Cümə axşamı günü, 29 oktyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
ARDNŞ və Dövlət Neft Fondu keyfiyyətcə tam yeni işbirliyi ərəfəsində...
Tarix: 13.03.2015 / 03:09
Bölmə: İqtisadiyyat
İndiyə qədər daha çox xarici investorlara fayda verən iş üsulu necə aradan qaldırılacaq?
Dünya praktikasında, xüsusən də Qərb ölkələrində maliyyə cəlbi üçün qiymətli kağızlardan istifadə halları kifayət qədər geniş yayılıb. Əksər Avropa ölkələrində, eləcə də ABŞ-da dövlət və özəl müəssisələr tərəfindən böyük həcmdə qiymətli kağızların buraxılışı həyata keçirilir. Belə kağızlara dünya birjalarında tələbat da kifayət qədər yüksək olur.
Azərbaycanda da maliyyə cəlbi üçün qiymətli kağızlardan istifadəyə meyl artır. Düzdür, şirkətlərin heç də hamısı maliyyə ehtiyaclarını qarşılamaq üçün bu praktikadan istifadə etmir. Lakin qeyd edilən səpkidə müvafiq addım atanlara da rast gəlmək olur ki, onların sırasında ARDNŞ daha çox seçilir. Yeri gəlmişkən qeyd edək ki, ARDNŞ rəhbəri Rövnəq Abdullayev bildirib ki, şirkət növbəti dəfə avrobondların buraxılışını planlaşdırır. O qeyd edib ki, bu, neft qiymətlərinin azalması ilə bağlı deyil. ARDNŞ-in üçüncü avrobondlarının buraxılması "Deutsche Bank" və "ЖP Morgan" tərəfindən təşkil olunacaq. Ancaq buraxılışın həcmi məlum deyil. Öncə investorlarla danışıqlar aparılacaq.
Xatırladaq ki, ARDNŞ artıq iki istiqrazın buraxılışını həyata keçirib. İlk buraxılış 500 milyon dollar həcmində 5,45 faiz gəlirlə 2012-ci ildə həyata keçirilmişdi. İkinci buraxılış isə 2013-cü ilin martında CEEMEA bazarında 1 milyard dollar həcmində 10 il müddətinə 4.75% gəlir dərəcəsi ilə buraxılmışdı. İkinci buraxılışda tələb emissiyanın məbləğindən iki dəfə çox olmuşdu. Ekspertlər qeyd edir ki, atılan addımlar qiymətli kağızlar bazarının inkişafı baxımından mühüm addımdır. Lakin burada mütləq nəzərə alınmalı olan digər nüanslar da var. Əvvəla, ARDNŞ-in avrobondların yerləşdirilməsi yönündəki qərarı şirkətin borclanması deməkdir. Ekspertlər deyir ki, birinci və ikinci mərhələdə avrobondların buraxılması zamanı Neft Şirkəti öz borclarını heç də aşağı faizlə yerləşdirməyib. Yəni birinci buraxılışda Neft Şirkəti öz borclarını 5,45 faizlə, ikinci buraxılışda 4.75 faizlə yerləşdirib. Deməli, şirkət aldığı borc üzrə bu qədər əlavə faiz ödəyəcək. Maraqlıdır ki, Dövlət Neft Fondu (DNF) öz vəsaitlərini ABŞ-da, eləcə də avrozonada illik gəliri orta hesabla 1 faiz olan səhmlərin alınmasına yönəldir. Düzdür, Neft Fondunun əsas yanaşması neft gəlirlərinin daha risqsiz istiqamətlərdə saxlanmasıdır. Neft Şirkəti də səhmləri buraxmaqla risq dərəcəsinin azaldığını diqqətə çatdırır. Məhz belə vəziyyətdə Neft Fondu ARDNŞ-in səhmlərini almaqla daha çox gəlir əldə edə, Neft Şirkəti isə fonddan borclanaraq daha aşağı faizlə borc götürə bilər.
