şənbə günü, 17 oktyabr 2026
     

Ermənistanda yenidən başlayan aksiyalar daha böyük xaosa yol aça bilər

Image


Ermənistanda “məxməri inqilab”dan sonra etiraz aksiyalarının keçrilməsi, demək olar ki, dəb halını alıb. İndi burada az qala istənilən məsələnin həlli üçün kütləvi etiraz aksiyaları təşkil edilir və belə vəziyyət ölkədə onsuz da ağır durumu iflic vəziyyətə salır. 

Son diqqət çəkən aksiyalardan biri İrəvandakı “Nairit” zavodunun keçmiş və indiki işçilərinin Ermənistan baş nazirinin iqamətgahı önündə etirazlara başlamasıdır. Etirazçılar zavodun yenidən işə salınmasını və ötən 4 aydan qalan maaşlarının ödənilməsini tələb edir. Aksiya iştirakçıları bildirib ki, yanvarın 1-də əmək müqavilələrinin vaxtı bitsə də, işdən qovulmaq barədə əmr yoxdur. Onlar bu müddət ərzində işləyib, “Nairit”in təhlükəsizliyini təmin ediblər. Amma 4 ayda bir dəfə də maaş almayıblar.

Ermənistanın Ararat bölgəsindəki sement zavodunda da işçilər etiraz aksiyası keçirir. Aksiyada etirazçılar maaşlarının ödənilməsini və artırılmasını tələb edir. Onlar iş adamı Hagik Sarukyanla görüş də tələb ediblər. Qeyd edək ki, Çarukyan bu zavodun sahibidir. O, Ermənistanın hazırda ana müxalifəti sayılır. Sarukyanın rəhbərlik etdiyi blok Ermənistan parlamentində Respublika Partiyasından sonra ən çox mandata sahibdir. Eyni zamanda Paşinyanın baş nazir vəzifəsinə gətirilməsində də Çarukyan əsas rollardan birini oynayıb. Yeni etiraz aksiyaları isə indiki vəziyyətdə Sarukyanın mövqelərinə zərbə sayılır və hökumət bunun qarşısını almaq üçün heç bir iş görmür.

Qeyd edək ki, bütün bunlara paralel olaraq İrəvanda daha bir geniş kütləvi aksiya keçirilir. Yolları bloklayan, meriya binasına girən aksiyaçılar paytaxt merinin istefasını, hazırda məhkəməsi gedən ”Sasna Tsrer” silahlı qruplaşması üzvlərinin azad olunmasını tələb edir. Aksiyalara qrupun həbsdəki üzvlərinin qohumları da qoşulub. Onlar həbsdə olan qrup üzvləri azadlığa çıxmayacağı təqdirdə etirazların coğrafiyasını genişləndirəcəklərini açıqlayıb. Buna rəğmən, İrəvan məhkəməsi qruplaşmanın həbsdə olan üzvlərini azadlığa buraxmaqdan imtina edib. Hakimin qərarından sonra qruplaşma üzvləri fit çalmağa və məhkəmə zalını tərk etməyə başlayıb. Qərardan sonra qruplaşma tərəfdarları İrəvan küçələrində aktivləşiblər. Onlar əhalini Baş Prokurorluq və Kassasiya Məhkəməsinin binalarını mühasirəyə almağa səsləyib.

Maraqlıdır ki, Paşinyan hakimiyyətə gəlməzdən əvvəl ”Sasna Tsrer”in üzvlərinin azadlığa çıxacağını bildirsə də, indi fikrindən daşınıb. Bundan başqa, qeyd olunduğu kimi, aksiyada arabir İrəvan meri Taron Marqaryanın istefası da tələb edilir. Qeyd edək ki, mer sabiq baş nazir Andranik Marqaryanın oğlu və Nikol Paşinyanın baş nazir seçilməsindən sonra müxalifətə keçən Respublika Partiyasının üzvüdür. Aksiyaçılar meriya binasını ələ keçirsələr də, sonradan polis binanı azad edib. Ölkənin bəzi bölgələrində də yerli icra orqanlarının üzvlərinin istefası üçün aksiyalar təşkil olunur. Proseslərin bu şəkildə inkişafı isə Ermənistanda vəziyyəti iflic hala gətirir. Bu arada daha bir maraqlı məqam odur ki, Ermənistanın keçmiş maliyyə naziri Vardan Aramyan keçmiş işçilərini istefaya çağırıb. Bununla bağlı “Jamanak” qəzeti yazır: “Aramyan Maliyyə Nazirliyinin işçilərini onun kimi addım ataraq istefa verməyə səsləyib. Aramyan işçilərini əmin edib ki, Nikol Paşinyanın hakimiyyəti tezliklə uğursuzluğa düçar olacaq və 2-3 ay sonra o yenidən vəzifəsinə qayıdacaq”.

