi görünür" - Prezident

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