Cümə axşamı günü, 29 oktyabr 2026
     

“Kaspi” qəzetinin 135 illiyi münasibəti ilə yubiley tədbiri keçirildi - FOTO

Image


Bu gün Bakıda “Kaspi” qəzetinin yaranmasının 135 illiyi münasibətilə təntənəli tədbir keçirilib. Trend-in məlumatına görə, tədbirdə Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli, Milli Məclisin deputatları, media qurumlarının rəhbərləri, ictimai-siyasi xadimlər və digər qonaqlar iştirak edib.

Tədbirin əvvəlində qəzetin tarixinə həsr olunmuş film nümayiş olunub. Daha sonra tədbirdə çıxış edən “Kaspi” qəzetinin təsisçisi Sona Vəliyeva qəzetin yaranma tarixi və keçdiyi inkişaf yolu haqqında danışıb. S.Vəliyeva bildirib ki, Azərbaycan milli mətbuatının 140 ildən artıq keçdiyi tarixi inkişaf prosesində "Kaspi” qəzeti geniş bir dövrü əhatə edir:

“Tarixi “Kaspi” qəzeti xalqın, millətin keçmişini, ictimai-siyasi, iqtisadi yaşantılarını, istək və arzularını günbəgün, aybay bizlərə çatdırmağa nail olmuşdu. “Kaspi”də fəaliyyəti ilə qəzetə yeni məzmun gətirən əksər milli yazarları birləşdirən amal milli düşüncə və millət sevgisi idi. Bu sevgi çıraq işığı kimi ziyalıları ətrafına toplamağa müvəffəq olmuşdu.

1875-ci ildə Həsən bəy Zərdabi tərəfindən min bir əzabla “Əkinçi” işıq üzü görsə də, qəzetin açılmasına izn verən senzura sonralar onu bağlamağa nail oldu. Anadilli bir qəzetin bağlanması Həsən bəyi və onun ətrafındakı yeni, mütərəqqi fikirli ziyalıları yenidən düşünməyə vadar etdi. Həsən bəyin qəzetçilik fəaliyyətindən başqa xalqı cəhalətdən oyadacaq elə bir kütləvi vasitə görə bilməməsi düşüncəsi yeni bir ideyanın reallaşmasına təkan verdi. Həsən bəy Zərdabinin V.Kuzminə verdiyi məsləhətlə qəzet açmaq təşəbbüsü dəyərləndirilir, qısa bir müddətdə müsbət cavab alaraq fəaliyyətə başlayır. Həsən bəy Zərdabinin növbəti məsləhəti ilə həftədə bir dəfə qəzetin “Çıraq” adı ilə Azərbaycan dilində əlavəsinin çıxması ideyasına isə “yox” cavabı verilir. Beləliklə, “Kaspi” yalnız rus dilində nəşr olunaraq 1881-ci ildən 1919-cu ilədək böyük bir tarixi inkişaf mərhələsi keçdi. Bu tarix həm də millətin, xalqın taleyi idi. Xalqın yaşadığı taleyüklü proseslərdə “Kaspi” qəzeti ziyalıların tribunasına çevrildi. Hədə-qorxulara, dəfələrlə şər və böhtanlara məruz qalsalar da, əqidə sadiqliyi göstərərək, həqiqətə və azadlığa doğru irəliləyərək istiqlal mücadiləsindən dönmədilər. Bu yolun yolçularını vahid əqidə birləşdirirdi – milli mücadilə, milli istiqlal”.

S.Vəliyeva vurğulayıb ki, 1881-ci ildən 1919-cu ilədək olan mərhələdə “Kaspi”də fəaliyyət göstərən ziyalılarımız bu qəzet vasitəsilə həm fikir adamlarının həmrəyliyinə nail oldular, həm də milli düşüncələrin oyanmasında, milli şüurun dirçəlişində, eyni zamanda, istiqlal mübarizəsinin formalaşmasında əhəmiyyətli dərəcədə böyük tarixi rol oynadılar: “Onlar sözün əsl mənasında tarix yaradırdılar. Tarix isə illər sonra onları əbədiləşdirdi. “Kaspi” 1881-ci ildən 1919-cu ilədək Azərbaycan xalqının mətbuat tarixində, eləcə də ictimai, mədəni, ədəbi fikir tarixində baş vermiş inkişafı güzgü kimi əks etdirərək bizlərə miras qoyub. Tarixdə iz qoymuş “Kaspi” bizlərə qəzetçilik tariximizin dərin elmi araşdırmaya ehtiyac duyulan mənəviyyat və düşüncə xəzinəsini miras qoyub. Bu qəzetin tarixi missiyasını öz üzərinə götürən müstəqil Azərbaycanın çağdaş mətbuat orqanı kimi biz “Kaspi”çilər öz tarixi missiya və məsuliyyətimizi və cavabdehliyimizi həmişə anlayır, hər cümlə və sətrimizdə bunu isbat etməyə çalışırıq”.

