Kürdlərin “Kürdüstan azadlıq qırğıları” radikal təşkilatı İstanbulda törədilən terror aktının məsuliyyətini öz üzərinə götürüb.
Baki-xeber.com bu barədə “Reuters”ə istinadən xəbər verir. Agentliyin xəbərinə görə, sözügedən terrorçu qruplaşmanın açıqlamasında bildirilir ki, terrorun hədəfi türk xalqı olmayıb.
Xatırladaq ki, son məlumata görə, terrorun qurbanlarının sayı 38 nəfərə çatıb, onlardan 30 nəfəri polis işçisidir. Baş nazır Numan Kurtulmuş da daha öncə bəyan etmişdi ki, Türkiyə dövlətinin terrorun törədilməsində Kürd Fəhlə Partiyasından şübhələnmək üçün ciddi əsasları var.