Ötən gecə İstanbulun mərkəzində ikiqat terror törədilməsilə bağlı artıq 10 nəfər şübhəli gözaltına alınıb.
Baki-xeber.com “Yeni Şafak” qəzetinə istinadən bildirir ki, bu barədə ölkənin daxili işlər naziri Süleyman Soylunun açıqlamasında deyilir. Nazir deyib ki, partladılan avtomobilin təsbitilə başlayan əməliyyat nəticəsində 10 nəfərin terror hadisələrilə bağlantısı aşkarlanaraq onlar nəzarətə alınıb.
Araşdırmalar davam edir.