Dövlət Sosial Müdafiə Fondu (DSMF) pensiyalar ödənilən gün bankomatların qarşısında gərginliyin aradan qaldırılması üçün iki istiqamətdə əlaqədar qurumlarla iş aparır.
"APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında DSMF sədri Elman Mehdiyev deyib.
O bildirib ki, birinci istiqamət banklararası interfeys şəbəkəsinin yaradılmasıdır ki, bununla pensiyaçılar başqa bankların bankomatlarından pensiyalarını çıxara biləcək.