Azərbaycan manatının məzənnəsinin dollara nisbətdə ucuzlaşması büdcə və xarici düzəlişlərə yardım edəcək ki, bu da neftin qiymətinin ucuzlaşması fonunda müsbətdir.
Trend-in məlumatına görə, bu barədə "Fitch Ratings" beynəlxalq reytinq agentliyinin yaydığı hesabatda deyilir.
Qeyd olunur ki, 2014-2015-ci illərdə rus rublu və türk lirəsinin məzənnələrinin azalması nəticəsində manatın mübadilə məzənnəsinin real səmərəsinin kəskin artması davam etsəydi, Azərbaycanda qeyri-neft iqtisadiyyatının inkişafı üzrə tədbirlərə mənfi təsir edərdi.