S.Vəliyeva vurğulayıb ki, müasir “Kaspi” qəzeti XX əsrin sonlarında - 1999-cu ilin mart ayında Ulu öndər Heydər Əliyevin xeyir-duası ilə fəaliyyətə başlayıb: "Bu elə bir dövrün başlanğıcı idi ki, artıq Azərbaycanda söz və mətbuat azadlığı bərqərar olmuş, kütləvi informasiya vasitələrinin qanunvericilik bazası formalaşmış, yeni qəzetçilik ənənəsi yaranmışdı. Ölkəmizdə müstəqilliyin əldə olunduğu ilk illərdən başlayaraq yaranan müstəqil mətbuat 1993-cü ildə Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra yeni məzmun alaraq sürətlə inkişaf etməyə başladı. O, söz, fikir, mətbuat azadlığının inkişafını dövlətin demokratik inkişafının əsas istiqaməti kimi qəbul edərək, mətbuatın daha da sürətlə inkişaf etməsi üçün ardıcıl olaraq bir sıra sərəncam və fərmanlar imzalamışdı”.

S.Vəliyeva bildirib ki, “Kaspi” media aləminə gəlişi ilə sələfinin ənənələrinə sadiq qalaraq milli bir qəzet olmağı, digər tərəfdən də dünyanın ən mütərəqqi mətbuatının inkişaf prinsiplərindən bəhrələnərək daim yenilik və müasirliyi öz fəaliyyətində əks etdirməyi qarşısına əsas məqsəd qoydu, söz, mətbuat azadlığının gətirdiyi azadfikirliliyin ölçü-biçisini düzgün dərk etdi: “Kaspi” media etikasına daim sadiq qaldı. Şəxslərin təhqirinə heç zaman yol verməyərək, istər sadə vətəndaşların, istərsə də müəyyən sahəyə aid yetkililərin şərəf və ləyaqətini qorumaq baxımından lazımi məqamlarda balanslı mövqe nümayiş etdirdi. Qəzet, sələfinin iş metodikası və məqsədinə sadiq qalaraq millətin, xalqın olduğunu sübut etdi. Bu gün "Kaspi” əhatəli oxucu auditoriyasına malikdir. Qəzetimiz həftənin cümə axşamı "Teatr”, cümə "Gənclik qəzeti”, şənbə günləri isə "Ədəbiyyat” əlavəsi ilə nəşr olunur”.

Daha sonra çıxış edən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev bildirib ki, “Kaspi” qəzetinin nümunəsində Azərbaycan milli mətbuatının keçdiyi böyük və şərəfli inkişaf yolunu bir daha görür və milli mətbuatımızla qürur duyuruq.

V.Əliyev bildirib ki, o zaman rus dilində nəşr olunan “Kaspi” qəzeti dövrün mütərəqqi baxışlarını təbliğ etməklə, xalqa xidmət nümunəsi göstərməklə onun azadlıq arzularının gerçəkləşməsinə, milli müstəqillik ideyasının inkişafına əməli töhfə verib: “Kaspi” qəzeti o zaman Azərbaycan xalqının adət-ənənələrini təbliğ edən, cəmiyyətin aktual məsələlərini ictimai müzakirəyə çıxaran, tanınmış maarifçilərin, mütəfəkkirlərin fikirlərini xalq arasında yayan nəşr kimi bütövükdə cəmiyyətin maariflənməsinə, milli təfəkkürün formalaşmasına mühüm töhfələr verib”.

