Azərbaycanın 2021-ci ilin dövlət büdcəsində neftin bir barelinin qiyməti 40 dollara bərabər götürülüb. Trend-in məlumatına görə, bu barədə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsinə dair izahatda qeyd edilib.
Bildirilib ki, dünyanın aparıcı maliyyə təşkilatları və neft qiymətlərinin proqnozlaşdırılması üzrə ixtisaslaşmış agentliklər cari il üçün “Brent” markalı neftin 1 barelinin orta qiymətinin 40 ABŞ dolları civarında olacağını və ən azı növbəti bir ildə də neftin qiymətlərində kəskin artımın olmayacağını proqnozlaşdırırlar.