Rusiyalı politoloq Andrey Yepifantsev isə qeyd edir ki, vəziyyət daha da pisləşəjək. O, yeni hökumətin Ermənistanda nəyisə dəyişmək iqtidarında olmadığını da qeyd edir: ”Paşinyanın iqtisadi proqramı zəif və populistdir. O, mikroskopik erməni bazarının demonopolizasiyasından, kölgə iqtisadiyyatı ilə mübarizədən və sairədən danışır. Ermənistanın saxlanmasına mənbə kimi isə o, yenə də strateji tərəfdaşlarını görür. Aktiv şəkildə varli diasporu ölkəyə cəlb etmək Qərbə doğru getmək deməkdir. Bu isə Rusiyadan gələn mənbələrin qapadılması və həm də Ermənistanın sonu deməkdir. Paşinyan iqtisadiyyata yeni heç nə gətirmir. O, Ermənistanın siyasi tələblərindən də imtina etmir, nəticədə Ermənistanı iqtisadi kollapsa aparır. Digər tərəfdən, Paşinyan başqa ölkələrdən pul gətirib vətəndaşları yemləyəcəyini deyir, lakin hələ də bəlli deyil ki, onlar niyə Ermənistana bu pulları verməlidir. Paşinyanın proqramı Ermənistanın blokadadan və təcriddən çıxarmayan, indiki siyasi mövqeyini qoruyub saxlayan digər proqramlar kimi uğursuzluğa məhkumdur. Tezliklə  Paşinyanın iqtisadiyyat və rifah məsələsində heç nə edə bilməyəcəyini görəcəyik”.

Bu arada ölkədə qəzəb doğuran daha bir məqam Paşinyanın bir vaxtlar ona dəstək verənlərdən tədrijən üz çevirəmyə başlamasıdır. ARMROSS Rusiya-Ermənistan Hüquqşünaslar Assosiasiyasının başçısı Ruben Kirakosyan bu xüsusda maraqlı faktlar açıqlayır. Məsələn, o qeyd edir ki, İrəvandakı “məxməri inqilab” günlərində bir neçə yüz erməni Moskvadakı Ermənistan səfirliyinin qarşısına etiraz aksiyasına çıxıb. Polisin müdaxiləsindən sonra 100-dən çox erməni gənc həbs olunub: “Həmin günlərdə yüzdən çox gənc əvvəlcə məhkəmə zalında polis nəzarətinə düşdü, sonradan isə hamı tərəfindən unuduldular, onlara ehtiyac qalmadı. Sanki artıq bu aktual deyildi, həm də başağrısıdır. Nəticədə, bu gün onların taleyi ilə tək-tük adam maraqlanır”. Onun sözlərinə görə, Ermənistan paytaxtında bu şəxsləri artıq heç kim yada salmır: “Rusiyanın – Ermənistanın müttəfiqinin paytaxtında isə həmin vaxt nəzərə çarpmadan, sonsuz axınla kütləvi məhkəmə prosesləri keçirilir və burada həmin tarixi günlərin hadisələrinə görə gənclər müxtəlif səviyyədə məsuliyyətə cəlb olunur”.

