Cümə axşamı günü, 29 oktyabr 2026
     

Avtomobil bazarımızda böyük durğunluq...

Image


Son bir il ərzində avtomobil bazarında yaranan vəziyyət burada durğunluğun hələ də davam etdiyini və getdikcə dərinləşdiyini göstərir. Elə bunun nəticəsidir ki, Azərbaycana gətirilən maşınların sayında kəskin azalma müşahidə olunur. Məsələn, cari ilin yanvarında Azərbaycana 4 090 ədəd avtonəqliyyat vasitəsi idxal edilib. 2014-cü ilin analoji dövründə bu rəqəm 6 477 ədəd olub. Beləliklə, idxalda kəskin azalma qeydə alınıb.
Azalma ötən il ərzində də özünü qabarıq şəkildə büruzə verib. Məlumat üçün qeyd edək ki, ötən il ərzində Azərbaycana 63 368 ədəd avtomobil idxal olunub. Bu göstərici 2013-cü illə müqayisədə 41 017 avtomobil və ya 39,3% azdır. Qeyd edilən rəqəmlər avtomobil bazarında tələbatın kəskin surətdə azalmasının da göstəricisi sayıla bilər.
Ekspertlər isə bildirir ki, "Avro 4" standartının tətbiqindən sonra Azərbaycana avtomobil idxalının azalacağı gözlənilən idi. İli köhnə olan avtomobillərin ölkəyə gətirilməməsi ilə yanaşı, yeni avtomobillərə tələbatın nisbətən zəif olması da avtomobil idxalına təsir göstərən amillərdəndir. Maşın bazarında durğunluğa qiymət amili də təsir edir. "Avro 4" standartının tətbiqi, praktiki olaraq, daha bahalı avtmobillərin gətirilməsi deməkdir və bu da, təbii ki, ölkəyə gətirilən avtomobillərin sayına təsir göstərir. Köhnə avtomobillərin gətirilməsinə məhdudiyyətin qoyulması Gürcüstandan gətirilən avtomobillərdə də özünü göstərir. Ekspertlər bildirir ki, ölkəyə avtomobil idxalı bundan sonra da kəskin azalacaq.
Qiymət məsələsinə gəlincə, burada kəskin artım var. Məsələn, Gürcüstandan Azərbaycana ixrac olunan avtomobillərin orta qiyməti 2,5 dəfə artıb. Belə ki, 2014-cü ilin ilk ayında 2 min 381 avtomobil üçün 20,4 milyon dollar ödənilib. Bu isə o deməkdir ki, ötən ilin yanvarında Gürcüstandan Azərbaycana gətirilən avtomobillərin orta qiyməti 8,5 min dollar olduğu halda, bu ilin yanvarında 20,3 min dollar təşkil edib. Avtomobillərin orta qiymətinin son bir il ərzində 2,5 dəfə artmasının əsas səbəbi, yuxarıda qeyd olunduğu kimi, odur ki, "Avro-4" standartına cavab verməyən avtomobillərin ölkəyə gətirilməsinə ötən ilin aprel ayının 1-dən etibarən qadağa qoyulub. Əvvəllər Gürcüstandan Azərbaycana buraxılış ili köhnə olan ucuz avtomobillər gətirilirdi. Qeyd olunan qadağadan sonra ölkəyə buraxılış ili yeni olan avtomobillər gətirildi ki, bunların da qiyməti yüksəkdir. Bütün bunlar bazarda durğunluğa yol açan əsas amillər sırasında yer alır. Daha bir fakt isə odur ki, maşın bazarında durğunluq maşın alveri ilə məşğul olanların sayının azalması ilə bağlıdır. Belə şəxslər daha çox köhnə avtomobillər gətirirdi. Yeni standartların tətbiqi isə daha bahalı avtomaşınların gətirilməsini tələb edir ki, buna da əksər maşın alverçilərinin maliyyə imkanları yetmir. Belə vəziyyət isə avtomobil bazarlarına təsirsiz ötüşmür.
Dollar və avronun bahalaşması da maşın bazarına üz tutanların sayını azaldıb. İnsanlar əllərində olan manatı avro və ya dollara çevirib maşın almağa indi maraq göstərmir. Maşın almaq üçün kredit götürənlərin sayında da azalma var. Bəzi ekspertlər hesab edir ki, əslində, Azərbaycanda nəqliyyat vasitələri əldə etmək istəyən şəxslər kifayət qədərdir. Lakin burada bir nüans da var ki, əvvəllər banklar vasitəsilə avtomobil almaq üçün kreditlər verilirdi. İndi həmin kreditlər məhdudlaşdırılıb. Halbuki, bizdə il ərzində avtomobil satışının yarıdan çoxu banklar hesabına həyata keçirilirdi. Nəticə etibarilə, istər qanunvericilikdə idxalla bağlı yeniliklər, istərsə də banklar vasitəsilə kreditlərin dayandırılması və bu tip məsələlər avtomobil bazarında durğunluqlara gətirib çıxarır. Bu sahədə vəziyyət dəyişməyənə qədər isə maşın bazarında istənilən fəallığın yaşanması gözlənilmir.
Digər tərəfdən, nəinki köhnə, eləcə də təzə avtomobillərin satışını azaldan səbəb yanacağın ötən ilin sonunda bahalaşmasıdır. Ölkədə yanacağın qiyməti 30%-ə qədər qalxıb. Yanacaq baha olanda vətəndaşa sərf eləmir ki, avtomobilə əlavə xərc ödəsin. Ekspertlər burada da yanacaq qiymətinə diqqət çəkir. Belə ki, Bakıda hər yerdə yeraltı, yerüstü dayanacaqlar olsa da, qiymətlər sərfəli deyil. Bir çox yerlərdə qiymətlər 1 saat üçün 1 manatdır. Üstəlik, bu gün şəhərdə müxtəlif yerlərdə qurulan parkomatlarla da bağlı eyni vəziyyət hökm sürür. Burada da xidmət saata görə 1 manatdır. Təbii ki, bu hallar da avtomobil sahibi olmaq istəyən şəxsin son qərarına təsir edir. Yaranmış vəziyyətdə qiymətlərin aşağı düşməsi də istisna olunmur. Belə ki, durğunluq fonunda avtomobillərin qiymətlərinin aşağı düşməsi qaçılmaz sayılır. Çünki bazara əlavə pul vəsaiti daxil olmadığından qiymətlərin düşməsi mütləq hal sayılır. Lakin istənilən halda, avtomobil bazarında əvvəlki fəallığın müşahidə olunması ciddi sual altındadır.