V.Əliyev qeyd edib ki, bolşevik işğalından sonra Azərbaycanda milli mətbuat faktiki olaraq fəaliyyətini dayandırmışdı: “Yeni yaradılan mətbuat isə Azərbaycanda senzura şəraitində fəaliyyət göstərmək məcburiyyətində qaldı. 1990-cı ilin əvvəllərində Azərbaycanda milli müstəqilliyin bərpa olunması həm də Azərbaycan milli mətbuatının qarşısında yeni üfüqlər açdı, onun öz tarixi köklərinə, prinsiplərinə qayıtması üçün şərait yarandı. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıtması və Azərabaycanda başlanan demokratik islahatlar və bunun tərkib hissəsi kimi söz və mətbuat azadlığının təmin olunması istiqamətində atılan addımlar Azərbaycan milli mətbuatının yeni inkişaf mərhələsinə yüksəlməsini təmin etdi”.

PA rəsmisi vurğulayıb ki, dövlətin media siyasəti mətbu nəşrlərin, o cümlədən ümumilli lider Heydər Əliyevin tövsiyyəsi ilə 1999-cu ildə fəaliyyəti bərpa olunmuş “Kaspi” qəzetinin inkişafına çox əlverişli şərait yaratmışdı: “Kaspi” adi bir qəzet kimi yox, tarixi keçmişi olan, 135 illik Azərbaycan mətbuat tarixini çiynində daşıyan mətbuat orqanıdır. Elə buna görədir ki, fəaliyyətinin bərpa edilməsinin ilk günündən “Kaspi” qəzeti cəmiyyətdə milli təəssübkeşliyin nümunəsini təqdim etməyi, onun informasiya ehtiyacını ödəmək missiyasını milli maraqlarla uzlaşdırmağı bacarmışdı. “Kaspi” qəzeti ölkənin aparıcı media orqanları arasında layiqli yer tutub və ictimaiyyətdə böyük nüfuz qazanıb”.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib ki, “Kaspi” qəzeti xalqımızın ictimai-siyasi həyatında mühüm rol oynayan nəşrlərdən biridir: “Kaspi” qəzeti öz ətrafında o dövrün ziyalılarını birləşdirdi, həmin vaxt xalqın problemlərini gündəmə gətirdi. Bu gün də “Kaspi” qəzeti cəmiyyətimizin informasiya təminatında mühüm rol oynayr”.

Daha sonra “Kaspi” qəzetinə Mətbuat Şurasının diplomu təqdim edilib və tədbir bədii hissə ilə davam etdirilib.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

28.10.2026 / 22:43
ABŞ-ın İranla müharibə xərcləri 47 milyard dolları keçdi...

28.10.2026 / 22:25
Qərbin Ukraynaya yardımı azalır - Avropa İttifaqı NATO və G7 müttəfiqlərinə çağırış etdi...

28.10.2026 / 22:07
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verdi

28.10.2026 / 21:53
Ermənistan KTMT-dən qovulur...

28.10.2026 / 21:49
Azərbaycan Dövlət Pantomim Teatrının “İblis” tamaşası beynəlxalq festivalda mükafata layiq görülüb

28.10.2026 / 21:35
Azərbaycan BMT nizamnaməsinin 51-ci maddəsinə niyə əl atdı...

28.10.2026 / 21:21
30 il Qarabağ münaqişəsini uzadanlar “bir şeyi" unutmuşdular... Prezident açdı...

28.10.2026 / 21:08
Azərbaycanın iki supergüclə strateji tərəfdaşlığı xüsusi vurğulandı...

28.10.2026 / 20:59
Zəngəzurun İslam memarlığı - Rizvan QARABAĞLI yazır...

28.10.2026 / 20:53
Müharibələrə son qoymaqda çətinlik çəkənlərə Azərbaycanın təcrübəsi təqdim edildi

28.10.2026 / 20:40
“Dəmir yumruq” birliyi tariximizin ən ağır vaxtlarında özünü göstərdi...

28.10.2026 / 20:26
Ana dili məsələsi Bakı-Tehran münasibətlərində vacib elementə çevrilir...

