"Prezidentin sərəncamından sonra biz istifadəsiz torpaqların monitorinqinə başlamışıq. Hal-hazırda istifadəsiz torpaqların sahəsi müəyyənləşdirilir. Onun səbəbləri də aydınlaşdırıldıqdan sonra tərəfimizdən aidiyyatı təkliflər təqdim olunacaq”.
"APA-Economics”ə verilən məlumata görə, bunu kənd təsərrüfatı naziri Heydər Əsədov "Aqrolizinq” ASC-nin 2014-cü ildəki fəaliyyətinə həsr olunmuş müşavirədə deyib.
H. Əsədovun sözlərinə görə, istifadəsiz torpaqlara əlavə vergilər tətbiq olunacaq. Nazirin sözlərinə görə, dünya praktikasında da tətbiq olunan metodların birinin tətbiq olunması nəzərdə tutulur.