Hamburqda ATƏT-in Minsk Qrupunun təşkilatçılığı ilə Azərbaycan xarici siyasət idarəsinin rəhbəri Elmar Məmmədyarovla Ermənistan XİN rəhbəri Edvard Nalbandyan arasında görüş olub.
Baki-xeber.com-un əldə etdiyi məlumata görə, bu barədə Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayan “Sputnik-Armenia”-ya açıqlamasında deyib.
Xəbərə görə, ATƏT MQ-nin təşəbbüsü ilə keçirilən görüşdə həmsədr ölkələrin – Rusiya, Fransa və ABŞ-ın XİN rəhbərləri də iştirak edib.
Azərbaycan XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev görüş faktını təsdiqləyib. O bildirib ki, dekabrın 8-də ATƏT-in Minsk qrupu həmsədrlərinin dəvəti əsasında həmsədr ölkələrin, Ermənistan və Azərbaycanın xarici işlər nazirlərinin birgə işçi şam yeməyi olub: "Hamburq görüşündən əvvəl Fransa xarici işlər nazirinin təklifi ondan ibarət idi ki, 2+3 formatında Hamburqda xarici işlər nazirləri səviyyəsində görüş keçirilsin. Təəssüf ki, Ermənistan tərəfinin destruktiv siyasəti və görüşlərdən qaçmaq siyasəti nəticəsində 2+3 formatında xarici işlər nazirləri səviyyəsində görüş baş tutmadı.
Şam yeməyi əsnasında növbəti il üçün danışıqlar prosesinin davam etdirilməsi və gündəlikdə duran məsələlər ətrafında fikri mübadiləsi aparılıb”.
Baki-xeber.com