Cümə axşamı günü, 29 oktyabr 2026
     

Mənzil bazarında bahalaşma sürətlənir

Image


Daşınmaz əmlak bazarında son vəziyyətin təhlili burada qiymətlərin hələ də artan xətt üzrə inkişaf etdiyini göstərir. Ümumiyyətlə, cari il ərzində ölkədə, xüsusən də paytaxt Bakıda mənzillərin qiymətində böyük artım gözlənir. Ekspertlər manatın ötən ay baş tutan devalvasiyasının da burada mühüm rol oynadığını bildirir.
Hazırda daşınmaz əmlak bazarında qiymət artımı davam edir. "MBA" Konsaltinq və Qiymətləndirmə şirkətinin prezidenti Nüsrət İbrahimovun sözlərinə görə, təkcə ötən ay bahalaşmanın orta həddi 2,13% olub. Fevralda ilkin mənzil bazarında qiymətlər 4,25% artıb. Nəticədə yeni mənzillərin hər kvadratmetrinin orta qiyməti 1374 manat olub. Nüsrət İbrahimovun sözlərinə görə, köhnə mənzillərin qiyməti isə 2% artıb. Hazırda təkrar mənzil bazarında hər kvadratmetrin orta qiyməti 2108 manatdır. Ötən ay Bakıda torpaq sahələrinin də qiyməti 5,15% artıb. Kommersiya obyektlərinin qiyməti isə 2,88% bahalaşmadan sonra hər kvadratmetr üçün 4418 manat təşkil edib. Nüsrət İbrahimov daşınmaz əmlak bazarında bahalaşmanı müxtəlif səbəblərlə izah edir. Onun sözlərinə görə, son vaxtlar qiyməti aşağı olan, kiçik ölçülü mənzillər sürətlə alınıb və hazırda bazarda daha çox böyük ölçülü, bahalı mənzillər satılır. Eyni vəziyyət torpaq və kommersiya obyektləri bazarında da hökm sürür. Bununla belə, bahalaşmaya ötən ay manatın kəskin ucuzlaşdırılması da təsir edib. Rusiya və digər ölkələrdə olduğu kimi qiymətlər dollarla aşağı düşsə də, milli valyuta ilə qalxıb. Araşdırmalar göstərir ki, valyuta məzənnələrinin dəyişməsindən narahat olan şəxslərin bir hissəsi pullarını qorumaq üçün vəsaitlərini əmlak bazarına, əsas etibarı ilə də mənzil, ev və obyektlərə yatırmağa başlayıb. Burada diqqət çəkən daha bir məqam odur ki, alıcılar əsasən köhnə binalardan mənzil almağa üstünlük verir. Köhnə evlərin yeni mənzillərə nisbətən daha çox alınmasının isə bir neçə səbəbi var. Səbəblərdən birincisi odur ki, alıcılar üçün belə mənzillərin qiyməti daha əlçatandır. Alıcı kontingentinin böyük hissəsinin də tələbi məhz həmin seqmentdə formalaşır. İkinci səbəb köhnə mənzillərdə sənədləşmənin problemsiz olmasıdır. Yəni həmin evlərin sənədlərinin qaydasında olmasıdır. Üçüncü isə, infrastrukturun mükəmməlliyi ilə bağlıdır. Bu amillər hamısı son nəticədə ona gətirib çıxarır ki, köhnə mənzillərə tələb daha yüksək şəkildə formalaşır. Qeyd edək ki, 1 kvadratmetrin dəyəri köhnə evlərə nisbətən ucuz olsa da, ümumi sahə böyük olduğundan, bu, son nəticədə mənzilin qiymətinin yüksək olmasına gətirib çıxarır. Əhalinin təzə binalardakı evlərə az maraq göstərməsindəki birinici əsas səbəb məhz budur. İkinci tərəfdən, belə evlərin sənədləşməsi məsələsi problemli olur. Üçüncü səbəb isə odur ki, infrastrukturun yetərincə inkişaf eləməməsi bu seqmentdə satışa təsirsiz ötüşmür. Maklerlər də bildirir ki, yeni binalardakı mənzillərin cəlbedici görünüşlərinə, geniş və işıqlı otaqlarına və müasir dizaynına baxmayaraq, alıcılar arasında köhnə binalardakı mənzillərə tələbat daha böyükdər, nəticədə satışa çıxarılanda da belə mənzilləri daha tez satmaq mümkün olur.
Beləliklə, paytaxtın daşınmaz əmlak bazarında ötən ilin sonundan başlayan qiymət artımı hazırda yüksələn xətt üzrə gedir. Ekspertlər indiki vəziyyətdə mənzil bazarında qiymət artımını əsasən iki səbəblə əlaqələndirir. Bunlardan biri mülkiyyətçilərin daşınmaz əmlak bazarındakı ajiotajdan istifadə etməsi və nəticədə bazarda satılıq mənzillərin azalmasıdır. Yəni insanlar əmlakı bazardan çıxararaq bir müddət sonra daha baha qiymətə satmaq niyyətindədir. Belə olan halda da tələblə təklif bir-birinə uyğun gəlmir.
Ikinci səbəb kimi süni spekulyasiya ilə bağlı amillər əsas gətirilir. Söhbət ondan gedir ki, mülkiyyətçilər satışa çıxardıqları əmlakın qiymətini süni şəkildə qaldırır. Bu da nəticə etibarı ilə evlərin bazarda daha yüksək qiymətlə təklif olunmasına gətirib çıxarır.
Qiymətlərin artımına vergi məsələsi də təsir edir. Qeyd edək ki, daşınmaz əmlakın satışı zamanı iki növ vergi ödənməlidir. Bunlardan biri əmlakın alındığı qiymətlə satıldığı qiymət arasında yaranan fərqdən, başqa sözlə, gəlirdən tutulan gəlir vergisi, digəri isə əlavə dəyər vergisidir. Xatırladaq ki, vergi ödəyicisi üç ildən az yaşadığı əsas yaşayış yerini, əmlakını satırsa, əmlakı aldığı qiymətlə satdığı qiymət arasındakı fərqdən gəlir vergisi ödəməlidir.
Gəlir vergisinin hesablanması mexanizmi isə belədir: 30 min manata qədər olan gəlirdən 14%-lə, 30 mindən artıq olduqda isə 25%-lə vergi tutulur. Vətəndaşın bir neçə evi varsa, onun yalnız biri, üç ildən çox yaşadığı ev vergidən azaddır. Qalanları istənilən halda vergiyə cəlb olunur. Kommersiya obyektlərindən tutulan vergi isə daha yüksək olacaq.
Daşınmaz əmlakın satışı zamanı əlavə dəyər vergisi də tutulacaq. Amma bu vergi növü dəyəri 120 min manatdan artıq əmlaklara şamil olunur. Bu zaman əmlakın qiymətinin 18%-i büdcəyə ödənməlidir. Ekspertlərin fikrincə, bu hal da qiymətlərin artımına təsirsiz ötüşmür. Xüsusən də alverçilər belə vəziyyətdə qiymətləri daha çox artırır.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