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

28.10.2026 / 22:43
ABŞ-ın İranla müharibə xərcləri 47 milyard dolları keçdi...

28.10.2026 / 22:25
Qərbin Ukraynaya yardımı azalır - Avropa İttifaqı NATO və G7 müttəfiqlərinə çağırış etdi...

28.10.2026 / 22:07
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verdi

28.10.2026 / 21:53
Ermənistan KTMT-dən qovulur...

28.10.2026 / 21:49
Azərbaycan Dövlət Pantomim Teatrının “İblis” tamaşası beynəlxalq festivalda mükafata layiq görülüb

28.10.2026 / 21:35
Azərbaycan BMT nizamnaməsinin 51-ci maddəsinə niyə əl atdı...

28.10.2026 / 21:21
30 il Qarabağ münaqişəsini uzadanlar “bir şeyi" unutmuşdular... Prezident açdı...

28.10.2026 / 21:08
Azərbaycanın iki supergüclə strateji tərəfdaşlığı xüsusi vurğulandı...

28.10.2026 / 20:59
Zəngəzurun İslam memarlığı - Rizvan QARABAĞLI yazır...

28.10.2026 / 20:53
Müharibələrə son qoymaqda çətinlik çəkənlərə Azərbaycanın təcrübəsi təqdim edildi

28.10.2026 / 20:40
“Dəmir yumruq” birliyi tariximizin ən ağır vaxtlarında özünü göstərdi...

28.10.2026 / 20:26
Ana dili məsələsi Bakı-Tehran münasibətlərində vacib elementə çevrilir...

28.10.2026 / 20:18
Sahibə Qafarova ilə İƏT-in baş katibi əməkdaşlığın genişləndirilməsini müzakirə edib - FOTO

28.10.2026 / 20:13
Üç ərəb ölkəsi Türkiyəyə qarşı gediş etdi - Yunanıstan dəstəkləndi...

