İstanbulun Bəylikdüzü rayonunda Xalqların Demokratik Partiyasının (HDP) ofisində partlayış törədilib.
Baki-xeber.com-un "Hürriyyət" qəzetinə istinadən xəbərinə, hələlik kimliyi bəlli olmayan şəxslər mühafizəçiləri zərərsizləşdirərək ofisdəki əşyaları sındırmağa başlayıb. Sonradan isə yanğın törədərək hadisə yerindən qaçıblar. Nəticədə qaz sızmasından partlayış baş verib, 2 nəfər yaralanıb.
Hadisə yerinə cəlb olunan yanğınsöndürənlər yanğını söndürüb.
Hazırda polis araşdırma aparır.