Bazar günü günü, 10 may 2026
     

QAN­LI YAN­VAR...

Image


1988-ci il­dən or­ta­ya atı­lan qon­dar­ma Dağ­lıq Qa­ra­bağ konflik­ti­nin il­kin mər­hə­lə­sin­də yüz min­lər­lə azər­bay­can­lı­nın öz ta­ri­xi tor­paq­la­rın­dan qo­vul­ma­sı­na res­pub­li­ka­da düz­gün si­ya­si qiy­mət ve­ril­mə­di. Bu ha­di­sə­ni xal­qı­mız cid­di na­ra­zı­lıq­la qar­şı­la­dı və mü­hüm si­ya­si ak­si­ya­la­ra əl at­maq məc­bu­riy­yə­tin­də qal­dı. Res­pub­li­ka­da ke­çi­ri­lən mi­tinqlər za­ma­nı Dağ­lıq Qa­ra­bağ­da baş ve­rən ha­di­sə­lər qə­tiy­yət­lə pis­lən­sə də, Azər­bay­can rəh­bər­li­yi öz pas­siv möv­qe­yin­dən əl çək­mə­di.

So­vet İt­ti­fa­qı­nın iki­tə­rəf­li oyu­nu nə­ti­cə­sin­də Azər­bay­can­da baş ve­rən ha­di­sə­lər xal­qı höv­sə­lə­dən çı­xar­dı və Azad­lıq mey­da­nın­da baş­la­yan mi­tin­qə qa­tı­lan­la­rın sa­yı 1 mil­yo­na ya­xın­laş­dı. Bu­nun­la azər­bay­can­lı­lar səs­lə­ri­ni bü­tün dün­ya­ya çat­dır­ma­ğa ça­lış­dı­lar.

O za­man­lar er­mə­ni daş­nak­lar Azər­bay­ca­na qar­şı uy­du­ru­lan fi­kir­lər irə­li sü­rür­dü­lər. 1990-cı il yan­var ayı­nın 9-da Er­mə­nis­tan Ali So­ve­ti 1990-cı ilin büd­cə­sin­də Azər­bay­can tor­pa­ğı olan Dağ­lıq Qa­ra­ba­ğın "so­si­al və iq­ti­sa­di in­ki­şa­fı" üçün bu böl­gə­ni öz proq­ra­mı­na əla­və et­di və Er­mə­nis­ta­na bağ­lı bir böl­gə ki­mi gös­tər­mə­yə ça­lış­dı. Doğ­ru­dur, So­vet İt­ti­fa­qı Ali So­ve­ti bu qə­ra­rı ke­çər­siz say­dı­ğı­nı açıq­la­dı. Fə­qət, Er­mə­nis­tan Ali So­ve­ti bu qə­ra­ra ver­di­yi ca­vab­da Er­mə­nis­tan Res­pub­li­ka­sın­da əv­vəl Er­mə­nis­tan döv­lə­ti­nin qa­nun­la­rı­nın ke­çər­li ol­du­ğu­nu bil­dir­di.

1990-cı il yan­var ayı­nın 11-də Azər­bay­can Mil­li Məc­li­si Er­mə­nis­tan Mil­li Məc­li­si­nin Dağ­lıq Qa­ra­bağ­la əla­qə­li 9 yan­var 1990-cı il ta­rix­li qə­ra­rı­nı mil­lət­lə­rar­sı qa­nun­la­ra qar­şı ko­bud bir mü­da­xi­lə ola­raq də­yər­lən­di­rə­rək eti­raz et­di.

1990-cı il yan­var ayı­nın 12-də er­mə­ni­lə­rin Xan­lar və Şa­um­yan böl­gə­lə­rin­də ha­va­dan və yer­dən et­dik­lə­ri hü­cum­lar nə­ti­cə­sin­də 12 nə­fər öl­dü­rül­dü, 22 nə­fər gi­rov gö­tü­rül­dü, 1 nə­fər ya­ra­lan­dı.

