Rusiya və İranın Britaniyadakı səfirləri bu ölkənin xarici siyasət idarəsinə cagirilib.
Baki-xeber.com-un “gazeta.ru”ya istinadən xəbərinə görə, bu barədə Britaniya XİN rəhbəri Boris Conson öz “Tvitter” səhifəsində yazıb. Onun sözlərinə görə, səfirlərin nazirliyə çağırılmasına səbəb Suriyanın Hələb şəhərində yaranmış vəziyyətlə bağlı olub və Britaniyanın bu mövzuda narahatlığı diplomatların diqqətinə çatdırılıb.
Britaniya XİN rəhbəri deyib ki, Hələbdəki dinc sakinləri qorumaq və yardımları çatdırmaq çox vacibdir.