İstanbulun mərkəzində törədilən terrorun qurbanlarının sayı 42-yə yüksəlib.
Baki-xeber.com bu barədə “Yeni Şafak" qəzetinə istinadən xəbər verir. Həlak olanların 36 nəfəri polis işçisidir. Yaralı sayı isə 155-dir ki, onlardan 14 nəfərinin vəziyyəti ağır qiymətləndirilir. O üzdən şəhid sayının artacağı istisna olunmur. 400 kilo bombanın istifadə edildiyi terror olayının məsuliyyətini PKK öz üzərinə götürüb.Dünən Türkiyədə matəm elan edildi və dövlət bayraqları yarıya qədər endirildi.
Türkiyə şəhidləri ilə vidalaşdı...
Xatırladaq ki, dekabrın 10-da İstanbulda ikiqat terror hadisəsi törədilib. “Beşiktaş”-“Bursaspor” matçının ardından törədilən terrorun polisləri hədəfə aldığı aşkardır. Belə ki, ilk partlayış polislər avtobusa minərkən avtobusun yanında törədilib. Bundan sonra stadionun arxa tərəfində - Maçka parkında intiharçının özünü partlatmaq istədiyini görən polislər üzərinə yeriyərək onu durdurmağa çalışıb. Lakin intiharçı bombanın ipini çəkməyə fürsət tapıb. Beləliklə, böyük bir faciənin qarşısını alsalar da, 4 polis və bir dinc vətəndaş həlak olub.