Bü­tün bu ha­di­sə­lər nə­ti­cə­sin­də Ba­kı­da fa­si­lə­siz da­vam edən nü­ma­yiş­lər, mi­tinqlər və ic­las­lar yük­sək mər­hə­lə­yə çat­dı. Be­lə­cə, er­mə­ni uy­dur­ma­la­rı və vəh­şi­lik­lə­ri­nə qar­şı heç bir təd­bir gör­mə­yən so­vet sis­te­mi­ni tən­qid edən mi­tinqlər Azər­bay­can­da­kı so­vet nə­za­rə­ti­nə qar­şı çı­xır­dı. Nə­ti­cə­də 20 yan­var­dan eti­ba­rən baş­la­ya­caq föv­qə­la­də hal elan edil­di. Məq­səd er­mə­ni mə­sə­lə­si ilə əla­qə­li so­vet sis­te­mi­nə qar­şı çı­xan mi­tin­qi da­ğıt­maq, nü­ma­yiş­lə­ri qa­da­ğan et­mək və azad­lıq is­tə­yən mil­lə­tin "dər­si­ni" ver­mək idi. Be­lə­cə, so­vet hər­bi his­sə­lə­ri et­nik qar­şı­dur­ma­nı da­yan­dır­maq üçün de­yil, Azər­bay­can­da­kı xalq hə­rə­ka­tı­nı da­yan­dır­maq üçün in­san­lıq ta­ri­xi­nin ağır ci­na­yət­lə­rin­dən bi­ri­ni hə­ya­ta ke­çir­di. So­vet İt­ti­fa­qı­nın rəh­bə­ri M.Qor­ba­çov so­vet xal­qı­na mü­ra­ci­ət edə­rək, "Azər­bay­can mil­lət­çi­lə­ri iq­ti­da­rı zor­la ələ ke­çir­mək is­tə­dik­lə­ri­nə gö­rə Moskva­nın Ba­kı­ya so­vet hər­bi his­sə­lə­ri­ni gön­dər­mək məc­bu­riy­yə­tin­də qal­dı­ğı­nı..." açıq­la­dı. Əs­lin­də, M.Qor­ba­çov Azər­bay­can xal­qı­nın əlin­də­ki ov tü­fənglə­ri­ni top­lat­dı­rıb, so­vet əs­gər­lə­ri­ni tanklar­la Ba­kı­ya gön­də­rə­rək, mil­li haq­la­rı­nı tə­ləb edən azər­bay­can­lı və­tən­daş­la­rı­nı qır­dır­ma­ma­lıy­dı, ək­si­nə, bu hər­bi his­sə­lə­ri Dağ­lıq Qa­ra­bağ böl­gə­si­nə gön­də­rib azər­bay­can­lı­la­rın kö­çə zor­lan­ma­la­rı­nın qar­şı­sı­nı al­ma­lı idi. Bu da bir hə­qi­qət­dir ki, Ba­kı­ya gön­də­ri­lən əs­gər­lə­rin ək­sə­riy­yə­ti er­mə­ni soy­lu əs­gər­lər, da­ha doğ­ru­su, ban­dit­lər idi. So­vet əs­gə­ri adı­nı da­şı­yan er­mə­ni­lər Ros­tov, Kras­no­dar və Stav­ro­pol vi­la­yət­lə­rin­dən sə­fər­bər edil­miş­di­lər. Bu fakt so­vet im­pe­ri­ya­sı­nın Azər­bay­can xal­qı­na qar­şı mək­ri­ni aş­kar et­di. Be­lə ki, çox­mil­lət­li olan bir döv­lə­tin baş­çı­la­rı mü­na­qi­şə­də olan xalqla­rı bir-bi­ri­nə qar­şı qoy­ma­ma­lı idi. Ümu­miy­yət­lə, Moskva­nın Azər­bay­ca­na gön­dər­di­yi əs­gər­lə­rin sa­yı 24 mi­nə ya­xın olub.

Ba­kı­da elan olu­nan föv­qə­la­də və­ziy­yət 20 yan­var ge­cə sa­at 00.00-dan eti­ba­rən baş­la­ya­caq­dı. Ba­kı şə­hə­ri­nə gi­riş yol­la­rı və şə­hər­də­ki hər­bi his­sə­lə­rin yer­ləş­di­yi yer­lə­rin gi­riş-çı­xış­la­rı av­to­mo­bil­lər və av­to­bus­lar­la bağ­lan­mış­dı. Yan­va­rın 19-dan 20-nə ke­çən ge­cə tanklar bu ma­şın­la­rın üs­tün­dən ke­çə­rək şə­hər­də­ki si­lah­sız in­san­la­ra qar­şı qır­ğı­na baş­la­dı­lar. Bu­nun­la ya­na­şı, Ba­kı­ya ha­va­dan və də­niz­dən də mü­a­sir si­lah­lar­la təc­hiz olu­nan "so­vet əs­gər­lə­ri" bas­qın et­di­lər. Yüz­dən ar­tıq azər­bay­can­lı öl­dü­rül­dü. Tankla­rın al­tın­da əzi­lən və av­to­mat si­lah­lar­la ya­xın mə­sa­fə­dən öl­dü­rü­lən in­san­la­rın cə­səd­lə­ri tü­kür­pə­di­ci idi. İn­san­lar ağır tanklar al­tın­da par­ça-par­ça edil­miş, bə­zi cə­səd­lər yan­dı­rıl­mış­dı. O ge­cə şə­hə­ri bər­bad ha­la gə­ti­rən tanklar mi­nik ma­şın­la­rı­nın üs­tün­dən ke­çir­di­lər. İn­san­lar vəh­şi­cə­si­nə qət­lə ye­ti­ri­lir­di. Son­ra­dan mə­lum ol­du ki, rus əs­gə­ri­nin ço­xu­nu er­mə­ni­lər təş­kil edib­lər. Bu şə­rəf­siz "adam­lar" dinc əha­li­yə, hət­ta ya­ra­lı­la­rı da­şı­yan tə­ci­li yar­dım ma­şın­la­rı­na av­to­mat si­lah­lar­dan atəş açır­dı­lar. Mən bü­tün bun­la­rı öz göz­lə­rim­lə gör­düm. Bir in­san ola­raq bu qan­lı vəh­şə­tə, bu dəh­şət­li ci­na­yə­tə heç bir haqq qa­zan­dı­ra bil­mir­dim. Şə­hə­rin kü­çə­lə­ri yüz­lər­cə gü­nah­sız in­sa­nın qa­nı­na bo­yan­mış­dı. Bu qan­lı qır­ğın, sö­zün əsl mə­na­sın­da, bü­tün in­san­lı­ğa qar­şı tö­rə­di­lən bir ci­na­yət idi. Qan­lı Yan­var Azər­bay­ca­nın ye­ni ta­ri­xi­nin dəh­şət­li sə­hi­fə­lə­rin­dən bi­ri­dir.

