8.50
Pan Gi Mun İstanbulda törədilmiş və onlarla insanın ölümünə səbəb olmuş dəhşətli terror hadisəsini pisləyib. BMT baş katibi həlak olanların ailələrinə başsağlığı verib, yaralılara şəfa diləyib.
“Beşiktaş” klubu özünün rəsmi internet səhifəsində iki əməkdaşını itirdiyini açıqlayıb.
Türkiyədə matəm elan olunub, dövlət bayraqları yarıyadək endirilib.
ABŞ İstanbulda törədilən terror aktını sərt tənqid edib. “Belə bəlli olur ki. terror hecumu güc orqanlarını hədəfə alıb. Biz həlak olanlar üçün dua edir, ailələrinə və türkiyə xalqına kədərimizi bildiririk” – Ağ Evin Təhlükəsizlik Şurasının rəsmi nümayəndəsi Ned Prays bəyan edib. O deyib ki, NATO müttəfiqi olaraq, ABŞ terrorla mübarizədə Türkiyənin yanındadır və onu dəstəkləyir.
Prezident Ərdoğan Türk xalqına və həlak olanların ailələrinə başsağlığı verib, yaralılara şəfa diləyib.
İstanbulun mərkəzində - Beşiktaş rayonunda ikiqat terror hadisəsi törədilib.
Son məlumata görə, partlayışlarda 27 nəfəri polis olmaqla 29 nəfər həlak olub, 166 nəfər yaralanıb.
Baki-xeber.com-un Türkiyə mətbuatına istinadən xəbərinə görə, hadisə “Vodafon Arena” stadionunun çıxışı yaxınlığında "Beşiktaş" - "Bursaspor" matçının bitməsindən təxminən 2 saat sonra – 22.29-da baş verib. Belə ki, 45 saniyə ara ilə həmin ərazidə 2 partlayış törədilib. Partlayışlardan biri “Beleştepe” adlandırılan ərazidə park edilmiş minalanmış avtomobilin partladılması ilə törədilib. Ikinci partlayış isə 45 saniyə sonra Maçka Parkında yenə polislərin olduğu bölgədə intiharçı-teröristin özünü partlatması ilə meydana gəlib.