Manatın uzunmüddətli zəifləməsi üçün fundamental amil yoxdur. Trend-in məlumatına görə, bunu Mərkəzi Bankın İdarə Heyətini sədri Elman Rüstəmov AzTV-yə müsahibəsində deyib.
E.Rüstəmov bildirib ki, manatın uzunmüddətli zəifləməsi iki halda - ölkənin ödəmə balansında davamlı defisit olarsa və bu şəraitdə ölkənin heç bir ehtiyatlarının olmadığı zaman baş verə bilər. Onun sözlərinə görə, Azərbaycanın ümumdaxili məhsulun təxminən 70 faizi həcmində valyuta ehtiyatları var.