Azərbaycanda sterilizasiya qurğusunun istismara verilməsi üçün infrastruktur yaradılıb. Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) deyiblər.
Layihə daha əvvəl Beynəlxalq Atom Enerjisi Agentliyinin elan etdiyi tenderin qalibi olan Macarıstanın İzotoplar İnstitutu tərəfindən reallaşdırılır. Sterilizasiya qurğusu Qobu qəsəbəsində yerləşib.
Apreldə bu qurğunun istismara verilməsi üçün zəruri olan izotop mənbələrin ölkəyə tədarük ediləcəyi gözlənilir.
Sterilizasiya qurğusu mikrobların məhv edilməsi üçün qamma şüalanma metodunu tətbiq etməyə imkan verir ki, bu da öz növbəsində, kənd təsərrüfatı məhsullarının (taxıl, ət məhsulları, quru meyvələr, kartof və s.), tibbi preparatların və s. saxlanılması müddətini artırır.