Azərbaycan Cənub-Şərqi Avropaya "Cənub axını" və ya "Türkiyə axını" layihəsi vasitəsilə ilə 63 mlrd. kubmetr qaz ixrac etmək istəyən Rusiya il rəqabət aparmır.
"APA-Economics"in məlumatına görə, bunu "Euractiv” saytına müsahibəsində Azərbaycanın energetika naziri Natiq Əliyev Bolqarıstanın baş naziri Boyko Borisovla Azərbaycan prezidenti İlham Əliyevin görüşündə müzakirə olunan məsələlərə münasibət bildirərkən deyib.
"Hal-hazırda Azərbaycan 2019-2020-ci illər ərzində Avropa İttifaqı ölkələrini 10 milyard kubmetr qazla təchiz etməyi planlaşdırır. Bu, Rusiyanın ixrac planları ilə müqayisədə daha kiçik rəqəmdir", - deyə N. Əliyev qeyd edib.
Nazirin sözlərinə görə, Bolqarıstanın baş naziri Azərbaycan prezidenti ilə görüş zamanı "Nabucco” layihəsinin dirçəldilməsi məsələsini qaldırıb.