Bə­li, 1990-cı il yan­var ayı­nın 19-dan 20-nə ke­çən ge­cə dinc Ba­kı şə­hə­ri fa­ci­ə­li bir ge­cə ya­şa­dı. M.Qor­ba­ço­vun əm­ri, Ya­zo­vun ko­man­dan­lı­ğı ilə so­vet qo­şun­la­rı şə­hə­ri gül­lə­ba­ran et­di­lər. Azad­lıq, is­tiq­lal eş­qi­lə əli­ya­lın aya­ğa qal­xan ne­çə-ne­çə oğul və qı­zı­mız öz si­nə­si­ni tankla­rın, zi­reh­li ma­şın­la­rın hü­cu­mu­na si­pər edə­rək qəh­rə­man­lıq­la şə­hid­lik zir­və­si­nə ucal­dı­lar. O ge­cə haq­sız­lı­ğa qar­şı qə­zəb­li ana sə­si ha­ray sa­la­raq in­san­la­rı im­da­da ça­ğı­rır­dı. Bu səs, bu ha­ray in­di də Ba­kı­nın sə­ma­sın­da do­la­şır, yad­daş­lar­da qay­na­yır. İn­di o fa­ci­ə­ni gö­rən­lər Ba­kı­nın o dəh­şət­li ge­cə­si­nin sə­si, o fər­ya­dın əks-sə­da­sı ilə ya­şa­yır­lar.

Bu fa­ciə er­mə­ni­lə­rin təş­ki­li və tə­şəb­bü­sü ilə Moskva­nın azər­bay­can­lı­la­ra qar­şı soy­qı­rı­mı idi. Res­pub­li­ka­nın pay­tax­tı Ba­kı şə­hə­ri­nə hü­cum edən so­vet or­du­su­nun tər­ki­bin­də ki­fa­yət qə­dər qa­baq­ca­dan ha­zır­lıq məşqlə­ri ke­çən er­mə­ni­lər var idi. Bu fakt so­vet im­pe­ri­ya­sı­nın Azər­bay­can xal­qı­na qar­şı mək­ri­ni, pa­xı­rı­nı aş­kar et­di.

Er­mə­ni fa­şiz­mi­nin yüz il­lər­dən bə­ri Azər­bay­ca­na qar­şı yü­rüt­dü­yü məkrli soy­qı­rı­mın da­ha bir xə­ya­nət­kar əmə­li baş ver­di. Bun­lar tək­cə Azər­bay­can üçün de­yil, bü­töv­lük­də Qaf­qaz və ət­ra­fı üçün də bir təh­lü­kə­dir. Bu təh­lü­kə­ni so­vuş­dur­maq hər bi­ri­miz­dən hü­nər is­tə­yir, bir­lik is­tə­yir. Bi­zim ama­lı­mız həm­rəy­lik və hü­nər ol­ma­lı­dır. Rəs­mi açıq­la­ma­la­ra gö­rə, bu fa­ci­ə­vi ge­cə­də 134 nə­fər öl­dü­rül­dü, 174 nə­fər ya­ra­lan­dı, təx­mi­nən 400 nə­fər həbs edil­di və 4 nə­fər it­kin düş­dü.

Bu fa­ciə tö­rə­di­lən za­man Azər­bay­can xal­qı ağır və­ziy­yə­tə və in­for­ma­si­ya blo­ka­da­sı­na sa­lın­mış­dı, te­le­vi­zi­ya sus­du­rul­muş, onun ener­ji blo­ku si­lah­lı hərbçi­lər tə­rə­fin­dən vəh­şi­cə­si­nə partla­dıl­mış, mət­bu­at nəş­ri­nə qa­da­ğa qo­yul­muş­du. Azər­bay­can san­ki sa­kit və ölü bir də­ni­zə bən­zə­yir­di. Xalq ağır və dəh­şət­li fa­ci­ə­dən xə­bər­siz idi. Dün­ya Azər­bay­can­da baş ve­rən ha­di­sə­lə­ri iz­lə­yə bil­mir­di. Be­lə­lik­lə, Azər­bay­can xal­qı baş­sız qa­lıb, in­for­ma­si­ya blo­ka­da­sı­na düş­müş­dü.