28.10.2026 / 20:03
İsrail Prezidenti partiyalara çağırış etdi - “…növbəti seçkiyə imkan verməyin”…

28.10.2026 / 19:53
Qətər ABŞ ilə əldə olunan yeni sazişin mətnini İrana təqdim edib

28.10.2026 / 19:51
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalandı - FOTO

28.10.2026 / 19:47
İspaniyada iki sürət qatarı toqquşdu – 64 ölü, çox sayda yaralı var...

28.10.2026 / 19:45
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

28.10.2026 / 19:34
Leyla Əliyeva ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatında iştirak edib - FOTO

28.10.2026 / 19:28
Ermənistan növbədənkənar seçkilərə gedə bilər...

28.10.2026 / 19:12
Qətər müharibəyə son qoymaq üçün İrana yeni bir razılaşma təklif etdi

28.10.2026 / 18:56
İrəvandan Bordyujaya cavab - KTMT-yə qayıtmayacağıq...

28.10.2026 / 18:42
Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” layihəsi çərçivəsində konsertdə iştirak ediblər - FOTO

28.10.2026 / 18:35
“Dialoq Forumu sülh və mədəniyyətin təşviqində mühüm hadisədir” - Əhliman Əmiraslanov

28.10.2026 / 18:22
İpoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edildi

28.10.2026 / 18:10
Azərbaycan Məkkə Konvensiyasını imzaladı

28.10.2026 / 17:55
Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək

28.10.2026 / 17:46
Qarabağın azad edilməsindən sonra Avropa Parlamenti Azərbaycana qarşı 18 qətnamə qəbul edib

28.10.2026 / 17:15
Gözəllik müsabiqəsi qalibinin Trampa qarşı şok ifadələri seçkiqabağı bomba kimi partladı...

28.10.2026 / 17:10
İran + Məkkə Paktı ölkələri İsraili 4 ölkədən çıxmağa çağırdılar - İsrail onları sayacaq?..

28.10.2026 / 16:50
Vətəndaşa cavab verməyən məmurlar 650 manatadək cərimələnəcək

28.10.2026 / 16:33
“Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” haqqında Əsasnamə təsdiqləndi

28.10.2026 / 16:15
Ətin qiymətinə görə Ermənistandan da geridəyik - hesabatı kim yayıb?

28.10.2026 / 15:30
Rusiya BMT-nin Ukrayna məsələsinə qarışmasını rədd etdi...

28.10.2026 / 15:14
Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarıldı...

28.10.2026 / 14:59
Aleşki şəhərindən başladılan atəşkəs bütün Ukraynaya yayıla bilərmi?..

28.10.2026 / 14:43
İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi

28.10.2026 / 14:10
Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqlədi...

28.10.2026 / 13:58
"Borcun olması avtomobillərin satışına qadağa qoyulması demək deyil" – Məhkəmə bankın iddiasını rədd etdi...

28.10.2026 / 13:46
“Sapı özümüzdən olan” qüvvələrin təxribatlarına ayıq-sayıqıq" - Allahşükür Paşazadə

28.10.2026 / 13:44
"Xaos, korrupsiya, qəddarlıq, səriştəsizlik" - Obama Trampın 2 ilini yıxıb-sürüdü...

28.10.2026 / 13:30
Media və Yayım Şurasında Somalinin informasiya, mədəniyyət və turizm naziri ilə görüş keçirildi - FOTO

28.10.2026 / 13:21
Tramp Rubionu paraşütlə Kubaya atmağı təklif etdi – “problemi iki dəqiqəyə həll edər"...

28.10.2026 / 13:08
Belqradda İsrail səfirliyinə bıçaqla hücum edən naməlum şəxs öldürüldü...

28.10.2026 / 12:54
Tramp İranla münaqişənin o istədiyi vaxt bitəcəyini deyir...

28.10.2026 / 12:51
ROZA TÖREKULOVNA AYTMATOVANIN ƏZİZ XATİRƏSİNƏ

28.10.2026 / 12:40
Bakıda dizellə işləyən avtobuslar istismardan çıxarılır - tarix AÇIQLANDI

28.10.2026 / 12:23
Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu 20 dəfə üstələdi...