Kirakosyanın sözlərinə əsasən, bu gün Rusiyada Ermənistan vətəndaşları nə qanunla, nə cəmiyyət, nə də dövlət tərəfindən müdafiə olunur və hüquqi nöqteyi-nəzərdən alçalmış vəziyyətdədirlər: “Beynəlxalq sazişlərlə Ermənistan vətəndaşlarının malik olduqarı hüquq və üstünlüklər əslində simvolik, sırf deklarativ xarakter daşıyır”. Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov isə Paşinyan üzündən Moskvanın İrəvandan üz döndərməkdə olduğunu bildirir. Onun sözlərinə görə, artıq Ermənistanın Qərbə və ya başqa bir qapıya üz tutması Rusiyanı o qədər də maraqlandırmır: “Məntiqlə, Rusiya Ermənistana olan marağını itirir. Ermənistan hərbi-müdafiə və iqtisadi baxımından Moskva üçün heç bir maraq kəsb etmir. Ermənistandan uzaqlaşmaq birbaşa Rusiyanın öz istəyidir. Ermənilər isə Moskvadan ona görə narazıdır ki, Rusiya Ermənistanın iqtisadi inkişafını təmin etmək istəmir. Onlar Rusiyanın Ermənistana kredit verəcəyini, sərmayə qoyacağını gözləyirdilər. Ancaq bütün arzuları puç olan Ermənistan indi istədiyini Qərbdən almağa çalışır. Paşinyanın Rusiyadakı ermənilərə əsas çağırışı da məhz Ermənistana sərmayə qoyuluşu ilə bağlı idi. Aydın məsələdir ki, Ermənistan hazırda pul axtarışındadır. Bütün bu həqiqətləri görən Ermənistanın yeni rəhbərliyi problemdən çıxış yolları axtarır. Artıq Ermənistanın Qərbə və ya başqa bir qapıya üz tutması Rusiyanı o qədər də maraqlandırmır. Gürcüstan və Ukraynadan fərqli olaraq, Ermənistana yanaşma tamamilə fərqlidir. Bu baxımdan itirilmiş bir dövlətçiliyə -Ermənistana kimin sahiblik etmək istəməsi Moskva üçün heç bir əhəmiyyət kəsb etmir”. Aydındır ki, belə vəziyyət öz növbəsində Ermənistanın yaşadığı xaosu daha da dərinləşdirəcək.

Nahid SALAYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

17.10.2026 / 19:12
Zelenski Trampın dizel qərarını yenə tənqid etdi – bu ilk addımdır, Rusiyaya qarşı sanksiyaların ləğvi davam edəcək…

17.10.2026 / 17:29
Bahalaşmaya qarşı çıxan etirazçılar Marsel şəhər bələdiyyəsinin binasına basqın etdilər…

17.10.2026 / 16:45
ABŞ Rusiya dizel yanacağının potensial alıcılarının siyahısını Moskvaya təqdim etdi

17.10.2026 / 16:20
Hörmüz boğazında minaya dəyən supertankerdə güclü yanğın başladı…

17.10.2026 / 16:02
Tramp makiyajdan istifadə etdiyini etiraf etdi - ölü kimi görünmək istəmirəm…

17.10.2026 / 15:37
Biləsuvarda ağır yol qəzası - iki nəfər ölüb, üç nəfər xəsarət alıb...

17.10.2026 / 15:33
Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib

17.10.2026 / 15:18
“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub - VİDEO

17.10.2026 / 14:50
Misir prezidenti 2030-cu ildə vəzifəsindən gedəcəyini açıqladı…

17.10.2026 / 14:35
Bakıda keçirilən NATO təlimi başa çatdı - FOTO/VİDEO

17.10.2026 / 13:22
Beynəlxalq Valyuta Fonduna ən çox borcu olan ölkələr - siyahı açıqlandı...

17.10.2026 / 10:18
Bir gündə 38 cinayətin üstü açıldı, axtarışda olan 51 nəfər saxlandı

17.10.2026 / 09:51
“Environmental Protection First” koalisiyası Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart adlandırdı

17.10.2026 / 09:04
Tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovun yaradıcılığında milli ruh

17.10.2026 / 07:51
Avropa İttifaqı üzv ölkələrdən 10 gəmini bir araya gətirə bilmir…

17.10.2026 / 07:39
Trampın mətbuat katibi işdən ayrıldı - Keti ilk çıxışında “özünü yandırdı”…

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkilatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...

16.10.2026 / 20:51
Məğlub etdik, məhv etmədik - Əliyev 44 gün Zəfərinin mühüm mənəvi aspektini də açdı...

16.10.2026 / 20:37
İkitərəfli, çoxtərəfli formatlardan regional təhlükəsizliyə - Azərbaycanın yeni düsturu...

16.10.2026 / 20:25
Əliyev keçmiş Ermənistan prezidentlərinin cinayətləri məsələsini qaldırdı...

16.10.2026 / 20:20
Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib! - VİDEO

16.10.2026 / 20:16
Prezidentin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı VİDEOÇARX yayımlanıb

16.10.2026 / 20:14
Ramiz Mehdiyev YAP-dan çıxarıldı...

16.10.2026 / 20:08
Dünyanı daha ağır fəlakətlərdən xilas etmək yolunun anonsu Bakıdan verildi...

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:45
Türkiyəli jurnalist Azərbaycanın həbs qərarından sonra çıxıb üzr istədi

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

16.10.2026 / 19:17
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik etdi

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:22
Əli Əsədov paralimpiya komitələrinin rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:11
Əlilliyi olan şəxslər və şəhid ailələri ilə bağlı maliyyələşdirmə müddəti uzadıldı

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