28.10.2026 / 20:18
Sahibə Qafarova ilə İƏT-in baş katibi əməkdaşlığın genişləndirilməsini müzakirə edib - FOTO

28.10.2026 / 20:13
Üç ərəb ölkəsi Türkiyəyə qarşı gediş etdi - Yunanıstan dəstəkləndi...

28.10.2026 / 20:03
İsrail Prezidenti partiyalara çağırış etdi - “…növbəti seçkiyə imkan verməyin”…

28.10.2026 / 19:53
Qətər ABŞ ilə əldə olunan yeni sazişin mətnini İrana təqdim edib

28.10.2026 / 19:51
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalandı - FOTO

28.10.2026 / 19:47
İspaniyada iki sürət qatarı toqquşdu – 64 ölü, çox sayda yaralı var...

28.10.2026 / 19:45
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

28.10.2026 / 19:34
Leyla Əliyeva ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatında iştirak edib - FOTO

28.10.2026 / 19:28
Ermənistan növbədənkənar seçkilərə gedə bilər...

28.10.2026 / 19:12
Qətər müharibəyə son qoymaq üçün İrana yeni bir razılaşma təklif etdi

28.10.2026 / 18:56
İrəvandan Bordyujaya cavab - KTMT-yə qayıtmayacağıq...

28.10.2026 / 18:42
Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” layihəsi çərçivəsində konsertdə iştirak ediblər - FOTO

28.10.2026 / 18:35
“Dialoq Forumu sülh və mədəniyyətin təşviqində mühüm hadisədir” - Əhliman Əmiraslanov

28.10.2026 / 18:22
İpoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edildi

28.10.2026 / 18:10
Azərbaycan Məkkə Konvensiyasını imzaladı

28.10.2026 / 17:55
Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək

28.10.2026 / 17:46
Qarabağın azad edilməsindən sonra Avropa Parlamenti Azərbaycana qarşı 18 qətnamə qəbul edib

28.10.2026 / 17:15
Gözəllik müsabiqəsi qalibinin Trampa qarşı şok ifadələri seçkiqabağı bomba kimi partladı...

28.10.2026 / 17:10
İran + Məkkə Paktı ölkələri İsraili 4 ölkədən çıxmağa çağırdılar - İsrail onları sayacaq?..

28.10.2026 / 16:50
Vətəndaşa cavab verməyən məmurlar 650 manatadək cərimələnəcək

28.10.2026 / 16:33
“Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” haqqında Əsasnamə təsdiqləndi

28.10.2026 / 16:15
Ətin qiymətinə görə Ermənistandan da geridəyik - hesabatı kim yayıb?

28.10.2026 / 15:30
Rusiya BMT-nin Ukrayna məsələsinə qarışmasını rədd etdi...

28.10.2026 / 15:14
Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarıldı...

28.10.2026 / 14:59
Aleşki şəhərindən başladılan atəşkəs bütün Ukraynaya yayıla bilərmi?..

28.10.2026 / 14:43
İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi

28.10.2026 / 14:10
Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqlədi...

28.10.2026 / 13:58
"Borcun olması avtomobillərin satışına qadağa qoyulması demək deyil" – Məhkəmə bankın iddiasını rədd etdi...

28.10.2026 / 13:46
“Sapı özümüzdən olan” qüvvələrin təxribatlarına ayıq-sayıqıq" - Allahşükür Paşazadə

28.10.2026 / 13:44
"Xaos, korrupsiya, qəddarlıq, səriştəsizlik" - Obama Trampın 2 ilini yıxıb-sürüdü...

28.10.2026 / 13:30
Media və Yayım Şurasında Somalinin informasiya, mədəniyyət və turizm naziri ilə görüş keçirildi - FOTO

28.10.2026 / 13:21
Tramp Rubionu paraşütlə Kubaya atmağı təklif etdi – “problemi iki dəqiqəyə həll edər"...

28.10.2026 / 13:08
Belqradda İsrail səfirliyinə bıçaqla hücum edən naməlum şəxs öldürüldü...

28.10.2026 / 12:54
Tramp İranla münaqişənin o istədiyi vaxt bitəcəyini deyir...

28.10.2026 / 12:51
ROZA TÖREKULOVNA AYTMATOVANIN ƏZİZ XATİRƏSİNƏ

28.10.2026 / 12:40
Bakıda dizellə işləyən avtobuslar istismardan çıxarılır - tarix AÇIQLANDI

28.10.2026 / 12:23
Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu 20 dəfə üstələdi...