28.10.2026 / 12:10
Azərbaycanın dövlət borcu açıqlandı

28.10.2026 / 11:48
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

28.10.2026 / 11:35
Sükan arxasında telefonla danışan sürücülərin nəzərinə - 50 manat cərimə gəlir...

28.10.2026 / 11:20
Azərbaycan Məkkə Konvensiyasına qoşulur...

28.10.2026 / 11:12
"Çexiya ilə əlaqələrin dinamik inkişaf etməsi bizi sevindirir" - Prezident

28.10.2026 / 11:10
Bordyuja Ermənistanın KTMT-dən qovulmasını təklif etdi – “özləri çıxsalar yaxşı olar”...

28.10.2026 / 11:06
Prezident İlham Əliyev Petr Paveli təbrik edib

28.10.2026 / 10:47
Prezident: "Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir"

28.10.2026 / 10:43
"Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir" - Prezident

28.10.2026 / 10:41
Prezident İlham Əliyev İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin iclasının iştirakçılarına müraciət etdi

28.10.2026 / 10:39
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - SİYAHI AÇIQLANDI...

28.10.2026 / 10:28
İsraildə seçki düyünü – heç kim təkbaşına hökumət qurmaq üçün lazım olan səsi toplaya bilmədi...

28.10.2026 / 10:11
Azərbaycan nefti ucuzlaşdı - 122 dollar...

28.10.2026 / 09:56
ABŞ “Patriot”larını Yaxın Şərqə yığır…

28.10.2026 / 09:30
Tramp tezliklə Putin və Zelenski ilə görüşəcəyini açıqladı.

28.10.2026 / 08:35
Türkiyədəki “sərmayə olayı” Pasifik Holding-i də vurdu - aktivləri donduruldu

28.10.2026 / 08:21
İsraildə parlament seçkilərində pat vəziyyəti yaranıb - exit-pollar nəticə açıqlaya bilmir

28.10.2026 / 06:26
Türkiyədə səs-küylü “Starlink əməliyyatı” - 85 nəfər saxlandı

27.10.2026 / 22:37
Qazaxıstan rusiyalı avtomobil alıcılarına sanksiya tətbiq etdi – ruslara maşın satışından imtina edilir...

27.10.2026 / 22:15
Konqres Rusiyadan dizel yanacağı alan Amerika şirkətlərini həbslə hədələdi...

27.10.2026 / 21:51
Paşinyan “dövlətyönümlü yeni müxalifətin yaradılması” kursuna başlayır...

27.10.2026 / 21:33
Rusiya bir neçə ayda Ukraynada 240 kv.kilometr ərazi itirdi...

27.10.2026 / 21:16
Vuçiç getdi - Serbiyanın yeni dönəm Azərbaycan siyasəti suallar doğurmağa başladı...

27.10.2026 / 21:04
Ramiz Mehdiyevə hökm oxundu - 14 il iş, bütün əmlakı da müsadirə olundu...

27.10.2026 / 20:59
“Azərbaycan xalqından, 30 il yurdundan məhrum edilmiş insanlardan üzr istənilməlidir” - YENİ TƏLƏB...

27.10.2026 / 20:45
90 faizlik seçici dəstəyi Paşinyanı qorxutdu - mövcud müxalifəti məhv edib yenisini yaradacaq...

27.10.2026 / 20:31
AK Parti iqtidarı Kipr məsələsində güzəştə gedə bilərmi?..

27.10.2026 / 20:17
ABŞ və İsrail İrana qonşu ölkədən (?) hücum edəcəklər...

27.10.2026 / 20:04
Zəfərdən sonra Azərbaycanın qəsdinə qalxmış 3 ölkənin biri Əliyevin qəbuluna gəldi...

27.10.2026 / 19:45
Bakı Təşəbbüs Qrupu Fransanın Korsika qərarını sərt tənqid etdi - Makron rejimi qorxur...

27.10.2026 / 19:28
Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası olub

27.10.2026 / 19:12
Avropadan Putinə bir ildən sonra ilk dəfə zəng gəldi – biz öz adımızdan danışırıq...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