28.10.2026 / 22:43
ABŞ-ın İranla müharibə xərcləri 47 milyard dolları keçdi...

28.10.2026 / 22:25
Qərbin Ukraynaya yardımı azalır - Avropa İttifaqı NATO və G7 müttəfiqlərinə çağırış etdi...

28.10.2026 / 22:07
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verdi

28.10.2026 / 21:53
Ermənistan KTMT-dən qovulur...

28.10.2026 / 21:49
Azərbaycan Dövlət Pantomim Teatrının “İblis” tamaşası beynəlxalq festivalda mükafata layiq görülüb

28.10.2026 / 21:35
Azərbaycan BMT nizamnaməsinin 51-ci maddəsinə niyə əl atdı...

28.10.2026 / 21:21
30 il Qarabağ münaqişəsini uzadanlar “bir şeyi" unutmuşdular... Prezident açdı...

28.10.2026 / 21:08
Azərbaycanın iki supergüclə strateji tərəfdaşlığı xüsusi vurğulandı...

28.10.2026 / 20:59
Zəngəzurun İslam memarlığı - Rizvan QARABAĞLI yazır...

28.10.2026 / 20:53
Müharibələrə son qoymaqda çətinlik çəkənlərə Azərbaycanın təcrübəsi təqdim edildi

28.10.2026 / 20:40
“Dəmir yumruq” birliyi tariximizin ən ağır vaxtlarında özünü göstərdi...

28.10.2026 / 20:26
Ana dili məsələsi Bakı-Tehran münasibətlərində vacib elementə çevrilir...

