Terrorçular heç bir zaman məqsədlərinə çatmayacaqlar. Trend-in məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Bakıdakı Türkiyə səfirliyində Beşiktaşdakı terror qurbanları üçün xatirə kitabının imzalanması mərasimi zamanı deyib.
O qeyd edib ki, Türkiyə milləti İstanbulda baş verən terrora görə, olduqca kədərlidir: "Amma kədərli olduğumuz qədər də terrora nifrət hissi ilə doluyuq. Heç kim düşünməsin ki, terrorla türk millətini qorxutmaq olar".
Diplomatın sözlərinə görə, Türkiyə terrorla sonuna qədər mübarizə aparmaqda qətiyyətlidir: "Adları nə olursa olsun, PKK, İŞİD, fərqi yoxdur. Türk milləti onları əzib yox edəcək".