ABŞ Türkiyənin Kayseri vilayətində törədilən terror aktını qətiyyətlə pisləyərək , terror aktının araşdırılmasında Ankaraya dəstək təklif edib.
Baki-xeber.com "TASS"-a istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Con Kirbi bildirib. Kirbi deyib ki, ABŞ Türkiyə təhlükəsizlik qüvvələrinə növbəti terror hücumundan hiddətlənib və terrorla mübarizədə müttəfiqi Türkiyənin yanındadır.
"Terrorçuların türk xalqına qarşı törətdiyi qeyri-insani aktlara heç bir bəraət qazandırmaq olmaz. Biz Türkiyə hakimiyyətilə olayla bağlı sıx əlaqədəyik və hadisənin araşdırılmasında öz dəstəyimizi təklif edirik" , - deyə Kirbi bildirib.