Ekspertlərin fikrincə, ARDNŞ-in borclanma, eləcə də DNF-nin səhmlərin yerləşdirilməsi yönündəki siyasəti iki qurum arasında koordinasiyanın olması zərurətini üzə çıxarır. İndiki vəziyyətdə isə hər iki qurumun anlaşmalarından udan tərəf xarici investorlardır. Yuxarıda qeyd olunduğu kimi, avrobondların yerləşdirilməsi qərarı Neft Şirkətinin uzunmüddətli dövr üçün borclanmasıdır. Borc üzrə faizlərin müqayisəsi isə göstərir ki, ARDNŞ il ərzində xeyli vəsait ödəyəcək. Onu da qeyd edək ki, ARDNŞ dövlət şirkəti olduğundan, Azərbaycan dövləti bu qurum vasitəsilə borclanmaya gedib. Gələcəkdə şirkət öz öhdəliklərini yerinə yetirə bilməsə, dövlət bu vəsaiti ödəməyə məcbur olacaq. Hər halda, bütün bu məsələlərin nəzərə alınması vacibdir. Digər tərəfdən onu da qeyd edək ki, ARDNŞ-in borcları qaytaracağı dövr ölkədə neft hasilatanın azalacağı vaxta təsadüf edir. Bu mənada şirkətin xarici öhdəliklərdən mümkün qədər tez azad olması da zəruri əhəmiyyət kəsb edir. Hesab edilir ki, neftin qiyməti yüksələrsə, şirkət bu məsələni nəzərdən keçirməlidir.
Neftin qiymətində isə yeni yüksəliş mərhələsi gözlənir. Çünki ucuz qiymət artıq ABŞ və Səudiyyə Ərəbistanı üçün ciddi problemə çevrilib. ABŞ əvvəlki hasilatı bərpa etmək üçün qiymətlərin artımına xüsusi maraq göstərir. Eyni mövqe Səudiyyə Ərəbistanı tərəfindən də sərgilənir. "A.Gary Shilling" konsaltinq şirkətinin prezidenti, məşhur iqtisadçı Harri Şillinq qeyd edir ki, Səudiyyə Ərəbistanının öz büdcəsini maliyyələşdirə bilməsi üçün neftin qiyməti 1 barrel üçün 90 dollar olmalıdır. Digər tərəfdən, Səudiyyə Ərəbistanı hökumətinin ümumi gəlirlər strukturunda neft gəlirlərinin payı, demək olar ki, 92%-dir. Onu da nəzərə almaq lazımdır ki, dövlət xərcləri sürətlə artmaqda davam edir. Burada 2014-cü ildə planlı dövlət xərcləri 290 milyard dollardan artıq olub. Neftin orta illik qiyməti 97,5 dollar hüdudunda olub və Səudiyyə Ərəbistanı 2009-cu ildən etibarən ilk dəfə dövlət büdcəsi defisitinə daxil olub. Neft qiymətlərinin azalması vasitəsilə əlavə xərclərin aradan qaldırılması təkcə iqtisadi tənəzzülə səbəb olmaz, həm də son 10 ildə zənginliyə öyrəşmiş cəmiyyətin güclü sosial narahatlığına gətirə bilər. İndi ərəblər üçün məqbul hüdud səviyyəsi 1 barrel üçün 100 dollardır.
Elə buna görə də Səudiyyə Ərəbistanı neftin qiymətinin yüksəlməsində maraqlıdır. Beləliklə, yaxın tezlikdə dünya bazarlarında neftin qiyməti yüksələcək. Bu vəziyyətdə ARDNŞ-in xarici borc öhdəliklərini azaltması da zəruri sayılır.
DİGƏR XƏBƏRLƏR
Tarix: 28.10.2026 / 18:22
İpoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edildi
Tarix: 28.10.2026 / 16:15
Ətin qiymətinə görə Ermənistandan da geridəyik -
hesabatı kim yayıb?