Azər­bay­can xal­qı­nın be­lə ağır və­ziy­yə­tin­də o za­man si­ya­si səh­nə­dən uzaq­laş­dı­rı­lan ümum­mil­li li­de­ri­miz Hey­dər Əli­yev bö­yük cə­sa­rət nü­ma­yiş et­di­rə­rək yan­va­rın 21-də Azər­bay­ca­nın Moskva­da­kı nü­ma­yən­də­li­yi­nə ge­dib mət­bu­at konfran­sı ke­çir­di. Mət­bu­at konfran­sın­da ulu ön­də­ri­miz Hey­dər Əli­yev bö­yük cə­sa­rət­lə heç kim­dən və heç nə­dən qorxma­ya­raq və öz şəx­si hə­ya­tı­nı təh­lü­kə­də qo­ya­raq yan­va­rın 20-də Ba­kı­da təş­kil edi­lən və tö­rə­di­lən qan­lı fa­ci­ə­nin sə­bəb­lə­ri­ni və təş­ki­lat­çı­la­rı­nı ob­yek­tiv faktlar­la doğ­ru, düz­gün və də­qiq açıq­la­dı, bir çox mə­sə­lə­lə­rə ay­dın­lıq gə­tir­di, ak­si­ya­nı tö­rə­dən­lə­rin sə­bəb­kar­la­rı­nın ci­na­yət mə­su­liy­yə­ti­nə cəlb edil­mə­si­ni qə­tiy­yət­lə tə­ləb et­di. Ümum­mil­li li­de­ri­miz Hey­dər Əli­yev öz çı­xı­şın­da be­lə de­di: "Azər­bay­can­da baş ve­rən ha­di­sə­lə­ri hü­qu­qa, de­mok­ra­ti­ya­ya ya­ban­çı, hu­ma­niz­mə və öl­kə­miz­də elan olu­nan hü­qu­qi döv­lət qu­ru­cu­lu­ğu prin­sip­lə­ri­nə zidd he­sab edi­rəm. Azər­bay­can­da­kı və­ziy­yə­ti öz axa­rı­na sal­maq, si­ya­si hə­yat­da­kı qey­ri-sa­bit­li­yi ni­zam­la­maq üçün ki­fa­yət qə­dər im­kan­lar olub. Tə­əs­süf­lər ol­sun ki, Azər­bay­ca­nın rəh­bər­li­yi, həm­çi­nin öl­kə­nin ali si­ya­si rəh­bər­li­yi bu im­kan­lar­dan is­ti­fa­də edə bil­mə­yib".

Elə hə­min gün ulu ön­də­ri­miz Hey­dər Əli­yev Azər­bay­can xal­qı­na baş­sağ­lı­ğı te­leq­ra­mı gön­dər­di. Te­leq­ram­da be­lə de­yi­lir­di: "Ba­kı şə­hə­ri­nə so­vet or­du­su his­sə­lə­ri­nin ye­ri­dil­mə­si ilə əla­qə­dar xal­qı­mı­zın ba­şı­na gə­ti­ri­lən fa­ci­ə­dən, dinc əha­li­nin qı­rıl­ma­sın­dan bö­yük ürək ağ­rı­sı ilə xə­bər tut­dum. Bu ma­təm gü­nün­də hə­lak olan­la­rın ai­lə­lə­ri­nə və ya­xın­la­rı­na, bü­tün Azər­bay­can xal­qı­na də­rin hüznlə baş­sağ­lı­ğı ve­ri­rəm".

Yük­sək cə­sa­rət və qə­tiy­yət nü­ma­yiş et­di­rən ümum­mil­li li­de­ri­miz Hey­dər Əli­yev çə­kin­mə­dən im­pe­ri­ya rəh­bər­li­yi­ni "qa­til­lər" ad­lan­dır­dı və bü­tün Azər­bay­can xal­qı­na qar­şı tö­rə­di­lən fa­ciə ilə əla­qə­dar baş­sağ­lı­ğı ver­di. Ulu ön­də­ri­miz Hey­dər Əli­ye­vin bu cə­sa­rət­li bə­ya­na­tı küt­lə­vi in­for­ma­si­ya va­si­tə­lə­ri tə­rə­fin­dən bü­tün dün­ya­ya çat­dı­rıl­dı. Bu, blo­ka­da­ya alı­nan Azər­bay­ca­nın, qa­nı­na qəl­tan edi­lən xal­qı­mı­zın, yüz­lər­lə it­ki ve­rən mil­lə­ti­mi­zin haqq sə­si­ni, fər­ya­dı­nı dün­ya­ya çat­dı­ran cə­sa­rət­li bir li­de­rin, ürə­yi da­im Azər­bay­can­la olan müd­rik şəx­siy­yə­tin, gör­kəm­li ic­ti­mai-si­ya­si və döv­lət xa­di­mi­nin əsl qəh­rə­man­lı­ğı idi.

Heç yer­dən kö­mə­yi ol­ma­yan xal­qı­mız bu və­tən öv­la­dı­nın cə­sur və ye­nil­məz bə­ya­na­tın­dan güc tap­dı, il­ha­ma gəl­di, im­pe­ri­ya­nın qor­xu və xo­fu­nu qə­tiy­yət­lə rədd edə­rək azad­lıq mü­ba­ri­zə­si­ni, müs­tə­qil­lik uğ­run­da apar­dı­ğı mü­ba­ri­zə­ni qə­lə­bə­yə­dək da­vam və in­ki­şaf et­dir­di. Bə­li, za­ma­nın o vax­tın­da, ta­ri­xin o mü­rək­kəb za­ma­nın­da ulu ön­də­ri­miz Hey­dər Əli­yev nə­sil­lə­rə nü­mu­nə ola­caq bir cə­sa­rət nü­ma­yiş et­dir­di.

