Diyarbəkirin Sur ilçəsində meriya binasının üzərində erməni dilində yazılmş lövhə qaldırılıb.
Baki-xeber.com-un xəbərinə görə, həmin lövhə meriyanın giriş qapısı üzərinə kürd əsilli keçmiş mer Abdullah Dəmirbaş tərəfindən vurulubmuş. Eyni zamanda xəbərdə o da bildirilir ki, Dəmirbaş Türkiyədə inzibati bina üzərinə erməni dilində lövhə vurduran ilk mer olub.
Xəbərə görə, hazırda Sur ilçəsindəki meriya binası üzərində həmin lövhənin yerini Türk Bayrağı tutub.