Avropa İttifaqı Ukraynadakı situasiya ilə baölı Rusiyaya qarşı sanksiyaları daha 6 ay müddətinə uzadıb.
Baki-xeber.com-un TASS-a istinadən xəbərinə görə, bu barədə cümə günü Almaniya kansleri Angela Merkel Aİ sammitinin yekunları ilə bağlı açıqlamasında bildirib. Onun sözlərinə görə, bu siyasi qərarın verilməsinə səbəb Ukraynanın şərqində vəziyyətin nizama salınmasına kifayət qədər səy göstərilməməsidir. Merkel deyib ki. çıxışlarında özü və Fransa prezidenti Minsk razılaşması üzrə öhdəliklərin yerinə yetirilməsi prosesinin ləng getdiyini diqqətə çatdırıb.
Bu arada Aİ sədri Donald Tusk bəyan edib ki, Avroittifaqın Ukraynaya görə anti-Rusiya sanksiyalarını uzatmaq qərarı heç bir etiraza səbəb olmayıb və diskussiya doğurmayıb.