Tarix: 28.10.2026 / 12:23
Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu 20 dəfə üstələdi...
Tarix: 28.10.2026 / 12:10
Azərbaycanın dövlət borcu açıqlandı
Tarix: 28.10.2026 / 10:11
Azərbaycan nefti ucuzlaşdı
- 122 dollar...
Tarix: 27.10.2026 / 18:56
Azərbaycan Rusiya ilə təbii qaz alışı sazişi imzalayacaq...
Tarix: 27.10.2026 / 18:02
Azərbaycana mal əti idxalı kəskin artdı - yerli istehsal "ölür", bazar bahalaşır...
Tarix: 26.10.2026 / 21:46
Naxçıvanın büdcəsi 13 milyon kəsildi
- maraqlı səbəblərdən danışılır...
Tarix: 26.10.2026 / 11:50
Kimlərin pensiyalarına əlavələr ediləcək?
- AÇIQLANDI...
Tarix: 23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..
Tarix: 23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...
Tarix: 23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq
- xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...
Tarix: 22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…
Tarix: 22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...
SON XƏBƏRLƏR
28.10.2026 / 22:43
ABŞ-ın İranla müharibə xərcləri 47 milyard dolları keçdi...
28.10.2026 / 22:25
Qərbin Ukraynaya yardımı azalır
- Avropa İttifaqı NATO və G7 müttəfiqlərinə çağırış etdi...
28.10.2026 / 22:07
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verdi
28.10.2026 / 21:53
Ermənistan KTMT-dən qovulur...
28.10.2026 / 21:49
Azərbaycan Dövlət Pantomim Teatrının “İblis” tamaşası beynəlxalq festivalda mükafata layiq görülüb
28.10.2026 / 21:35
Azərbaycan BMT nizamnaməsinin 51-ci maddəsinə niyə əl atdı...
28.10.2026 / 21:21
30 il Qarabağ münaqişəsini uzadanlar “bir şeyi" unutmuşdular...
Prezident açdı...
28.10.2026 / 21:08
Azərbaycanın iki supergüclə strateji tərəfdaşlığı xüsusi vurğulandı...
28.10.2026 / 20:59
Zəngəzurun İslam memarlığı
- Rizvan QARABAĞLI yazır...
28.10.2026 / 20:53
Müharibələrə son qoymaqda çətinlik çəkənlərə Azərbaycanın təcrübəsi təqdim edildi
28.10.2026 / 20:40
“Dəmir yumruq” birliyi tariximizin ən ağır vaxtlarında özünü göstərdi...
28.10.2026 / 20:26
Ana dili məsələsi Bakı-Tehran münasibətlərində vacib elementə çevrilir...
28.10.2026 / 20:18
Sahibə Qafarova ilə İƏT-in baş katibi əməkdaşlığın genişləndirilməsini müzakirə edib
- FOTO
28.10.2026 / 20:13
Üç ərəb ölkəsi Türkiyəyə qarşı gediş etdi -
Yunanıstan dəstəkləndi...
28.10.2026 / 20:03
İsrail Prezidenti partiyalara çağırış etdi -
“…növbəti seçkiyə imkan verməyin”…
28.10.2026 / 19:53
Qətər ABŞ ilə əldə olunan yeni sazişin mətnini İrana təqdim edib
28.10.2026 / 19:51
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalandı
- FOTO
28.10.2026 / 19:47
İspaniyada iki sürət qatarı toqquşdu
– 64 ölü, çox sayda yaralı var...
28.10.2026 / 19:45
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
28.10.2026 / 19:34
Leyla Əliyeva ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatında iştirak edib
- FOTO
28.10.2026 / 19:28
Ermənistan növbədənkənar seçkilərə gedə bilər...
