Rusiya XİN başçısı Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri arasında daha bir görüş keçirilib.
Baki-xeber.com-un xəbərinə görə, Hamburqda keçirilən görüşün əsas mövzusunu Suriya çözümü təşkil edib. “Tərəflər Hələbdəki durumu və ABŞ-ın bu mövzuda verdiyi təklifin irəli aparılmasını müzakirə edib”- deyə “İnterfax”a Rusiya nümayəndə heyətinin üzvü bildirib.
Xatırladaq ki, ABŞ-ın sözügedən təklifi ordunun Hələbin şərq hissəsindən çıxarılmasını nəzərdə tutur. Kerri daha öncə bildirib ki, Lavrovla Hələb mövzusunu müzakirə edərkən bir sıra ideyalar səsləndiriblər və bunun davamı olaraq görüşün keçirilməsi qərara alınıb.