1990-cı il 20 Yan­var fa­ci­ə­sin­dən 27 il ke­çir. Keç­miş so­vet or­du­su­nun hə­min gün Azər­bay­can xal­qı­na qar­şı hə­ya­ta ke­çir­di­yi vəh­şi­lik in­san­lı­ğa qar­şı tö­rə­di­lən ən ağır ci­na­yət­lər­dən bi­ri ki­mi bə­şər ta­ri­xin­də qa­ra sə­hi­fə ola­raq qa­la­caq. Mil­li azad­lı­ğı, öl­kə­si­nin əra­zi bü­töv­lü­yü uğ­run­da mü­ba­ri­zə­yə qal­xan dinc əha­li­yə di­van tu­tul­ma­sı, yüz­lər­lə gü­nah­sız in­sa­nın qət­lə ye­ti­ril­mə­si və ya­ra­lan­ma­sı to­ta­li­tar so­vet re­ji­mi­nin sü­qu­tu ərə­fə­sin­də onun ci­na­yət­kar ma­hiy­yə­ti­ni bü­tün dün­ya­ya bir da­ha nü­ma­yiş et­dir­di.

Əf­sus­lar ol­sun ki, bu ağır fa­ciə dün­ya ic­ti­ma­iy­yə­tin­də la­zı­mi də­rə­cə­də əks-sə­da ya­rat­ma­dı, de­mok­ra­ti­ya­dan dəm vu­ran döv­lət­lər bu fa­ci­ə­yə öz eti­raz səs­lə­ri­ni ucaltma­dı­lar. 

Doğ­ru­dur, bu möv­zu­da bə­zi iş­lər gö­rü­lüb, am­ma ye­nə də so­vet or­du­su­nun, bə­şər qa­nun­la­rı­na zidd ola­raq, nə qə­dər bö­yük vəh­şi­lik­lər və qey­ri-in­sa­ni ci­na­yət­lər tö­rət­di­yi­ni dö­nə-dö­nə ya­zıb dün­ya ic­ti­ma­iy­yə­ti­nə çat­dır­maq la­zım­dır.

Bu fa­ciə za­ma­nı şə­hid olan in­san­la­rın si­ya­hı­sı­na ba­xan­da ada­mın var­lı­ğın­dan gi­zil­ti ke­çir. Len­tə kö­çü­rü­lən dəh­şət­li mə­qam­la­rı seyr et­mək müm­kün de­yil. Çün­ki tü­kür­pə­di­ci mən­zə­rə­lər ada­mın var­lı­ğı­na va­hi­mə gə­ti­rir. İn­san ad­la­nan bə­şər öv­la­dı bu də­rə­cə­də qəd­dar­lı­ğı ne­cə ba­ca­rır?                                                                                                                                               

1990-cı ilin yan­var qır­ğı­nı nə qə­dər fa­ci­ə­li ol­sa da, Azər­bay­can xal­qı­nın ira­də­si­ni, mil­li azad­lıq uğ­run­da mü­ba­ri­zə əz­mi­ni qı­ra bil­mə­di. Hə­min müd­hiş ge­cə­də hə­lak olan və­tən oğul­la­rı Azər­bay­ca­nın ta­ri­xi­nə par­laq sə­hi­fə yaz­dı­lar, xal­qın mil­li azad­lı­ğı, müs­tə­qil­li­yi üçün yol aç­dı­lar.

Bu gün Azər­bay­ca­nın bü­tün və­tən­daş­la­rı o fa­ci­ə­li ge­cə­ni, xal­qı­mı­zın ba­şı­na gə­ti­ri­lən bə­la­la­rı, mil­li azad­lıq, müs­tə­qil­lik uğ­run­da qəh­rə­man­lıq nü­mu­nə­lə­ri­ni yad edir­lər.   O ge­cə Azər­bay­can xal­qı­na, döv­lə­ti­nə qar­şı vəh­şi­cə­si­nə hər­bi tə­ca­vüz edil­di. Bu özü­nün əra­zi bü­töv­lü­yü uğ­run­da ça­lı­şan, mil­li azad­lı­ğı uğ­run­da mü­ba­ri­zə apa­ran xal­qı­mı­za qar­şı bö­yük hər­bi tə­ca­vüz idi. Azər­bay­can xal­qı­nın ço­xəsrlik ta­ri­xin­də onun ba­şı­na çox bə­la­lar gə­lib, xal­qı­mız fa­ci­ə­lər­lə rastla­şıb. An­caq de­yə bi­lə­rik ki, bu qə­dər dəh­şət­li fa­ciə gö­rün­mə­miş­di. Xal­qı­mız özü­nün mil­li mən­li­yi­nə, mil­li azad­lıq ru­hu­na edi­lən bu tə­ca­vü­zü heç vaxt unut­ma­ya­caq.

