Bu gün Astanada Suriya münaqişəsi üzrə danışıqlara start verilib.
Baki-xeber.com-un “life.ru”ya istinadən xəbərinə görə, bu barədə BMT Baş katibinin CAR üzrə xüsusi nümayəndəsi Steffan de Mistura bəyan edib. Mistura danışıqların nəticələrinə dair optimist olduğunu bildirib.
Xatırladaq ki, görüşdə 7 nümayəndə heyəti iştirak edir. Onlar arasında Suriya hökuməti və silahlı müxalifətiin təmsilçiləri, Rusiya, Türkiyə və İran nümayəndə heyəti də var. Eyni zamanda danışıqlara Steffan de Mistura və ABŞ-ın Qazaxıstandakı səfiri Corc Krol da qatılıb.