28.10.2026 / 12:10
Azərbaycanın dövlət borcu açıqlandı

28.10.2026 / 11:48
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

28.10.2026 / 11:35
Sükan arxasında telefonla danışan sürücülərin nəzərinə - 50 manat cərimə gəlir...

28.10.2026 / 11:20
Azərbaycan Məkkə Konvensiyasına qoşulur...

28.10.2026 / 11:12
"Çexiya ilə əlaqələrin dinamik inkişaf etməsi bizi sevindirir" - Prezident

28.10.2026 / 11:10
Bordyuja Ermənistanın KTMT-dən qovulmasını təklif etdi – “özləri çıxsalar yaxşı olar”...

28.10.2026 / 11:06
Prezident İlham Əliyev Petr Paveli təbrik edib

28.10.2026 / 10:47
Prezident: "Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir"

28.10.2026 / 10:43
"Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir" - Prezident

28.10.2026 / 10:41
Prezident İlham Əliyev İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin iclasının iştirakçılarına müraciət etdi

28.10.2026 / 10:39
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - SİYAHI AÇIQLANDI...

28.10.2026 / 10:28
İsraildə seçki düyünü – heç kim təkbaşına hökumət qurmaq üçün lazım olan səsi toplaya bilmədi...

28.10.2026 / 10:11
Azərbaycan nefti ucuzlaşdı - 122 dollar...

28.10.2026 / 09:56
ABŞ “Patriot”larını Yaxın Şərqə yığır…

28.10.2026 / 09:30
Tramp tezliklə Putin və Zelenski ilə görüşəcəyini açıqladı.

28.10.2026 / 08:35
Türkiyədəki “sərmayə olayı” Pasifik Holding-i də vurdu - aktivləri donduruldu

28.10.2026 / 08:21
İsraildə parlament seçkilərində pat vəziyyəti yaranıb - exit-pollar nəticə açıqlaya bilmir

28.10.2026 / 06:26
Türkiyədə səs-küylü “Starlink əməliyyatı” - 85 nəfər saxlandı

27.10.2026 / 22:37
Qazaxıstan rusiyalı avtomobil alıcılarına sanksiya tətbiq etdi – ruslara maşın satışından imtina edilir...

27.10.2026 / 22:15
Konqres Rusiyadan dizel yanacağı alan Amerika şirkətlərini həbslə hədələdi...

27.10.2026 / 21:51
Paşinyan “dövlətyönümlü yeni müxalifətin yaradılması” kursuna başlayır...

27.10.2026 / 21:33
Rusiya bir neçə ayda Ukraynada 240 kv.kilometr ərazi itirdi...

27.10.2026 / 21:16
Vuçiç getdi - Serbiyanın yeni dönəm Azərbaycan siyasəti suallar doğurmağa başladı...

27.10.2026 / 21:04
Ramiz Mehdiyevə hökm oxundu - 14 il iş, bütün əmlakı da müsadirə olundu...

27.10.2026 / 20:59
“Azərbaycan xalqından, 30 il yurdundan məhrum edilmiş insanlardan üzr istənilməlidir” - YENİ TƏLƏB...

27.10.2026 / 20:45
90 faizlik seçici dəstəyi Paşinyanı qorxutdu - mövcud müxalifəti məhv edib yenisini yaradacaq...

27.10.2026 / 20:31
AK Parti iqtidarı Kipr məsələsində güzəştə gedə bilərmi?..

27.10.2026 / 20:17
ABŞ və İsrail İrana qonşu ölkədən (?) hücum edəcəklər...

27.10.2026 / 20:04
Zəfərdən sonra Azərbaycanın qəsdinə qalxmış 3 ölkənin biri Əliyevin qəbuluna gəldi...

27.10.2026 / 19:45
Bakı Təşəbbüs Qrupu Fransanın Korsika qərarını sərt tənqid etdi - Makron rejimi qorxur...

27.10.2026 / 19:28
Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası olub

27.10.2026 / 19:12
Avropadan Putinə bir ildən sonra ilk dəfə zəng gəldi – biz öz adımızdan danışırıq...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