So­vet or­du­su­nun Ba­kı­ya gi­riş sə­bə­bi möv­zu­sun­da müx­tə­lif açıq­la­ma­lar ve­ril­sə də, o döv­rün mü­da­fiə na­zi­ri D.Ya­zo­vun da­ha son­ra "İz­ves­ti­ya" qə­ze­ti­nə açıq­la­ma­sın­da or­du­nun Ba­kı­ya Azər­bay­can Xalq Cəb­hə­si­nin qu­ru­luş­la­rı­nı da­ğıt­maq məq­sə­di­lə gir­di­yi­ni bil­dir­di. Bu da bir hə­qi­qət­dir ki, Azər­bay­ca­na əs­gər gön­də­ril­mə­si­nə şəx­sən M.Qor­ba­çov gös­tə­riş ver­miş­di. O, di­gər res­pub­li­ka­lar­da­kı mil­lət­çi hə­rə­kat­la­rın Azər­bay­can­dan dərs al­ma­sı­nı is­tə­yir­di. Yə­ni "siz də mil­lət­çi hə­rə­kat­la­ra da­vam et­sə­niz, so­nu­nuz Azər­bay­can ki­mi ola­caq...".

Qan­lı Yan­var qət­li­a­mı­nın ar­dın­dan Azər­bay­can­da M.Qor­ba­ço­va, Kom­mu­nist Par­ti­ya­sı­na və so­vet döv­lə­ti­nə qar­şı nif­rət dal­ğa­sı bö­yü­dü. Xalq cəm ha­lın­da Kom­mu­nist Par­ti­ya­sın­dan is­te­fa edər­kən "Qor­ba­çov qa­til­dir", "So­vet İt­ti­fa­qı Kom­mu­nist Par­ti­ya­sı­na xeyr" şü­ar­la­rı səs­lən­di. Öl­kə­də üç gün­lük ma­təm elan edil­di. Föv­qə­la­də və­ziy­yət elan olun­ma­sı­na bax­ma­ya­raq, 22 yan­var gü­nü ma­təm nü­ma­yi­şi və dəfn mə­ra­si­mi­nə təx­mi­nən 1,5 mil­yon in­san qa­tıl­dı.

Bu fa­ci­ə­dən ke­çən 27 il onu gös­tə­rir ki, so­vet or­du­su­nun vəh­şi­li­yi Azər­bay­can xal­qı­nı mil­li azad­lıq uğ­run­da mü­ba­ri­zə­dən çə­kin­di­rə bil­mə­yib. Azər­bay­can xal­qı döv­lət müs­tə­qil­li­yi­ni əl­də et­di və öz ta­le­yi­nin sa­hi­bi ola­raq  hə­ya­tı­nı qu­rur. Ona gö­rə də kə­də­ri­miz, qə­mi­miz nə qə­dər çox ol­sa da, ey­ni za­man­da fəxr et­mə­li­yik ki, xal­qı­mız is­tə­di­yi­nə na­il olub. Azər­bay­ca­nın mil­li azad­lı­ğı, müs­tə­qil­li­yi uğ­run­da şə­hid olan öv­lad­la­rı­mı­zı biz heç vaxt unut­ma­ya­ca­ğıq. On­la­rın xa­ti­rə­si qəl­bi­miz­də əziz­dir və əbə­di ya­şa­ya­caq.

Ba­kı­nın ən yük­sək nöq­tə­lə­rin­dən bi­rin­də hər bir azər­bay­can­lı üçün mü­qəd­dəs bir yer var. Bu, 20 Yan­var qur­ban­la­rı­nın dəfn edil­di­yi Şə­hid­lər Xi­ya­ba­nı­dır, əbə­di zi­ya­rət ye­ri sa­yı­lan, müs­tə­qil­li­yi­mi­zin, azad ya­şa­yı­şı­mı­zın əsa­sı­nı qo­yan Şə­hid­lə­ri­mi­zin Xi­ya­ba­nı.

Fa­zil QA­RA­OĞ­LU,
pro­fes­sor 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Prezident İlham Əliyev və Mehriban Əliyeva Şükürbəyli kəndinə köçən sakinlərlə görüşdü - FOTO/YENİLƏNDİ

Gürcüstanla Rusiya Zəngəzur dəhlizinə alternativ hazırlayır - qonşumuzdan yeni davranış...

Azərbaycandan keçən yollar Avrasiyada müharibələrdən təsirlənməyən yeganə marşrut oldu...

SON XƏBƏRLƏR

10.05.2026 / 09:53
İraqda səhranın ortasında İsrailin İrana qarşı qurduğu gizli baza aşkarlandı - əraziyə yaxınlaşan İraq ordusuna atəş açıldı...

10.05.2026 / 09:10
ABŞ UNO-larla bağlı ŞOK GÖRÜNTÜLƏR yaydı...

10.05.2026 / 08:34
Dörd illik qanlı müharibənin sonu göründü - Putindən Zelenskiyə sülh mesajı...

