Rusiya Müdafiə Nazirliyinə məxsus "İl-18" təyyarəsi Yakutiyanın Tiski rayonunda qəza enişi edib.
Baki-xeber.com-un RİA "Novosti"-yə istinadən xəbərinə görə, bu barədə Rusiya MN-dən açıqlama verilib. Açıqlamada bildirilir ki, təyyarə qəza enişi edib və sərnişinlər də, ekipaj üzləri də sağdır:” 23 nəfər vertolyotla xəstəxanalara çatıdırlıb. Onlardan 16-sı ağır vəziyyətdədir", - deyə nazirlikdən bildirilib.
Qeyd edək ki, daha öncə hüquq-mühafizə orqanları "İl-18"-in üç yerə parçalandığı barədə xəbər vermişdi. İlkin versiya kimi qəzaya səbəb kimi idarəetmədə yanlışlığa yol verilməsi və pis hava şəraiti göstərilir.