28.10.2026 / 19:12
Qətər müharibəyə son qoymaq üçün İrana yeni bir razılaşma təklif etdi
28.10.2026 / 18:56
İrəvandan Bordyujaya cavab
- KTMT-yə qayıtmayacağıq...
28.10.2026 / 18:42
Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” layihəsi çərçivəsində konsertdə iştirak ediblər
- FOTO
28.10.2026 / 18:35
“Dialoq Forumu sülh və mədəniyyətin təşviqində mühüm hadisədir”
- Əhliman Əmiraslanov
28.10.2026 / 18:22
İpoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edildi
28.10.2026 / 18:10
Azərbaycan Məkkə Konvensiyasını imzaladı
28.10.2026 / 17:55
Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək
28.10.2026 / 17:46
Qarabağın azad edilməsindən sonra Avropa Parlamenti Azərbaycana qarşı 18 qətnamə qəbul edib
28.10.2026 / 17:15
Gözəllik müsabiqəsi qalibinin Trampa qarşı şok ifadələri seçkiqabağı bomba kimi partladı...
28.10.2026 / 17:10
İran + Məkkə Paktı ölkələri İsraili 4 ölkədən çıxmağa çağırdılar -
İsrail onları sayacaq?..
28.10.2026 / 16:50
Vətəndaşa cavab verməyən məmurlar 650 manatadək cərimələnəcək
28.10.2026 / 16:33
“Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” haqqında Əsasnamə təsdiqləndi
28.10.2026 / 16:15
Ətin qiymətinə görə Ermənistandan da geridəyik -
hesabatı kim yayıb?
28.10.2026 / 15:30
Rusiya BMT-nin Ukrayna məsələsinə qarışmasını rədd etdi...
28.10.2026 / 15:14
Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarıldı...
28.10.2026 / 14:59
Aleşki şəhərindən başladılan atəşkəs bütün Ukraynaya yayıla bilərmi?..
28.10.2026 / 14:43
İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi
28.10.2026 / 14:10
Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqlədi...
28.10.2026 / 13:58
"Borcun olması avtomobillərin satışına qadağa qoyulması demək deyil"
– Məhkəmə bankın iddiasını rədd etdi...
28.10.2026 / 13:46
“Sapı özümüzdən olan” qüvvələrin təxribatlarına ayıq-sayıqıq"
- Allahşükür Paşazadə
28.10.2026 / 13:44
"Xaos, korrupsiya, qəddarlıq, səriştəsizlik" -
Obama Trampın 2 ilini yıxıb-sürüdü...
28.10.2026 / 13:30
Media və Yayım Şurasında Somalinin informasiya, mədəniyyət və turizm naziri ilə görüş keçirildi
- FOTO
28.10.2026 / 13:21
Tramp Rubionu paraşütlə Kubaya atmağı təklif etdi
– “problemi iki dəqiqəyə həll edər"...
28.10.2026 / 13:08
Belqradda İsrail səfirliyinə bıçaqla hücum edən naməlum şəxs öldürüldü...
28.10.2026 / 12:54
Tramp İranla münaqişənin o istədiyi vaxt bitəcəyini deyir...
28.10.2026 / 12:51
ROZA TÖREKULOVNA AYTMATOVANIN ƏZİZ XATİRƏSİNƏ
28.10.2026 / 12:40
Bakıda dizellə işləyən avtobuslar istismardan çıxarılır
- tarix AÇIQLANDI
28.10.2026 / 12:23
Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu 20 dəfə üstələdi...
28.10.2026 / 12:10
Azərbaycanın dövlət borcu açıqlandı
28.10.2026 / 11:48
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək
28.10.2026 / 11:35
Sükan arxasında telefonla danışan sürücülərin nəzərinə
- 50 manat cərimə gəlir...
28.10.2026 / 11:20
Azərbaycan Məkkə Konvensiyasına qoşulur...
