Bakıda yaşayış binasında yanğın olub.
Baki-xeber.com-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbərinə görə, Bakı şəhəri, Xəzər rayonunda doqquzmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində vətəndaşa məxsus, ümumi sahəsi 105 m2 olan 5 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları, dəhlizi 23 m2 və aynabənd 10 m2 sahədə yanıb.
Yüksək temperaturdan mətbəxin və hamamın lambirindən olan tavanı 10 m2 sahədə və 2 ədəd plastik qapi əriyib. Yanğın zamanı yuxarı mərtəbələrdən 20 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyyə olunub. Mənzilin qalan hissəsi və qonşu mənzillər yanğından mühafizə olunub.