28.10.2026 / 20:18
Sahibə Qafarova ilə İƏT-in baş katibi əməkdaşlığın genişləndirilməsini müzakirə edib - FOTO

28.10.2026 / 20:13
Üç ərəb ölkəsi Türkiyəyə qarşı gediş etdi - Yunanıstan dəstəkləndi...

28.10.2026 / 20:03
İsrail Prezidenti partiyalara çağırış etdi - “…növbəti seçkiyə imkan verməyin”…

28.10.2026 / 19:53
Qətər ABŞ ilə əldə olunan yeni sazişin mətnini İrana təqdim edib

28.10.2026 / 19:51
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalandı - FOTO

28.10.2026 / 19:47
İspaniyada iki sürət qatarı toqquşdu – 64 ölü, çox sayda yaralı var...

28.10.2026 / 19:45
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

28.10.2026 / 19:34
Leyla Əliyeva ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatında iştirak edib - FOTO

28.10.2026 / 19:28
Ermənistan növbədənkənar seçkilərə gedə bilər...

28.10.2026 / 19:12
Qətər müharibəyə son qoymaq üçün İrana yeni bir razılaşma təklif etdi

28.10.2026 / 18:56
İrəvandan Bordyujaya cavab - KTMT-yə qayıtmayacağıq...

28.10.2026 / 18:42
Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” layihəsi çərçivəsində konsertdə iştirak ediblər - FOTO

28.10.2026 / 18:35
“Dialoq Forumu sülh və mədəniyyətin təşviqində mühüm hadisədir” - Əhliman Əmiraslanov

28.10.2026 / 18:22
İpoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edildi

28.10.2026 / 18:10
Azərbaycan Məkkə Konvensiyasını imzaladı

28.10.2026 / 17:55
Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək

28.10.2026 / 17:46
Qarabağın azad edilməsindən sonra Avropa Parlamenti Azərbaycana qarşı 18 qətnamə qəbul edib

28.10.2026 / 17:15
Gözəllik müsabiqəsi qalibinin Trampa qarşı şok ifadələri seçkiqabağı bomba kimi partladı...

28.10.2026 / 17:10
İran + Məkkə Paktı ölkələri İsraili 4 ölkədən çıxmağa çağırdılar - İsrail onları sayacaq?..

28.10.2026 / 16:50
Vətəndaşa cavab verməyən məmurlar 650 manatadək cərimələnəcək

28.10.2026 / 16:33
“Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” haqqında Əsasnamə təsdiqləndi

28.10.2026 / 16:15
Ətin qiymətinə görə Ermənistandan da geridəyik - hesabatı kim yayıb?

28.10.2026 / 15:30
Rusiya BMT-nin Ukrayna məsələsinə qarışmasını rədd etdi...

28.10.2026 / 15:14
Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarıldı...

28.10.2026 / 14:59
Aleşki şəhərindən başladılan atəşkəs bütün Ukraynaya yayıla bilərmi?..

28.10.2026 / 14:43
İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi

28.10.2026 / 14:10
Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqlədi...

28.10.2026 / 13:58
"Borcun olması avtomobillərin satışına qadağa qoyulması demək deyil" – Məhkəmə bankın iddiasını rədd etdi...

28.10.2026 / 13:46
“Sapı özümüzdən olan” qüvvələrin təxribatlarına ayıq-sayıqıq" - Allahşükür Paşazadə

28.10.2026 / 13:44
"Xaos, korrupsiya, qəddarlıq, səriştəsizlik" - Obama Trampın 2 ilini yıxıb-sürüdü...

28.10.2026 / 13:30
Media və Yayım Şurasında Somalinin informasiya, mədəniyyət və turizm naziri ilə görüş keçirildi - FOTO

28.10.2026 / 13:21
Tramp Rubionu paraşütlə Kubaya atmağı təklif etdi – “problemi iki dəqiqəyə həll edər"...

28.10.2026 / 13:08
Belqradda İsrail səfirliyinə bıçaqla hücum edən naməlum şəxs öldürüldü...

28.10.2026 / 12:54
Tramp İranla münaqişənin o istədiyi vaxt bitəcəyini deyir...