28.10.2026 / 11:12
"Çexiya ilə əlaqələrin dinamik inkişaf etməsi bizi sevindirir"
- Prezident
28.10.2026 / 11:10
Bordyuja Ermənistanın KTMT-dən qovulmasını təklif etdi
– “özləri çıxsalar yaxşı olar”...
28.10.2026 / 11:06
Prezident İlham Əliyev Petr Paveli təbrik edib
28.10.2026 / 10:47
Prezident: "Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir"
28.10.2026 / 10:43
"Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir"
- Prezident
28.10.2026 / 10:41
Prezident İlham Əliyev İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin iclasının iştirakçılarına müraciət etdi
28.10.2026 / 10:39
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları
- SİYAHI AÇIQLANDI...
28.10.2026 / 10:28
İsraildə seçki düyünü
– heç kim təkbaşına hökumət qurmaq üçün lazım olan səsi toplaya bilmədi...
28.10.2026 / 10:11
Azərbaycan nefti ucuzlaşdı
- 122 dollar...
28.10.2026 / 09:56
ABŞ “Patriot”larını Yaxın Şərqə yığır…
28.10.2026 / 09:30
Tramp tezliklə Putin və Zelenski ilə görüşəcəyini açıqladı.
28.10.2026 / 08:35
Türkiyədəki “sərmayə olayı” Pasifik Holding-i də vurdu -
aktivləri donduruldu
28.10.2026 / 08:21
İsraildə parlament seçkilərində pat vəziyyəti yaranıb -
exit-pollar nəticə açıqlaya bilmir
28.10.2026 / 06:26
Türkiyədə səs-küylü “Starlink əməliyyatı” -
85 nəfər saxlandı
27.10.2026 / 22:37
Qazaxıstan rusiyalı avtomobil alıcılarına sanksiya tətbiq etdi
– ruslara maşın satışından imtina edilir...
27.10.2026 / 22:15
Konqres Rusiyadan dizel yanacağı alan Amerika şirkətlərini həbslə hədələdi...
27.10.2026 / 21:51
Paşinyan “dövlətyönümlü yeni müxalifətin yaradılması” kursuna başlayır...
27.10.2026 / 21:33
Rusiya bir neçə ayda Ukraynada 240 kv.kilometr ərazi itirdi...
27.10.2026 / 21:16
Vuçiç getdi - Serbiyanın yeni dönəm Azərbaycan siyasəti suallar doğurmağa başladı...
27.10.2026 / 21:04
Ramiz Mehdiyevə hökm oxundu
- 14 il iş, bütün əmlakı da müsadirə olundu...
27.10.2026 / 20:59
“Azərbaycan xalqından, 30 il yurdundan məhrum edilmiş insanlardan üzr istənilməlidir”
- YENİ TƏLƏB...
27.10.2026 / 20:45
90 faizlik seçici dəstəyi Paşinyanı qorxutdu -
mövcud müxalifəti məhv edib yenisini yaradacaq...
27.10.2026 / 20:31
AK Parti iqtidarı Kipr məsələsində güzəştə gedə bilərmi?..
27.10.2026 / 20:17
ABŞ və İsrail İrana qonşu ölkədən (?) hücum edəcəklər...
27.10.2026 / 20:04
Zəfərdən sonra Azərbaycanın qəsdinə qalxmış 3 ölkənin biri Əliyevin qəbuluna gəldi...
27.10.2026 / 19:45
Bakı Təşəbbüs Qrupu Fransanın Korsika qərarını sərt tənqid etdi
- Makron rejimi qorxur...
27.10.2026 / 19:28
Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası olub
27.10.2026 / 19:12
Avropadan Putinə bir ildən sonra ilk dəfə zəng gəldi
– biz öz adımızdan danışırıq...
Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...
Populyar xəbərlər
Tarix: 08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..
Tarix: 10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı...
- VİDEO
Tarix: 07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...
Tarix: 02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub -
"fərqli əmsallar" nə deməkdir?
XƏBƏR ARXİVİ