10.05.2026 / 00:28
Ermənilər işğal dönəmində Qarabağda törətdiyi cinayətləri elə özləri ifşa edir - VİDEO

10.05.2026 / 00:14
Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı paylaşım edib

10.05.2026 / 00:10
Prezident Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar paylaşım edib

10.05.2026 / 00:03
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür

09.05.2026 / 23:10
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Şükürbəyli sakinləri ilə görüşündən görüntülər paylaşılıb - VİDEO

09.05.2026 / 22:53
Trampdan Roma ilə gərginliyi artıracaq açıqlama - ABŞ qoşunları İtaliyadan çıxarılır...

09.05.2026 / 22:17
Fars körfəzini fəlakətə sürükləyəcək iddia... ABŞ-ın vurduğu Xark adasında neft sızması aşkarlandı - sürətlə yayılır...

09.05.2026 / 19:35
Sabah Azərbaycandan Ermənistana 16 vaqon dizel göndəriləcək

09.05.2026 / 19:11
İran körfəz ölkələrini Hörmüzlə təhdid etdi - bu riskə getməyin...

09.05.2026 / 18:50
Mehriban Əliyeva Zəngilandan görüntülər paylaşıb - FOTO

09.05.2026 / 18:22
Prezident: "Yaşayışla, təhsillə bağlı məsələlər həll olunduqca, məşğulluq məsələləri də həll edilir"

09.05.2026 / 18:16
"Cəbrayılda bizim ən böyük Günəş elektrik stansiyaları inşa edilir" - Prezident

09.05.2026 / 17:45
Cəbrayılın Soltanlı kəndində “Şəfəq” yarımstansiyasının açılışı oldu - FOTO

09.05.2026 / 17:43
Prezident və Birinci xanım Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının binasının tikintisi ilə tanış olublar - FOTO

09.05.2026 / 17:40
ABŞ və İran gələn həftə İslamabadda görüşə bilər...

09.05.2026 / 17:38
Prezident İlham Əliyev və Mehriban Əliyeva Şükürbəyli kəndinə köçən sakinlərlə görüşdü - FOTO/YENİLƏNDİ

09.05.2026 / 17:28
Zaqatalada silahlı insident - restorandan çıxarkən qapıda güllələndi...

09.05.2026 / 17:20
Prezident və Birinci xanım Şükürbəyli kəndində fərdi evlərdə yaradılmış şəraitlə tanış olublar - FOTO

09.05.2026 / 17:11
Cəbrayılın Şükürbəyli kəndinin açılışı oldu - FOTO

09.05.2026 / 17:07
Putin qələbə paradında NATO-nu hədəf aldı, Kimdən də dəstək gəldi...

09.05.2026 / 16:13
BTQ Fransadan BMT-nin çağırışlarına dərhal əməl etməyi tələb etdi...

09.05.2026 / 15:40
“Bakı-Xankəndi” velosiped yarışının mükafat fondu açıqlandı - 50 min avrodan çox...

09.05.2026 / 15:12
"Müharibə qabaqdadır" - Ohanyan yenə sarsaqladı...

09.05.2026 / 14:24
Prezident İlham Əliyev və Mehriban Əliyeva Cəbrayıla səfər ediblər

09.05.2026 / 13:55
Suraxanıda 12 kiloqram narkotik aşkarlanıb - VİDEO

09.05.2026 / 13:11
DİN-in şəxsi heyəti Heydər Əliyevin məzarını ziyarət etdi - FOTO/VİDEO

09.05.2026 / 12:28
Qobustanda elektrik stansiyası ərazisində güclü yanğın olub

09.05.2026 / 12:02
Tərtərdə gənc oğlan asma bronxid xəstəliyindən ölüb

09.05.2026 / 11:55
Prezident Birinci xanım faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycan övladlarının xatirəsini ehtiramla anıblar - FOTO

09.05.2026 / 11:52
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər - FOTO

09.05.2026 / 11:25
Azərbaycan Tibb Universiteti Yozqat Bozok Universiteti ilə əməkdaşlığa başlayır

09.05.2026 / 11:16
2 cüdoçumuz "Böyük Dəbilqə" turnirində mübarizəyə başlayır

09.05.2026 / 11:03
Azərbaycandan Ermənistana 8 vaqon dizel göndərildi

09.05.2026 / 10:59
Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlandı

09.05.2026 / 10:11
Yol Polisi qeyri-iş günləri ilə bağlı sürücülərə müraciət etdi

09.05.2026 / 06:39
Bu gün QƏLƏBƏ günüdür

09.05.2026 / 06:28
Paşinyan Ermənistanın Qarabağ iddiasını ölümcül səhv adlandırdı

09.05.2026 / 06:14
İran BMT-yə çağırış etdi - “ABŞ-ı qınayın”…

09.05.2026 / 06:04
Trampı tabutda təsvir etdi, altına “kaş ki…” yazdı - Ağ Ev şokda…

08.05.2026 / 23:06
ABŞ UFO-larla bağlı arxivləri açdı – ŞOK GÖRÜNTÜLƏR...

08.05.2026 / 21:22
Fransa Hindistandan Gürcüstana Ermənistan üzərindən dəhliz çəkir...

