12:11
Son dəqiqə: Türk Silahlı Qüvvələri Kayseridə alış-veriş iznine çıxan əsgərlərin olduğu avtobusa bombalı hücum nəticəsində 13 personalının həlak olduğunu, 48 nəfərin isə yaralandığını açıqladı.
***
Türkiyənin Kayseri bölgəsində Ərciyəz Unuversiteti önündə partlayış törədilib.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə Doğan Xəbər agentliyi məlumat yayıb. Məlumatda bildirilir ki. Partlayış yerli vaxtla saat 08.45-də xalq avtobusu önündə baş verib. Belə ki. Avtobusun qarşısında bombalı avtomobil partladılıb. Hadisə nəticəsində xeyli sayda yaralının olduğu bildirilir. Onlardan bəzilərinin durumu ağır qiymətləndirilir.
Xəbərdə avtobusda alış-veriş izninə çıxan əsgərlərin olduğu da gələn xəbərlər sırasındadır.
Baş Bakanlığın hadisə ilə bağlı açıqlaması gözlənir. Hadisə ilə bağlı mediaya yayım məhdudiyyəti qoyulduğundan hər hansı say açıqlanmasa da, kayseri valisi CNN Türk-ə açıqlamasında ölən və yaralıların olduğunu deyib. Lakin partladılan avtomobilin və Avtobusun son görüntüləri bu sayın az olmayacağını düşünməyə əsas verir.