Ötən gecə istanbulun mərkəzində törədilən ikiqat terrorda həlak olanların sayı 38-ə yüksəlib.
Baki-xeber.com-un Türkiyə mətbuatına istinadən xəbərinə görə, bu barədə ölkənin daxili işlər naziri Süleyman Soylunun verdiyi açıqlamada bildirilir. Olayla bağlı 13 nəfərin gözaltına alındığını deyən nazir bildirib ki. bir çox əlamətlər hadisənin məsuliyyətinin PKK-nın üzərində olduğunu göstərir. Səhiyyə naziri Rəcəb Akdağ isə bildirib ki, hazırda xəstəxanalarda terrorda yaralanan 155 nəfər həkim nəzarətindədir ki, onlardan 14-nün durumu kritikdir.