08.05.2026 / 20:45
Ermənistan ordusunu qurmaq Fransanın prioriteti elan olundu...

08.05.2026 / 20:07
Rusiya XİN Paşinyandan qisas alınacağını rəsmi bəyan etdi... “Zelenski...”

08.05.2026 / 19:44
Gənc istedadın ilk fərdi sərgisi açıldı - FOTO

08.05.2026 / 19:18
ABŞ Ukrayna müharibəsində vasitəçilikdən imtina edir – danışıqlar dalana dirənib...

08.05.2026 / 18:59
İran Hörmüz boğazında nəhəng neft tankerini ələ keçirdi...

08.05.2026 / 18:41
Narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olundu

08.05.2026 / 18:25
Bakı Təşəbbüs Qrupunun hesabatı BMT-ni hərəkətə keçirdi - Kanaki ilə bağlı Fransaya xəbərdarlıq edildi...

08.05.2026 / 18:02
Mingəçevir Dövlət Universitetində “MSU First Green Sports Festival”a hazırlıq işləri yekunlaşmaq üzrədir

08.05.2026 / 17:50
Tramp İranın “atom bombası məsələsində” Roma papasını açıq şərlədi...

08.05.2026 / 16:58
Türk Mətbəxi Həftəsi 2026-nın mövzusu açıqlanıb: - “Bir Süfrədə Miras”

08.05.2026 / 16:57
ABŞ-ın İranla müharibəsi Rusiyanı çökdürür...

08.05.2026 / 16:46
Rusiya “İranın ağzından" Ermənistanı hədələməyə başladı...

08.05.2026 / 16:06
ABŞ-da bir banka zəng vuran Roma Papası şoka düşdü - "filiala gəl" deyib, telefonu üzünə bağladılar...

08.05.2026 / 15:33
Cəsur oğullar vətəni elə vəsf edirlər ki...

08.05.2026 / 15:15
Xanlar Vəliyevin qızına yeni vəzifə verildi

08.05.2026 / 14:46
Dünya Putinin 9 mayını boykot etdi...

08.05.2026 / 14:32
Etibarsız nikah hansı halda etibarlı sayıla bilər? - Ali Məhkəmədən qərar...

08.05.2026 / 14:18
Rusiyanın “1-ci” kanalından Azərbaycana qarşı təxribat - Rəsmi Bakı Moskvadan izahat istədi...

08.05.2026 / 13:55
Tramp Pekinə əlində İranla razılaşma (?) sənədi ilə getmək istəyir - maraq nədir...

08.05.2026 / 13:46
ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN TÜRKİYƏ-ERMƏNİSTAN MÜNASİBƏTLƏRİNƏ BAXIŞI

08.05.2026 / 13:45
Hindistanla Pakistan müharibə ərəfəsində... Düz bir il ötdü...

08.05.2026 / 13:27
Türkiyənin 3 düşməni məkrli plana başladı - vaxtilə İran və İraqa da bunu edirdilər...

08.05.2026 / 13:26
Kreml Almaniyanın dövlət kimi mövcudluğunu qanunsuz elan etdi...

08.05.2026 / 13:06
Səhiyyə Nazirliyindən hantavirusla bağlı açıqlama....

08.05.2026 / 12:50
ABŞ şahzadə Salmanı "Sultan inadından" necə döndərdi...

08.05.2026 / 12:50
Tramp İrana sərt xəbərdarlıq etdi - razılaşmanı imzalamasalar...

08.05.2026 / 12:37
Ermənistanda müxalifətlə iqtidarın "göbələk davası" başlayıb...

08.05.2026 / 12:30
DƏNİZ, MUSİQİ, SÖZ SƏLTƏNƏTİNDƏN YARANAN POEZİYA

08.05.2026 / 12:24
Nazir Vilayət Eyvazov İmişlidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO/VİDEO

08.05.2026 / 12:21
"Azərbaycanda etnik və dini müxtəliflik milli sərvət kimi qorunur" Prezident

08.05.2026 / 12:19
Xudatda əvvəllər işlədiyi elektronika mağazasını soyan şəxs tutuldu

08.05.2026 / 12:18
Hörmüz boğazından keçən gəmilər SEPAH- ın 40 sualına dəqiq cavab verməlidir... “Yalan məlumat verilsə...”

08.05.2026 / 12:15
Prezident İlham Əliyev Roma Papası XIV Leonu Tacqoyma Günü münasibətilə təbrik edib

08.05.2026 / 12:02
MAQATE İranın zənginləşdirilmiş uranı harada gizlətdiyini bilir...(?)

08.05.2026 / 12:00
Qanunsuz mərc oyunları ilə xaricə ötürülən milyardlarda iri məmur əli var...

08.05.2026 / 11:55
Fransada uşaqları əllərindən alınan ailə 9 ay sonra övladlarını qovuşdu...

08.05.2026 / 11:46
Rusiya XİN Avropa Parlamentinin Azərbaycan qətnaməsinə bicliklə eyham vurdu...

“Böyük qayıdış” müasir şəhərsalma mədəniyyətinə böyük töhfələr verir...

XƏBƏR ARXİVİ