ATƏT daxilində konsensusun olmaması səbəbindən indiyə kimi Qarabağda insidentlərin araşdırılması mexaniminin tətbiqi və regionda müşahidəçilərin sayının artırılması təkliflərilə bağlı məsələlər həllini tapmayıb.
Baki-xeber.com-un TASS-a istinadən xəbərinə görə, bu sözləri Rusiya xarici işlər naziri Sergey lavrov ötən ilin yekunlarına həsr olunmuş mətbuar konfransında deyib. Azərbaycan və Ermənistanın qarşılıqlı ittihamları nəzərə alınaraq ATƏT-in sözügedən mexanizmlərin tətbiqi təklifini 2016-cı ildə münaqişənin həlli yolunda irəliyə doğru addım kimi dəyərləndirən Rusiya xarici siyasət idarəsinin rəhbəri bunun təklif olaraq kağız üzərində qalmasını “xoşagəlməz” adlandırıb. Rusiyalı nazır təəssüflə qeyd edib ki, əslində bu mexanizmlərin tezliklə tətbiqini gözləmir, çünki ATƏT daxilində konsensus mövcud deyil. Konsesnsusun yoxluğu səbəbini isə o, təşkilatın özündən soruşmağı jurnalistlərə tövsiyə edib.
Ümumilikdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını şərh edən Lavrov qeyd edib ki, bu, “Azərbaycanın sırf daxili problemi deyil”. O deyib ki, Qarabağ nizamlanması üzrə bir sıra qərarlar qəbul olunub və bu qərarların hamısı işğal altındakı torpaqların azad edilməsini nəzərdə tutur:”Lakin qəti şəkildə bu, hərb yolu ilə həll olunmamalı və Dağliq Qarabağın yekun statusu müəyyən olunmalıdır”.