28.10.2026 / 12:51
ROZA TÖREKULOVNA AYTMATOVANIN ƏZİZ XATİRƏSİNƏ

28.10.2026 / 12:40
Bakıda dizellə işləyən avtobuslar istismardan çıxarılır - tarix AÇIQLANDI

28.10.2026 / 12:23
Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu 20 dəfə üstələdi...

28.10.2026 / 12:10
Azərbaycanın dövlət borcu açıqlandı

28.10.2026 / 11:48
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

28.10.2026 / 11:35
Sükan arxasında telefonla danışan sürücülərin nəzərinə - 50 manat cərimə gəlir...

28.10.2026 / 11:20
Azərbaycan Məkkə Konvensiyasına qoşulur...

28.10.2026 / 11:12
"Çexiya ilə əlaqələrin dinamik inkişaf etməsi bizi sevindirir" - Prezident

28.10.2026 / 11:10
Bordyuja Ermənistanın KTMT-dən qovulmasını təklif etdi – “özləri çıxsalar yaxşı olar”...

28.10.2026 / 11:06
Prezident İlham Əliyev Petr Paveli təbrik edib

28.10.2026 / 10:47
Prezident: "Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir"

28.10.2026 / 10:43
"Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir" - Prezident

28.10.2026 / 10:41
Prezident İlham Əliyev İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin iclasının iştirakçılarına müraciət etdi

28.10.2026 / 10:39
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - SİYAHI AÇIQLANDI...

28.10.2026 / 10:28
İsraildə seçki düyünü – heç kim təkbaşına hökumət qurmaq üçün lazım olan səsi toplaya bilmədi...

28.10.2026 / 10:11
Azərbaycan nefti ucuzlaşdı - 122 dollar...

28.10.2026 / 09:56
ABŞ “Patriot”larını Yaxın Şərqə yığır…

28.10.2026 / 09:30
Tramp tezliklə Putin və Zelenski ilə görüşəcəyini açıqladı.

28.10.2026 / 08:35
Türkiyədəki “sərmayə olayı” Pasifik Holding-i də vurdu - aktivləri donduruldu

28.10.2026 / 08:21
İsraildə parlament seçkilərində pat vəziyyəti yaranıb - exit-pollar nəticə açıqlaya bilmir

28.10.2026 / 06:26
Türkiyədə səs-küylü “Starlink əməliyyatı” - 85 nəfər saxlandı

27.10.2026 / 22:37
Qazaxıstan rusiyalı avtomobil alıcılarına sanksiya tətbiq etdi – ruslara maşın satışından imtina edilir...

27.10.2026 / 22:15
Konqres Rusiyadan dizel yanacağı alan Amerika şirkətlərini həbslə hədələdi...

27.10.2026 / 21:51
Paşinyan “dövlətyönümlü yeni müxalifətin yaradılması” kursuna başlayır...

27.10.2026 / 21:33
Rusiya bir neçə ayda Ukraynada 240 kv.kilometr ərazi itirdi...

27.10.2026 / 21:16
Vuçiç getdi - Serbiyanın yeni dönəm Azərbaycan siyasəti suallar doğurmağa başladı...

27.10.2026 / 21:04
Ramiz Mehdiyevə hökm oxundu - 14 il iş, bütün əmlakı da müsadirə olundu...

27.10.2026 / 20:59
“Azərbaycan xalqından, 30 il yurdundan məhrum edilmiş insanlardan üzr istənilməlidir” - YENİ TƏLƏB...

27.10.2026 / 20:45
90 faizlik seçici dəstəyi Paşinyanı qorxutdu - mövcud müxalifəti məhv edib yenisini yaradacaq...

27.10.2026 / 20:31
AK Parti iqtidarı Kipr məsələsində güzəştə gedə bilərmi?..

27.10.2026 / 20:17
ABŞ və İsrail İrana qonşu ölkədən (?) hücum edəcəklər...

27.10.2026 / 20:04
Zəfərdən sonra Azərbaycanın qəsdinə qalxmış 3 ölkənin biri Əliyevin qəbuluna gəldi...

27.10.2026 / 19:45
Bakı Təşəbbüs Qrupu Fransanın Korsika qərarını sərt tənqid etdi - Makron rejimi qorxur...

27.10.2026 / 19:28
Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası olub

27.10.2026 / 19:12
Avropadan Putinə bir ildən sonra ilk dəfə zəng gəldi – biz öz adımızdan danışırıq...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